Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

60 
 
[Müəllif]  deyir:  Səhl  ibn  Sumbat  bu  barədə  Əbu  Səidlə  Buzbaraya  xəbər 
verib, onlara nə edəcəklərini də kağızla bildirdi. Onların birinə öz döyüĢçüləri ilə 
bir tərəfdə, o birinə isə əks tərəfdə durmalarını, səhər tezdən yola düĢüb filan yerə 
gəlmələrini, sonra isə atdan düĢüb Babəki qəflətən yaxalamalarını tapĢırır. 
Babək onları görəndə artıq mühasirədə idi. Onlar qıĢqırdılar: «Atından en!» 
Babək  soruĢdu  «Siz  kimsiniz?»  Biri  dedi  ki,  «Mən  Buzbarayam,  digəri  isə  Əbu 
Səidəm», dedi. Babək «Aydındır!» - deyib atından endi. Sonra o, Səhl ibn Sumbata 
baxıb onu söydü və  dedi:  «Sən  məni  yəhudilərə  bir quruĢa  satdın! Əgər  pul sənə 
belə lazım idisə, mən iki qatını verərdim!» 
Əbu  Səid  dedi:  «Min  atına!»  Bundan  sonra  Babəki  əl-AfĢinin  yanına 
apardılar.  Babək  ağ  gödəkçədə,  yüngül  çəkmələrdə  idi.  Onu  əl-AfĢinin  yanına 
gətirəndə o, Babəki və qardaĢını ayrı-ayrı yerlərə saldırdı. Babəki əl-AfĢinin yanına 
Bərzənddə  olduğu  vaxt  gətirdilər,  bu,  iki  yüz  ikinci  il  Ģəvval  ayının  onunda  oldu 
(15.IX.837). 
Xəlifə  əl-Mütəsim  Samirədən  əl-AfĢinin  düĢərgəsinə  qədər  uzanan  yolun 
hər  fərsəxində  bir  qıvraq  atlı  saxlatdırmıĢdı.  Onlar  xəlifəni  müjdələməli  idilər. 
Buna  görə  əl-AfĢinin  poçtla  göndərdiyi  məktub  Samirəyə  dörd  günə  və  bəlkə  də 
daha tez çatdırıldı. 
Əl-AfĢin  Babəklə  əl-Mütəsimin  yanına  gələndə  onu  Harun  əl-Vasiq
147
  və 
xəlifə ailəsinin baĢqa üzvləri qarĢıladılar. Xəlifə Babəki bədnam edib onu camaata 
göstərmək  istədi.  Ona  görə  o  soruĢdu:  «Onu  nəyə  mindirək,  necə  qara  yaxaq?» 
Kimsə  dedi.  «Ya  Əmirəlmöminin!  Bunun  üçün  ən  münasibi  fildir!»  Xəlifə  dedi: 
«Sən haqlısan!» və əmr etdi ki, fili həmiĢəki kimi bəzəsinlər. Ağ paltar və baĢına 
samur dərisindən kalansuva»
148
 geydirilmiĢ Babəki filə mindirdilər. 
Bu  münasibətlə  Məhəmməd  ibn  Əbdülməlik  əz-Zəyyat
149
  bir  Ģer  də 
qoĢmuĢdu: 
 
Fili həmiĢəki kimi bəzədilər!  
Fil Xorasan sultanını aparır. 
 Və fili çox nadir hallarda  
Belə təmtəraqla bəzəyirlər! 
 
Babəki Xalq darvazasından xəlifə əl-Mütəsimin yanına gətirəndə o əmr etdi 
ki,  Babəkin  cəlladı  olan  Nudnudu  çağırsınlar.  Nudnud  gəldi.  Xəlifə  əmr  etdi  ki, 
Babəkin  əl-qolunu  və  ayaqlarını  kəssin.  Cəllad  Babəkin  əl-qolunu  və  ayaqlarını 
vurub kəsdi. Onlar yerə düĢdü. Sonra Xəlifə əmr etdi ki, Babəki doğrasınlar. Onun 
qarnını  yırtdılar,  baĢını  kəsib  Xorasana  göndərdilər,  bədənini  isə  Samirədə,  əl-
Əqaba
150
 adlı yerdə çarmıxa çəkdilər. 
Əl-Mütəsim  əmr  edir  ki,  Səhl  ibn  Sumbata  bir  milyon  dirhəm  pul,  batrik 
tacını  və  qiymətli  daĢlarla  bəzənmiĢ  kəmər  versinlər.  Oğlu  Müaviyəyə  yüz  min 
dirhəm  pul  verdilər.  Əl-AfĢin  hər  döyüĢdüyü  günə  görə  xəlifədən  ərzaqdan, 


61 
 
hədiyyələrdən  və  əlavə  qoĢundan  baĢqa,  on  min  dirhəm  pul  alırdı.  Əgər  o,  atına 
minmirdisə, onda gündə beĢ min dirhəm alırdı. Bundan baĢqa xəlifə əl-Mütəsim əl-
AfĢinin baĢını tacla bəzədi, bahalı paltarlar geyindirdi və baĢına qiymətli daĢ-qaĢlar 
töküb yola saldı. 
Əl-AfĢin  Babəklə  iki  il  beĢ  ay  və  bir  neçə  gün  müharibə  etdi.  Lakin 
doğrusunu Allah bilir. 


62 
 
ġərhlər və qeydlər 
 
1.  Ərəblərin  Azərbaycana  birinci  basqını  hicri  18-ci  (639)  ildə  olub. 
Mərzban  Ġsfəndiyar  ibn  Fərruxzadın  və  qardaĢı  Bəhramın  rəhbərliyi  altında  olan 
Azərbaycan  ordusu  məğlub  edildi  və  Ġsfəndiyar  ərəblərlə  sülh  müqaviləsi 
bağlamalı oldu. Ərəblər tərəfindən müqaviləni xəlifə Ömər ibn əl-Xəttabın caniĢini 
Utba  ibn  Farkad  əs-Sulami  (645-ci  ildə  ölüb)  imzalamıĢdı.  Bax:  Ziya  Bünyadov. 
Azərbaycan Vll-IX əsrlərdə. Bakı. 1989. səh.79 
2Səlman ibn Rəbiənin bu səfəri hicri 25-ci (28.X.645-16.X.646) ildə olub. 
3. Beyləqan Səlman tərəfindən hicri 25-ci ildə alınmıĢdı. Sülh müqaviləsinə 
görə  Ģəhərin  əhalisi  ərəblərə  can  vergisi  (cizyə)  və  torpaq vergisi  (xərac)  verməli 
idilər. 
4. ġabran - Dəvəçi yaxınlığında yerləĢən orta əsr sahilyanı Ģəhəri: Maskat - 
orta əsrlərdə Qusar rayonunun və Tabasaranın torpaqlarını əhatə edən vilayət. 
5.  Filan  -  Dağıstanın  cənubunda  vilayət.  Mətndə  səhvən  Təbəristan 
getmiĢdir. Yerinə və mənbələrlə müqayisəyə əsasən Tabasaran olmalıdır. 
6. Bütün bu hadisələr hicri 25-ci ildə olub. 
7.  Birinci  dəfə  ərəblər  Dərbəndi  hicri  22-ci  ildə  (30.XI.642-18.X.643) 
almıĢlar. O zaman Ģəhərin hakimi ġəhriyar (ġəhribərəz) idi. 
8.
 
Bax 38-ci qeyd. 
9.
 
Səlman  ibn  Rəbiə  hicri  32-ci  ildə  (12.VIII.652  -    1.VIII.653) 
Bələncərdə öldürülüb. 
10.
 
Üçüncü  «rəĢid»  (doğru  yolu  tutmuĢ)  xəlifə  Osman  ibn  Əffan  644-
656-cı illərdə hakimiyyətdə olmuĢdur. 
11.
 
Həbib  ibn  Məsləmə  əl-Fəxri  Məkkədə  doğulub.  Peyğəmbərin 
əshabələrindən  idi.  MəĢhur  Yarmak  (Urdun)  döyüĢündə  iĢtirak  edib.  Antakiyada 
vali olub, Azərbaycanın fəthində iĢtirak edib. Hicri 42-ci ildə (662) vəfat edib. 
12.
 
Xilat hicri 25-ci ildə alınmıĢdı. 
13.
 
Hüzeyfə  ibn  əl-Yəmən  Mədaində  hicri  36-cı  ildə  (30.VI.656-18. 
VI.657) 35 yaĢında vəfat edib. 
14.
 
Bu hadisələr haqqında bax: Bəlazuri. Fütuh əl-buldan. Leyden, 1866, 
səh. 204 
15.
 
Muğirə  ibn  ġuba  ibn  Əbu  Əmir  ibn  Məsud  əs-Səqafi  (602-670)  - 
fütuhat dövründə ən görkəmli ərəb sərkərdələrindən idi. 
16. 656-cı ilə qədər. 
17.  Əl-Cəzirə    orta    əsr  ərəb    coğrafiyaĢünaslarına  görə    Fərat      ilə  Dəclə 
çayları arasındakı ərazinin (Mesopotamiya) Ģimal hissəsinə verilən addır. Bu ölkə 
Ģimalda Malatya və Amiddə baĢlanır və cənubda Ənbərdən Tikritə uzanan bir xətt 
ilə Ġraqdan ayrılırdı. 
18.  Əməvi  sülaləsindən  olan  beĢinci  xəlifə  Əbdülməlik  ibn  Mərvan 
hakimiyyətdə 685-705-ci illərdə olmuĢdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə