Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

63 
 
19.  Moisey  Kalankatuklunun  (Ağvan    tarixi.    səh.      259),  Gevondun 
(Xəlifələrin  tarixi.  səh.  22-24),  Vardanın  (Ümumi  tarix.  səh.  91-  92)  və  Kirakos 
Gəncəlinin  (Tarix.  səh.  40,  45)  verdiyi  məlumatlara      görə      erməni      əyanları   
erməni      təqviminin      150-ci      ilində  (26.V.702-25.V.703)  Qars  vilayətinin 
Kağızman dairəsində yerləĢən Naxçıvan Ģəhərində yandırılıb. Amma Bəlazuri (səh. 
205) və Yəqubi (Tarix. Leyden,  1883. səh. 324-325) yazırlar ki, bu əyanlar «Xilat 
vilayətinin kilsələrində yandırılıb» (fi kənais min amal Xilat). 
20.  Sasanilər  sülaləsindən  olan  Ġran  Ģahı  I  Xosrov  ƏnuĢirvan  531-579-cu 
illərdə hökmranlıq edib. 
21. Təkbir «Allahu əkbər» deməklə Allahın təriflənməsi və ucaldılması. 
22.  Məhəmməd  ibn  Mərvan  hicri  101-ci  ildə  (24.III.719-II.VII.720)  vəfat 
edib. 
23. Əməvi sülaləsindən olan səkkizinci xəlifə Ömər ibn Əbdüləziz 717-720-
ci illərdə hakimiyyətdə olub. 
24.  Adiyyə  ibn  Adiyyə  əl-Kindi  xəlifə  Əli  ibn  Əbu  Talibi  Siffin  döyüĢü 
zamanı  tərk  edib,  Müaviyə  ibn  Əbu  Sufyanın  tərəfinə  keçənlərdən  biri  idi  (bax: 
Bəlazuri, səh. 205). 
25.  Əl-Cərrah  ibn  Abdullah  əl-Həkəmi  ərəb  sərkərdələrindən  ən  məĢhuru 
idi. O, hicri  104-cü ildə (21.VI.722 - 9.VI.723) Azərbaycana vali təyin olunmuĢdu. 
26.  Əməvilərin  doqquzuncu  xəlifəsi    Yəzid    ibn  Əbdülməlik    720-724-cü 
illərdə hakimiyyətdə olub. 
27. Fərsəx - təqribən 5-7 km. 
28. Rubas çayının suları Xəzər dənizinə Dərbənddən tökülür. 
29.  Əl-Lakz  -  ləzgilərlə  məskun  olan  dağlıq  ölkənin  ərəbcə  adı.  Samur 
çayının yuxarı hissəsində yerləĢirdi. 
30. Ləzgilərin bu hökmdarının adına baĢqa mənbələrdə rast gəlinmir. 
31. Xaydaq (Kaytaq) - dargi dillərinin birində danıĢan kaylaqların yaĢadığı 
və Dərbənddən Ģimalda yerləĢən vilayətdir. 
32.  Ər-Ran  və  ya  Əlran  çayı  ola  bilsin  ki,  Dərbənddən  6  fərsəx  Ģimalda 
axan əl-Vaq-Dərbax çayıdır. 
33.  Xəzər  xaqanının  oğlunun  adı  müxtəlif  mənbələrdə  ayrı-ayrı  Ģəkildə 
verilir:  Barxil,  Barxiq,  Barcil,  Barciq  və  s.  Ġbn  Əsəm  əl-Kufinin  verdiyi  yazılıĢ 
daha ağlabatandır. 
34. Ġbn Əsəm əl-Kufidə əl-Həsin qala adlandırılır. D.Danlop (YəhudiləĢmiĢ 
xəzərlərin  tarixi,  səh.  63-64)  hesab  edir  ki,  bu  ad  əl-Xisneyn  («Ġki  qala»)  kimi 
oxunmalıdır.  V.Kotoviç  Xəsini  Qamriozen  çayının  mənsəbində  yerləĢdirir  (Bax: 
«Drevnosti Daqestana», Mahaçqala, 1974, 317-ci səhifədəki xəritə). 
35.  Hayzan-Xaydaqın  (Kaytaqın)  təhrif  olunmuĢ  yazılıĢıdır  (Bax:  31-ci 
qeyd). 


64 
 
36.  Barufa-Tarqu  adlı  qala  adının  təhrif  olunmuĢ  yazılıĢıdır  (bu  sözlərin 
hərəkə  və  nöqtəsiz  ərəb  yazılıĢı  eynidir).  Tarqu-Qamriozen  çayının  orta  axarında 
yerləĢir (bax: V.Kotoviç, yenə orada).  
37.  Kəndin  yerini  müəyyən  etmək  mümkün  olmadı  (bəlkə  indiki 
Həmzəlidir?). Çünki ərəbcə ğ və hərflərinin yazılıĢı bir-birinə oxĢayır. 
38.  Bələncər  Ģəhəri  Dərbənddən  25  km  cənubda  yerləĢən  orta  əsr  Belici 
Ģəhərgahı yerində idi (bax: V.Kotoviç. Erkən orta əsr Varaçan, Bələncər və Tarqıı 
Ģəhərlərinin yerləri haqqında. «Drevnosti Daqestana», səh.199), Bələncər ərəblər 
tərəfindən  hicri  104-cü  ilin  rəbi  əl-əvvəl  ayında  alınmıĢdı  (19.VIII-  I7.IX.722). 
Bax: Ġbn əl-Əsir, IVc, səh. 187. 
39. Səməndər Ģəhəri indiki Mahaçqala Ģəhərgahı yerində idi (bax: V.Kotoviç 
Səməndərin  yeri  məsələsi  ətrafında  olan  arxeoloji  məlumatlar.  «Drevnosti 
Daqestana» səh. 232-255).  
40.  Vəbəndər  -  «gözəl  Varaçan  Ģəhəri»  Dağıstanın  Ullubiy  (keçmiĢ 
Boynak)  kəndi  yaxınlığındakı  Ursek  Ģəhərgahı  yerində  idi  (bax:  V.Kotoviç,  yenə 
orada, səh 191 və 327-ci səh. ifadə olan xəritə). 
41. Ġbn Əsəm əl-Kufinin mətnində olan əl-Kil dağını Afurca və Qonaqkənd 
kəndləri  arasında,  Belbelçayın  sağ  sahilində  yerləĢən  Kilit  dağı  ilə  eyniləĢdirmək 
olar. 
42. Əməvilər sülaləsindən olan onuncu xəlifə  HiĢam ibn Əbdülməlik 727-
743-cü illərdə hakimiyyətdə olub. 
43.  Varsan  orta  əsrlərdə  Araz  çayının  sağ  sahilindəki,  Altan  qalasının 
xarabalığı olan yerdə idi. 
44.  Bacərvan  -  Varsandan  Bərzənd  və  Ərdəbilə  gedən  yolun  üstündə  orta 
əsr qalası. 
45.
 
Tələqan - Qəzvinlə Əbhərin arasında yerləĢən orta əsr vilayəti. 
46.
 
Bax 33-cü qeyd. 
47.
 
Yəni müəllifin yaĢadığı dövrədək. 
48.
 
ġəhrizad  kəndi  ola  bilsin  ki,  Ərdəbildən  Ģimal-qərbdə  yerləĢən 
ġəhrinur kəndidir. 
49. Əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəzərlər tərəfindən hicri 112-ci ildə 
(26.III.730-14.III.732) öldürülüb. 
50.
 
Ərəbləri  məğlub  edəndən  sonra  xəzərlər  Azərbaycanı  talan  edib 
Diyarbəkrə və Mavsilə qədər yerləri xarabaya çevirdilər. 
51.
 
Səid  ibn  Əmr  əl-HərəĢi  Xorasana  vali  hicri  112-ci  ildə  (26.III.730-
14.III.731) təyin olunmuĢdu. Onun  fəaliyyəti haqqında bax: Ġbn əl-Əsir, IVc, səh. 
183 və sonralar. 
52.
 
Mənbic - Suriyada, Hələbdən Ģimal-Ģərqdə Ģəhər. 
53.
 
Ər-Rusafa  -  Suriyanın  mərkəzi səhra  hissəsində, Fərat  çayından 40 
km cənubda Ģəhər. 
54.
 
La  məxba  liitr  bəd  ərus.  Bu  zərbi-məsəlin  baĢqa  Ģəkilləri  üçün  bax: 


65 
 
Əbülfəzl Əhməd ibn Məhəmməd Nisabııri (əl-Maydani). Məcmə əl-əmsal. II hissə, 
Beyrut, 1962, səh. 211. 
55.
 
Bədr  -  Mədinədən  cənub-qərbdə  yerləĢən  kənd.  Burada  624-cü  ildə 
Məhəmməd peyğəmbərin tərəfdarları ilə kafirlər arasında döyüĢ olmuĢdu. Nəticədə 
Məhəmmədin tərəfdarları qalib gəlmiĢdilər. 
56.
 
Məhəmməd  ibn  Sirin  (647-728)  -  Məhəmməd  peyğəmbərin  həyatı 
haqda rəvayətlərin ən bilicilərindən idi. 
57.
 
Raqqa - Suriyada Balix çayının Dəclə çayına toküldüyü yerdə Ģəhər. 
58.
 
Ərvən  -  orta  əsrlər  Anadolusunda  Ģəhər.  Məyyafariqinlə  Surt 
arasında  yerləĢirdi.  Xarabalığı  Ridvan  yaxınlığında.  Ərzən-Su  çayının  sol 
sahilindədir. 
59. Xilat  Türkiyədə, Van gölünün qərb sahilində Ģəhər və qala. 
60.
 
Tarxan – (tarkan) xəzərlərdə iĢlənilən Ģəxs adı və titul (ünvan). 
61.
 
BalaĢacan  səhrası  (baĢqa  mənbələrdə  Balasacan)  tarixi  alban  vilayəti 
Balasakanın  adındandır.  Mənbələrə  görə  (Əbu  Duləf,  Yaqut)  qərbdə  Bərdədən 
Ģərqə  Xəzər  dənizinədək,  cənubda  Bərzənddən,  Ģimaldan  Kür  çayınadək  olan 
ərazini tuturdu. 
62.  Mimədin  xarabaları  MəĢirən  tərəfdə,  Qarasu  çayının  orta  axarında 
yerləĢir. 
63.  Ola  bilsin  ki,  Rustaq  Ərdəbildən  Ģimalda  yerləĢən  və  adı  düz 
yazılmayan ƏrĢaqdır. 
64.  Əbs  -  bir  neçə  ərəb  qəbiləsinin,  bir  dağın,  bir  çayın,  həmçinin  Ģəxsin 
adıdır.  Əbsilərin  yaĢadığı  yerlər  Nəcdin  (Ərəbistan  yarımadası)  ən  geniĢ  vadisi 
olan və qərbdən Ģərqə uzanan Vadi - ər-Rummanın mərkəzi hissəsi idi. 
65. Bərzənd - eyniadlı çayın sağ sahilində yerləĢən orta əsr qala Ģəhəri. 
66.  Ġbn  əl-Əsirdə  (IV  c,  səh.  208)  söhbət  Beyləqan  çayından  gedir.  Lakin 
Beyləqan  çayı  da  Muğan  çayı  kimi,  qalıqları  indi  də  görünən  qədim  suvarma 
arxları idi (məs. Gövur arx kimi). 
67.
 
Hacib - lüğəti mənası qədim və müasir ərəb sözlüklərində təfsilatı ilə 
izah edilmiĢ bu söz (hacaba - «birinin bir yerə girməsinə mane olmaq» və buradan 
hacib  -  «qapıçı»),  Əməvilər  zamanından  baĢlayaraq  Ģərq  və  qərbdəki  müsəlman 
dövlətlərində  əsrlər  boyu  iĢlənmiĢdir.  Əvvəllər  hökmdar  saraylarında  «vasitəçi» 
mənasında iĢlənirdi. 
68.
 
Qeys Aylan (Qeys ibn Aylan) - ġimali Ərəbistanın böyük və qüdrətli 
qədim  tayfa  birliyi.  Rəvayətə  görə  Qeys  Aylanlar  əvvəlcə  Tihama  düzənliyinin 
alçaq  yerlərində  yaĢayırdılar.  Məhəmməd  Peyğəmbərin  dövründə  Ərəbistanın 
mərkəz  və  Ģimal  hissələrinin  geniĢ torpaqlarına  yayıldılar  -  Məkkənin cənub-Ģərq 
və Ģimal-Ģərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra 
da Ġraq və Suriya torpaqlarına köç etdilər. 
69.
 
Fituhat dövründə ərəblər əldə etdikləri qənimətin beĢdə birini (xüms) 
Məhəmməd peyğəmbərin nəslinə və hakim sülalə üzvlərinə ayırırdılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə