Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

70 
 
 136.  Abbasilər  sülaləsinin  səkkizinci  xəlifəsi  əl-Mütəsim-billah  83-842-ci 
illərdə hakimiyyətdə olub.  
137.  Ġbn-Əsəm əl-Kufi xürrəmilər haqqında məlumatı  83-cü ildən baĢlayır. 
138.  Ġshaq  ibn  Ġbrahim  ibn  Müsab,  əl-Cibalın  hakimliyinə  və  ərəb 
qoĢunlarının baĢ komandanlığına hicri 218-ci ilin Ģəvval ayında (20.X-17.XI.833) 
təyin olunub. 
139.  Bu döyüĢ 833-cü ilin dekabrında olub. 
140.
 
 Əl-AfĢin  Heydər  ibn  Kavus  ərəb  ordularının  baĢ  komandanı 
vəzifəsinə 835-ci il iyulun 3-də təyin olunmuĢdu. 
141.
 
 ƏrĢaq  -  Araz  çayının  Qarasu  adlı  sağ  qolunun  Küdül  adlı  qolunun 
aĢağı axarında yerləĢən Ģəhərciyin və dağın adı. 
142.
 
 Əl-Katul hələ xəlifə Harun ər-RəĢid vaxtında Dəclə çayından ayrılan 
kanalın adıdır. Kanalın lap baĢında Əbu Cund adlı saray tikilmiĢdi. Sonralar burada 
Sura mann raa (Samirə) Ģəhərinin təməli qoyulmuĢdur. 
143.
 
 Kazac  -  «Azərbaycanda  qaladır.  Babək  əl-Xürrəminin  qaldığı 
yerlərdən biridir» (bax: Yaqut əl-Həməvi, VII c, səh. 225). 
144.
 
 XuĢĢ - Ərdəbildən 8 fərsəx Ģimalda yerləĢən orta əsr qalası. 
145.
 
 Böyük Buğa (Buğa əl-Kəbir) - bir neçə xəlifə dövründə ən görkəmli 
sərkərdə olub, 868-ci ildə edam olunub. 
146.
 
 Xəlifələrdən əl-Mütəsimin və əl-Mütəvəkkilin vaxtında alban knyazı 
Ġsa ibn uxt Ġstifanus (Yesai Əbu Musa) Beyləqanın hakimi idi. 
147.
 
 Əbu Cəfər Harun əl-Vasiq-xəlifə əl-Mütəsimin oğlu və varisidir. 
148.
 
 Kalansuva  -  çalmaya  bağlanan  qumaĢ  parçasıdır.  Müasir  tarbuĢa 
uyğundur. 
149.
 
 Məhəmməd  ibn  Əbdülməlik  əz-Zəyyat  (789-847)-xəlifələrdən  əl-
Mütəsim (833-842-ci illərdə) və Harun əl-Vasiqin (842-847-ci illərdə) vəziri. 
150.
 
 əl-Əqaba - Samirə Ģəhərində məhəllə. 
 
 


71 
 
ƏT-TƏBƏRĠ 
 
TƏRĠX ƏR-RÜSUL 
VA-L-MÜLUK 
 
Azərbaycanda ərəb iĢğalları 
dövrünün tarixinə aid çıxarıĢlar 
 
Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və 
Ģərhlərin müəllifi Cabir İsgəndərli 
 
Əbu  Cəfər  Mühəmməd  ibn  Cərir  ət-Təbəri  839-cu  ildə  Ġranın  Təbəristan 
(indiki  Mazandaran)  vilayətinin  mərkəz  Ģəhəri  Amulda  dehqan  (mülkədar) 
ailəsində dünyaya gəlib. 
Hələ  erkən  yaĢlarında  ət-Təbəri  fitri  zəkasına,  qeyri-adi  hafizəsinə,  elmə 
olan böyük həvəsinə görə həmyaĢıdlarından seçilirdi: yeddi yaĢında ikən o, Quranı 
artıq əzbərdən bilir, səkkiz yaĢında böyüklərlə birlikdə məscidə gedib namaz qılır, 
doqquz  yaĢında  isə  hədislərə  xüsusi  maraq  göstərərək,  onları  yazıb  toplamağa 
baĢlayır. 
Ġlkin təhsilini doğma  Amul  Ģəhərində  aldıqdan sonra  ət-Təbəri öz  təhsilini 
davam  etdirmək  məqsədilə  on  iki  yaĢında  Ġranın  Rey  Ģəhərinə  səfər  edir.  Oradan 
isə sonralar o, Xilafətin baĢlıca elm və mədəniyyət mərkəzləri olan Bağdad, Bəsrə 
və Kufəyə  gedir: ilk növbədə paytaxt Bağdada gəlir və burada xeyli vaxt qalaraq 
dövrünün görkəmli alimləri yanında dərs alır, onların elmi məclislərində dinləyici 
sifətilə  iĢtirak  edir.  Bağdaddan  sonra  o,  Bəsrə  və  Kufə  mədrəsələrində  oxuyur. 
Daha sonralar isə elm və bilik axtarıĢında səylərini davam etdirərək, yolunu ġama, 
oradan da Misirə salır. 
867-ci  ildə  Misirin  o  vaxtkı  paytaxtı  Füstata  gələn  ət-Təbəri  yaĢca  çox 
cavan olsa da, artıq özünü elm aləminə tanıtdırmıĢ yetkin, kamil bir alim idi. Odur 
ki,  yerli  ziyalı  və  ruhani  alimlər  tərəfindən  xüsusi  diqqət  və  maraqla  qarĢılanır. 
Burada  qaldığı  müddət  ərzində  ət-Təbəri  öz  zəngin  elmi  biliyi  və  geniĢ 
məlumatlılığı  ilə  misirlilərin  daha  artıq  hörmət  və  rəğbətini  qazanır.  Misirdən  ət-
Təbəri Bağdada qayıdır və ömrünün sonunadək orada yaĢayaraq 923-cü ildə vəfat 
edir. 
Ət-Təbərinin  uzaq  səfərlərdə  məqsədi  -  məĢhur  mütəxəssis  alimlərlə 
yaxından  tanıĢ  olub  onların  elmi  mühazirə  və  çıxıĢlarını  dinləmək,  maraqlandığı 
fənn  və  mövzular  üzrə  dəqiq, həm  də  müfəssəl  məlumat  toplayıb əldə  etmək idi.   
Ət-Təbərinin elmi maraqları olduqca geniĢ və çoxcəhətli idi. Elmin elə bir sahəsi 
yox  idi  ki,  ət-Təbəri  onunla  xüsusi  məĢğul  olmasın,  bu  sahəni  dərindən  və 
incəliklərinə kimi öyrənib, ona yiyələnməsin. Amma bununla belə islam və islamla 
bağlı  dini  fənlər  -  Quran,  hədis  və  fiqh  onun  iĢ  və  tədqiqatlarının  canını  təĢkil 


72 
 
edirdi.  Odur  ki,  Quranın  qəbul  olunmuĢ  məlum  oxunuĢ  növ  və  qaydaları,  o 
cümlədən  dəqiq  elmi  təfsiri,  mövcud  çoxsaylı  hədis  və  isnadlar  habelə  Ģəriət  və 
fiqhin  ayrı-ayrı  məzhəbləri  ət-Təbərinin  tədqiq  etdiyi  baĢlıca  mövzular  olub.  Ət-
Təbərinin maraq  dairəsini əsasən dini elmlər təĢkil etsə də, o, eyni zamanda dil və 
qrammatika,  cəbr  və  riyaziyyat,  məntiq  və  dialektika,  tarix  və  tibb,  poeziya  və 
digər elmləri də həmin sahələrin peĢəkar mütəxəssisləri səviyyəsində bilirdi. Odur 
ki,  ət-Təbəri  elmi  mədəniyyətinə  görə  dövrünün,  demək  olar,  bütün  elmlərinə 
mükəmməl bələd olan, ensiklopedik məlumata malik ruhani alim  idi. Ruhani alim 
olduğundan da onun əsərlərinin əksəriyyəti dini məsələlərə həsr olunub. 
«Tərix  ət-Təbəri»nin  misirli  naĢiri  Mühəmməd  Əbu-1-Fəzl  Ġbrahim  əsərə 
yazdığı   müqəddimədə  ət-Təbəriyə  məxsus 26  əsərin adını çəkir. Amma  bunların 
heç  də  hamısı  bizim  zəmanəmizə  kimi  gəlib  çıxmayıb.  Hal-hazırda  elm  aləminə 
onların  yalnız  yeddisi  məlumdur:  beĢi  çap  olunub,  ikisi  isə  əlyazma  Ģəklində 
Qahirə və Ġstambul kitabxanalarındadır. Öz yaradıcılıq fəaliyyətində islam və Ģəriət 
məsələlərinə xüsusi diqqət yetirən ət-Təbəri   «Cəmiu-l-bəyən   fi   təvili-l-Quran»,   
«Təhzibu-l-əsər»,  «Ġxtiləfu-l-fükəha»  və  «Ədəbu-l-kudat»  kimi  samballı  əsərlərin 
müəllifidir.  Onun  Quranın  təfsirindən  ibarət  «Cəmiu-l-bəyən...»  əsəri  bu  növ  dini 
ədəbiyyat içərisində bütün müsəlman aləmində ən tanınmıĢı, ən məĢhurudur. Lakin 
ət-Təbərini  bir  tarixçi  kimi  tanıtdıran  onun  «Tərix  ər-rüsul  va-l-müluk»  (bəzən 
qısaca  olaraq  «Tərix  ət-Təbəri»  kimi)  adlanan  Ģah  əsəridir.  Bu  çoxcildli  əsər 
dünyanın yaranması tarixindən baĢlayaraq müəllifin zəmanəsinə qədər olan böyük 
bir  dövrü  əhatə  edir.    «Tərix  ər-rüsul    va-l-müluk»  -  islam  aləminin  tarixinə  həsr 
olunmuĢ  ilk  dolğun  və  mükəmməl  əsərdir.  O,  ənənəvi  hədislər  üslubunda  -  ravi 
isnadları  üzərində  tərtib  olunub.  Əsərdə  tarixi  hadisələrin  Ģərhi  ayrı-ayrı 
müəlliflərdən edilən iqtibaslardan - məzmunca fərqli variantlardan ibarətdir. Yalnız 
hicri tarixindən baĢlayaraq onlar xronoloji ardıcıllıq əsasında verilir. Ət-Təbərinin 
bu  əsəri  Xilafət  tərkibindəki  ölkələrin,  o  cümlədən  də  Azərbaycanın  orta  əsrlər 
tarixinə  dair  qiymətli  məlumatlarla  zəngindir.  Ondakı  hadisələrin  Ģərhi  xronoloji 
olaraq 915-ci ilə kimi çatdırılır. 
Ət-Təbəri  «Tarix»inin  nəĢrinə  gəlincə,  bu,  yalnız  XIX  əsrin  sonlarında 
Avropa ĢərqĢünaslarının birgə səyləri nəticəsində  mümkün olmuĢdur. Əsərin tam, 
kamil  əlyazması  tapılmadığından  çap  üçün  onun  əldə  olan  müxtəlif  nüsxələri 
əsasında  vahid  mətn  hazırlanır  və  bu  mətn  1879-1890-cı  illərdə  görkəmli 
ərəbĢünas, həm də mətnĢünas alim M.J. de Quyenin baĢçılığı altında nəĢr olunaraq 
iĢıq  üzü  görür.  Əsər  Leydendə  13  cilddən  ibarət  üç  hissədə  buraxılır.  Sonralar  o, 
Qahirədə  üç  dəfə:  1908,  1910  və  1939-cu  illərdə  çap  olunur.  Keçən  əsrin  60-cı 
illərində  isə  «Tərix ət-Təbəri»  bir də, amma  artıq aĢkar edilmiĢ  yeni  nüsxələrdən 
əlavələr  edilməklə  məĢhur  misirli  mətnĢünas  Mühəmməd  Əbu-l-Fəzl  Ġbrahim 
tərəfindən  nəĢr  olunur.  Ət-Təbəri  «Tarix»indən  oxucuların  diqqətinə  çatdırılan 
Azərbaycana  aid  materialların  tərcüməsi  əsərin  məhz  bu  nəĢri  əsasında  yerinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə