87
Zurri və əl-Karsə
87
isə [baĢqa] bir çadırda qalırdılar. Onlar Bələncərdəki hərbi
düĢərgədə qonĢu idilər. Əl-Karsə` deyərdi: «Nə gözəldir paltarda qan parıltısı!»
Əmr ibn Utbə isə əynindəki ağ donuna baxaraq söylərdi: «Nə gözəldir al qan
[ləkəsi] sənin ağ üzündə!»
Osmanın hakimiyyəti illərində kufəlilər [bir neçə dəfə] Bələncərə hərbi
yürüĢlər etmiĢlər; bu yürüĢlər [onun hakimiyyətinin] 9-cu ilinədək itkisiz
keçdiyindən nə bir qadın dul, nə də bir uĢaq yetim qalmıĢdı. 9-cu ilində isə
(səh.306) həmlədən iki gün qabaq Yəzid ibn Muaviyə [yuxuda] görür ki, onun
çadırına bir ceyran gətiriblər. O, [ömründə] bundan gözəlini görməmiĢdi; ceyranı
onun bürüncəyinə bürüyüb bükmüĢlər. Sonra onu bir qəbrə aparırlar. Qəbrin
üstündə dörd nəfər durmuĢdu. O bundan hamar, bundan yaraĢıqlı bir qəbir
görməmiĢdi. [Ceyranı] onun içində dəfn edirlər.
Sonra [müsəlman] döyüĢçüləri türklərin üstünə həmlə edərkən, Yəzidə bir
daĢ dəyib, baĢını yarır və qandan onun paltarı elə bulaĢır ki, elə bil ona bəzək
vurulmuĢdu. Bununla da onun yuxuda görmüĢ olduğu ceyran, həm də yaraĢıqlı
paltar üzərindəki qan [ləkəsi] çin olur.
Etdikləri həmlədən bir gün qabaq Mi`dəd Əlqamədən xahiĢ edib deyir:
«Bircə öz bürüncəyini verəydin, onu baĢıma dolayaydım». [Əlqamə onu] verir.
Sonra [Mi'dəd] Yəzidin həlak olduğu bürcə gedir və [düĢməni] oxa tutaraq, bir
neçəsini vurub öldürür. [Lakin] ərradədən atılan daĢ onun təpəsinə dəyib əzir.
DöyüĢçüləri onu çəkib aparır və Yəzidin yanında basdırırlar. Əmr ibn Utbə də
yaralanır və donunu arzu etdiyi halda görərək, həlak olur. Əl-Karsə' isə hücum
günü elə vuruĢur ki, nizədən deĢik-deĢik olmuĢ [xələti] yeri ağ, naxıĢları da elə bil
qırmızı olan bir dona çevrilir. Nə qədər ki o həlak olmamıĢdı, döyüĢçülər mətanətlə
vuruĢurdular, amma onun ölümü ilə onlar məğlub olurlar.
Əs-Səri ġueybə, [o isə] Seyfə, [Seyf də] Davud ibn Yəzidə isnadən mənə
yazıb ki, [Davud] rəvayət etmiĢdir:
Yəzid ibn Müaviyə ən-Nəxəi, Allah ondan razı qalsın, Əmr ibn Utbə və
Mi`dəd Bələncər günü həlak olmuĢlar. Midədə gəlincə o, Əlqamənin bir
bürüncəyini [baĢına] sarıyıb dolayır. Mancanaq daĢının bir parası onun təpəsinə
dəyib yaralayır. O da əlini [baĢına] qoyub buna əhəmiyyət vermir. Sonra isə
keçinir. Əlqamə onun [bürüncək üstündəki] qanını yusa da, [ləkəsi] getmir və
cümə [namazlarına] onda gələrək deyərdi: «Məni buna bağlayan odur ki, onda
Midədin qanı var». Amma Əmr isə ağ xələt geyərək deyərdi: «Buna qan əcəb də
yaraĢardı!» [Sonralar] bir daĢ dəyib, onu qana boyayaraq öldürür. Yəzidə də nə isə
dəyib, [ondan] ölür. [Yuxusunda o, görmüĢdü ki,] bir qəbir qazıb hazırlamıĢlar.
Yəzid də ona baxıb deyir: «Əcəb də yaraĢıqlıdır!» [Beləcə] yatmıĢ [adamın] öz
yuxusunda gördüyü çin olur: [gözəllikdə] ondan qəĢəngi olmayan bir ceyran
gətirib, onu həmin qəbrdə basdırırlar. [Demə,] həmin ceyran elə onun özü imiĢ.
Yəzid, Allah ona rəhmət etsin, həlim, gözəl [bir insan] idi. [Onun ölüm xəbəri]
Osmana gəlib çatdıqda, [Osman] demiĢdi: «Biz Allahınıq və Onun dərgahına
88
qayıdarıq». Kufə əhli üzə durdu. Pərvərdigara, onların günahından keç, onları
qəbul et!»
Əs-Səri ġueybə, [o da] Seyfə, [Seyf də] Mühəmməd və Təlhaya isnadən
mənə yazıb ki, [Mühəmmədlə Təlha] rəvayət etmiĢlər:
Səid [ibn əl-As] o sərhəd bölgəyə Səlman ibn Rəbiəni [hakim], (səh.307)
Hüzeyfə ibn əl-Yəməni isə kufəlilərin baĢında hərbi yürüĢlərə [komandan] təyin
edir. Bundan əvvəl həmin bölgədə [komandan] Əbdü-r-rəhman ibn Rəbiə idi.
[Hakimiyyətinin] onuncu ilində Osman onları baĢda Həbib ibn Məsləmə əl-QuraĢi
olmaqla ġam camaatı ilə gücləndirir. Səlman Həbibə sərəncamlar verir, o isə [tabe
olmaqdan] imtina edirdi. ġam camaatı deyirdi: «Biz Səlmanı döyüb əziĢdirəcəyik!»
[Səlmanın] adamları da cavabında: «Onda biz də, Allaha and olsun! – Həbibi
əziĢdirib dustaq edərik! Əgər [fikrinizdən] daĢınıb çəkinməsəniz, həm sizdən, həm
də bizdən çoxlu qırılıb ölən olacaq!», - deyə söyləyirdilər.
Aus ibn Məğra
88
bu haqda deyib:
Səlmana əl vursanız, biz də kötəklərik sizin Həbibi!
Ġbn Affanın yanına getsəniz, biz də gedərik [onun yanına].
Ədalətli olsanız, bu məntəqə bizim əmirin məntəqəsidir.
Bu
89
isə bir neçə dəstə baĢında gəlmiĢ [adi] bir əmirdir.
Biz - məntəqə sahibləri gecələrlə onu qoruyub saxlamıĢıq,
AtıĢaraq hər həmləni basıb dəf etmiĢik.
Həbib istəyirdi ki, Kufədən gəlmiĢ bir ordu əmiri tək əl-Bəb hakiminə
göstəriĢlər versin. Amma bunu görən Hüzeyfə, [onun döyüĢçüləri də] lazımi
hövsələ göstərirlər. Hüzeyfə ibn əl-Yəmən üç dəfə [Bələncərə] basqın edir.
Üçüncüsünün əsnasında isə Osman qətlə yetirilir. Osmanın qətl [xəbəri] onlara
gəlib çatdıqda, [Hüzeyfə] deyir: «Ġlahi, Osmanın qatilləri, Osmana təcavüz edənlər,
gözləri Osmanı götürməyənlər Sənin lənətinə gəlsinlər! Pərvərdigara, biz onu, o da
bizi məzəmmət edib qınayardı! Məgər ondan qabaq kimsə bizi, bizlər də onu
haçansa qınamayıb? Amma bunu fitnə üçün bəhanə edib götürdülər. Ġlahi, onları
qılıncdan keçirəsən!»
Qeydlər
1. Orta əsr ərəb mənbələrində iĢlənən «Kisra» - «Xosrov» sözünün təhrif
olunmuĢ Ģəklidir. «Xosrov» - Sasani padĢahlarına verilən yüksək tituldur. Sasani
hökmdarlarından yalnız ikisinin əsl adı Xosrov olub: I Xosrov ƏnuĢirvanın və
onun nəvəsi II Xosrov Pərvizin.
2. I Xosrov ƏnuĢirvan Qubad (ərəb qaynaqlarında «Qubaz») - 531-579-cu
illərdə Ġranda hökmranlıq etmiĢ məĢhur Sasani padĢahı. ƏnuĢirvan qonĢu Bizansla
uğurlu müharibələr aparmıĢ, 570-ci ildə isə onun ordusu Yəməni tutmuĢdur.
ƏnuĢirvan atası I Qubadın baĢlamıĢ olduğu quruculuq iĢlərini davam etdirərək,
sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və
Dostları ilə paylaş: |