89
istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniĢ islahatlar keçirir, torpaq və
vergi sistemlərini təkmilləĢdirir. Onun bu sahədə gördüyü iĢlərdən sonralar ərəblər
öz
dövlət
quruculuğunda istifadə etmiĢlər.
3.
«Fazusban» - farsca «paduspan» olub, caniĢin deməkdir. Bu titul
Sasanilər dövründə ölkənin ən iri inzibati bölgüsünü idarə edən caniĢinə verilirdi.
4.
«Fars məmləkəti» dedikdə burada, Ģübhəsiz, bütün Sasanilər
məmləkəti nəzərdə tutulur. Ümumiyyətlə, orta əsr ərəb mənbələrində «Ġran»
məfhumu adətən «biləd fəris» və «bilədu-l-furs» (farslar ölkəsi) ya da ki «bilədu-l-
acəm» (qeyri-ərəblərin ölkəsi) ifadələri ilə bildirilirdi.
5.
Dünbavənd - Rey yaxınlığında yerləĢən dağ silsiləsi və ona bitiĢik
vilayətin adı. Yaqut əl-Haməvinin qeyd etdiyinə görə həmin ərazi bəzən
«Dümavənd», bəzən də «Dübavənd» adlanırdı (Yaqut əl-Haməvi, Kitəb mucəmi-l-
buldən. Tehran. 1965, c.II, səh. 585, 606-608). Hal-hazırda Tehrandan təxminən 60
km Ģərqdə Dəmavənd adda Ģəhər mövcuddur.
6.
Təbəristan - Ġranın indiki Mazandaran vilayətinin keçmiĢ ərəb adı.
7.
Fəsa - Fars əyalətinin qədim və ən böyük Ģəhərlərindən biri.
8.
ZərdüĢt - islamaqədərki Ġran əhlinin ən çox etiqad etdiyi və onun adı
ilə bağlı olan atəĢpərəstlik dininin banisi, müqəddəs «Avesta» kitabının müəllifi.
ZərdüĢtlüyün Ġran ərazisində dövlət dininə çevrilməsi Sasanilər sülaləsinin
müəssisi ƏrdəĢir Babəkan (226-240) dövrünə təsadüf edir. ƏrdəĢir ölkə daxilində
baĢqa din və məzhəbləri təqib edərək, zərdüĢtlüyün yayılması qayğısına qalmıĢ və
bu məqsədlə çoxlu atəĢgədələr tikdirmiĢdi.
9.
Məzdək Bamdad (ərəbcə: Bamdəz) - V əsrin sonları - VI əsrin
əvvəllərində Ġranda geniĢ vüsət tapmıĢ yeni dini təriqətin yaradıcısı, həm də xalq
üsyanının baĢçısı. Məzdəkin dini müddəaları onun sələfi - Mani məzhəbinin əsas
prinsiplərinə köklənmiĢdi. Maninin məzhəbi kimi onun da təriqəti ölkənin dövlət
dini olan zərdüĢtiliyə qarĢı yönəlmiĢdi. Məzdək ictimai həyatda da, mülkiyyətdə də
insanların bərabərliyini təbliğ edirdi. AĢağı təbəqələrin mənafeyini müdafiə
etdiyindən onun hərəkatı haqlı olaraq xalq kütlələrinin rəğbət və dəstəyini qazanır.
Siyasi sahədə bu hərəkat əslində əyanların və yüksək din xadimlərinin hakimiyyəti
əleyhinə çevrilir. Bir vaxtlar Xosrov ƏnuĢirvanın hakimiyyətə can atan atası
Qubad Firuzun (488-531) özü Məzdək hərəkatına tərəfdar çıxmıĢ və ondan siyasi
məqsədləri üçün istifadə etmiĢdi. Lakin ömrünün sonuna yaxın o, vəliəhdi - oğlu
Xosrov ƏnuĢirvana Məzdək və onun adamlarına qanlı divan tutmağa rəvac verir.
ƏnuĢirvan da 528-ci ildə guya hörmət və ehtiram əlaməti olaraq Məzdəkin Ģərəfinə
xüsusi bir ziyafət qurur və ziyafət zamanı Məzdəki həm də onun bütün yaxın
məsləkdaĢlarını qırıb məhv edir. Bundan sonra Məzdəkin ardıcılları amansız
təqiblərə məruz qalıb, məmləkətin ucqar yerlərinə, əsasən də Orta Asiya
məntəqələrinə qaçıb getməli olurlar В.B.Бapmoльд. Coч.м. II.
Ч
.
1. M, 1963. c.2I7:
m.VI. M.. 1966, c. 215: m.VII. M.. 1971, c. 441: Mэpu Бoйc. Зopoacтpuйцы.
90
Bepoвания u oбычau. M.. 1987, c. 158-160)
10.
Mani (215-276) III əsrdə Ġraqda peyğəmbərlik iddiası ilə çıxıĢ edən
dini xadim. Onun dini fəaliyyəti Ġranda Sasanilər sülaləsinin ilk nümayəndələri I
ƏrdəĢir Babəkan (224-240) və onun oğlu I ġapurun (240-272) hakimiyyəti illərinə
təsadüf edir. Özünü ZərdüĢt, Budda və Ġsa peyğəmbərin xələfi elan edən Mani yeni
din yaradaraq, bunu çəkdiyi rəsm Ģəkilləri vasitəsilə Yaxın və Orta ġərq
ölkələrində uğurla yaymağa və əhalinin müxtəlif təbəqələri, hətta əyanlar arasında
belə özünə tərəfdarlar qazanmağa nail olur. Mani məzhəbi mahiyyət etibarilə
Ġranda dövlət səviyyəsində himayə olunan ZərdüĢt dininin təbliğ etdiyi təbəqəli
ictimai quruluĢa qarĢı çıxaraq, Budda və xristian təlimlərindəki zahidlik ideyalarını
əsas tuturdu. Onun dini ideyaları tezliklə Roma imperiyası hüdudlarında, habelə
Yunanıstan və latın dilli ölkələrdə tanınır. Lakin sonralar Mani məzhəbi həm
xristian, həm də islam aləmində ciddi təqiblərlə üzləĢir. Mani edam edildikdən
sonra isə onun ardıcılları Ġranı tərk edərək, Amu-Dərya çayı arxasındakı ərazilərə
qaçır və orada məskunlaĢırlar. Amma ərəb iĢğalları ilə əlaqədar onlar geri
qayıtmaq imkanı əldə etmiĢ olurlar. Lakin xəlifə Mehdi (775-785) dövründə
onların yenidən köçürülməsi baĢlanır. Xəlifə əl-Müqtədir (908-932) isə bu
əməliyyatı xüsusi sərtliklə həyata keçirərək baĢa çatdırır. (В.В.Бартольд. Соч. т.
II. ч. I. M. 1963, с.216: т. VI. М. 1966. с. 86. 214. 475; т. VII М. 1971. с. 441;
т. IX. М. 1977. с. 266). .
11.
Məcusi - fars dilindəki «muğ» sözünün ərəb variantıdır. Bu adla
Ġranda atəĢpərəstlər, həm də əsasən ZərdüĢt dinindən olanlar adlanırdı. Muğlar oda
ibadət edib, GünəĢə səcdə qılırdılar. Əl-Fəxri və əĢ-ġəhristani məcusların vaxtilə
70 təriqəti olduğunu qeyd edirlər. Əl-Fəxrinin dediyinə görə sonralar onların yalnız
doqquzu qalmıĢdır: kayumərsiyyə, zərvaniyyə, zərdüĢtiyyə, sənəviyyə, maniviyyə,
mədzəkiyyə, deysəniyyə, mərkayuniyyə və kaynəviyyə (Али ибн Мухаммад ал-
Фахри. Китаб талхис aл-байан фи зикр фирак ахл ал-адйан. М.. 1988. с. 19.
40: Мухаммад ибн Абд ал-Карим аш-Шахрастани. Книга о религиях и сектах
(Китаб ал-милал вa-н-нихал). с. I . М.. I984. л. 27).
12.
Ġsbahbəz (ispahbəz) - pəhləvi dilində «spahbed»dir ki, bu da
Sasanilər dövründə bir müddət yüksək hərbi titul olub, I Xosrov ƏnuĢirvanın
məlum islahatlarından qabaq ölkənin hərbi qüvvələri təkcə bir Ģəxsin - ali baĢ
komandanın əlində cəmləĢmiĢdi və o, «Eran spahbed» (yəni Ġranın baĢ sərkərdəsi)
titulunu daĢıyırdı. Çox ehtimal ki, ƏnuĢirvan ölkədə bütün hərbi hakimiyyətin bir
Ģəxsin əlində olmasından ehtiyatlanaraq, ölkə ərazisini dörd böyük caniĢinliyə
böldüyü kimi orduya baĢçılığı da dörd sərkərdə arasında bölüĢdürür («Книга
деяний Ардашира сына Папака». М.. 1987, s. 20).
13.
Qubaz ibn Firuz (I Qubad (Qəvad) Firuz) - 488-531-ci illərdə
hakimiyyətdə olmuĢ Ġran ĢahənĢahı: I Xosrov ƏnuĢirvanın atası:
14.
Əs-Sind - Yaqut əl-Həmaviyə görə əl-Hind, Kirman və Sicistan
(Sistan) arasında yerləĢən ölkə olub (Yaqut əl-Həmavi. Kitab mü'cəmi-l-buldən.
Dostları ilə paylaş: |