Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   39   40   41   42   43   44   45   46   ...   102

93 
 
çıxıb üsyan edir: böyük bir ordu ilə Mədain (Ktesifon) üzərinə  yeriyir və onu ələ 
keçirir.  Zindanda  saxlanılan  devrilmiĢ  Ģah  IV  Hürmuz  qətlə  yetirilir.  Bəhram 
Sasanilər taxt-tacına  sahib  olur. Lakin o, ancaq ikicə  il hökmranlıq edir. Bir vaxt 
Bəhramın əlindən ölkədən qaçıb getmiĢ Xosrov Pərviz Bizans imperatorunun hərbi 
kömək  və  dəstəyi  ilə  yenidən  hakimiyyətə  qayıdır.  Bəhram  Çubin  isə  əvvəlcə 
Bəlxə,  sonra  da  türk  xaqanının  yanına  qaçır  və  elə  orada  da  öz  aqibətini  tapır 
(Мэри Бойс. Зороастpuйцы. Верования и обычаи. М., 1987, s. 171-173). 
34.  Əl-Mədain (ərəbcə «mədinə» - «Ģəhər» sözünün cəmidir) - Bağdaddan 
30  km  cənubda  yerləĢmiĢ  qədim  tarixi  Ģəhər,  daha  doğrusu,  Ģəhərlər  məcmusu. 
ġəhərin əsası ilk dəfə I Selevk Nikator (e.ə. 311-281) tərəfindən qoyulub və onun 
Ģərəfinə olaraq Selevkiyə adlandırılıb. Lakin sonrakı dövrlərdə ona bitiĢik bir neçə 
Ģəhər  də  salınıb.  Sasanilər  vaxtında  Ģəhər  Taysifon  (Ktesifon)  adlandırılaraq, 
ĢahənĢahların qıĢ iqamətgahına çevrilir.  
35.  Nueym  ibn  Mukarrın  -  məĢhur  Nihavənd  vuruĢunda  baĢ  коmandan 
olmuĢ  ən-Numan  ibn  Mukarinin  qardaĢı  və  həmin  vuruĢu  qələbə  ilə  baĢa  vurmuĢ 
sərkərdə. 
36. Ət-Təbərinin məlumatına əsasən Həmədan ilk dəfə Nihavənd vuruĢunda 
məğlub olmuĢ Ġran ordusunun qalıqları təqib edilərkən elə həmin 21 (641)-ci ildə 
Nu`eym ibn Mukarrin və Ka'ka' ibn Əmr tərəfindən tutulur. Ərəblər Ģəhər hakimi 
XosrovĢunumla  sülh  müqaviləsi  bağlayırlar,  amma  Ģəhəri  tərk  edib  getdikdən  bir 
qədər  sonra  həmədanlılar  müqaviləni  pozurlar.  Odur  ki,  xəlifə  Ömər  Nu'eym  ibn 
Mukarrini  yenidən  Həmədan  üzərinə  yürüĢə  göndərir  (Tərix  ət-Təbəri,  Qahirə, 
1970, c. IV. Səh. 128. 133, 147). 
37.  Vac-ruz  -  Həmədanla  Qəzvin  arasında  vadi.    Bu  vadidə  Nihavənd 
vuruĢundan sonra iranlılarla müsəlmanlar arasında yeni irimiqyaslı bir vuruĢma baĢ 
verir. Bu vuruĢ da Nihavənd vuruĢu kimi olduqca Ģiddətli  və qanlı keçir. Ət-Təbəri 
qeyd  edir  ki,  Nu'eym  ibn  Mukarrin  Həmədan  Ģəhərinin  üstünü  on  iki  minlik  bir 
ordu ilə aldığı zaman Deyləm, Azərbaycan və Rey camaatı öz aralarında danıĢıqlar 
aparır  və  ərəblərə  qarĢı  birgə  çıxıĢ  еtmək  qərarına  gəlirlər.  Deyləmlilərə  Mutə, 
reylilərə  əz-Zinəbi  Əbu  Fərruxan,  azərbaycanlılara  Ġsfəndiyaz  baĢçılıq  edirdi. 
Amma  Vac-ruzda  baĢ  verən  vuruĢ  da  ərəblərin  xeyrinə  bitir  (Tərix    ət  Təbəri, 
Qahirə,  1970,  c.  IV,  səh.148;  Yaqut  əl-Həmavi,  Kitəb  mu`cəmi-l-buldən.  Tehran. 
1965. c. IV. səh. 1972). 
38.  Ər-Rey  (Rey)  -  qalıqları  müasir  Tehranın  cənub-Ģərqində,  ondan 
təxminən  8  km  məsafədə  yerləĢən  qədim  Ģəhər.  Qədimdə  Rey  müxtəlif  adlarla 
tanınıb: Rağa, Arsakiya, Azari və Ram-Firuz. Onun adına hətta Bisütun yazılarında 
(e.ə.  VI  əsr)  rast  gəlmək  olur.  Ərəblər  Reyi  641-ci  ildə  fəth  etmiĢlər.  Abbasi 
xəlifələrindən  əl-Mehdi  774-cü  ildə  onun  qədim  xarabalıqları  üzərində  əl-
Mühəmmədiyyə  Ģəhərini  tikir.  Samanilərin,  Büveyhilərin  və  Səlcuqların 
hökmranlığını  görmüĢ  bu  Ģəhər  XIII  əsrdə  monqol  hücumlarına  məruz  qalaraq, 


94 
 
dağılmıĢ və xarabazara çevrilmiĢdir   (Əhməd  Ətiyyətullah.   al-Qamus   əl-isləmi.   
Qahirə, 1966. с II. Səh. 610-611). 
39.
 
Ömər  ibn  əl-Xəttab  (öl.  24/644)  -  ikinci  haqq  xəlifə:  onun 
hökmranlıq dövrü 634-644-cü illəri əhatə edir. Ərəb istilalarının əsas hissəsi - Ġraq, 
Fələstin,  Suriya,  Misir  və  Ġranın  iĢğalı  onun  xəlifəliyi  vaxtına  düĢür.  Odur  ki, 
Xilafətin bir dövlət kimi yaranması birbaĢa Ömərin adı ilə bağlıdır. 
40.
 
Simək ibn XəraĢa əl-Ənsari adında iki tarixi Ģəxsiyyət olub: bunların 
birisinin  künyəsi  Əbu  Ducənə  idi  ki,  bu  da  Məhəmməd  peyğəmbərin  yaxın 
silahdaĢlarından  olub.  O,  müsəlmanların  Ühud  döyüĢündə  iĢtirak  etmiĢ, 
qəhrəmancasına vuruĢmuĢdu. Əbu Bəkrin xəlifəliyi vaxtında isə - 633-cü ildə riddə 
ilə  mübarizə  zamanı Əbu Ducənə  əl-Yəməmədə  yalançı  peyğəmbər Museyliməni 
qətlə yetirərək, özü də həlak olmuĢdu. (əl-Bələzuri. Ənsəbu-l-əĢraf, Qahirə, 1959. 
c. 1. səh. 320; Tə'rix Xəlifə ibn Xəyyat. 1967. с I. səh. 77; Ġbn Kuteybə. Əl-Mə'arif. 
1969,  səh.  158.  159,  271;  ġəmsəddin  əz-Zəhəbi.  Siyar  ə'ləmi-n-пиbələ.  Qahirə, 
1957.  с  1,  səh.  175.  176.  217;  Тəriх  ət-Təbəri.  Qahirə,  1969.  c.  III.  Səh.  581). 
Ġkinci Siməkə gəlincə, təəssüf ki, onun haqqında bir məlumat əldə etmək mümkün 
olmayıb. 
41.
 
Bukeyr  ibn  Abdullah  əl-Leysi  -  süvari  qoĢun  hissəsinin  baĢçısı. 
Atası Məhəmməd peyğəmbərin  yaxın əshabələrindən olmuĢ və Bədrdə  vuruĢaraq 
həlak olmuĢdu. (Ġbn Hacər əl-Əskaləni. Təhzibu-t-təhzib. Beyrut, 1968. с IX, səh. 
68).  Bukeyrin  özü  isə  müsəlman  ordusunun  bir  sıra  yürüĢlərində,  о  cümlədən 
Kadisiyyə döyüĢündə (15/637) və Ġran ərazilərinin fəthində iĢtirak edib  (Tə'rix ət-
Тəbəri. Qahirə, 1969, с III. səh. 621; Tə'rix Xəlifə ibn Xəyyat. 1967. с I. səh. 102). 
42.
 
Əbu  Abdullah  Ütbə  ibn  Farkad  əs-Suləmi  -  hərbi  sərkərdə, 
Məhəmməd  peyğəmbərin  bir  neçə  qəzavatının  iĢtirakçısı;  640-cı  ildə  Ġraqda 
Mosulu  iĢğal  edib  (Ġbn  Hacər  əl-Əskaləni.  Təhzibu-t-təhzib.  Beyrut,  1968.  с  VII. 
Səh. 101). 
43.
 
Yaqut əl-Həmavi Cərmizanı Ġranın Həmədan nahiyələrindən biri kimi 
qeyd edir (Yaqut əl-Həmavi. Kitəb mu'cəmi-l-buldən. Tehran. 1965. c. II. Səh. 65). 
44.
 
Ġsfəndiyaz  ibn əl-Fərruxzad  (Ġsfəndiyar Fərruxzad)  - Azərbaycanın 
о zamankı mərzbanı. 
45.
 
Əl-Kabc - ərəblərin Qafqaz dağlarına verdikləri ad. 
46.
 
Ər-Rum  dağları  dedikdə  Kiçik  Asiyanın  Ġranla  sərhəd  məntəqədə 
olan dağları nəzərdə tutulur. 
47. Əl-Bəb (ərəbcə: qapı) yaxud Bəbu-l-Əbvab (Qapılar qapısı) - ərəblərin 
Dərbəndə  verdikləri  addır.  Məlumdur  ki,  Böyük  Qafqaz  sıra  dağlarında  Xəzər 
dənizindən  baĢlamıĢ  qərb  istiqamətdə  dağ  keçidləri  silsiləsi  mövcud  olub.  Sasani 
padĢahlarından  Qubad  Firuz,  sonra  da  onun  oğlu  I  Xosrov  ƏnuĢirvan  türk 
tayfalarının Ģimaldan get-gedə artan basqın və hücumlarının  qabağını almaq üçün 
həmin keçidlər  üzərində  möhkəmləndirilmiĢ qalalar sistemi qurmuĢ və  onları bir-
birinə  uzunluğu  təxminən  40  fərsəx  (240  km)  təĢkil  edən  ümumi  bir  divarla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə