110
və xərac verilməsinin müqabilində onun burada vali vəzifəsində qalmasından
bəhs olunurdu. Həbib batriqi Ġyadın yanına göndərdi, özü isə Hərək ilə əl-Vark
səhrası arasındakı yerdə dayandı. Burada Xilatın batriqi ödəyəcəyi vergi haqqı ilə
birlikdə onun yanına gəldi, ona hədiyyə bağıĢlamaq istədi, ancaq o bunu qəbul
etmədi. Sonra Həbib Xilatda oldu, oradan da əs-Saməyə
66
gəldi. Orada onu
Busfurracanın vilayətlərindən biri sayılan Moksun
67
hökmdarı qarĢıladı. Həbib
onun öz tutduğu vəzifəsində qalmağını
təsdiq etdi, onunla birgə adam göndərdi,
sülh və əmin-amanlıq barədə ona fərman yazıb verdi. Həbib bundan sonra
əsgərləri ArciĢ və Bəcuneysin kəndlərinin üzərinə göndərdi. Əsgərlər bu kəndləri
zəbt etdilər, əhalisindən cizyə vergisi yığdılar. Həmin vilayətlərin əyanları onun
yanına gəldilər. Həbib onlara xərac vergisi
68
ödəmək Ģərtilə öz ərazilərində
hökmran olmaqlarını təsdiq etdi. Tirrix
69
gölünə gəlincə Həbib bu məsələyə
toxunmadı. Bu göl Mühəmməd ibn Mərvan ibn əl-Həkəm əl-Cəzirəyə və
Ərminiyyəyə vali təyin olunanadək heç kimə məxsus deyildi. Məhəmməd balıq
ovunu və satıĢını öz əlinə aldı, bundan böyük gəlir əldə etdi. Ondan sonra gölə
Mərvan ibn Məhəmməd
70
sahib oldusa da, az sonra bu onun da əlindən alındı.
Vaqidi deyir ki, Həbib yoluna davam edərək, Əzdisata çatdı. Bu, elə Qırmız
Ģəhərciyidir. Sonra o, Kürdlərin çayının o tayına keçdi, Dəbil çəmənində məskən
saldı, atlı dəstələrini Ģəhərə göndərdi, özü isə hərəkət edərək, Ģəhərin qapılarına
yaxın yerdə dayandı. ġəhərin əhalisi istehkamlar qurdu və onun ordusuna oxlar
atmağa baĢladı. Onda Həbib Ģəhərin divarlarının yanında daĢatan maĢınlar
yerləĢdirdi və əhalinin üzərinə daĢ yağdırdı. Bu o vaxta qədər davam etdi ki, əhali
ondan sülh və aman dilədi. Həbib onların xahiĢinə əməl etdi. Bundan sonra onun
atlı qoĢunu ərazi boyu daha da irəliləyərək, Curnidə dayandı. ƏĢuĢa, Zətu-1-
lucuma, Əhrar vadisinə qədər gedib çıxdı, Dəbilin bütün kəndlərini ələ keçirdi. O,
Sirac-Tayrın və Bəğravəndin üzərinə qoĢun göndərdi. Bəğravəndin batriqi Həbibin
yanına gəlib vergi ödəməsi, müsəlmanlarla dostluq münasibətində olması,
düĢmənlərə qarĢı mübarizədə onlara kömək etməsi, onları ərzaqla təmin etməsi
Ģərtləri ilə onunla sülh müqaviləsi bağladı. Dəbillə bağlanılmıĢ sülh müqaviləsinin
mətni belə idi: «Rəhmli, mərhəmətli Allahın adı ilə. Bu fərman Dəbil Ģəhərinin
xristian əhalisinə, atəĢpərəstlərinə, yəhudilərinə, burada olanlara və olmayanlara
ona görə təqdim olunur ki, mən sizin özünüzün və var-dövlətinizin, kilsələrinizin,
sinaqoqlarınızın, Ģəhərinizin divarlarının təhlükəsizliyinə zəmanət verirəm. Sizin
təhlükəsizliyiniz təmin olunmuĢdur. Nə qədər ki siz saziĢə əməl edib cizyə və
xərac vergisini ödəyəcəksiniz, biz də bu saziĢin sərtlərinə əməl edəcəyik və buna
ən etibarlı zamin, zəmanətçi olan Allah özü zəmanət verir. Fərmana Həbib ibn
Məsləmənin möhürü vurulmuĢdur.»
Həbib sonra NəĢəvaya yaxınlaĢıb oranı da iĢğal etdi, oranın sakinləri ilə
məzmunca Dəbil müqaviləsi ilə eyni olan bir müqavilə bağladı. Burada onun
yanına Busfurracanın batriqi gəldi, bütün ölkəsinin və vilayətlərinin adından ona
illik xəracı ödəmək Ģərti ilə onunla sülh müqaviləsi bağladı. Həbib sonra Sisəcana