101
döyüĢçülər, Ġranın sərhəd məntəqələrindən, habelə Rey, Ġsfahan, Həmədan və
baĢqa əyalətlərdən çəkilib gətirilmiĢ hərbi dəstələrdən ibarət idi. Ərəb ordusuna ən-
Nu'man ibn Mukarrin komandanlıq edirdi. Ayrı-ayrı qoĢun hissələrinin baĢında
Nu'eym ibn Mukarrin, Hüzeytə ibn əl-Yəmən, Süveyd ibn Mukarrin, əl-Ka'ka' ibn
Amr, MücəĢi' ibn Məs'ud və əl-Muğira ibn ġu'bə dururdu. Ġran ordusu isə
Firuzanın
komandanlığı altında çıxıĢ edirdi. Ümumiyyətlə, Nihavənd döyüĢü hər iki tərəf
üçün son dərəcə mühüm tarixi bir vuruĢ idi. Belə ki, Ġranın sonrakı müqəddəratı
birbaĢa onun nəticəsindən asılı idi. Amma vuruĢda ərəblər qalib gəldiklərindən
onlar bundan sonra Ġran ərazilərinə geniĢ miqyaslı hücuma keçmək imkanı əldə
etmiĢ olurlar. Ġranlıların əsas qüvvələri məğlub olub dağıldığı üçün ərəblər qısa bir
zamanda Ġranın bir çox iri əyalətlərini zəbt edirlər. Nihavənd vuruĢunda baĢ
sərkərdə ən-Nu'manın həlakı ilə orduya komandanlıq Hüzeyfə ibn əl-Yəmənin
sərəncamına keçir. (Тə`riх ət-Təbəri, Qahirə, 1970, с IV, səh. 114-136; Həsən
Ġbrahim Həsən. Tə'rixu-l-isləm. Qahirə, 1974, VIII nəĢri, с. I səh, 222).
80. Əbu Abdullah Hüzeyfə ibn əl-Yəmən əl-Absi (öl.36/656) -
Məhəmməd peyğəmbərin 14 ən yaxın əshabələrindən biri, onun münəfiqlər üzrə
sirrlər katibi; Peyğəmbər və xəlifə Ömər haqqında hədislər rəvayət etmiĢ Ģəxs, əl-
Buxari və Müslimin hədislər toplusunda onun 225 hədisi verilib. Hüzeyfə həm
vali, həm də sərkərdə olub. Valiliyi o, Ömər vaxtında əl-Mədaində (Ktesifonda)
edib. Hüzeyfə müsəlmanların bir çox vuruĢlarında iĢtirak edib. Nihavənd
vuruĢunda isə baĢ komandan ən-Nu'man ibn Mukarrini əvəz edərək, döyüĢü
qələbə ilə baĢa vurub. Sonra o, Nihavənd, əd-Dinəvər və Məsəbəzan Ģəhərlərini ələ
keçirib. Daha sonra Həmədan və Reyə hərbi yürüĢ edərək, onları tutur. (əz-Zəhəbi.
Tə'rix əl-isləm..., Qahirə, 1368-ci h.i., c. II, səh. 152. 153; əz-Zəhəbi. Siyar ə`ləmi-
n-nubələ'. Qahirə, 1957, c. II. Səh. 260-263; Ġbn Hacər əl-Əskaləni. Təhzibu-t-
təhzib. Beyrut. 1968. c. II, səh. 219-220; Ġbn Kuteybə. əl-Mə'arif. 1969, səh. 263;
Ġbnu-i-Ġməd əl-Hanbəli. ġəzəratu-z-zəhəb fi əxbər mən zəhəbə. Beyrut, c. I, səh. 44;
əz-Zəhəbi. əl-Ġbər fi xəbər mən ğəbəra. Əl-Küveyt, 1960, с I, səh. 26, 37; Tə'rix
Xəlifə ibn Xəyyat 1967. c. 1, səh. 121, 124, 161, əz-Zirikli. Əl-Ələm..., 1954, II
nəĢri. с II səh. 180, 181).
81. Əbu Osman Sə'id ibn əl-As ibn Sə'id ibn əl-As əl-QuraĢi (2/623-59/680)
Məkkənin bənu ümeyyə tayfasına mənsub idi; Osmanın dövründə Kufə, Müaviyə
vaxtında isə Mədinə valisi vəzifəsini yerinə yetirib. Kufə valisi olduğu zaman
30/650-ci ildə o, Təbəristanı iĢğal edir. Xəlifə Osmanın tapĢırığı ilə Quranın yazılı
nüsxəsi tərtib edilərkən Səid həmin məqsədlə təĢkil olunmuĢ xüsusi heyətin
tərkibinə daxil edilir. Ġbn Xəyyatın məlumatına görə Səid 29/649-cu ildə Curcana
hərbi yürüĢ edir və onu ələ keçirir. Elə həmin ildə də Azərbaycan əhalisi itaətsizlik
göstərdiyindən Səid Azərbaycana hücum edib, əhalini yenidən itaətə qaytarır (Ġbn
Hacər əl-Əskaləni. Təhzibu-t-təhzib. Beyrut, 1968, с. IV, səh. 48-50; Ġbnu-l-Ġməd
əl-Hanbəli. ġəzəratu-z-zəhəb... Beyrut, с. 1, səh. 65; Tə'rix Xəlifə ibn Xəyyat. 1967,
c. I, səh. 139, 215; Ġbn Kuteybə. əl-Mə'arif 1969, səh. 296; əz-Zəhəbi. əl-Ġbər fi
102
xəbər..., əl-Küveyt, 1960, səh. 64: əz-Zəhəbi Тə`riх əl-isləm. Qahirə, 1368 h.i.. с. II,
səh 286-289).
82. Əbu Abdullah Səlman ibn əl-Ġsləm əl-Fərisi (öl. 35/655) Məhəmməd
peyğəmbərin yaxın əshabələrindən sayılır. Əslən fars оlan Səlman Ġranın cənub-
qərbində, Xuzistandakı Ram-Hürmuz Ģəhərində atəĢpərəst ailədə dünyaya gəlib.
Gənc yaĢlarında xristianlıqla tanıĢlıq onu atəĢpərəstlikdən uzaqlaĢmağa vadar edir
və din, iman axtarıĢına düĢərək o, nəhayət Ərəbistana gəlib çıxır. Lakin yolda
ərəblər tərəfindən qul edilib satılır və Mədinəyə gətirilir. Ġslamı qəbul etdikdən
sonra isə Peyğəmbər və onun əshabələrinin pulla köməyi sayəsində Ühud və
Xəndək vuruĢları arasında olan müddətdə köləlikdən azad olur. Bu vaxtdan
etibarən Səlman Peyğəmbərə qulluq edir. O, Məhəmmədin bütün qəzəvatlarının
iĢtirakçısı olub. Xəndək vuruĢu (5/626) zamanı isə Ģəhər və onun əhalisini
bütpərəst QüreyĢlərin hücumundan qorumaq üçün Mədinə ətrafında xəndək
qazmaq fikrini irəli sürən məhz Səlman olub. Ġstilaların baĢlanması ilə o, müxtəlif
cəbhələrdə döyüĢür. Səlman 655-ci ildə əl-Mədain Ģəhərində dünyasını dəyiĢib (əl-
Bələzuri Ənsəbu-l-əĢraf. Qahirə, 1959, с I, səh. 271. 443, 485-487).
83. Yəzid ibn Müaviyə ən-Nəxə'i əl-Kufi, onun oğlu Abdü-r-Rəhman
Yəzidin rəvayətinə görə, Fars əyalətinə edilən hərbi yürüĢdə həlak olub (Ġbn Hacər
əl-Əskaləni. Təhzibu-t-təhzib. Beyrut, 1968, с XI. səh. 360).
84. Əbu ġibl Əlkamə ibn Qeys ən-Nəxə'i əl-Kufi (öl.
62/6811) -Kufə
uləmalarından biri, fəqih. Quran oxucusu və təfsirçisi, eyni zamanda, qoĢun
baĢçısı. Onun iĢtirakı ilə Хоrasan və Mərv yürüĢləri həyata keçirilib (Ġbn Hacər əl-
Əskaləni. Təhzibu-t-təhzib. Beyrut, I968, с VII, səh. 276-278; Ġbnu-l-Ġməd əl-
Hanbəli. ġəzəratu-z-zəhəb..., Beyrut, с I, səh. 70; əz-Zəhəbi. əl-Ġbər fi xəbər..., əl-
Küveyt, 1960, с I, səh 66-67 və Tərix əl-isləm..., Qahirə 1368 h.i.. с II. səh. 353. с
III, səh. 50-52; Ġbn Kuteybə. əl-Mə'arif. 1969. səh. 431; Tə'rix Xəlifə ibn Xəyyat
1968. с 1, səh. 227).
85. Əbu Yəzid Mi'dəd ibn Yəzid əĢ-ġeybəni əl-Ġcli Ġbn əl-Xəyyata görə
30/650-ci ildə Xorasandakı ƏbərĢəhrdə, əz-Zəhəbiyə görə isə 22/642-ci ildə
Azərbaycanda həlak olub (Xalifə ibn Xəyyat. Kitəb ət-tabakat. Bağdad, 1967, səh.
144; əz-Zəhəbi. Tə'rix əl-isləm..., 1368 h.i.. с II, səh. 45).
86. Əmr ibn Utbə ibn Fərkad əs-Suləmi əl-Kufi Məhəmməd peyğəmbərin
bənu suleym qəbiləsindən səhabisi: xəlifə Ömərin hakimiyyəti dövründə Mosul
valisi. Mühəmməd ibn Hibbən əl-Bustinin məlumatına görə Amr ibn Utbə
Osmanın xəlifəliyi vaxtı Tustərdə həlak olub (Ġbn Hacər əl-Əskaləni. Təhzibu-t-
təhzib. Beyrut, 1968, с VIII səh. 75-76; əz-Zəhəbi. Tərixu-l-isləm.... Qahirə, 1368
h.i.с III. səh. 196. 197)
87. əl-Karsə' əd-Dabbi əl-Kufi - ilk qarelərdən biri (Ġbn Нacər əl-Əskaləni.
Təhzibu-t-təhzib. Beyrut. 1968, с VIII. Səh. 367. 368).
88. Aus ibn Məğra hərbi yürüĢlərdə iĢtirak edən Ģair. О da əĢ-ġəmməx ibn
Dırar kimi Sə'd ibn Əbu Vaqqasın ordusunda qəbilə döyüĢçülərinin döyüĢ ruhunu
Dostları ilə paylaş: |