Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

101 
 
döyüĢçülər,  Ġranın  sərhəd  məntəqələrindən,  habelə  Rey,  Ġsfahan,  Həmədan  və 
baĢqa əyalətlərdən çəkilib gətirilmiĢ hərbi dəstələrdən ibarət idi. Ərəb ordusuna ən-
Nu'man  ibn  Mukarrin  komandanlıq  edirdi.  Ayrı-ayrı  qoĢun  hissələrinin  baĢında 
Nu'eym ibn Mukarrin, Hüzeytə ibn əl-Yəmən, Süveyd ibn Mukarrin, əl-Ka'ka' ibn 
Amr, MücəĢi' ibn Məs'ud və əl-Muğira ibn ġu'bə dururdu. Ġran ordusu isə
 
Firuzanın 
komandanlığı  altında  çıxıĢ  edirdi.  Ümumiyyətlə,  Nihavənd  döyüĢü  hər  iki  tərəf 
üçün  son  dərəcə  mühüm  tarixi  bir  vuruĢ  idi.  Belə  ki,  Ġranın  sonrakı  müqəddəratı 
birbaĢa  onun  nəticəsindən  asılı  idi.  Amma  vuruĢda  ərəblər  qalib  gəldiklərindən 
onlar  bundan  sonra  Ġran  ərazilərinə  geniĢ  miqyaslı  hücuma  keçmək  imkanı  əldə 
etmiĢ olurlar. Ġranlıların əsas qüvvələri məğlub olub dağıldığı üçün ərəblər qısa bir 
zamanda    Ġranın  bir  çox  iri  əyalətlərini  zəbt  edirlər.  Nihavənd  vuruĢunda  baĢ 
sərkərdə  ən-Nu'manın  həlakı  ilə  orduya  komandanlıq  Hüzeyfə  ibn  əl-Yəmənin 
sərəncamına  keçir.  (Тə`riх  ət-Təbəri,  Qahirə,  1970,  с  IV,  səh.  114-136;  Həsən 
Ġbrahim Həsən.  Tə'rixu-l-isləm. Qahirə,  1974,  VIII nəĢri, с. I səh, 222). 
 80.  Əbu  Abdullah  Hüzeyfə  ibn  əl-Yəmən  əl-Absi  (öl.36/656)  - 
Məhəmməd  peyğəmbərin  14  ən  yaxın  əshabələrindən  biri,  onun  münəfiqlər  üzrə 
sirrlər katibi; Peyğəmbər və xəlifə Ömər haqqında hədislər rəvayət etmiĢ Ģəxs, əl-
Buxari  və  Müslimin  hədislər  toplusunda  onun  225  hədisi  verilib.  Hüzeyfə  həm 
vali,  həm  də  sərkərdə  olub.  Valiliyi  o,  Ömər  vaxtında  əl-Mədaində  (Ktesifonda) 
edib.  Hüzeyfə  müsəlmanların  bir  çox  vuruĢlarında  iĢtirak  edib.  Nihavənd 
vuruĢunda  isə  baĢ  komandan  ən-Nu'man    ibn  Mukarrini  əvəz  edərək,  döyüĢü 
qələbə ilə baĢa vurub. Sonra o, Nihavənd, əd-Dinəvər və Məsəbəzan Ģəhərlərini ələ 
keçirib. Daha sonra Həmədan və Reyə hərbi yürüĢ edərək, onları tutur. (əz-Zəhəbi.  
Tə'rix əl-isləm..., Qahirə, 1368-ci h.i., c. II, səh. 152. 153; əz-Zəhəbi. Siyar ə`ləmi-
n-nubələ'.  Qahirə,  1957,  c.  II.  Səh.  260-263;  Ġbn  Hacər  əl-Əskaləni.  Təhzibu-t-
təhzib. Beyrut. 1968. c. II, səh. 219-220; Ġbn Kuteybə. əl-Mə'arif. 1969, səh. 263; 
Ġbnu-i-Ġməd əl-Hanbəli. ġəzəratu-z-zəhəb fi əxbər mən zəhəbə. Beyrut, c. I, səh. 44; 
əz-Zəhəbi.  əl-Ġbər  fi  xəbər  mən  ğəbəra.  Əl-Küveyt,  1960,  с  I,  səh.  26,  37;  Tə'rix 
Xəlifə  ibn  Xəyyat  1967.  c.  1,  səh.  121,  124,  161,  əz-Zirikli.  Əl-Ələm...,  1954,  II 
nəĢri. с II səh. 180, 181). 
81. Əbu Osman Sə'id ibn əl-As ibn Sə'id ibn əl-As əl-QuraĢi (2/623-59/680) 
Məkkənin bənu ümeyyə tayfasına mənsub idi; Osmanın dövründə Kufə, Müaviyə 
vaxtında  isə  Mədinə  valisi  vəzifəsini  yerinə  yetirib.  Kufə  valisi  olduğu  zaman 
30/650-ci ildə o, Təbəristanı iĢğal edir. Xəlifə Osmanın tapĢırığı ilə Quranın yazılı 
nüsxəsi  tərtib  edilərkən  Səid  həmin  məqsədlə  təĢkil  olunmuĢ  xüsusi  heyətin 
tərkibinə daxil edilir. Ġbn Xəyyatın məlumatına görə Səid 29/649-cu ildə Curcana 
hərbi yürüĢ edir və onu ələ keçirir. Elə həmin ildə də Azərbaycan əhalisi itaətsizlik 
göstərdiyindən Səid Azərbaycana hücum edib, əhalini yenidən itaətə qaytarır (Ġbn 
Hacər  əl-Əskaləni.  Təhzibu-t-təhzib.  Beyrut,  1968,  с.  IV,  səh.  48-50; Ġbnu-l-Ġməd 
əl-Hanbəli. ġəzəratu-z-zəhəb... Beyrut, с. 1, səh. 65; Tə'rix Xəlifə ibn Xəyyat. 1967, 
c.  I,  səh.  139,  215;  Ġbn  Kuteybə.  əl-Mə'arif  1969,  səh.  296;  əz-Zəhəbi.  əl-Ġbər  fi 


102 
 
xəbər..., əl-Küveyt, 1960, səh. 64: əz-Zəhəbi Тə`riх əl-isləm. Qahirə, 1368 h.i.. с. II, 
səh 286-289).  
82.  Əbu  Abdullah  Səlman  ibn  əl-Ġsləm  əl-Fərisi  (öl.  35/655)  Məhəmməd 
peyğəmbərin  yaxın  əshabələrindən  sayılır.  Əslən  fars  оlan  Səlman  Ġranın  cənub-
qərbində,  Xuzistandakı  Ram-Hürmuz  Ģəhərində  atəĢpərəst  ailədə  dünyaya  gəlib. 
Gənc yaĢlarında xristianlıqla tanıĢlıq onu atəĢpərəstlikdən uzaqlaĢmağa vadar edir 
və  din,  iman  axtarıĢına  düĢərək  o,  nəhayət  Ərəbistana  gəlib  çıxır.  Lakin  yolda 
ərəblər  tərəfindən  qul  edilib  satılır  və  Mədinəyə  gətirilir.  Ġslamı  qəbul  etdikdən 
sonra  isə  Peyğəmbər  və  onun  əshabələrinin  pulla  köməyi  sayəsində  Ühud  və 
Xəndək  vuruĢları  arasında  olan  müddətdə  köləlikdən  azad  olur.  Bu  vaxtdan 
etibarən  Səlman  Peyğəmbərə  qulluq  edir.  O,  Məhəmmədin  bütün  qəzəvatlarının 
iĢtirakçısı  olub.  Xəndək  vuruĢu  (5/626)  zamanı  isə  Ģəhər  və  onun  əhalisini 
bütpərəst  QüreyĢlərin  hücumundan  qorumaq  üçün  Mədinə  ətrafında  xəndək 
qazmaq fikrini irəli sürən məhz Səlman olub. Ġstilaların baĢlanması ilə o, müxtəlif 
cəbhələrdə döyüĢür. Səlman 655-ci ildə əl-Mədain Ģəhərində dünyasını dəyiĢib (əl-
Bələzuri Ənsəbu-l-əĢraf. Qahirə, 1959, с I, səh. 271. 443, 485-487). 
83.  Yəzid  ibn  Müaviyə  ən-Nəxə'i  əl-Kufi,  onun  oğlu  Abdü-r-Rəhman 
Yəzidin rəvayətinə görə, Fars əyalətinə edilən hərbi yürüĢdə həlak olub (Ġbn Hacər 
əl-Əskaləni. Təhzibu-t-təhzib. Beyrut, 1968, с XI. səh. 360). 
84.  Əbu  ġibl  Əlkamə  ibn  Qeys  ən-Nəxə'i  əl-Kufi  (öl.
 
62/6811)  -Kufə 
uləmalarından  biri,  fəqih.  Quran  oxucusu  və  təfsirçisi,  eyni  zamanda,  qoĢun 
baĢçısı. Onun iĢtirakı ilə Хоrasan və Mərv yürüĢləri həyata keçirilib (Ġbn Hacər əl-
Əskaləni.  Təhzibu-t-təhzib.  Beyrut,  I968,  с  VII,  səh.  276-278;  Ġbnu-l-Ġməd  əl-
Hanbəli. ġəzəratu-z-zəhəb..., Beyrut, с I, səh. 70; əz-Zəhəbi. əl-Ġbər fi xəbər..., əl-
Küveyt, 1960, с I, səh 66-67 və Tərix əl-isləm..., Qahirə 1368 h.i.. с II. səh. 353. с 
III,  səh.  50-52;  Ġbn  Kuteybə.  əl-Mə'arif.  1969.  səh.  431;  Tə'rix  Xəlifə  ibn  Xəyyat 
1968. с 1, səh. 227). 
85.  Əbu  Yəzid  Mi'dəd  ibn  Yəzid  əĢ-ġeybəni  əl-Ġcli  Ġbn  əl-Xəyyata  görə 
30/650-ci  ildə  Xorasandakı  ƏbərĢəhrdə,  əz-Zəhəbiyə  görə  isə  22/642-ci  ildə 
Azərbaycanda həlak olub (Xalifə ibn Xəyyat. Kitəb ət-tabakat. Bağdad, 1967, səh. 
144; əz-Zəhəbi. Tə'rix əl-isləm..., 1368 h.i.. с II, səh. 45). 
86. Əmr ibn Utbə ibn Fərkad əs-Suləmi əl-Kufi Məhəmməd peyğəmbərin 
bənu  suleym  qəbiləsindən  səhabisi:  xəlifə  Ömərin  hakimiyyəti  dövründə  Mosul 
valisi.  Mühəmməd  ibn  Hibbən  əl-Bustinin  məlumatına  görə  Amr  ibn  Utbə 
Osmanın  xəlifəliyi  vaxtı  Tustərdə  həlak  olub  (Ġbn  Hacər  əl-Əskaləni.  Təhzibu-t-
təhzib. Beyrut, 1968, с VIII səh. 75-76; əz-Zəhəbi. Tərixu-l-isləm.... Qahirə, 1368 
h.i.с III. səh. 196. 197)  
87. əl-Karsə' əd-Dabbi əl-Kufi - ilk qarelərdən biri (Ġbn Нacər əl-Əskaləni. 
Təhzibu-t-təhzib. Beyrut. 1968, с VIII. Səh. 367. 368). 
88. Aus ibn Məğra hərbi yürüĢlərdə iĢtirak edən Ģair. О da əĢ-ġəmməx ibn 
Dırar kimi Sə'd ibn Əbu Vaqqasın ordusunda qəbilə döyüĢçülərinin döyüĢ ruhunu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə