103
qaldırmaq məqsədilə iĢtirak edirdi. Ümumiyyətlə, Sə'd ordusunda Aus və əĢ-
ġəmməxdən savayı Əbdə ibn ət-Təbib və əl-Hutey'ə (öl. 678) kimi Ģairlər də vardı.
ġairlərin bu və ya digər hərbi yürüĢdə iĢtirakı о zamanlar üçün təsadüfi və nadir
deyil, əslində geniĢ yayılmıĢ bir hal idi. Bu cür yürüĢlərdə iĢtirak edərək Ģairlər öz
qəbilə soydaĢlarının hünər və qəhrəmanlığını vəsf edir, onları düĢmənlə döyüĢə
ruhlandırırdılar.
89. Burada Həbib ibn Məsləmə nəzərdə tutulur.
104
ƏL-BƏLAZURĠ
KĠTƏB FUTUHĠ-L-BULDƏN
Azərbaycanın VII-IX əsrlər
tarixinə dair çıxarıĢlar
Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və
Ģərhlərin müəllifi Hikmət Əkbərov
Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazuri (təqr-820-892) orta əsrlər dövrünün
ərəb tarixçilərindən biridir. Onun həyatı haqqında məlumatımız, ümumiyyətlə, az
olsa da, hər halda Abbasi xəlifələrindən əl-Mütəvəkkil (847-861) və əl-Müstəinlə
(862-866) yaxın dostluq münasibətində olduğu, xəlifə əl-Mötəzzin (866-869) oğlu
Abdullaha müəllimlik etdiyi faktı da məlumdur. Rəvayətə görə, Əhməd ibn Yəhya
müalicə məqsədilə, təsiri barədə məlumatı olmadığı «bəlazur» Ģirəsini içdiyi üçün
vəfat etmiĢdir.
Fars dilindən etdiyi tərcümələrinə görə Bəlazurinin fars mənĢəli olduğu
ehtimal olunur. Ancaq digər tərəfdən babasının Misirdə məmur vəzifəsində
çalıĢması, öz təhsilinin bir hissəsini Suriyada alması onun ərəblərlə daha çox
qaynayıb qarıĢdığına, ərəbləĢdiyinə dəlalət edir.
Əhməd ibn Yəhya əl-Bəlazuri özünün iki məĢhur əsəri ilə Ģöhrət
qazanmıĢdır. Bunlardan birincisi «Futuhu-l-büldən» («Ölkələrin fəthi»), digəri isə
«Ənsəbu-l-əĢraf va əxbaruhə» («Yüksək mənsəblilərin nəsəbi və onlar haqqında
məlumatlar») əsəridir.
«Ənsəbu-l-əĢraf va əxbaruhə» əsəri Məhəmməd peyğəmbərin, onun ailə
üzvlərinin, əshabələrinin və bir sıra digər Ģəxsiyyətlərin tərcümeyi-halına,
Əməvilər xilafətinin, xüsusilə də xaricilər hərəkatının tarixinə dair dəyərli
məlumatlarla zəngin olduğu üçün mühüm tarixi əsərlərdən biri sayılır.
Müəllifin «Futuhu-l-buldən» əsəri isə, adından məlum olduğu kimi, əsasən,
ərəb fəthlərinə, istilalarına həsr olunmuĢdur. Əsərdə baĢlıca olaraq Məhəmməd
peyğəmbərin ğəzəvatlarından, ondan sonra baĢlanmıĢ ərəb istilalarından, erkən
Abbasilər dövründə baĢ vermiĢ hərbi hadisələrdən bəhs olunur. «Futuhu-l-buldən»
əsərində həmçinin Xilafətin siyasi tarixinə, iqtisadiyyatına, ictimai münasibətlərə
və Xilafət ərazisində yaĢayan xalqların mədəniyyətinə dair qiymətli məlumatlar da
vardır.
Bəlazuri «Futuhu-l-buldən» əsərini yazarkən zəmanəmizə qədər gəlib
çıxmamıĢ mənbələrdən istifadə etmiĢdir. Tarixi məlumatları, əsasən bilavasitə iĢğal
olunmuĢ ərazilərdə yaĢayan yerli Ģəxslərdən və ravilərdən alan müəllif onların
həqiqətə uyğun olanlarına üstünlük vermiĢdir.
105
«Futuhu-l-buldən» əsərində digər ölkələrlə yanaĢı Azərbaycanın və
Ərminiyyənin də həmin dövrdəki tarixinə dair fəsillər vardır. Əsərin Azərbaycana
və Ərminiyyəyə həsr olunmuĢ hissələrində bu ərazilərin ərəb orduları tərəfindən
iĢğal olunmasından, yerli əhali ilə ərəblərin bağladıqları müqavilələrdən, ərəb
qəbilələrinin Azərbaycana köçürülməsindən və s. məsələlərdən bəhs olunur.
Ərminiyyəyə dair materiallar Bəlazurinin ərəb dilində 1956-cı ildə Qahirədə çap
olunmuĢ I cildindən, Azərbaycana dair materiallar isə həmin əsərin yenə də orada
1957-ci ildə çap olunmuĢ II cildindən iqtibas edilmiĢdir. Ġqtibas edilmiĢ materiallar
ərəb dilindən ana dilimizə ilk dəfə olaraq tam Ģəkildə tərcümə olunur. Tərcümə
olunmuĢ mətnin ardınca burada rast gəlinən mühüm coğrafi adlara, Ģəxsiyyətlərə
dair Ģərhlər və qeydlər verilmiĢdir. Azərbaycan dilində ilk dəfə olaraq nəĢr olunan
bu məlumatlar xalqımızın orta əsrlər tarixinin daha da dərindən tədqiq olunması
baxımından böyük əhəmiyyət kəsb edir.
ƏRMĠNĠYYƏNĠN FƏTHĠ
505-Bərdə
1
sakinlərindən Məhəmməd ibn Ġsmayıl və bəzi Ģəxslər Əbu
Bəraə Anbəsə ibn Bəhrin sözlərinə istinadən, habelə Məhəmməd ibn BiĢr əl-Qali
öz Ģeyxlərinin, Bərmək ibn Abdullah əd-Dəbili, Məhəmməd ibn əl-Muxəyyis əl-
Xilati və baĢqaları isə Ərminiyyənin iĢlərinə bələd olan adamların sözlərinə
istinadən mənə, bir-biri ilə tutuĢdurub müqayisə etdiyim aĢağıdakı məlumatları
söylədilər: ġimĢat,
2
Qalıqala,
3
Xilat,
4
ArciĢ,
5
Bəcuneys
6
- IV Ərminiyyə,
7
Busfurracan
8
kurası (vilayəti), Dəbil,
9
Sirac Tayr,
10
Bəğravənd
11
- III Ərminiyyə,
Curzan
12
- II Ərminiyyə, Sisəcan
13
və Arran
14
isə - I Ərminiyyə adlanırdı.
BaĢqalarının dediyinə görə isə, IV Ərminiyyə ancaq elə ġimĢatdan ibarət
idi. Qalıqala, Xilat, ArciĢ, Bəcuneys - III Ərminiyyə, Sırac-Tayr, Bəğravənd,
Dəbil, Busfurracan - II Ərminiyyə, Sisəcan, Arran, Tiflis
15
- I Ərminiyyə adlanırdı.
Curzan və Arran xəzərlərin əlində idi, Ərminiyyənin qalan hissəsi isə
Ərminiyyəkosun hökmdarının rəhbərliyi altında bizanslıların əlində idi. Xəzərlər
tez-tez öz ərazilərinin hüdudlarını aĢaraq, qonĢu ərazilərə hücumlar edir və bəzən
də Dinavərə
16
çatırdılar. Buna görə də (Ģah) Firuzun oğlu Qubad
17
özünün ən
böyük sərkərdələrindən birini on iki min nəfərlik qoĢunla onlarla döyüĢə göndərdi.
O, Arran vilayətinə gəlib, ər-Ras
18
çayı ilə ġarvan
19
arasındakı əraziləri tutdu.
Onun ardınca (Ģah) Qubad buraya gəldi. Arranda Beyləqan
20
Ģəhərini və ölkənin
əsas Ģəhəri sayılan Bərdəni və Qəbələni
21
- yəni Xəzər Ģəhərini saldırdı. Daha sonra
o, ġarvan vilayəti ilə Alan
22
qapısı arasında çiy kərpicdən sədd tikdirdi və həmin
çiy kərpicdən tikilmiĢ səddin boyunca 360 Ģəhər saldırdı ki, bu Ģəhərlər də Bəbu-l-
Əbvab
21
salınandan sonra dağıdıldı. (ġah) Qubaddan sonra onun oğlu ƏnuĢirəvan
Xosrov ibn Qubad
24
hakimiyyətə gəldi və o, ġabran,
25
Məsqət
26
Ģəhərlərini, daha
sonra Bəbul-l-Əbvab Ģəhərini saldırdı. Bu Ģəhər ona görə Əbvab (qapılar)
adlandırıldı ki, o, dağda yolun üstündə salınmıĢdı. Saldırdığı bu Ģəhərlərdə o,
Dostları ilə paylaş: |