Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

99 
 
əl-Əsvadın  təhriki  ilə  Yəmən  əhli  islamdan  döndükdə  о  da  mürtədlik  edir  və  
Peyğəmbərin  Yəməndəki  amillərinə  qarĢı  üsyana  qatılır.  Əbu  Bəkrin  xəlifəliyi 
dövründə  üsyan  yatırılarkən  Amr  tutulur  və  Mədinəyə  gətirilir.  Xəlifə  onu 
bağıĢlayır  və  Amr  bir  daha  islama  qayıdır.  О  yenicə  baĢlanmıĢ    istilaçılıq 
yürüĢlərinə  qoĢulur  və  Ġraq,  Ġran  ərazilərindəki  döyüĢlərdə  iĢtirak  edir  (əl-
Mərzubəni Əbu Ubeydullah  Mühəmməd ibn   Umran   ibn  Musə.   Mü'cəmu-Ģ-
Ģü`ara  1379  h.i  ./1960,  səh,  15-16;  Ġbn  əl-Ġməd  əl-Наnbəli.  ġəzəratu-z-zəhəb..., 
Beyrut.  с  1.  səh.  49;  Əhməd  Ətiyyətullah,  əl-Qamus  əl-isləmi.  Qahirə,  1979.  с  V 
səh. 541). 
 69. Quran: «əl-Kəhf» surəsi, ауə 96. 
70.  Əbu  Əbdü-r-Rəhman  Müaviyə  ibn  Əbu  Sufyan  (təxm.  600-680)  - 
Xilafətdə  Əməvilər  sülaləsinin  banisi,  birinci  Əməvi  xəlifə;  Suriyanın  fəthində 
iĢtirak etmiĢ və 20 il onun valisi olmuĢdur. 661-ci ildə isə Xilafət baĢına gələrək, 
680-cı ilədək hökmranlıq etmiĢdir. 
71. 
Curzan 

ərəblərin 
Gürcüstana 
verdikləri 
ad. 
72.   Quran: «əl-Ənfəl» surəsi, ayə 58. 
73.  Əbdü-r-Rəhman  ibn  Xalid  ibn  əl-Valid  əl-Məxzumi  (öl.  46/666)  - 
sahəbi  və  sərkərdə,  məĢhur  sərkərdə  Xalidin  oğlu.  Yərmuk  döyüĢündə  atası  ilə 
birlikdə  vuruĢaraq,  hərbi  dəstələrin  birinə  baĢçılıq  edib.  Suriyada  Hims  Ģəhərinin 
valisi olub. Müaviyə ibn Əbi Sufyanın Suriya və Kiçik Asiya ərazilərində apardığı 
bir  çox  hərbi  əməliyyatlarda  yaxından  iĢtirak  edib.  Müaviyənin  tərəfdarı  kimi 
Sıffin  vuruĢunda  Müaviyə  ordusunda  alay  baĢında  Əli  ibn  Əbi  Talib  əleyhinə 
döyüĢüb. O, 666-cı ildə zəhərlənərək ölüb (Tə'rix Xəlifə ibn Xəyyat, 1967. c. I. Səh. 
191. 192: əz-Zəhəbi. Əl-Ġbər fi xəbər mən ğəbəra. əl-Küveyt, 1960. c.I, səh. 53, 54; 
əz-Zəhəbi. Tə'rixu-l-isləm..., Qahirə, 1368 h.i.. c. II, səh. 210; Əhməd Ətiyyatullah. 
əl-Qamus əl-isləmi. Qahirə, 1979, с V, səh. 132). 
74. Əbu Mixnəf Lut ibn Yəhyə ibn Səid əl-Əzdi (öl.   157/774) - ilk ərəb 
tarixçisi. Ġbn ən-Nədim və ən-NəcəĢi onun 40-dan çox əsər müəllifi olduğunu qeyd 
edirlər.  Əbu  Mixnəfin  bu  əsərləri  sonrakı  tarixçilər  üçün  mühüm    mənbə  olub. 
Onlardan  əl-Mədəini  (öl.  225/840),  Nəsr  ibn  Müzahim  əl-Minkəri  (öl.  212/827), 
HiĢəm  ibn  Mühəmməd  əl-Kəlbi  (öl.206/821),  böyük  salnamə  sahibi  ət-Təbəri 
(224/839 - 310/923) və digər tarixçiləri göstərmək olar. Ərəb istilaları, Ģiə hərəkatı 
və  Əməvilər  xilafətinin  Ģərq  bölgələrindəki  siyasi  vəziyyət  -  Əbu  Mixnəf 
əsərlərinin  əsas  mövzusunu  təĢkil  edir.  Öz  dini  və  siyasi  baxıĢlarına  görə  Əbu 
Mixnəf  Əli  ibn  Əbi  Talib  tərəfdarı  kimi  Əməvilər  əleyhinə  Ġraqda  yaranmıĢ 
müxalif  qüvvələrin  görkəmli  nümayəndəsi  olub  (Ġbn  ən-Nədim.  Kitəb  əl-Fihrist. 
Tehran, 1971, səh. 93. 105-106; Əbu-l-Abbas Əhməd ibn Əli ən-NəcəĢi. Kitəb ər-
ricəl.  Səh  245;  Ġbn  Kuteybə.  əl-Mə'arif.  Qahirə,  1969.  Səh.  267;  С.М.Прозоров. 
Арабская историческая литература в Ираке, Иране и Средний Азии. М. 1980, 
.s. 51-57).  


100 
 
75. Əbu Vəhb əl-Valid ibn Ukbə ibn Əbu Mu'it əl-KuraĢi (öl. 61/680) - 
xəlifə  Osman  ibn  Affənin  ögey  qardaĢı,  gənc  qüreyĢ  Ģairi,  islamı  əl-Valid 
Məkkənin  müsəlmanlar  tərəfindən  tutulduğu  gün    qəbul    edib.    Məhəmməd 
peyğəmbər onu  bənu əl-müstəliq qəbiləsinə göndərərək, sədəqə toplamaq iĢini ona 
tapĢırır. Sonralar o, xəlifə Ömər tərəfindən bənu təğlibə amil təyin edilir. Osmanın 
xəlifəliyi  zamanı  isə  əl-Valid  25/645-ci  ildə  Kufə  valisi  olur.  Amma  Əli  ibn  Əbi 
Talib  xilafət  baĢına  gəldikdə  əl-Valid  əl-Cəzirədəki  ər-Rakka  Ģəhərinə  gedir  və 
orada  da  vəfat  edir.  Bəzi  tarixçilər,  məsələn,  əz-Zəhəbi,  Ġbn  Hacər  əl-Əskaləni, 
Ġbnu-l-Ġməd  əl-Hanbəli  əl-Validin  Azərbaycan  və  Ərminiyyəyə  hərbi  yürüĢünü 
hicri tarixi ilə 28 (648)-ci ilə aid edir (Ġbnu-l-Ġməd əl-Hanbəli. ġəzərat əz-zəhəb fi 
əxbər  mən  zəhəbə.  Beyrut.  c.  I,  səh.  35.  36;  Xəlifə  ibn  Xəyyat.  Kitəb  ət-tabakat. 
Bağdad, 1967, səh. 11; Ġbn Kuteybə. Əl-Mə'arif. Qahirə, 1969. Səh. 318-320; əz-
Zəhəbi. Tə'rix əl-isləm..:,Qahirə, I368-ci h.i.. c. II, səh. 81; Ġbn Hacər əl-Əskaləni. 
Təhzibu-t-təhzib. Beyrut. 1968. с XI. səh. 142-144). 
Əbu-l-Munzir  HiĢəm  ibn  Mühəmməd  əl-Kəlbi  (120/738-206/821)  - 
ərəbdilli iranlı müəllif, görkəmli tarixçi, ərəblərin nəsil-Ģəcərəsinin, onların qədim 
həyat  və  tarixinin  mükəmməl  bilicisi.  HiĢəmin  bir  alim  kimi  yetiĢib 
formalaĢmasında  onun  atası  Mühəmmədin  böyük  rolu  olub.  Ərəb  qəbilələrinin 
nəsil-Ģəcərəsini  öyrənməyə  onu  məhz  atası  həvəsləndirərək  sövq  edib.  Mənbələr 
HiĢəmin  elmi  yaradıcılığının  məhsulu  kimi  140  əsərinin  olduğunu  qeyd  edirlər. 
Ümumiyyətlə, HiĢəmin toxunduğu mövzular çox geniĢ və əhatəlidir. Onlar baĢlıca 
olaraq  peyğəmbərlərin,  islamaqədərki  Ərəbistanın,  ərəblərin  ara  müharibələrinin, 
islamın,  habelə  islamlaĢmıĢ  ölkələrin  tarixini  Ģərh  edir.  HiĢəmin  müraciət  etdiyi 
mənbə  və  qaynaqlar  olduqca  müxtəlifdir.  O,  peyğəmbərlərin  tarixini  yəhudi  və 
xristian məzhəblərinin dini rəvayətləri, farsların tarixini fars müəlliflərindən edilən 
tərcümələr,  Ġraqdakı  Ləhimilərin  tarixini  əl-Hira  kilsələrindəki  yazı  və  sənədlər, 
islam tarixini isə öz tarixçi sələflərinin əsərləri əsasında nəql edir (Əbdü-l-Əziz əd-
Duri.  Bəhs  fi  nəĢ'ət  ilmi-t-tərix  ində-l-arab.  Beyrut,  1960.  Səh.  41;  əl-Xatib  əl-
Bəğdədi. Tərix Bəğdəd au Mədinəti-s-sələm. Misr. 1349/1931. С. XIV, səh. 45-46; 
Yaqut ər-Rumi. Kitəb irĢədi-l-ərib ilə mə'rifəti-l-ədib, Misr, 1925, с VII səh. 250-
254;  Ġbn  Hacər  əl-Əskaləni.  Lisənu-l-mizən.  Heydərabad,  1331-ci  h.i.,  с  VI,  səh. 
196-197;  Ġbn  ən-Nədim.  Kitəb  əl-Fihrist.  Tehran,  1971.  Səh.  108-111;  ən-NəcəĢi. 
Kitəb ər-ricəl. Səh. 339-340) 
77.  əl-Bəbr  -  orta  əsrlərdə  Zəncanla  Ərdəbil  arasında  olan  əraziyə  verilən 
ad. Həmin ərazi Xalxal da adlanırdı. 
78.  ət-Taylasan - TalıĢın ərəb forması. 
79.  Nihavənd  vuruĢu  21/641-ci  ildə  baĢ  verib.    Nibavənd    Həmədandan 
cənubda  yerləĢən  Ġran  Ģəhəridir.  Ərəblərlə  iranlılar  arasında  bu  həlledici  döyüĢ 
Nihavənd yaxınlığında baĢ verdiyindən tarixə o, həmin Ģəhərin adı ilə daxil olub. 
Ət-Təbərinin yazdığına görə Nihavənd vuruĢuna iranlılar öz birləĢmiĢ qüvvələri ilə 
gəlmiĢlər.  Onların  sıraları  əl-Qədisiyyə  və  digər  vuruĢmalardan  sağ  çıxmıĢ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə