108
bu, daha doğru məlumatdır. O, bəzilərinin məlumatına görə 6 min nəfərlik,
digərlərinin dediyinə görə isə, Suriya və əl-Cəzirənin əhalisindən ibarət 8 min
nəfərlik qoĢunla oraya yollandı. O, (Həbib) Qaliqalaya gəldi və onu mühasirəyə
aldı. ġəhərin əhalisi ona qarĢı çıxdı, o, onlarla döyüĢdü və onları Ģəhərə qayıtmağa
məcbur etdi. Onda əhali aman dilədi, Ģəhəri tərk etməyə və cizyə
55
ödəməyə razı
oldu. Onların bir çoxu Ģəhəri tərk edib bizans vilayətlərinə getdi. Həbib isə öz
adamları ilə Qaliqalada bir neçə ay qaldı. Sonra o, Ərminiyyəkosun batriqinin
(patrisisinin)
56
müsəlmanlara qarĢı çox sayda qoĢun topladığını və ona Allan,
Əfxaz, Səməndərin
57
xəzər sakinlərindən ibarət köməkçi dəstələrin də qoĢulduğunu
eĢidəndə Osmana məktub yazaraq, ondan kömək istədi. Osman isə Müaviyəyə
məktub göndərərək Suriya və əl-Cəzirə əhalisi arasında cihadda müqəddəs
müharibədə iĢtirak etmək və qənimət ələ keçirmək istəyənləri ona köməyə
göndərməyi tapĢırdı. Müaviyə Həbibə köməyə 2000 nəfər adam göndərdi. Həbib
onları Qaliqalada yerləĢdirdi, onlara torpaq sahələri verdi və onlardan ibarət bir
(mühafizə) qarnizonu yaratdı. Osman Həbibin məktubunu aldıqdan sonra Kufədəki
caniĢini Səid ibn əl-Ası ibn Sə'id ibn əl-Ası ibn Uməyyaya məktub göndərərək,
Həbibə kömək məqsədilə Səlman əl-Xeyl ləqəbli Səlman ibn Rəbiə əl-Bəhilinin
58
komandanlığı altında qoĢun göndərməsini əmr etdi. Bu, xeyirxah, ləyaqətli və
döyüĢkən bir adam idi. Səlman əl-Xeyl Kufə əhlindən təĢkil olunmuĢ 6 min
nəfərlik qoĢunla Həbibin yanına yollandı. Bu zaman, hələ Həbibə kömək
gələnədək bizanslılar öz tərəfdarları ilə birlikdə Fərat çayı sahilinə gəldilər və
burada yerləĢdilər. Ancaq müsəlmanlar gecə vaxtı hücuma keçib onları darmadağın
etdilər və baĢçılarını öldürdülər. Həbibin Kəlb qəbiləsindən olan arvadı -
Abdullanın anası, Yəzidin qızı həmin gecə bir az əvvəl öz ərindən soruĢdu: «Biz
harada görüĢəcəyik?» O isə cavab verdi: «Ya zalımın, qaniçənin çadırında, ya da
cənnətdə». Həbib çadırın yanına gəlib çatanda onu orada gördü.
508. - Deyirlər ki, Səlman o zaman gəlib çıxmıĢdı ki, müsəlmanlar artıq
düĢməni məğlub etmiĢdilər, Kufə əhli isə qənimətin onlar arasında da
bölüĢdürülməsini tələb etdi, ancaq onlara rədd cavabı verdilər. Hətta Həbiblə
Səlman arasında böyük bir mübahisə də oldu və müsəlmanlardan bəziləri Səlmanı
ölümlə hədələdilər. Bu barədə Ģair belə yazır:
«Əgər siz Səlmanı öldürsəniz, biz də Həbibi öldürəcəyik. Əgər siz Ġbn
Affanın
59
yanına getsəniz, biz də gedəcəyik.»
Bu məsələ barəsində Osmana məktub yazdılar. O isə cavab məktubu yazıb
bildirdi ki, qənimət suriyalılar arasında bölüĢdürülməlidir, Səlmana isə məktub
göndərərək, Arrana yürüĢ etməyi əmr verdi.
BaĢqalarının söylədiklərinə görə, Səlman Osmanın xəlifəliyi dövründə
Ərminiyyəyə yollandı, orada əsirlər və qənimət ələ keçirdi. Sonra - 25/645-646-cı
ildə Hədisətu-l-Mosulda
60
olan Valid ibn Uqbənin yanına getdi. Ona Osmanın
məktubu gəldi. Bu məktubda Osman Müaviyədən bizanslıların çoxsaylı qoĢunla
müsəlmanlara qarĢı hücuma hazırlaĢdıqları və buna görə də onun köməyə ehtiyacı
109
olması barədə bir məktub aldığını bildirirdi. Osman Validə əmr verdi ki,
Müaviyəyə 8000 nəfərlik əlavə qoĢun göndərsin. O, (Valid) Səlman ibn
Rəbiə əl-Bəhilinin baĢçılığı altında həmin qoĢunu göndərdi. Müaviyə də Həbib
ibn Məsləmə əl-Fihrini baĢçılıq etdiyi belə bir əlavə qoĢunla oraya göndərdi. Onlar
bir çox qalaları fəth etdilər, əsirləri ələ keçirdilər. Ancaq aralarında hakimiyyət
üstündə mübahisə düĢdü və suriyalılar Səlmanı öldürmək qərarına gəldilər. ġair bu
barədə yuxarıdakı Ģerdə məlumat verir. Birinci məlumat həqiqətə daha uyğundur.
Bunu mənə Qaliqala camaatından olan bir neçə qoca söyləmiĢdir. Həmçinin bu
məlumatları mənə həmin Ģəhərin qazisi Attaf ibn Sufyan Əbu-l-Əsbağ yazıb
bildirmiĢdir.
509. - Məhəmməd ibn Sad, əl-Vaqidinin
61
sözlərinə, o da öz atasının
sözlərinə əsaslanan Abdul Həmid ibn Cəfərin sözlərinə istinadən belə məlumat
verirlər ki, Həbib ibn Məsləmə Dəbil camaatını mühasirəyə aldı və Ģəhərin
kənarında yerləĢdi. Burada o, bizanslı Mavriyana rast gəldi, gecə vaxtı hücum edib
onu öldürdü, düĢərgəsində nə varsa, ələ keçirdi. Səlman isə bundan sonra onun
yanına gəldi. Amma daha düzgün məlumata görə onlar Qaliqalada görüĢdülər.
510.
- Qaliqala sakinləri Məhəmməd ibn BiĢr və ibn Varz Qaliqala
Ģəhərinin qocalarının söylədiklərinə istinadən mənə belə məlumat verdilər ki, bu
Ģəhər fəth olunan vaxtdan ta ət-Tağiyənin
62
133/750-751-ci ildə etdiyi hücumlarına
qədər əhalinin Ģücaəti sayəsində ələkeçməz, alınmaz bir yer idi. O, Malatiya
63
Ģəhərinin sakinlərini mühasirəyə aldı, Ģəhərin divarlarını dağıtdı, oradakı müsəlman
əhalini əl-Cəzirəyə köçürtdürdü. Sonra o, Mərc əl-Hisa adlı yerdə dayandı və
erməni Kusanı Qaliqalaya döyüĢə göndərdi. Kusan Qaliqalanı mühasirəyə aldı.
ġəhərdə həmin gün əhalinin sayı az idi və Ģəhərin valisi Əbu Kərimə idi.
Qaliqalanın erməni əhalisindən olan iki qardaĢ Ģəhərin divarında deĢik açdılar, bu
yolla Ģəhərdən çıxdılar və Kusanı qarĢıladılar. Onlar Kusanın Ģəhərə girməsinə
Ģərait yaratdılar. Kusan Ģəhəri iĢğal etdi, adamları qətlə yetirdi, əsir götürdü,
Ģəhərin divarlarını dağıtdı, ələ keçirtdiklərini ət-Tağiyəyə apardı, əsirləri isə öz
adamları arasında bölüĢdürdü.
511.
- əl-Vaqidi yazır ki, 139/756-757-ci ildə xəlifə əl-Mənsur
64
Qaliqalanın əsir düĢmüĢ sakinlərindən sağ qalanlarını satın aldı. Qaliqalanı bərpa
etdi, abadlaĢdırdı, geri aldığı əsirləri Ģəhərə göndərdi. O, əl-Cəzirə və baĢqa
vilayətlərin əhalisindən ibarət qoĢunları oraya göndərdi. Xəlifə əl-Mötəsim-
billahın
65
hakimiyyəti dövründə bizanslıların zülmkar hökmdarı Qaliqalaya hücum
etdi, mərmilərlə onun divarlarına elə zərbələr endirdi ki, divarlar az qaldı dağılıb
yerə düĢsün. Əl-Mötəsim Ģəhərin möhkəmləndirilməsi üçün beĢ yüz min dirhəm
pul sərf etdi.
512. - Deyirlər ki, Həbib Qaliqalanı istila edəndən sonra irəliləyərək,
Marbalaya çatdı, burada Xilatın batriqi onun yanına gələrək Ġyad ibn Qənmin
məktubunu (fərmanını) gətirdi. Ġyadın bu məktubunda batriqin Ģəxsiyyətinin,
əmlakının toxunulmazlığından, vilayətinin təhlükəsizliyinin təmin olunmasından
Dostları ilə paylaş: |