Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   48   49   50   51   52   53   54   55   ...   102

112 
 
doğmalarından  ayrı  düĢmüĢsə,  siz  onları  müsəlmanların  sizə  ən  yaxın  olan  və 
sizinlə  əlaqəsi  kəsilməmiĢ  bir  dəstəsinə  aparıb  çatdırmalısınız.  Siz  islamı  qəbul 
edib  namaz  qılsanız,  onda  bizim  din  qardaĢlarımız  olarsınız.  Əks-təqdirdə,  siz 
cizyə - can vergisi ödəməlisiniz. Əgər müsəlmanların baĢı qarıĢıq olsa və bu zaman 
düĢməniniz  sizi  məğlub  edib  özünə  tabe  etdirsə,  buna  görə  siz  günahkar 
sayılmayacaq  və  verdiyiniz  əhdə  xilaf  çıxmıĢ  hesab  olunmayacaqsınız.  Allah  və 
onun  mələkləri  Ģahiddirlər  ki,  bunlar  sizin  hüquq  və  öhdəliklərinizdir.  Allah  ən 
etibarlı Ģahiddir.» 
Cərrah ibn Abdullah əl-Həkəmi
73
 isə Tiflis camaatına aĢağıdakı məzmunda 
baĢqa bir fərman yazdı: 
«Rəhmli, mərhəmətli Allahın adından. 
Bu  fərman  Cərrah  ibn  Abdulla  tərəfindən  Curzan  kurasının  Məncəlis 
rustaqından
74
 olan Tiflis əhalisinə, ona görə verilir ki, onlar Həbib ibn Məsləmənin 
onlara  təhlükəsizlik  barədə  verdiyi  və  Ģərtlərinə  görə  onların  itaətlə  can  vergisi 
ödəməyə borclu olduqları fərmanla mənim yanıma gəldilər. Fərmandan görünür ki, 
Həbib  sakinlərlə  bağladığı  sülh  müqaviləsinə  görə  onların  Məncəlis  rustaqındakı 
torpaqlarını,  üzümlükləri,  Uvari  və  Səbinə  adlanan  əl  dəyirmanlarını  öz  əllərində 
saxlamaq,  Quhuvit  rustaqından,  Curzan  mahalından  yeyinti  məhsulları  almaq 
hüququna  yenə də  malik olacaqlarına zəmanət verir. Ancaq bunların müqabilində 
onlar  dəyirmanlara  və  üzümlüklərə  görə  hər  il  birdəfəlik  100 dirhəm  məbləğində 
pul  ödəməlidirlər.  Mən  onların  fərmanını  və  sülh  müqaviləsini  təsdiq  etdim, 
onlardan  artıq  vergi  yığılmamağı  əmr  etdim.  O  Ģəxslər  ki,  mənim  fərmanımı  və 
müqavilənin Ģərtlərini pozmurlar, Allah özü bu iĢdə onlara kömək olsun.» 
514.  -  Deyirlər  ki,  sülh  müqaviləsi  əsasında  Həbib  Havarehə,  Kisala,
75
 
Xunana,
76
  Səmsəxiyə,  Cərdmana,  Kustasciyə,
77
  ġavĢitə,  Bazalitə  sahib  oldu  və 
müqavilənin  Ģərtlərinə  görə  o  bu  yerlərin  əhalisinin  qanını  tökməməyi, 
ibadətgahlarına,  divarlarına  toxunmamağı  öhdəsinə  götürdü.  Bunun  əvəzində  isə 
əhali  torpaq  vergisi  -  xərac  və  can  vergisi  ödəməli  idi.  O,  Qalarcitin,  Səryalitin, 
Xaxitinin  (Kaxetiya),  Xuxitinin  (Kuxetiya),  Artahalan,  Bəb  əl-Ləlin  sakinləri  ilə, 
habelə sənnarilərlə,
78
  dudanilərlə  onların  vergi  ödəmələri  Ģərti  ilə  sülh  müqaviləsi 
bağladı. 
-  515.  Deyirlər  ki,  Səlman  ibn  Rəbiə  əl-Bəhili  xəlifə  Osmanın  əmri  ilə 
Arrana  tərəf  hərəkət  etdi  və  bağladığı  sülh  müqaviləsinin  əsasında  Beyləqan 
Ģəhərini  ələ  keçirdi.  Müqaviləyə  görə  o,  sakinlərin  və  onların  əmlakının,  Ģəhərin 
divarlarının  təhlükəsizliyini  təmin  etməli  idi.  Onlar  isə  torpaq  və  can  vergisi 
ödəməli  idilər.  Səlman  sonra  Bərdəyə  gəldi  və  bu  Ģəhərdən  bir  fərsəxdən
79
  də  az 
məsafədə yerləĢən Turtur
80
 çayının sahilində düĢərgə saldı. ġəhərin əhalisi qapıları 
onun üzünə bağladı və o buranı tutmaq üçün bir neçə gün qüvvə sərf etməli oldu. 
Səlman  Ģəhərin  ətrafındakı  kəndləri  hücumlara  məruz  qoydu.  Bu  vaxt  həmin 
kəndlərin məhsulu yığılmıĢdı. ġəhərin əhalisi onunla, Ģərtlərinə görə Beyləqan sülh 
müqaviləsi  ilə  eyni  olan  bir  müqavilə  bağladı  və  sonra  Ģəhərin  qapılarını  onun 


113 
 
üzünə açdı. Səlman Ģəhərə daxil oldu və bir müddət orada qaldı.  Sonra o özünün 
atlı qoĢununu hərəkətə gətirdi və bu qoĢun Arranın ġavĢin, Məsvan, Ud, Hərhilyan, 
Təbər kimi rustaqlarını və baĢqa yerlərini iĢğal etdi. Səlman Bəlasacan
81
 kürdlərini 
islam  dinini  qəbul  etməyə  çağırdı,  ancaq  onlar  ona  qarĢı  müharibəyə  baĢladılar. 
Səlman onları məğlub etdi və bir hissəsini can vergisi verməyə məcbur etdi. Digər 
azlıq təĢkil edən hissəsi isə islamı qəbul edib, sədəqə
82
 ödəməyə baĢladı. 
516. - Bərdənin bəzi sakinləri mənə xəbər verdilər ki, Səlman ibn Rəbiə əl-
Bəhili qədim bir Ģəhər sayılan ġəmkura
83
 qoĢun göndərib oranı zəbt etdi. ġəmkur o 
vaxtdan  baĢlayaraq  səvardilərin  (əs-savardiyyə)
84
  oranı  dağıtmalarına  qədər 
məskunlaĢmıĢ,  gündən-günə  gözəlləĢən  bir  Ģəhər  idi.  Bu,  Yəzid  ibn  Useydin 
Ərminiyyəni tərk etməsindən sonra baĢqa yerlərdən buraya axıĢıb gəlmiĢ bir xalq 
idi.  Onlar  özbaĢınalıq  edir,  əhaliyə  bədbəxtlik  gətirirdilər.  Sonra,  240/854-ildə 
xəlifə Mötəsim-billahın mövlası
85
 Buğa - Allah ona rəhmət eləsin - Ərminiyyənin, 
Azərbaycanın və  ġimĢatın valisi olarkən ġəmkuru bərpa  etdi və  himayə  olunmaq 
xahiĢi  ilə  ona  müraciət  edib  islamı  qəbul  etmək  arzusunu  bildirən  xəzərləri  bu 
Ģəhərə yerləĢdirdi. O buraya həmçinin Bərdədən tacirləri də köçürdərək, Ģəhərə əl-
Mütəvəkkiliyyə adını verdi. 
517.  -  Daha  sonra  belə  söyləyirlər  ki,  Səlman  ər-Rasla  əl-Kurrun
86
  bir-
birinə qovuĢduğu yerdə, Bərdicin
87
 arxa tərəfində Kür çayını keçib Qəbələni iĢğal 
etdi. O, ġəkkən və Kəmibəranın hökmdarları ilə vergi ödəmələri Ģərti ilə müqavilə 
bağladı. Xayzan
88
 əhalisi, ġirvan Ģahı və baĢqa dağ hökmdarları (Ģahları) Məsqətin, 
ġabiranın,  Bəb
89
  Ģəhərinin  sakinləri  də  onunla  müqavilə  bağladılar.  Səlman 
Ģəhərdən 
aralanan 
kimi 
sakinlər 
Ģəhərin 
qapılarını bağladılar və bu zaman (xəzərlərin) xaqanı öz süvari qoĢunu ilə Bələncər 
çayının o tayında onunla üz-üzə gəldi. Səlman - Allah ona rəhmət eləsin - özünün 
4000  nəfər  müsəlmandan  ibarət  qoĢunu  ilə  birlikdə  öldürüldü.  DöyüĢdə  çətin 
vəziyyətə  düĢmüĢ  əsgərlərin  uzun  müddət  «Allahu  Əkbər»  sədaları  eĢidildi. 
Səlman 
ibn 
Rəbiə 
Kufənin 
ilk 
qazisi 
olmuĢdu. 
Burada 
qaldığı 40 gün ərzində heç kəs ona Ģikayətlə müraciət etməmiĢdi. O, Ömər ibn əl-
Xəttabın adından hədislər söyləyirdi. Səlmanın və Quteybə Ġbn Muslimin haqqında 
Ģair  ibn  Cumanə  əl-Bəhili  belə  deyir:  «Bizim  üçün  əziz  olan  iki  qəbir  vardır. 
Onlardan  biri  Bələncərdə,
90
  digəri  isə  Sinistandadır.
91
  Çində  olan  qəbir  böyük 
fəthləri 
ilə 
məĢhur 
olan 
adama 
məxsusdur. 
Bu 
isə 
öz 
səxavəti, bəxĢiĢləri ilə tanınan adamın qəbridir». 
Səlmanın ölüm xəbərini xəlifə Osmana çatdıran Qarza ibn Kə'b əl-Ansari də 
Bələncərdə Səlmanla bir yerdə olmuĢdu. 
518. 
- Belə söyləyirlər ki, Həbib Ərminiyyədəki istilalarından sonra bu 
barədə xəlifə Osman ibn 'Affana yazılı məlumat vermiĢ, həmçinin Səlmanın ölüm 
xəbərini  də  ona  çatdırmıĢdır.  Osman  onu  bütün  Ərminiyyənin  valisi  təyin  etmək 
istədi.  Ancaq  ona  verilən  tapĢırıqları  bacarıqla  yerinə  yetirdiyinə  görə  o  onu 
Suriya  və  əl-Cəzirə  sərhədlərində  hərbi  yürüĢlər  edən  ordunun  baĢçısı, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə