Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

116 
 
etməyə imkan verdin ki, sonra onları əlçatmaz yerlərdə axtarasan?» və əmr etdi ki, 
Səid əl-CuraĢini həbsdən azad etsinlər. 
522. - Deyirlər ki, Məsləmə Xayzan (Ceyzan) əhalisi ilə sülh saziĢi bağladı 
və  əmr etdi ki,  Ģəhər qalasını dağıtsınlar. O  oradakı ərazidə  özünə  bu gün  «Hauz 
Xeyzan»  adı  ilə  tanınan  bir  mülk  ayırdı.  Dağ  hökmdarları  da  Məsləmə  ilə  sülh 
saziĢi bağladılar. ġirvanĢah, LiranĢah, TəbərsəranĢah, FilanĢah, CərĢənĢah, habelə 
Məsqətin hökmdarı onun yanına gəldilər. Sonra o, Bəb Ģəhərinə tərəf hərəkət edib 
oranı  ələ  keçirdi.  Bu  zaman  Ģəhərin  qalasında  min  xəzər  ailəsi  var  idi.  Məsləmə 
onları mühasirəyə alıb üzərlərinə əvvəlcə daĢ, sonra isə daĢ Ģəklinə salınmıĢ dəmir 
parçaları yağdırmağa baĢladı. Bu, fayda vermədikdə o onların (əhalinin) quyularına 
ƏnuĢirvanın  su  xətti  çəkdirdiyi  bulağa  tərəf  yollandı.  Məsləmə  çoxlu  inək  və 
qoyun  kəsdirib  onların  təzəyini  və  mədə-bağırsağlarının  içində  nə  varsa,  oraya 
tökdürdü.  Bir  gecə  keçməmiĢdi  ki,  Ģəhərin  suyu  çirkləndi,  sudan  pis  iy  gəlməyə 
baĢladı və içərisində qurdlar yarandı. Gecə düĢəndə onlar qalanı tərk edib qaçdılar. 
Sonra  Məsləmə  ibn  Əbdu-l-Məlik  Bəbu-l-əbvab  Ģəhərinə  suriyalılardan  ibarət  24 
min  nəfərlik  qoĢun  köçürdüb  yerləĢdirdi  və  vəd  etdi  ki,  onlara  yüksək  məvacib 
veriləcəkdir.  Odur  ki,  Bəb  Ģəhərinin  sakinləri  bu  gün  də  onların  arasında 
bölüĢdürüb  paylamaq  üçün  pulu  olmayan  heç  bir  hakimə  Ģəhərə  daxil  olmağa 
imkan  vermirlər.  Məsləmə  burada  ərzaq,  arpa  və  silah  üçün  anbarlar  tikdirdi.  O 
əmr etdi ki, Ģəhərin su çənini təmizləsinlər. Məsləmə Ģəhərin dağıdılmıĢ yerlərinin 
bərpası,  habelə  Ģəhərin  bəzədilməsi  üzrə  iĢlər  gördü.  Bu  zaman  Məsləmə  ilə  bir 
yerdə olan Mərvan ibn Məhəmməd onunla birgə xəzərlərə qarĢı cəsarətlə vuruĢur, 
onlara  ağır  zərbələr  endirirdi.  HiĢam,  Məsləmədən  sonra  Səid  əl-CuraĢini 
Ərminiyyənin valisi təyin etdi.  O  isə  bu ölkədə  iki il qaldı.  Ondan sonra  Mərvan 
ibn Məhəmməd bu əraziyə vali təyin olundu. Mərvan Kisalda bərqərar oldu və bu 
ərazidə  Bərdədən  40  fərsəx,  Tiflisdən  isə  20  fərsəx  məsafədə  bir  Ģəhər  saldırdı. 
Sonra  o,  əl-Lan  qapıları  tərəfdən  xəzərlərin  torpağına  soxuldu,  Asid  ibn  Zafir  əs-
Suləmiyə  və  Əbu  Yəzidə  isə  dağ  hökmdarları  ilə  birlikdə  əl-Bəb  va-l  əbvab 
tərəfdən oraya soxulmağa göstəriĢ verdi. Mərvan həmin vaxt xəzərlərin ərazisində 
olan  slavyanların  üzərinə  hücum  etdi  və  onlardan  20  min  ailəni  əsir  götürüb 
Xaxitdə yerləĢdirdi. Sonra onlar (slavyanlar) öz baĢçılarını öldürüb qaçdılar. Ancaq 
Mərvan onları təqib edərək, yarı yolda yaxaladı və darmadağın etdi. 
523.  -  Deyirlər  ki,  xəzərlərin  böyük  xaqanı  Mərvanla  bir  yerdə  onun 
ərazisinə  soxulmuĢ  adamların,  onların  silahlarının  və  hərbi  qüvvəsinin  nə  qədər 
çox olduğundan xəbər tutan kimi, ürəyi əsib qorxuya düĢdü. Buna görə də Mərvan 
xaqana yaxın ərazidə olan vaxt onun yanına öz elçisini göndərərək ya islamı qəbul 
etməyi,  ya  da  əks  təqdirdə  müharibə  yolunu  seçməyi  təklif  edərkən  o  belə  dedi: 
«Mən islamı qəbul edirəm. Sən mənim yanıma elə bir adam göndər ki, o mənə bu 
barədə məsləhət versin.» Mərvan buna razı oldu və xaqan da islamı qəbul etdi. O, 
Mərvanla dostlaĢdı. Mərvan isə ona öz məmləkətində yenə də hökmdar olacağına 
zəmanət  verdi.  Sonra  Mərvan  onunla  və  çox  sayda  xəzərlərlə  birgə  irəli  doğru 


117 
 
hərəkət etdi. Mərvan onları Samurla ġabiran arasında lakzların ərazisində yerləĢən 
düzənlikdə yerləĢdirdi. 
Sonra Mərvan Sərir ərazisinə soxuldu, əhalinin üzərinə hücum etdi, oradakı 
bəzi qalaları ələ  keçirdi.  Səririn  hökmdarı  ona  tabe  oldu və tərəflər  arasında  sülh 
saziĢi  bağlandı.  SaziĢə  görə  Səririn  hökmdarı  hər  il  Mərvana  1000  nəfər  adam  - 
qarasaçlı,  qaraqaĢlı,  uzunkirpikli  500  nəfər  gənc  oğlan  (qulam)  və  500  nəfər  qız 
(kəniz, cariyə), habelə Bəbin taxıl anbarlarına  yüz  min  mudd
105
  taxıl    göndərməli 
idi. Bunun müqabilində o, Mərvandan girovları geri aldı. Mərvan Tuman əhalisi ilə 
də  müqavilə  bağladı.  Bu  müqaviləyə  görə  onlar  hər  il  ona  100  nəfər  adam,  yəni 
hündürboylu,  qarasaçlı,  qaraqaĢlı,  uzunkirpikli  50  nəfər  qız,  50  nəfər  oğlan, 
həmçinin  taxıl  anbarlarına  20  min  mudd  taxıl  göndərməli  idilər.  Sonra  Mərvan 
Zirikiran  ərazisinə  daxil  oldu.  Buranın  hökmdarı  ilə  Mərvan  arasında  bağlanmıĢ 
müqaviləyə əsasən, o, Mərvana hər il 50 nəfər adam və onun taxıl anbarlarına 10 
min  mudd  taxıl  göndərməli  idi.  Sonra  Mərvan  Həmzinin  torpağına  gəldi.  Həmzin 
onunla  müqavilə  bağlamaqdan  imtina  etdi.  Onda  Mərvan  biraylıq  mühasirədən 
sonra  onların  qalasını  ələ  keçirdi,  ərazidə  olan  nə  varsa,  yandırdı  və  uçurdub 
dağıtdı. Mərvanla bağladığı müqaviləyə görə o, Mərvana birdəfəlik 500 nəfər gənc 
qız yə oğlan, Bəbin taxıl anbarlarına ildə 30 min mudd taxıl göndərməli idi. Sonra 
Mərvan Sindana yaxınlaĢdı, oranı döyüĢsüz fəth etdi və oranın hökmdarı ilə  sülh 
müqaviləsi  bağladı.  Müqaviləyə  görə  ərazinin  hökmdarı  gələcəkdə  hər  hansı 
öhdəlikdən azad olmaq Ģərti ilə Mərvana birdəfəlik 100 gənc qız və oğlan, habelə 
ildə  Bəbin  taxıl  anbarlarına  5  min  mudd  taxıl    göndərməli    idi.    Mərvan 
TəbərsərənĢahın tabeliyində olan əhaliyə bir vəzifə olaraq tapĢırdı ki, ildə 10 min 
mudd  taxılı  Bəbin  taxıl  anbarlarına  göndərsin.  Ancaq  o,  FilanĢahdan,  onun 
bacarığı, (düĢmənə qarĢı) mətanətli olması və yaxĢı rəftarı, davranıĢına görə heç nə 
tələb etmədi. Sonra Mərvan irəli hərəkət edərək, lakzların qalasına yaxın bir yerdə 
dayandı. Lakzların baĢçısı öz üzərinə qoyulan öhdəlikdən boyun qaçıraraq kömək 
istəmək məqsədi ilə xəzərlərin hökmdarının hüzuruna  yollandı. Ancaq yolda, onu 
tanımayan  bir  çoban  atdığı  oxla  təsadüfən  qətlə  yetirdi.  Sonra  Mərvan  lakzlarla 
sülh  müqaviləsi  bağladı.  Müqaviləyə  əsasən  onlar  hər  il  taxıl  anbarlarına  20  min 
mudd taxıl göndərməli idilər. O, lakzlara rəhbərliyi XaĢram əs-Suləmiyə tapĢırdı. 
Sonra  Mərvan  ġirvan  hökmdarının  qalasına  tərəf  hərəkət  etdi.  «XirĢ»  adlanan  bu 
qala dəniz sahilində yerləĢirdi. Qalanın sahibi ona itaət göstərərək düzənliyə endi. 
Mərvan  hər  il  anbarlara  10  min  mudd  taxıl  göndərilməsini  ġirvan  əhalisinin 
öhdəsinə  qoydu  və  əhalidən  tələb  etdi  ki,  müsəlmanlar  xəzərlərin  ərazisinə  hərbi  
yürüĢlər edərkən  ordunun  avanqard hissəsində, döyüĢdən qayıdan zaman isə son 
sırada,  arxada  olsunlar.  Mərvan,  FilanĢaha  tapĢırdı  ki,  hərbi  yürüĢlərdə  ancaq 
müsəlmanlarla bir yerdə olsun. O, TəbərsəranĢaha döyüĢ baĢlananda ordunun arxa 
hissəsində, döyüĢdən qayıdarkən  ordunun  avanqard  hissəsində olmağı əmr etdi. 
Sonra Mərvan dudanilərə tərəf hərəkət etdi, onları məğlubiyyətə uğratdı. Bu zaman 
ona  xəlifə  Valid  ibn  Yəzidin    ölüm    xəbəri    gəldi.      Bunun    ardınca    Sabit    ibn  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə