Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   51   52   53   54   55   56   57   58   ...   102

118 
 
Nueym    əl-Cuzami  ona  qarĢı  çıxdı.  Sabit,  xarici  əd-Dəhhakın  Bəbə  hakim  təyin 
etdiyi  adamlardan  biri olan  Musafir əl-Qəssabın yanına gəldi, onun tərəfinə keçdi 
və onun tərəfindən Ərminiyyənin, Azərbaycanın valisi   təyin edildi. Sabit  sonra 
gizlincə Ərdəbilə gəldi, buradakı üsyançı Ģarilərin
106
 bir hissəsini öz tərəfinə çəkdi 
və  onlarla  bir  yerdə  Bacərvana
107
      gəldi.  Burada  onlar  özləri  ilə  həmdərd  olan 
adamlarla  rastlaĢdılar  və  bu  adamlara  qoĢulub  Varsana
108
  gəldilər.  Varsan 
sakinlərindən  bir  çoxları  onlarla  həmfikir  olduqları  üçün  onlara  qoĢuldular  və  bu 
dəstələr  hamısı  bir  yerdə  Beyləqana  gəldilər.  Burada  da  onlara  eyni  fikirli,  eyni 
məqsədli  adamlar  qoĢuldular.  Oradan  Sabit  Yunana
109
  getdi.  Mərvan  ibn 
Məhəmməd  isə  Ġshaq  ibn  Muslimi  Ərminiyyənin  valisi  təyin  etdi.  Ġshaq 
Sisəcandakı  Kiləb  qalasında  bərqərar  olmuĢ  Musafirlə  uzun  müddət  döyüĢməli 
oldu.  Allahın  xeyir-duasına  layiq  olan,  mübarək  sülalənin  (Abbasilərin) 
hakimiyyətə gəldiyi vaxt xəlifə əs-Səffah Əbu-l-Abbas
110
 - Allah ona rəhmət eləsin 
-  əl-Cəzirənin  və  Ərminiyyənin  valiliyi  vəzifəsinə  Əbu  Cəfər  əl-Mənsuru  təyin 
etdi. Əbu Cəfər Xorasan əhlindən bir sərkərdəni Musafirlə və onun tərəfdarları ilə 
döyüĢə göndərdi. Sərkərdə onlarla qələbə çalana qədər döyüĢdü və Musafiri qətlə 
yetirdi. Kiləb qalasında bərqərar olmuĢ Beyləqan camaatı və onun rəhbəri Qudad 
ibn Asfar əl-Beyləqani isə əfv olunacaqlarına əmin olduqdan sonra aĢağı endilər. 
Mənsur  xəlifə  olduqdan  sonra  -  Allah  ona  rəhmət  eləsin  -Yəzid  Useyd  əs-
Suləminini Ərminiyyənin valisi təyin etdi. Yəzid Bəb Əllanı iĢğal edib, orada əhlü-
d-divandan
111
  ibarət  qarnizonlar  yerləĢdirdi,  sənnariləri  elə  darmadağın  edib 
məğlubiyyətə  uğratdı  ki,  onlar  xərac  ödəməyə  məcbur  oldular.  Xəlifə  Mənsur 
Yəzidə  məktub  yazaraq  əmr  etdi  ki,  xəzərlərin  hökmdarı  ilə  qohumluq  əlaqəsi 
yaratsın.  Yəzid  əmri  yerinə  yetirdi:  xəzərlərin  hökmdarının  qızı  onun  üçün  bir 
oğlan dünyaya gətirdi, ancaq o öldü, həmçinin ana da doğuĢ vaxtı vəfat etdi. Yəzid 
vergi toplamaq məqsədilə öz adamlarını ġirvan torpağında neft çıxaranların və duz 
istehsal  edənlərin  yanına  göndərdi,  sonra  bu  iĢi  xüsusi  vergi  yığanlara  tapĢırdı. 
Yəzid  Kiçik  Ərcil,  Böyük  Ərcil  Ģəhərlərini  saldı  və  oraya  fələstinliləri  köçürdüb 
yerləĢdirdi. 
524.  -  Məhəmməd  ibn  Ġsmayıl  Bərdə  Ģəhərinin  əhalisindən  olan  bəzi 
qocaların  dediklərinə  əsaslanaraq  mənə  belə  söylədi  ki,  ġirvandakı  ġamaxiyyə
112
 
Ģəhəri  əĢ-ġəmax  ibn  ġücanın  adını  daĢıyır.  Bu  Ģəxs  Səid  ibn  Səlim  əl-Bəhili 
Ərminiyyədə vali olduğu dövrdə ġirvanın hökmdarı olmuĢdur. 
525. - Məhəmməd ibn Ġsmayıl qocaların sözlərinə istinadən həmçinin bunu 
söylədi  ki,  Ġbn  Useyddən  və  Bəkkar  ibn  Muslim  əl-Uqeylidən  sonra  vali  təyin 
olunmuĢ  Həsən  ibn  Qahtaba  ət-Tainin  dövründə  Ərminiyyənin  əhalisi  üsyan 
qaldırdı. Üsyançıların baĢında erməni MuĢail dururdu. Buna görə də xəlifə Mənsur 
-  Allah  ona  rəhmət  eləsin  -  Amir  ibn  Ġsmayılın  baĢçılığı  altında  Həsənə  yardım 
göndərdi.  Həsən  MuĢaillə  vuruĢdu  və  onu  öldürdü,  dəstələrini  dağıtdı.  Bundan 
sonra vəziyyət sabitləĢdi. Elə Beyləqandakı Həsən çayı, Bərdədəki Həsən bağı və 
bəzi kəndlər Həsənin adını daĢıyır. Ərazini Həsən ibn Qahtabadan sonra bir-birinin 


119 
 
ardınca  Osman  ibn  Umara  ibn  Xureym,  Rauh  ibn  Hatim  əl-Muhəlləbi,  Xuzeymə 
ibn  Xazim,  Yəzid  ibn  Məzyəd  əĢ-ġeybani,  Ubeydullah  ibn  əl-Mehdi,  Fəzl  ibn 
Yəhya, Səid ibn Səlim, Mühəmməd ibn Yəzid ibn Məzyəd idarə etmiĢlər. Onların 
arasında  ən  bacarıqlı,  görkəmli  vali  Xuzeymə  sayılır.  Belə  ki,  o,  Dəbildə  və 
NəĢəvada becərilən torpaqları ölçdürüb qeydiyyata aldırdı. Halbuki, bu iĢi əvvəllər 
heç kim icra etməmiĢdi. Ərminiyyənin batriqləri hələ də öz mülklərində yaĢayaraq, 
hərəsi  özünün  ərazisini  qoruyurdu.  Bu  ölkəyə  hər  hansı  bir  amil  göndəriləndə 
batriqlər ehtiyat  edərək onunla  yaxından  ünsiyyətdə  olmaqdan çəkinirdilər. Onlar 
onun  dəyanətli,  etibarlı  və  ciddi  bir  Ģəxs  olduğunu,  hərbi  qüvvəyə,  sursata  malik 
olduğunu  gördükdə  xərac  vergisini  ödəyir,  ona  itaət  göstərirdilər.  Əks-təqdirdə 
batriqlər  onun  haqqında  pis  Ģayiələr  yayaraq  mənfi  rəy  yaradır  və  ona  qarĢı 
etinasızlıq  göstərirdilər.  Əl-Məmunun
113 
xəlifəliyi  dövründə  Ərminiyyənin  valisi 
Xalid  ibn  Yəzid  ibn  Məzyəd  idi.  Xalid  ibn  Yəzid  batriklərdən  hədiyyələr  alır, 
onlarla  sıx  ünsiyyətdə  olurdu.  Bununla  Xalid  onların  mənəviyyatına  mənfi  təsir 
göstərdi  və  onları  Məmun  tərəfindən  ondan  sonra  təyin  olunmuĢ  baĢqa  valilərə 
qarĢı qaba, kobud, təkəbbürlü münasibətdə olmağa sövq etdi. 
Sonra  xəlifə  əl-Mötəsim-billah  bu  ölkəyə  əl-Məmuni  ləqəbi  ilə  tanınan 
Həsən ibn Əli əl-Bazaxisini vali təyin etdi. O, ölkədəki batriqləri və azad Ģəxsləri - 
zadəganları  özbaĢına  buraxıb  onlara  sərbəstlik  verdi.  Həsən  bu  adamlarla  elə 
yumĢaq  davranırdı  ki,  onlar  xəlifənin  hakimiyyətinə  məhəl  qoymur,  rəiyyətlə 
olduqca  qəddarcasına  rəftar  edirdilər.  Bu  vaxt  Əməvilərin  mövlası  Ġshaq  ibn 
Ġsmayıl ibn ġu'eyb üsyan qaldıraraq, Curzanı ələ keçirdi. Batriq Səhl ibn Sənbat isə 
Heydər ibn Kavus əl-AfĢinin Ərminiyyədəki amilinin üzərinə hücum etdi və onun 
katibini  öldürdü.  Amil  özü  isə  qaçıb  güclə  xilas  ola  bildi.  Bundan  sonra 
Ərminiyyəyə elə amillər göndərilirdi ki, onlar əhali ilə yumĢaq, iltifatla rəftar edir, 
torpağa görə yığılan az məbləğdə vergilərlə kifayətlənirdilər. 
Az sonra əmir əl-möminin əl-Mütəvəkkil aləllah
114
 xəlifəlik dövrünün ikinci 
ilində Ərminiyyəyə Yusif ibn Mühəmməd ibn Yusif əl-Mərvazini amil təyin etdi. 
Yusif  Xilata  gələn  kimi  oranın  batriqi  Buqrat  ibn  AĢotu  həbs  edib  Surra  mən 
ra'əyə
115
 göndərdi. Bu, batriqlər, zadəganlar və üsyançılar arasında narazılığa səbəb 
oldu. Onun amillərindən biri olan əl-`Əla ibn Əhməd Sisəcandakı «Əl-Əqdah» adlı 
bir  monastıra  yollandı.  Ərminiyyənin  xristian  əhalisi  bu  monastıra  təzim  edir  və 
ona  ianələr  verirdilər.  Əl-'Əla  ibn  Əhməd  monastırda  mövcud  olan  hər  Ģeyi  ələ 
keçirdi  və  oradakı  camaata  qarĢı  zorakılıq  tətbiq  etdi.  Bu,  batriqlər  arasında 
narazılığa  və  həyacana  səbəb  oldu.  Beləliklə,  onlar  öz  aralarında  yazıĢaraq,  bir-
birlərini üsyana, separatçılığa çağırdılar. Batriqlər Artan adı ilə tanınan kəndliləri - 
xuitləri Yusifə qarĢı üsyana qaldırdılar və bunu ona  görə etdilər ki, Yusif onların 
batriqini Səmarraya sürgün etmiĢdi. 
Bürün  batriqlər  və  üsyançılar  kömək  məqsədilə  xuitlərə  süvari  və  piyada 
dəstələri göndərdilər. Yusif öz dəstələrini kəndlərdə yerləĢdirdiyi zaman onlar ona 
Tarunda  hücum  etdilər.  Yusifi  qətlə  yetirib,  düĢərgəsində  nə  varsa  ələ  keçirdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə