Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

95 
 
birləĢdirmiĢlər.  Bu  qalalar  sistemini  sonralar  ərəblər  «əl-əbvab»  (qapılar) 
adlandırmıĢlar.  Hər  qapının  da  ауrı-ayrılıqda  öz  adı  vardı.  Ġbn  Xordadbehə  görə 
qalaların sayı on üçə çatırmıĢ. Lakin onların baĢlıcası Dərbənd olduğundan ərəblər 
ona  «əl-Bəb»  və  «Bəbü-l-Əbvab»  adı  vermiĢlər.  Xilafət  dövründə  xəzəryanı 
ölkələr arasında dəniz yolu ilə ticarət sürətlə inkiĢaf etdiyindən Dərbəndin siyasi və 
ticari  əhəmiyyəti  xeyli  artır  və  о  tezliklə  böyük  sahilyanı  Ģəhərə,  mühüm  dəniz 
limanına  çevrilir  (Ибн  Xopдадбex.  Книга  путей  и  стран.      Баку,        1986.      с.    
109.     304-305     примеч.     №      47,       49:  Д.Е.Еремеев.   Этногенез  турок.  М.. 
1971, с. 53; Сара Ашурбейли. Государство Ширваншахов (V1-XVI вв.). Баку, 
1983, s. 40). 
48.
 
«Əbu Ducənə olmayan» ifadəsini iĢlətməklə ət-Təbəri burada diqqəti 
hərbi  əməliyyatda  iĢtirak  edən  Simak  ibn  XəraĢənini  eyni  adda  olan  baĢqa  bir 
Ģəxslə  -  Əbu  Ducənə  Simək  ibn  XəraĢə  əl-Ənsari  ilə  qarıĢdırmamağa  çəkir  (Əbu 
Ducənə haqqında bax qeyd № 40). 
49.
 
Bəhram  ibn  əl-Fərruxzaz  –  Azərbaycan  mərzbanı  Ġsfəndiyar 
Fərruxzadın qardaĢı. 
50.  Seyf  bir  Ömər  əl-Əsədi  ət-Təmimi  (təxm.  720-800)  -  Kufə 
tarixçilərinin  tanınmıĢ  nümayəndəsi,  xəlifə  Əbu Bəkr, Ömər və  Osman dövrünün 
istilalarını  habelə  riddə  (islamdan  dönmə)  hərəkatını  qələmə  alan  erkən 
müəlliflərdən biri.  Onun  «Kitəb əl-fütuhi-l-kəbir» (Fəthlər  haqqında  böyük kitab) 
və  «əl Cəməl» («Dəvə» döyüĢü) adda tarixi əsərləri olub. Lakin bunların heç  biri 
zəmanəmizə  kimi  gəlib  çıxmayıb.  Bu  əsərlər  ərəb  istilaları  haqqında  yazmıĢ 
sonrakı tarixçilər üçün mühüm mənbə olub. Məsələn, ət-Təbərinin «Tərix ər-rüsul 
va-l-müluk»  salnaməsində  Qafqaz  ölkələrinin  ərəb    istilaları    dövründəki  
vəziyyətinin  Ģərhi  baĢlıca  olaraq  Seyfin  tarixi  rəvayətləri  əsasında  verilib.  Yeri 
gəlmiĢkən, qeyd edilməlidir ki, Seyfin yaradıcılığı ilə yaxından məĢğul olmuĢ bir 
sıra  Avropa  tədqiqatçıları  baĢda  məĢhur  alimlər  Y.Velhauzen,  L.Kaetani  və 
K.Brokelman  olmaqla  Seyfə  tənqidi  münasibət  bəsləmiĢ,  onu  etibarsız  tarixçi 
saymıĢlar (А.И. Колесников. Завоевание Ирана арабами. М., 1982, s. 23-28). 
51. Burada ət-Təbəri Seyfin məlum ravilərini nəzərdə tutur.  
52.  Əbu  Musə  Abdullah  ibn  Qeys  əl-ƏĢ'ari  (602-665)  Məhəmməd 
peyğəmbərin yaxın əshabələrindən biri; məĢhur fəqih və  Quran oxucusu,  Kufə  və 
Bəsrə  valisi,  həm  də  görkəmli  hərbi  sərkərdə.  Əbu  Musə  ərəblərin  Ġran  üzərinə 
cənub-qərb istiqamətdə hərbi yürüĢlərində iĢtirak etmiĢ və Ġranın Əhvaz, Ġsfahan və 
Fars əyalətlərinin iĢğalı onun rəhbərliyi altında həyata keçirilmiĢdir. 
53. Suraka ibn  Əmr  ibn  Libnə: ləqəbi   Zu-n-nur  (öl. təxm. 30/650) - 
Məhəmməd peyğəmbərin əshabələrindən biri, ordu  sərkərdəsi. Qafqaz cəbhəsində 
hərbi əməliyyatlar baĢlanarkən xəlifə Ömər onu bu dağlıq bölgəyə yürüĢ edən ərəb 
qoĢunlarına  baĢ  komandan  təyin  edir.  Surakanın  baĢçılığı  altında  Qafqaz 
cəbhəsində  dörd  sərkərdə:  Bukeyr  ibn  Abdullah,  Əbdü-r-Rəhman  ibn  Rəbi'ə, 


96 
 
Hüzeyfə ibn Əsid və Həbib ibn Məsləmə vuruĢur  (Əhməd Ətiyyətullah. əl-Qamus 
əl-isləmi. Qahirə, 1970, с III. səh. 294). 
54.  Əbdü-r-Rəhman  ibn  Rəbi'ə  ibn  Yəzid  əl-Bəhili  (öl.  32/652):  ləqəbi 
Zu-n-nur  -  Peyğəmbərin  əshabələrindən  biri.  Xəlifə  Ömər  Sə'd  ibn  Əbi  Vaqqası 
Qədisiyyəyə döyüĢə göndərərkən Əbdü-r-rəhmanı onun ordusuna qazı təyin edir və 
hərbi  qənimət  iĢini  ona  tapĢırır.  Sonralar  isə  Əbdü-r-Rəhmanı  əl-Bəbə  vali  təyin 
edir  (Xeyru-d-din  əz-Zirikli.  əl-Ə`ləm:  qamus  təracim  li-əĢhəri-r-ricəl  va-n-nisə 
minə-l-'arab va-l-mustə`ribin va-l-mustəĢriqin. 1954, II nəĢri, c. IV, səh. 77-78).  
55.  Əbu  Sərihə  Hüzeyfə  ibn  Əsid  ibn  Xəlid  əl-Qifəri  (öl.  42/662)  Qafqaz 
yürüĢündən  əvvəl  xəlifə  Ömərin  əl-Cəzirə  bölgəsində  amili  olub.  Ġslamı  «əl-
Hüdeybiyyə» günü qəbul edib. Onun Peyğəmbər, Əbu Bəkr, Əli ibn Əbi Talib və 
Əbu  Zərr  haqqında  hədisləri  var.  Ömrünü  Kufədə  baĢa  vurub  (Ġbn  Hacər  əl-
Əskaləni.   Təhzibu-t-təhzib. Beyrut.  1968, с II. səh.  219; Muhamməd ibn  Hibbən 
əl-Busti.   Kitab məĢəhir üləma'i-l-əmsar. Qahirə, 1959, səh. 46; əz-Zəhəbi, Təcrid 
əsmə'i-s-sahabə. Bombey. 1969. с 1, səh.  124: Tə'rix ət-Təbəri. Qahirə,  1970. c. 
IV səh 23). 
56.  Əl-məqasim  -  orduda  hərbi  yürüĢlər  vaxtı  ələ  keçirilən  qənimətin 
bölüĢdürülməsi  ilə  məĢğul  olan  xüsusi  orqan.  Bu  iĢə  müəyyən  olunmuĢ  Ģəxs 
«sahibu-l-məqasim» adlanırdı. O, eyni zamanda ordu baĢçısının müavini - «nə'ibu-
l-əmir» vəzifəsini yerinə yetirirdi. 
57.  Əbu  Abdullah  Səlman  ibn  Rəbi'ə  əl-Bəhili  (öl.  35/655)  Əbdü-r-
Rəhman  ibn  Rəbi'ənin  qardaĢı;  Məhəmməd  peyğəmbərin  əshabələrindən  biri, 
fəqih,  müsəlmanların  bir  çox  mühüm  döyüĢlərinin  iĢtirakçısı,  süvari  qoĢun 
hissələrinin  baĢçısı.  Atçılıq  iĢinə  yaxĢı  bələd  olduğundan  və  süvari  dəstələrinə 
məharətlə rəhbərlik etdiyindən o,  müasirləri arasında  «Səlman əl-xeyl» (Süvarilər 
Səlmanı)  ləqəbini  qazanmıĢdı.  Əl-Qədisiyyə  vuruĢunda  (14/635)  misilsiz  Ģəxsi 
hünər nümayiĢ etdirərək, atlı dəstələrini döyüĢ vaxtı böyük bacarıqla idarə etdiyinə 
görə  xəlifə  Ömər  onu  süvari  qoĢun  hissələrinə  müfəttiĢ  təyin  edir.  Sə'd  ibn  Əbi 
Vaqqas  xəlifə  Ömər  vaxtında  Ġraqdakı  qoĢunlara  baĢ  komandan  təyin  olunduqda 
ordunu  yenidən  təĢkil  edir  və  Səlmanı  süvari  qoĢunların  baĢında  qoyur.  Xəlifə 
Osmanın  dövründə  isə  Səlman  xəlifənin  Anadolluda  və  Qafqazda  ən  nüfuzlu 
sərkərdəsi  olur.  Səlman  Qafqazda  gedən  bir  çox  döyüĢlərə  rəhbərlik  edib.  Onun 
vəfatı  tarixinə  gəlincə  bu  haqda  tarixi  mənbələrdəki  məlumatlar  son  dərəcə 
ziddiyyətlidir.  Belə  ki,  bu  məlumatlar  25-31  (645-65l)-ci  illər  arasında  tərəddüd 
edir.  Bəzi  mənbələr  Bələncərdə  onun  qardaĢı  Əbdü-r-Rəhmanın  deyil,  Səlmanın 
həlak  olduğunu  qeyd  edir  (Ġbn  Kuteybə.  əl-Mə'arif.  Qahirə.  1969.  səh.  433;  Ġbn 
Hacər  Əskaləni.  Təhzibu-t-təhzib.  Beyrut.  1968,  c.  IV,  səh.  136.  137;  Tə'rix  ət-
Təbəri, Qahirə. 1969. с III. səh 489; Saleh Mehdi ƏmmaĢ. Kuteybə ibn Muslim əl-
Bəhili  Bağdad,  1978.  səh.  14.  36.  37;  Mühəmməd  ibn  Hibbən  əl-Busti.  Qahirə. 
1959. səh. 101; əz-Zəhəbi. Tə`rixu-l-isləm. Qahirə, 1368-ci h.i., с II, səh. 77. 87; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə