Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

83 
 
yanımıza qayıtdı, ətin də üstündə - bir yaqut [daĢı]. [QuĢağası] onu mənə [hədiyyə] 
verdi. (səh. 160) Budur o [daĢ]!» 
ġəhribəraz onu - qırmızı [yaqutu] götürüb, Əbdü-r-Rəhmana ötürür. [Əbdü-
r-Rəhman]  onu  alıb  nəzərdən  keçirir  və  sonra  ġəhribəraza  qaytarır.  ġəhribəraz 
deyir: «Bu [yaqut daĢı] ölkənin özündən, yəni əl-Bəbdən də dəyərlidir. Allaha and 
olsun, hakimliyə görə siz mənim Xosrovlar nəslindən daha çox xoĢuma gəlirsiniz. 
Əgər onların hakimiyyəti [zamanı] olsaydı və onlar yaqutdan xəbər tutsaydılar, onu 
mənim  əlimdən  qapıb  alardılar.  Allah  haqqı,  nə  qədər  ki  siz  və  sizin  böyük 
hökmdarınız vəfalıdır, sizə heç nə olası deyil!» 
Əbdü-r-Rəhman  elçiyə  üz  tutub  soruĢur:  «O  sədd  nə  Ģəkildədir  və  nəyə 
bənzəyir?» [Elçi də]: «Bu adamın əynindəki paltara», deyə cavab verir və o, Matar 
rəvayət edir deyə, mənim paltarıma baxdı. 
Sonra  Matar  ibn  Səlc  Əbdü-r-Rəhman  ibn  Rəbiəyə  deyir:  «[Bu]  adam, 
Allah haqqı, düz danıĢır. O, [doğrudan da], gedib və [onu] görüb» və sonra: «Bəli, 
o,  dəmirlə  bürüncün  xüsusiyyətini  [düzgün]  qeyd  etdi»,  -  deyərək,  «Mənə  dəmir 
parçaları gətirin...»
69
 [ayəsini] axıra kimi oxuyur. 
Əbdü-r-Rəhman  ġəhribərazdan  soruĢur:  «Sənin  [bu]  hədiyyənin  [qiyməti] 
nə  ola  bilər?»  O  cavab  verir:  «Mənim  bu  ölkəmdə  100  min  [dirhəm],  o  biri 
ölkələrdə isə 3 və bəlkə də daha artıq milyon»... 
(Səh.  162)  ...  Müaviyə
70
  dövründə  Ərminiyə  əhalisi  [sülh  müqaviləsini] 
pozur və [Müaviyə] Həbib ibn Məsləməni o zaman Həbib Curzanda [idi] - əl-Bəbə 
əmir təyin edir. [Həbib] Təflis və ətraf dağların əhalisi ilə yazıĢmalar aparır, sonra 
onlar  müqavilə  bağlamaq  razılığına  gələnə  kimi  onlarla  vuruĢur.  [Bir  müddət] 
yazıĢdıqdan sonra [Həbib] onlarla qarĢılıqlı müqavilə
 
bağlayır: 
«Bismillahi-r-rəhmani-r-rəhim! 
Həbib ibn Məsləmədən Hurmuz torpağı Curzanın Təflis əhalisinə! 
Salamatlıq [olsun] sizə! 
ġükür edirəm sizə görə o [Allaha] ki, Ondan baĢqa bir ilahi yoxdur! 
Sizin  elçiniz  Təfli  yanımıza  gəlib,  haqqınızda  bizə  xəbər  verdi  və 
göndərdiyinizi də çatdırdı. Təfli adınızdan bildirdi ki, biz sizin zənn etdiyiniz kimi, 
bir millət deyildik. Biz belə idik o vaxta kimi, ta ki o böyük və qüdrətli Allah bizi 
[uzun  müddət]  azlıqda,  zillətdə  və  cəhalətdə  saxladıqdan  sonra  Məhəmmədin 
köməyilə, Allahın xeyir-duası və salamı olsun Ona! - doğru yola çıxararaq, islamla 
gücləndirib Ģərəfli etdi. 
Təfli  bildirdi  ki,  siz  sülh  arzusundasınız.  Mən  və  mənimlə  yanaĢı  iman 
gətirənlər  [buna]  razı  olub,  yanınıza  Əbdü-r-Rəhman  ibn  Cəz  əs-Suləmini 
göndərdim.  O,  ilahiyyat  və  Quran  biliciləri  arasında  bizim  ən  yaxĢı  bilənimizdir. 
Onunla  mən  həm  də  sizin  əmniyyətiniz  haqqında  öz  fərmanımı  göndərdim.  Əgər 
razı olsanız, onu sizə  verər,  yox əgər razı olmasanız, onda  o sizə  müvafiq olaraq 
müharibə elan edəcək! «Allah xainləri sevmir...»:
72
 
«Bismillahi-r-rəhmani-r-rəhim! 


84 
 
Bu, Həbib ibn Məsləmə tərəfindən Hurmuz torpağı - Curzanın Təflis əhlinə 
[verilən] fərmandır! 
[O]  sizin  həyat  və  əmlakınız,  kilsə  və  monastırlarınız,  hücrə  və  dini 
ibadətləriniz üçün təminatdır! [Bu Ģərtlə ki,] hər bir ev əhli üzərinə tam bir dinar - 
alçaldıcı cizyə qoyulur! 
Bizə  [sizdən]  Allahın  düĢməninə  və  öz  düĢmənimizə  qarĢı  [mübarizədə] 
məsləhət və köməyiniz, yol üstə olan [müsəlmanı] əhli-kitaba məxsus halal yemək 
və  halal  içməklə  qonaq  edib  bir  gecə  saxlamağınız  və  heç  biriniz  tərəfindən  ona 
zərər gətirilmədən yol göstərməyiniz gərəkdir. 
Ġslamı  qəbul  edib,  namaz  qılsanız  və  zəkat  versəniz,  bizə  -  din  qardaĢı 
məvalisiz!  [Amma]  hərgah  bir  kəs  Allahdan,  Onun  elçilərindən,  [müqəddəs] 
kitablarından  və  zümrəsindən  üz  döndərərsə,  belə  halda  sizə  hərb  elan  edəcəyik. 
[Çünki] «Allah xainləri sevmir...»! 
(Səh. 163) Təsdiq etdilər: Əbdü-r-rəhman ibn Xalid,
73
 əl-Həccac və Ġyad 
Yazdı. Rabah. 
ġahid  oldu  Allah,  Onun  mələkləri  və  o  kəslər  ki,  iman  gətirmiĢlər.  Yetər 
təkcə Allahın Ģahidliyi!» 
 
24 (644)-cü il 
(səh.246) [Azərbaycanla Ərminiyəyə hücum] 
 
Həmin ildə, mən 24-cü ili nəzərdə tuturam. Əbu Mixnəfin
74
 rəvayətinə görə 
əl-Valid ibn Ukbə
75
  -  əhalisi  hələ  Ömər  vaxtında  müsəlmanlarla  bağlamıĢ  olduğu 
sülh  müqaviləsini  pozduğundan  Azərbaycanla  Ərminiyəyə  yürüĢ  edir.  Amma 
baĢqalarının rəvayətinə görə bu, 26 (646)-cı ildə olub. 
Bu  barədə  habelə  müsəlmanların  vəziyyəti  və  həmin  yürüĢ  zamanı  onların 
fəaliyyəti haqqında hekayət: 
HiĢəm  ibn  Mühəmməd
76
  qeyd  edir  ki,  Əbu  Mixnəf  [əvvəllər]  əl-Əzdi, 
sonralar isə əl-Qəmdi [adlanan] Fərva ibn Lakıta isnadən ona rəvayət edib ki, Kufə 
əhlinin  hərbi  yürüĢləri  [adətən]  ər-Reylə  Azərbaycana  olub.  [Bu]  iki  sərhəd 
məntəqədə kufəlilərdən 10 min döyüĢçü saxlanılırdı: 6 mini Azərbaycanda, 4 mini 
də ər-Reydə. Kufədə isə o zamanlar 40 min döyüĢçü vardı. Hər il bunların 10 mini 
həmin sərhəd məntəqələrinə basqın edirdi. Beləliklə, [hər] döyüĢçünün payına dörd 
ildən bir yürüĢə getmək düĢürdü. 
Əl-Valid  ibn  Ukbə  Osmanın  hökmranlığı  zamanı,  özünün  Kufədə  əmirlik 
etdiyi  dövrdə  Azərbaycan  və  Ərminiyyəyə  yürüĢ  edir.  O,  Səlman  ibn  Rəbiə  əl-
Bəhilini yanına çağıtdırıb, onu öz qabağınca ön dəstəsi baĢında irəli göndərir. Özü 
isə Ərminiyyə ərazisinə soxulmaq məqsədilə [onun ardınca] qoĢunla çıxıĢ edir və 
qoĢunu ilə hərəkət edərək Azərbaycana daxil olur. Sonra Abdullah ibn ġübeyl ibn 
Auf əl-Əhməsini 4 min [döyüĢçü] ilə [irəli] göndərir. O da Muğan, əl-Bəbr
77
 və ət-
Taylasan
78
  sakinləri  üzərinə  basqınlar  edir  və  qənimət  olaraq  onların  var-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə