Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   32   33   34   35   36   37   38   39   ...   138

78 
 
Bu  şəxs  Bərdə  şəhərində  anadan  olmuş,  ilk  təhsilini  burada  almış,  sonralar  həcc 
ziyarətinə  çıxmış,  bu  ziyarətdən  sonra  vətənə  qayıtmamışdı.  O,  Bağdadda 
qərarlaşmış,  elmi,  mənəvi  axtarışlarını  burada  davam  etdirmişdir.  Dövrünün 
görkəmli  ilahiyyatçıları  və  hüquqşünaslarından  təhsil  almış  Əbu  Səid  əl-Bərdəyi 
sonralar  sahib  olduğu  biliklərin  geniş  təbliği  və  tədrisi  ilə  məşğul  olmuşdur.  O, 
Bağdaddan  Məkkəyə  gedərkən  həcc  ziyarətinə  gəlmiş  şəxslərlə  birlikdə  929-cu 
ildə  qərnatilər  tərəfindən  qətlə  yetirilmişdir.
38
  Əbubəkr  Əhməd  ibn  Harun  əl-
Bərdəyi  əl-Bərdici  (844-914)  öz  dövrünün  görkəmli  hədis  tədqiqatçılarından 
olmuşdur. Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic yaşayış məntəqəsində anadan 
olmuş bu şəxs sonralar Yaxın Şərqin bir çox ölkələrini gəzmiş, Nişapur, Bağdad və 
Məkkə şəhərində yaşamışdır. Əhməd Bərdici həmin dövrün tanınmış alimlərindən 
təhsil  almış,  sonralar  pedaqoji  fəaliyyət  göstərmişdir.  Əhməd  Bərdicinin  zəngin 
elmi  yaradıcılığından  yalnız  “Əl-əsma  əl-müfrədə”  (“Nadir  adlar”)  kitabının 
əlyazması  zəmanəmizədək  gəlib  çatmışdır.
39
  Əsərdə  bəzi  peyğəmbər  əshabələri, 
onların  ardıcılları,  hədis  tədqiqatçıları,  bu  alimlərin  vətəni  və  həmin  alimlər 
haqqında  deyimlər  öz  əksini  tapmışdır.  Əbubəkr  Məhəmməd  ibn  Abdulla  əl-
Bərdəyi  (961-ci  ildə  vəfat  etmişdir)
40 
də  Bərdə  şəhərinin  yetirməsi  idi.  O,  bir 
müddət  Bağdadda  yaşamış,  xaricilik  və  mütəzililik  cərəyanlarının  görkəmli 
nümayəndəsi kimi tanınmışdır. Məhəmməd əl-Bərdəyi ilə 951-ci ildə görüşmüş İbn 
ən-Nədim  “onu  xaricilərin  hüquqşünas  alimlərindən  biri  kimi  təqdim  edərək 
hüquqa dair on altı əsərinin adını çəkmişdir”
41
. Yəqub ibn Musa əl-Ərdəbili (941-ci 
ildə  vəfat  etmişdir),  Məkki  əl-Bərdəyi  (965-ci  ildə  vəfat  etmişdir).  Əbdüləziz  əl-
Bərdəyi (935-ci ildə vəfat etmişdir), Cəfər əl-Marağı (889-967), Musa əs-Səlmasi 
(990-ci  ildə  vəfat  etmişdir)  də  bu  dövrdə  Azərbaycan  elmi  potensialının 
zənginliyini  yüksək  səviyyədə  nümayiş  etdirmiş  alimlərdən  olmuşlar.  Onlar 
topladıqları  hədislərlə  müsəlman  hüququnun  baxışlar  sistemini  zənginləşdirmiş, 
buna  görə  də  İslam  Şərqində  tanınmışlar.  Məsələn,  Əhməd  əl-Bərdici  “hədis 
dayaqlarından  biri”,  “fəzilətli”,  “zəkalı”,  “hafiz”  (Quranı  əzbər  bilən),  “nüfuz 
sahibi”,  “inanılmış”  kimi  məşhurlaşmışdı.  Mənbələrdə  onun  3  əsəri  haqqında 
xüsusi  məlumat  verilir,  lakin  onun  “Əshabələr,  ardıcıllar  və  hədis  müəlliflərinin 
nadir  adlarının  təbəqələri”  (ərəbcə  yazılmışdır)  əsəri  daha  çox  məşhurlaşmışdı. 
Əsərdə  peyğəmbər  Məhəmmədin  426  əshabəsi,  ardıcılı,  davamçısı  haqqında 
müfəssəl  məlumatlar  toplanmışdır.  Həmin  dövrdə  İslam  dini  ilə  bağlı  olan 
araşdırmalarda  Bərdə  şəhərindən  çıxmış  Azərbaycan  alimlərinin  çoxluğu,  fəallığı 
təsadüfi deyildi. Bərdə vaxtilə Xilafətin Cənubi Qafqazdakı canişinliyinin mərkəzi 
idi və İslam aləminin mərkəzində (Bağdadda) baş vermiş hərbi-siyasi, dini-ideoloji 
səciyyəli  hadisələr  bu  şəhərdə  də  özünün  əks-sədasını  tapırdı.  Ümumiyyətlə, 
Azərbaycan  Xilafət  dövründə  də  zamanın  dini-ideoloji,  elmi-fəlsəfi 
mübahisələrinin (bir çox hallarda mübarizənin) mərkəzində olmuşdur. 
VIII əsrdə Bəsrədə yaranmış mütəzililik Azərbaycanda da geniş yayılmış, 
IX  əsrin ortalarından etibarən hakim dairələr tərəfindən bidət  elan olunaraq təqib 


79 
 
edilmişdi.  Mütəzililər  İslam  dinində  rasional  istiqamətli  ilk  teoloji  sistemin 
yaradıcıları olmuşlar. Onlar “kobud antropomorfizmə qarşı çıxır, ilahi keyfiyyətləri 
inkar edir, Allahın təkliyini və onun saf mənəvi varlıq olduğunu təbliğ edirdilər”
42

Quranı dini həqiqət mənbəyi hesab edən mütəzililər bu müqəddəs kitabın sonradan 
yaradıldığını  göstərirdilər.  Onlar  Quranın  “alleqorik  təfsirini  mümkün  hesab  edir 
və  rəvayətə  kor-koranə  riayət  olunmasını  rədd  edirdilər”.
43
  IX  əsrdə  mütəzililər 
özlərinin  ehkamlar  sistemini  yaratmışdılar.  Həmin  vaxtadək  İslam  dinində 
ehkamların  vahid  sistemi,  dövlət  dini  tərəfindən  etiraf  olunan  və  hamı  üçün 
məcburi olan bir sistem olmadığına görə xəlifə Məmun (813-833) mütəzilizmi ən 
mükəmməl  ilahiyyat  sistemi  kimi  dövlət  dini  elan  etmişdi.  Lakin  xəlifə  əl-
Mütəvəkkilin  dövründə  (847-861)  bu  təlim  yenidən  “küfr”  elan  olundu.  Buna 
baxmayaraq,  mütəzililiyin  başlıca  ideyaları  X-XII  əsrlərdə  də  yaşamaqda  idi.  Bu 
təlimin  əsas  ideyaları  (antropomorfizmin  inkarı,  iradə  azadlığı  haqqındakı 
müddəalar,  Quranın  sonradan  yaradılması  fikri  və  s.)  sonralar  şiə  ilahiyyatçıları 
tərəfindən təbliğ olunmağa başlandı. Ədalət və bərabərlik ideyaları ilə zəngin olan 
mütəzillik  təlimi  yuxarıda  adları  çəkilmiş  Azərbaycan  alimləri  tərəfindən  də  fəal 
surətdə təbliğ olunmuşdur. 
VIII  yüzillikdə  İraq  və  Suriyada  yaranmış,  “zühd”  (asketizm)  əsasında 
təşəkkül tapmış sufizm (sufilik, təsəvvüf) Azərbaycanda da geniş yayılmışdı. Öncə 
sufilik  passiv  formada  təzahür  etdi  (mənəvi  kamillik  ideyası  maddi  sərvətə  qarşı 
qoyulur,  asket  həyat  tərzinə  üstünlük  verilirdi).  Mistik  cərəyan  olan  sufizmin 
səciyyəvi cəhətləri aşağıdakılardan ibarət idi: 
1.İrfanın (oxumaq və zehin işlətmək sayəsində kamilləşmənin)  xüsusi tərki-dünya 
təcrübəsi ilə birləşdirilməsi
2.Müridin mistik məhəbbət yolu ilə Allahı dərk etməyə və tədricən ona qovuşmağa 
yaxınlaşması təlimi; 
3.Müridi  Allaha  qovuşanadək  mistik  yol  (təriqət)  ilə  aparan  ustadın  (mürşidin, 
pirin) yolunun mühüm olması. 
Xüsusi  rəqslərin  və  ya  duaların  sonsuz  təkrarı  yolu  ilə  intuitiv  idraka, 
“nurlanmaya”,  ekstaza  cəhd  sufiliyin  səciyyəvi  əlamətlərindəndir.  Sufizmin 
Azərbaycanda  yayılması  IX-X  əsrlərə  təsadüf  edir.  Şəriət,  mərifət,  təriqət  və 
həqiqət (Allaha qovuşma) sufizm təliminin başlıca mərhələləridir. Həllac Mənsura 
görə,  sufinin  ruhu  Allah  ilə  gerçək  qovuşa  bilər.  Ekstaz  anlarında  o,  “ənəl-həqq” 
(yəni “haqq, Allah məndədir”) deyə qışqırırmış. Ona görə də Mənsur bidətçilikdə 
(İslam dininin başlıca ehkamlarına “yenilik” gətirmək cəhdində) təqsirləndirilərək 
922-ci ildə edam olunmuşdur. Müsəlman ilahiyyatçısı, mütəkəllim, sufizmin böyük 
nümayəndələrindən biri olmuş Əbu Hamid Məhəmməd ibn Məhəmməd Qəzalinin 
(1059-1111)  islahatçılıq  fəaliyyəti  sayəsində  ortodoksal  İslamda  sufiliyin  təqibi 
dayandırıldı. Lakin bu məqamadək sufilik təqib olunan təlim olmuşdur. Sufizmdə 
şamanizm,  buddizm,  zərdüştilik,  xristianlıq  baxışlarının  da  əlamətləri  vardı.  Bu 
təlim  yarandığı  andan  ortodoksal  İslama  qarşı  müxalifətçi  ruhda  olmuşdur.  Sufi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə