Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   40   41   42   43   44   45   46   47   ...   138

94 
 
səviyyədə  yerinə  yetirmişdir.  Məsələn,  “Xosrov  və  Şirin”  poemasında  şair 
Azərbaycan atabəyi Qızıl Arslanı tərifləyərkən deyir: “Mən bir müddət qulluqdan 
kənarda  qalsam  da,  hökmdara  xidmət  göstərməkdən  tamamilə  azad  deyildim”.
113
 
Poemada həmin fikir Rəsul Rzanın tərcüməsində bu cür səslənir: 
Ora yol tapanda, ey külək, dərhal 
Sən bu Nizamini bir yadına sal! 
Dayan səcdəsində bir kölə kimi, 
Xəbər ver ki, belə deyir Nizami: 
Olsam da xidmətdən bir müddət uzaq, 
Daima sizinlə məşğulam ancaq.
114
 
Ulu və dahi şair olan Nizami Gəncəvi “təbiətin bir fenomenidir… Nizami 
yaradıcılığını  tamamilə  qavramaq  mümkün  deyil…  Nizaminin  inkişaf  yolu  da 
təbiətin  təkamülünə  bənzəyir…  Nizami,  təbiəti  və  fikri  arasında  təzad  olmayan 
müstəsna  bir  şəxsiyyətdir…  Nizami  məlum  fəxriyyəsində  sənətin qiyamətə  qədər 
yaşayacağını  söyləyir…  Bu,  …  Nizaminin  əsərləri  üçün  mübaliğəsiz 
həqiqətdir”.
115 
Bu  dövrdə  (XII  yüzillikdə)  Azərbaycan  ədəbi  prosesinin  uğurlu 
inkişafını  təmin  edən  ən  önəmli  siyasi  gerçəklik  Eldənizlər  dövləti  idi. 
“Azərbaycan  Atabəyləri  (xüsusilə  Cahan  Pəhləvan  və  Qızıl  Arslan)  şairlərə, 
memar,  mühəndis  və  inşaatçılara,  həkim  və  elm  nümayəndələrinə  hamilik 
edirdilər…  Məşhur  şairlərin  demək  olar  ki,  hamısı  Azərbaycan  Atabəyləri 
sarayında  fəaliyyət  göstərirdi.  Onların  bəziləri  Orta  Asiyadan  gəlir,  bir  neçəsi 
Şirvandan  şairlərin  yaradıcılığı  üçün  dözülməz  mühiti  olan  saraydan  (xüsusilə  I 
Axsitan  dövründə)  qaçaraq  Atabəylərə  pənah  gətirir.  Atabəylər  qaçqın  şairləri  öz 
himayəsinə  götürür,  onlara  sığınacaq  verir  və  yaşayıb  yaratmaları  üçün  bütün 
imkanları yaradırdılar. İncə söz sərrafı sayılan Azərbaycan Atabəylərinə müasirləri 
olan müəlliflərin çoxusu öz əsərlərini ithaf etmişdir”.
116
 
Ümumiyyətlə, XI-XII əsrlərdə Azərbaycan ədəbi mühiti dünya ədəbiyyatı 
xəzinəsinə  Əfzələddin  Xaqani,  Nizami  Gəncəvi  kimi  ədəbi-bədii,  fəlsəfi,  elmi 
dühalarını əlavə etməsi faktı ilə diqqəti cəlb edir. Onlar həmin tarixi dövrün Şərq, 
İslam,  türk,  Azərbaycan  gerçəkliklərinin  ən  mütərəqqi  cəhət  və  xüsusiyyətlərini 
zəngin  ədəbi  yaradıcılığında  maddiləşdirmiş  mütəfəkkirlər  olmuşlar.  Azərbaycan 
ədəbi-bədii, fəlsəfi, etik, estetik, elmi, tarixi baxışlarının əksəriyyəti onların nəhəng 
yaradıcılığında öz əksini tapmışdır. Təbiidir ki, Azərbaycan ədəbiyyatında Xaqani 
və  Nizami  zirvələri  ədəbi-bədii,  elmi-fəlsəfi  fikrin  XII  əsrə  qədərki  çoxəsrlik 
təkamülünün labüd və zəruri nəticəsi di. 
VII-XII  yüzilliklərdə  Azərbaycan  ədəbi  mühitinin  təkamülü  prosesi 
nəzərdən keçirilərkən “Dədə  Qorqud” dastanının yaranması, təşəkkülü və inkişafı 
məsələlərinə  ümumi  baxış  zəruridir.  Əhalisinin  əksəriyyəti  türklərdən  ibarət  olan 
Azərbaycanda  ictimai-siyasi  və  əxlaqi  baxışlarla  zəngin  olan  folklor  örnəkləri 
Xilafət  dövründə  geniş  yayılmışdı.  “Dədə  Qorqud”  dastanı  bu  dövrün  ən  parlaq 
folklor  nümunəsi  idi.  Bu  dastan  VI-VIII  əsrlərdə  şifahi  şəkildə  formalaşmağa 


95 
 
başlamış, VII-IX əsrlərdə isə tam təşəkkül tapmışdır. “Dədə Qorqud”da oğuzların 
islamaqədərki  maddi-mənəvi  həyatını  əks  etdirən  ünsürlər,  adət-ənənələr,  əxlaq 
normaları  öz  əksini  tapmışdır.
117 
“Tərcüməçilərə  görə,  hadisələrin  çoxu  tarixidir, 
burada  ziddiyyətlər  də  var…  Müəlliflər  Qorqudu  tarixi  şəxsiyyət  hesab  edirlər… 
Tərcüməçilər belə hesab edirlər ki, Dədə Qorqud tarixi şəxsiyyətdir. O, oğuzların 
X-XI  əsrlərdə  Yenikənddə  (paytaxt)  hökmranlığı  vaxtı  dövlət  xadimi,  diplomat 
olmuşdur.  Kiçik  Asiyada  isə  o,  məqəddəsləşdirilmiş,  Övliya  səviyyəsinə 
qaldırılmış əfsanəvi bir adama çevrilmişdir. Burada belə bir fikir də müdafiə olunur 
ki,  dastanlar  çox  ehtimal  ki,  ilk  dövrlərdə  şeirlə  yazılmış,  sonralar  isə  ozan 
olmayan  bir  sıra  şəxslər  tərəfindən  yazıya  köçürülmüşdür”.
118
  “Kitabi-Dədə 
Qorqud”da  ən  qədim  dini-mifoloji  təsəvvürlər  və  bəzi  adət-ənənələr  oğuzların 
ibtidai  dövrünə  -  eramızın  III-IV  əsrlərinə  aiddir.
119 
Dastanda  cərəyan  edən 
hadisələr  VI-VIII  əsrlərin  gerçəkliklərini  əks  etdirir.  Bu  folklor  abidəsinin 
boylarının  (hissələrinin,  fəsillərinin)  ilk  dəfə  qələmə  alınması  və  sonra  üzünün 
köçürülməsi tarixini təxmin etmək çətindir, lakin ilk qələmə alınma X əsrdən (hətta 
VIII  əsrdən  də)  əvvəl  olmuşdur.
120 
Dastanın  VI  əsrdə  Sasani  hökmdarı 
Ənuşirəvanın  vəzirinə  məxsus  olan,  türkcədən  fars  dilinə  tərcümə  olunmuş  bir 
kitab formasında mövcud olduğunu hələ XIV əsrdə müəyyənləşdirmişlər. “Uluxan 
Ata  Bitikçi”  dastanı  (“Oğuznamə”)  adlanan  bu  əsər  VIII  əsrdə  Harun  ər-Rəşidin 
zamanında  (786-809)  ərəb  dilinə  tərcümə  olunmuşdur.
121
  Təbiidir  ki,  əsərin  ərəb 
dilinə  tərcümə  olunması  yalnız  yazılı  olan  əsər  əsasında  mümkün  idi.  “Dədə 
Qorqud”  dastanının  əlyazma  variantı  “Kitabi-Dədəm  Qorqud  əla  lisani-taifeyi-
oğuzan”  adlanır.  Bu  sərlövhə  dastanın  əsas,  Drezden  nüsxəsinin  1-ci  səhifəsində 
ərəbcə  yazılmışdır.  Bütün  boylarda  oğuzlardan  bəhs  olunur.  “Ancaq  belə  işarələr 
də  vardır  ki,  oğuz  dövrü  keçmişdir,  indi  onlar  ancaq  xatırlanırlar,  başqa 
zəmanədir…  “Dədə  Qorqud”  kitabındakı  hadisələrin  coğrafi  koordinatları  da 
ümumiyyətlə  Azərbaycana  uyğundur…,  bu  boyların  ən  qədim  köklərində  Orta 
Asiya  motivləri  olmuş  olsa  da  belə,  bunlar  Qafqazda,  daha  dəqiq  desək, 
Azərbaycanda  ümumiləşib”.
122   
Türkiyə  Cümhuriyyətində  “Dədə Qorqud” dastanı 
XX əsrin  əvvəllərindən etibarən elmi araşdırma obyektinə çevrilmişdir.  Araşdırıcı 
M.Ergin  obyektiv  mövqeyə  yaxın  olan  mülahizələr  irəli  sürmüş,
123
  lakin  Orxan 
Şaiq  Çökyay  bu  böyük  folklor  abidəsini  ilk  dəfə  əhatəli,  geniş  və  dərin  tədqiq 
edərək  belə  nəticələrə  gəlmişdir  ki,  dastan  XV  əsrin  sonunda  yazıya 
köçürülmüşdür,  əsərin  dili  isə  Azərbaycan  dili  deyildir.    O.Ş.Çökyayın  iddiasına 
görə, XIV əsrdə Azərbaycan dili hələ  müstəqil dil deyildi.  O, M.Erginin dastanın 
Azərbaycan dilində yazıldığını iddia edən fikrini tənqid edərək abidənin “müştərək 
Səlcuq  dilində”  yazıldığını  bildirirdi.
124
  “Dədə  Qorqud”  dastanının  məhz 
Azərbaycan  ictimai-siyasi,  mədəni  zəminində  təşəkkül  taparaq  inkişafı 
inkarolunmaz  tarixi  gerçəklikdir.  Əsər  qəhrəmanlarının  Azərbaycan  oğuzları 
olduqları bütün boyların məzmunundan bəllidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə