88
hakimiyyəti ələ keçirmiş ərəb mənşəli Məzyədilər də … iranlaşdılar. Hətta
Şirvanşahların ərəb adları obyektiv və subyektiv amillər üzündən fars adları ilə
əvəz edildi”.
78
Beləliklə, Azərbaycanda da farsdilli poeziyanın inkişafı üçün
əlverişli ictimai-siyasi, mədəni şərait yaranmışdı. Lakin fars dili elmi yaradıcılıq
prosesində ərəb dilini əvəz edə bilmədi. XI əsrin 70-ci illərinin əvvəllərində Yusif
Balasaquninin (1017-1077) Firdovsinin “Şahnamə”sinə cavab olaraq yazdığı, artıq
o zaman “Şahnameyi-türki” (“Türk Şahnaməsi”) adlandırılmış “Qutadqu-bilik”
(“Xoşbəxtliyə aparan elm”) əsəri türk milli şüurunun oyanışı faktlarından biri idi.
Lakin Azərbaycanda hakim dairələrin tarixi obyektivlik üzündən irançılığa daha
artıq meyl etməsi türk dilinin bu dövrdə türk xalqlarının ümumi ədəbi dilinə
çevrilməsinə əngəllər yaratdı. 1055-ci ildə Bağdadı fəth etmiş Səlcuqilər
zamanında da türk dili ədəbi, habelə rəsmi dilə çevrilmədi. Səlcuqilər
imperiyasının
geniş
ərazisində
fars
dilinin
mövqelərinin
daha
da
möhkəmlənməsinin başlıca səbəbi “yalnız yürüşlər və vergi toplamaq qayğısına
qalmış səlcuq sultanlarının savadsızlığı”
79
və “farslardan ibarət məmurlara
arxalanması” olmuşdur. Səlcuqilər dövründə vəzir vəzifəsində ənənəvi olaraq
yalnız İran mənşəli şəxslər olmuşlar. Azərbaycan Atabəylərinin də vəzirləri qeyri-
türklər idilər.
80
Fars dili XIV əsrədək Yaxın və Orta Şərqdə bədii-ədəbi dil
funksiyasını yerinə yetirmişdir. XI-XII əsrlərdən bizə Azərbaycan türkcəsində
yazılmış əsər çatmamışdır, lakin bir sıra qaynaqlarda buna dair məlumatlar vardır.
Məsələn, XI əsrdə Məsud ibn Namdarın ərəb və fars (əcəmi) dilləri ilə yanaşı
türkcə və zimmicə (yəni yerli dildə) şeirlər yazmasına dair mənbə məlumatı bunu
təsdiqləyir. Şirvanşah I Əxsitanın Nizami Gəncəviyə “Leyli və Məcnun” əfsanəsini
türkcə deyil, farsca və ya ərəbcə yazmasını sifariş etməsi də təsdiqləyir ki, həmin
dövrdə türkcə bədii əsərlər yazılması ənənəsi də mövcud olmuşdur. Bu tarixi faktla
Nizami Gəncəvinin də türkcə yazdığı, azərbaycanlı olduğu vasitəli surətdə
təsdiqlənir. Ədəbi prosesdə mövcud olan yeni meyllər ərəb dilinin mövqelərini tam
sarsıda bilməmişdi. XI əsrin sonunda şirvanşah I Fəriburzün sarayında ona ərəbcə
mədhiyyələr yazmış şairlərin toplandığı faktı bir çox mənbələrdə qeyd olunur.
81
Əbu Nasr Mənsur Təbrizi, Xəttat Nizami Təbrizi, Hüseyn Təbrizi bu dövrün
tanınmış Azərbaycan şairləri olmuşlar. Xəttat Nizami Təbrizi Nizaməlmülkün
himayəçiliyi sayəsində yaşamış, Nişapurdakı iri mədrəsədə dərs demişdir. Ərəbcə
yazmış Azərbaycan ədibləri arasında əslən beyləqanlı, “mənşəcə kürd” olan Məsud
ibn Namdar,
82
Ömər Gəncəvi, Hüseyn Urməvi, İşkafi Zəncani xüsusilə
fərqlənmişlər. Şeirlər Məsud ibn Namdarın əsərlər toplusunun üçdə birindən
çoxunu təşkil edir. Bu ədibin əlyazmaları hekayətlərdən, məktublardan və
şeirlərdən ibarətdir. Məsud ibn Namdar həyatını o dövrün bir çox şairləri kimi
rəsmi dövlət vəzifələrində keçirmiş, “Bədi əz-zaman” (“Zamanın möcüzəsi”)
ləqəbini qazanmışdı. Mütəfəkkir şair Beyləqan, Gəncə və Şirvanda yaşayıb-
yaratmışdır. Farsca yazmış Əfzələddin Xaqani Şirvani və Mücirəddin Beyləqani
ərəbcə poetik örnəklər də yaratmışlar. Şihabəddin Yəhya əs-Sührəvərdi,
89
Eynəlqüzzat əl-Miyanəci, Yusif əl-Xuveyyi (Xoylu) kimi peşəkar filosoflar ərəbcə
şeirlər də yazmışlar. Eynəlqüzzat əl-Miyanəci min beytdən ibarət şeirlər
toplusunun müəllifidir.
Qətran Əbu Mənsur Təbrizi (1012-1088) bu dövrün farsca yazmış
görkəmli şairi olmuşdur. O, gənc yaşlarında Gəncəyə gəlmiş Şəddadi əmirlərinin
sarayında şöhrət qazanmışdı. Şair bir müddət Naxçıvanda Əbu Düləf Deyraninin
sarayında yaşamışdır. Onun yaradıcılığında hökmdarlara həsr olunmuş qəsidələr
mühüm yer tutur. Qətran Təbrizinin tarixi mövzuda mənzumələri də vardır. Onun
“Qövsnamə” (və ya “Quşnamə”) adlı məsnəvisi, yüksək sənətkarlıqla yazılmış bir
çox əsərləri fars və türk poeziyasının inkişafına xeyli təsir etmişdir. Ədibin tərtib
etdiyi “ət-Təfasir” (“Təfsirlər”) adlı lüğət fars dilinin ilk izahlı lüğətlərindən hesab
olunur.
83
Qətran Təbrizi 12 min beytdən ibarət olan şeirlər “Divan”ının
müəllifidir.
84
Qətran və onun yolunu davam etdirən, Yaxın Şərqdə ədəbi məktəb
halını alan Gəncə-Şirvan şairləri öz milli xüsusiyyətlərini, Azərbaycan dilinin və
xalq ədəbiyyatının xüsusiyyətlərini şeirlərində canlandırdıqları zaman onların bədii
ifadə tərzi klassik İran şeirindən fərqlənirdi; mövzu isə Azərbaycan xalqının tarixi
ilə əlaqədar idi. Bütün bunlar fars dilində yazılmasına baxmayaraq, Azərbaycan
şeirinin xüsusi bir yol ilə inkişaf etməsinə səbəb olmuşdur ki, bu yolun ilk böyük
nümayəndəsi Qətran Təbrizi idi.
85
Azərbaycan poeziyasında Nizami Gəncəvi
zirvəsinin əzəli Qətran Təbrizinin yaradıcılığındadır. “Biz Azərbaycanda fars
dilinin nə zamandan etibarən işlənilməyə başlandığını, onun ilk addımlarını hələlik
izləyə bilmirik. Lakin artıq XI əsrin əvvəllərində Cənubi Azərbaycanın mərkəzi
şəhəri Təbrizdə, farsca şeirin müstəsna ustadı, məşhur Qətran ibn Mənsur kimi bir
şairin meydana gəldiyini müşahidə etməkdəyik”.
86
Qətran Təbrizinin əsərləri
“mövzu etibarilə Azərbaycan xalqının tarixi, həyat və məişətilə bağlı olduğu kimi,
özünün dil xüsusiyyətlərilə də, məhz bu xalqın canlı dili ilə bağlı idi, bu dilin
xüsusiyyətlərini əks etdirirdi. Yaradıcılığının bu qiymətli, yeni keyfiyyətlərilə orta
əsrlərdə fars dilində yaranan Azərbaycan şeirini düzgün bir istiqamətə yönəltmiş
olan Qətran, yalnız bu cəhətləri ilə də orijinal bir şairdir”.
87
Bu Azərbaycan
ədibinin “şeri özünün bədii sənətkarlıq xüsusiyyətlərilə də XI əsr ədəbiyyatı üçün
yeni idi və Samanilər, Qəznəvilər sarayında yüksələn şairlərin yaradıcılığından
tamamilə fərqlənirdi”.
88
“Yeni Azərbaycan ədəbiyyatının binasını qoymuş olan
Qətran Təbrizinin”
89
yaradıcılığı Azərbaycan atalar sözləri, məsəlləri ilə diqqəti
cəlb edir. “Həkim Qətran Azərbaycanın məşhur şairlərindən və Təbrizin şirindilli,
fərasətli şəxsiyyətlərindəndir”.
90
XII yüzilliyin əvvəllərindən başlayaraq Əbülüla Gəncəvi, Əfzələddin
Xaqani Şirvani, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Nizami
Gəncəvi kimi ədiblər Gəncə və Şirvanda fəaliyyət göstərən Azərbaycan ədəbi
məktəbinin əsasını qoydular. Fars poeziyasının Xorasan-Türküstan üslubundan
(səbkindən) fərqli olan yeni poetik, “Səbkitəmtəraqi” (“təmtəraqlı üslub”) adlanan
Azərbaycan üslubu yaradıldı. X əsrdən etibarən Şirvanşahlar sarayında fəaliyyət
Dostları ilə paylaş: |