Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   38   39   40   41   42   43   44   45   ...   138

90 
 
göstərmiş şairlər məclisinə bu zaman Əbülüla Gəncəvi başçılıq edirdi.
91
 Müəyyən 
müddətdən  sonra  onu  “Məlik  əş-Şüəra”  (“şairlərin  başçısı”)  mövqeyində 
Əfzələddin  Xaqani  əvəz  etdi.  Şərq  ədəbiyyatı  klassiklərinin  bir  çoxu  kimi 
Xaqaninin  də  təvəllüd  tarixi,  həyatı  haqqında  mənbələrdə  dəqiq  məlumatlar 
yoxdur. Ədəbiyyatşünas alimlər şairin öz əsərlərinə əsasən belə hesab edirlər ki, o, 
təqribən  1120-1122-ci  illər  arasında  Şamaxıda  anadan  olmuş  və  77  yaşında  ikən 
(1199-cu  ildə)  Təbrizdə  vəfat  etmişdir.
92
  Əfzələddin  İbrahim  ibn  Əli  Nəccar 
Şirvani (Xaqani) Nizami Gəncəvinin yaşca böyük müasiri olmuşdur. O, əsərlərini 
dövrünün  ədəbi  ənənəsinə  uyğun  olaraq  farsca  yazmışdır.  Şairin  öz  sözlərinə 
əsasən  anası  sonralar  İslamı  qəbul  etmiş  nəsturi  (xristian)  qızı  olmuşdur.
93
 
Əfzələddin  8  yaşında  atasını  itirmiş  (atası  ailəsini  tərk  edərək  qürbətə  getmişdi), 
əmisi  Kafiəddin  Ömər  ibn  Osmanın  himayəsi  sahəsində  böyümüş,  tərbiyələnmiş, 
təhsil  almışdır.  O,  gənclik  çağlarında  “Həqayiqi”  təxəllüsü  ilə  şeirlər  yazırdı. 
Əfzələddinin 25 yaşı olarkən əmisi vəfat etmiş, şair Şirvanşahların məlik əş-şüərası 
Əbülüla  Gəncəvinin  dəvəti  ilə  saraya  gəlmiş,  Əbülülanın  yeganə  qızı  ilə 
evlənmiş,
94
  Əbüləlanın  ona  verdiyi  “Xaqani”  təxəllüsü  ilə  bədii  yaradıcılığını 
davam etdirmişdir. Əsl adı “İbrahim”, kamillik ləqəbi “Əfzələddin”, təxəllüsü isə 
“Xaqani”  olan şairin saraydakı vəziyyəti III Mənuçöhrün (1120-1160) vəfatı və  I 
Əxsitanın hakimiyyətə gəlməsindən sonra mürəkkəbləşmiş və o, saray mühitindən 
qurtulmaq  yollarını  aramağa  başlamışdı.  1156-cı  ildə  Xaqani  Məkkə  ziyarəti 
bəhanəsi  ilə  Şirvanı  tərk  etmişdi.  Onun  Məkkə  ziyarəti  təqribən  bir  il  çəkmişdir. 
Şair səfər zamanı bir sıra Şərq ölkələrini gəzmiş, Bağdad, Həmədan, Ərdəbil, Şam, 
Mosul,  İsfahan  kimi  mədəniyyət  mərkəzlərində  olmuşdur.  Xaqani  bu  səfərinin 
təəssüratı ilə “Mədain xərabələri” adlı qəsidəsini və “Töhfətül-İraqeyn” (“İki İraqın 
hədiyyəsi”) adlı mənzum səfərnaməsini - məsnəvisini yazmışdır. Şirvana qayıtmış 
şairi  soyuq  qarşıladılar.  O,  özü  də  artıq  mədhiyyə  janrına  deyil,  ciddi  fəlsəfi 
poeziyaya meyl edirdi. Saraydan tamamilə uzaqlaşmağa can atan Xaqani Şirvanşah 
I Əxsitanın əmrinə əsasən 1170-ci ildə həbs olunaraq Şabran qalasına salındı. Şair 
7  ay  ərzində  həbsxanada  qaldı.  Xaqani  1173-cü  ildə  Şirvanı  ailəsi  ilə  birgə 
həmişəlik  tərk  etdi.  Şair  1184-cü  ildə  Təbrizdə  məskunlaşmış  və  ömrünün 
sonunadək burada yaşamışdır. Təbiidir ki, Xaqani mədhiyyə janrında tam uzaqlaşa 
bilmədi. Onun Xarəzmşahlardan Atsıza və Təkişə, Səlcuq sultanları Məsuda və III 
Toğrula,  Azərbaycan  atabəyi  Qızıl  Arslana  ithaf  etdiyi  mədhiyyələri  vardır.
95
 
Xaqani  Şirvani  Yaxın  Şərq  ədəbiyyatı  tarixində  epik  nümunələrdən  sayılan 
“Töfhətül-İraqeyn”  (1157)  məsnəvisində  özü,  əsil-nəsəbi,  ailəsi  haqqında  geniş 
məlumat  vermişdir.  Onun  “Qəsideyi-Şinniyyə”  (“Dinləyənlərin  qəsidəsi”)  adlı 
qəsidəsinə  30-dan  artıq  məşhur  Yaxın  və  Orta  Şərq  şairi  (Ə.X.Dəhləvi,  Ə.Cami, 
M.Füzuli  və  b.)  nəzirələr  yazmışdır.  Yaradıcılığının  “saray  dövrünün” 
mədhiyyələrinə görə peşmançılıq hissini şair “Xaqani” deyil, “Xəlqani” olduğunu 
poetik  şəkildə  bildirmişdir.  Onun  “Həbsiyyə”  adlanan  qəsidələr  və  mərsiyələr 
toplusu  Şabran  həbsxanasında  yaşanmış  poetik  hisslərin  inikasıdır.  Şair  20  yaşlı 


91 
 
oğlunu  itirdikdən  sonra  yaradıcılığında  mərsiyələrə  çox  meylli  olmuşdur.  “Bədii-
fəlsəfi  söz  sərrafları  ona  “Xəllaqe-məani”  (“Mənaların  yaradıcısı”)  ləqəbini 
vermişlər.
96 
“Fəxriyyə”,  “Həbsiyyə”,  şeirlər,  qəzəllər,  qitələr,  rübailər,  mərsiyələr 
onun  çoxşaxəli,  fəlsəfi  məzmunlu  ədəbi  yaradıcılığının  tərkib  hissələridir.  Şairin 
“Divan”ında dövrün tarixi hadisələrinin real təsviri vardır. 
Məhsəti  Gəncəvi  (1089-1182/83)  Nizami  Gəncəvinin  müasiri  olmuşdur. 
O, mükəmməl təhsil almış, Şərq ədəbiyyatı və musiqisini öyrənmiş, gözəl şətrənc 
(şahmat) oynamışdır. Məhsəti 1118-ci ildə Gəncə taxtına çıxmış sultan Mahmudun 
sarayında, sultan Səncərin Mərvdəki sarayında keçirilmiş şeir məclislərində iştirak 
etmiş,  uzun  ömür  sürmüş,  həyatı  dastana  dönmüşdür  (XV-XVI  əsrlərin  məhsulu 
olan “Məhsəti və Əmir Əhməd” dastanının ona və həyat yoldaşına həsr olunması). 
Bir  neçə  il  Mərvdə  yaşamış,  əsasən  farsca  rübailər  yazmış  şairənin  yaradıcılığı 
əsasən Gəncə mədəni mühiti ilə bağlı olmuşdur. 
Şirvan  ədəbi  məktəbinin  yetirməsi  olmuş,  məlik  əş-şüəra  Əbülməkarim 
Mücirəddin  Beyləqani  (1197/98-ci  ildə  vəfat  etmişdir)  qəsidələrinin  əksəriyyətini 
ona himayəçilik etmiş Azərbaycan Atabəylərinə və səlcuq sultanı II Toğrulun oğlu 
sultan  Arslanşaha  həsr  etmişdir.  Şair  Dərbənd  hakimlərinə  də  mədhiyyələr 
yazmışdır. O, tənqidi məzmunlu şeirlərinə görə qətlə yetirilmişdir. 
Qəvami Mütərrizi Gəncə  şairi idi.  Dövlətşah Səmərqəndinin  məlumatına 
görə,  Mütərrizinin  Nizami  Gəncəvi  ilə  qohumluq  əlaqələri  vardı.  Bu  şair 
qəsidələrində  Azərbaycan  Atabəyləri  Qızıl  Arslanı,  Məhəmməd  Cahan  Pəhləvanı 
mədh  etmişdir.  Gəncə  ədəbi  mühitinin  yetirməsi,  Nizami  Gəncəvinin  dostu 
Əbubəkr  ibn  Xosrov  əl-Ustadın  yaradıcılığı  bu  dövrün  diqqətəlayiq  mədəni 
faktlarındandır.  Ədibin  bizə  gəlib  çatmış  yeganə  əsəri  “Munisnamə”dir.  Onun 
həyatı və yaradıcılığı haqqında məlumatlar isə məhz “Munisnamə” əsərindədir. Bu 
məlumata  görə,  şair  Azərbaycan  Atabəylərinə  xidmət  etmiş,  gənc  şahzadələrin 
müəllimi  və  tərbiyəçisi  olmuş,  əsərlərini  Məhəmməd  Cahan  Pəhləvana,  Qızıl 
Arslana və Əbubəkrə ithaf etmişdir. Müəllif əsərin “Giriş” hissəsində Eldənizlərin 
adı  ilə  bağlı  olan  6  erkən  əsərinin  adını  çəkmişdir.
97
  17  fəsildən  ibarət  olan 
“Munisnamə”  əsərində  maraqlı  hekayə,  novella,  ibrətamiz  hədis  və  məsəllər 
toplanmışdır.  Əsərin  mətninə  xeyli  şeir  parçası  daxil  olunmuşdur.  “Munisnamə” 
farsdilli  ədəbiyyatda  qafiyəli  bədii  nəsrin  erkən  və  parlaq  örnəklərindəndir.  “Bu 
dövrdə  fars  dili  özünün  inkişafı  və  təkmilləşməsində  məhz  Azərbaycan  poetik 
məktəbinin  nümayəndələrinə  borcludur.  Fars  dilinin  Azərbaycan  hökmdarlarının, 
Şirvandan başqa, ana dili olmamasına baxmayaraq, Azərbaycan poetik məktəbinin 
Nizamidən  başqa  bütün  nümayəndələri  Səlcuq  sultanlarının,  sonralar  isə 
Azərbaycan Atabəylərinin saray şairləri olmuşlar”.
98
 
Camal  (Nizami)  əd-Din  Əbu  Məhəmməd  İlyas  ibn  Yusif  ibn  Zəki 
Müəyyəd  Nizami  Gəncəvi  (1141-1209)  dünya  şöhrətli  Azərbaycan  şairi-
mütəffəkkiridir. “Nizami Qum şəhərində doğulmuşdur. (“Mən mirvari kimi Gəncə 
dənizində qərq olsam da, dağda yerləşən Qum şəhərindənəm”). Qum kəndi hazırda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə