98
qarışıqlıq və müharibələrin araları kəsilmir. Buna görə də şəhərlərinin çoxu xaraba,
kəndlər isə boş (əhalisiz)dir”.
132
Dövrün Azərbaycan şəhərlərinin əksəriyyəti
(Şamaxı, Bakı, Gəncə, Təbriz və b.) qala divarları ilə əhatə olunmuşdu. Qala-
qəsrlərin ən mühüm obyektləri bu dövrdə Abşeron yarımadasında inşa edilmişdi.
“Abşeron qəsrləri” adlanan həmin kompleksə saray, məscid və müvəqqəti
sığınacaq üçün nəzərdə tutulmuş qala daxil idi. Mərdəkan qəsri bunlardan ən
qədimidir və 1187-ci ildə tikildiyi abidədəki daş kitabədə qeyd edilmişdir.
Buradakı qala isə daş lövhədəki yazıya əsasən 1204-cü ildə tikilmişdir.
133
XII əsrdə
Bakı şəhəri qala divarları ilə əhatə olundu. Belə güman da vardır ki, bu işi I
Əxsitanın atası III Mənuçöhr gördürmüşdü: ya qala divarları tikdirilmiş, ya da
mövcud qala divarları bərpa etdirilmişdi.
134
XII yüzillikdə - XIII yüzilliyin
əvvəllərində Şirvan memarlığında çiçəklənmə baş verdi. Mənbələrin çoxunda
Şamaxı yaxınlığında XII əsrdən də xeyli əvvəl inşa olunmuş Gülüstan qalası
xatırlanır. “Bakı şəhərinin qala hissəsində XI əsrdən əvvələ aid olan yerüstü
memarlıq abidələri qalmamışdır. VIII əsrə və daha əvvələ aid olan müxtəlif
tikililərin qalıqları şəhərin daha qədim hissəsində - Bakı təpəsinin zirvəsində,
torpaq altında qalmışdır”.
135
Bakıdakı Qız qalasını Şumer dövründən eramızın XII əsrinədək aid olan
bir zamana aid edirlər. Bu abidənin tikilməsi tarixi, təyinatı barəsindəki
mübahisələr hələ də davam etməkdədir. Araşdırıcıların əsas qrupu bu obyekti
müdafiə məqsədilə tikilmiş qüllə - qala hesab edir. Onun XII əsrdən Bakının
müdafiə sisteminə daxil olduğu şübhəsizdir.
136
28 metr ucalığı olan bu memarlıq
obyekti Bakı və onun ətrafında yerləşən müdafiə qurğuları sistemində mərkəzi
mövqeyə malik idi. Araşdırıcıların müəyyən qismi bu abidənin islamaqədərki
dövrdə inşa olunduğunu və səcdəgah rolunu oynadığını qeyd edir.
137
Hər bir halda
Qız qalası bənzərsiz və nadir memarlıq abidəsi kimi Azərbaycan memarlığında
müstəsna mövqeyi olan obyektlərdəndir.
1148-ci ildə Marağada tikilmiş qülləvari Qırmızı günbəz türbəsi
Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən
biridir. Azərbaycan memarlıq bəzəyində kaşı işlədilməsinin ilk məlum nümunəsi
bu türbədədir. 1186-cı ildə Naxçıvan şəhərinin qərbində ucaldılmış, “Atabəy
günbəzi” adı ilə tanınan “Möminə Xatun türbəsi” bişmiş kərpiclə hörülmüşdür.
Abidənin memarı Əcəmi Naxçıvani olmuşdur. Türbə zəngin naxışlarla
bəzədilmişdir. Abidə xırda kərpiclə üzlənmiş, prizmaşəkilli binadır. Məqbərənin
yeraltı qismində onguşəli, bədii baxımdan zəngin olan sərdabə vardır. Bu dini
kompleks mərkəzi günbəzli məsciddən, Möminə Xatun türbəsindən, cinahlarda
minarələri olan giriş baştağından, məscidin vəqfi olan mədrəsələrdən və s.
binalardan ibarət idi. Kompleksdən yalnız Möminə xatun türbəsi qalmışdır, həmin
abidənin hündürlüyü hal-hazırda 25 metrdir. Kompleks Məhəmməd Cahan
Pəhləvanın birinci zövcəsi Möminə Xatunun şərəfinə inşa olunmuşdu. 1162-ci ildə
memar Əcəmi ibn Əbubəkr ən-Naxçıvaninin layihəsi və başçılığı altında tikilmiş,
99
“şeyxlərin başçısı” Yusif ibn Kuseyr üçün nəzərdə tutulmuş türbə də
Naxçıvandadır. Türbə səkkizbucaqlı şəkildə inşa olunmuşdur. Abidə bişmiş
kərpiclə hörülmüş, kərpiclər əsasında türbənin üzərində həndəsi naxışlar əmələ
gətirilmişdir.
Azərbaycan ərazisinin mürəkkəb relyefə, sıx çaylar şəbəkəsinə malik
olması ölkədə xeyli körpülər tikilməsinin başlıca təbii səbəbi idi. 11 və 15 aşırımlı
Xudafərin körpüləri bu tarixi dövrün əzəmətli abidələrindəndir. Körpünün müasir
görkəmi XIII əsrə aid olsa da, 15 aşırımlı körpünün hələ VII əsrdə tikildiyi
ərəbdilli qaynaqların məlumatları ilə təsdiqlənir. Körpü iri çay daşlarından inşa
olunmuşdur və relyef xüsusiyyətləri məharətlə nəzərə alınmışdır. 11 aşırımlı
körpüdə də bu cür inşaat prinsiplərinə əməl olunmuşdur. Qazax bölgəsindəki
“Qırmızı körpü” (“Sınıq körpü” adı ilə tanınır) XII əsrə aid olan memarlıq
obyektidir, 4 aşırımlıdır və uzunluğu 175 metrə yaxındır. Bu memarlıq obyekti
Azərbaycanda ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpüdür. Bu tarixi
dövrdə yaradılmış Cuqa (Culfa) körpüsünün yalnız dayaqları qalmışdır. Lakin orta
çağ qaynaqlarında onu “dünya körpülərinin ən gözəli” adlandırmışlar. Gəncəçay
üzərindən atılmış 3 çoxaşırımlı körpünün (XI-XII əsrlərə aiddir) yalnız dayaqları
və bəzi fraqmentləri qalmışdır.
XI əsrdən XIII əsrin əvvəllərinədək olan zaman kəsimi Azərbaycan
memarlığı tarixində dönüş mərhələsi hesab olunur. Bu zaman ölkənin əsas bədii-
mədəni dairələrinin lokallaşması prosesi başa çatmış, əsas memarlıq mərkəzləri
müəyyənləşmiş, ölkədə memarlıq fəaliyyətinin vahid sistemi qərarlaşmışdır. Bu
dövrdə Şamaxı, Bakı, Təbriz, Beyləqan, Naxçıvan, Marağa, Bərdə, Gəncə,
Dərbənd şəhərləri Azərbaycan memarlığının nadir incilərinin yaradıldığı başlıca
mərkəzlərdən olmuşdur. Şamaxı şəhəri XII əsrdən etibarən Azərbaycan tarixində
müstəsna əhəmiyyətə malik olan, qaynar həyatlı şəhər kimi tanınırdı. Şəhər ölkənin
ictimai-siyasi, iqtisadi həyatında mühüm rol oynayırdı. Səlcuq imperiyasının
parçalanmasından sonra Şamaxı güclənmiş Şirvanşahlar dövlətinin paytaxtına
çevrilmişdi. XII əsrin sonlarında (1191-ci ildə) Azərbaycan atabəyi Qızıl Arslanın
Şamaxı şəhərini ələ keçirməsindən sonra Şirvanşah I Əxsitan dövlətinin paytaxtını
müvəqqəti olaraq Bakıya köçürməli oldu. 1192-ci ildə baş vermiş
138
güclü zəlzələ
isə Şamaxının dövlət paytaxtı olaraq qalmasını qeyri-mümkün etdi. Şəhərdə bu
tarixi məqamadək inşa olunmuş memarlıq obyektlərinin əksəriyyəti həmin zəlzələ
nəticəsində yerlə-yeksan oldu. Şamaxıda 743-cü ildə tikilmiş Cümə məscidi
Cənubi Qafqazda inşa olunmuş ən erkən müsəlman səcdəgahıdir. Şamaxı şəhərinin
Azərbaycanın ictimai-siyasi həyatındakı öncül mövqeyini XII əsrin sonlarında
əsasən təbii fəlakət nəticəsində itirməsi onun memarlıq baxımından inkişafı
istiqamətinə mənfi təsir göstərdi. Orta çağlarda Naxçıvanın ən böyük iqtisadi və
mədəni yüksəlişi onun Azərbaycan Atabəyləri dövlətinin paytaxtına çevrildiyi
dövrə - XII əsrə təsadüf edir. Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olması,
başlıca karvan yollarının qovşağında yerləşməsi Naxçıvanda memarlığın misli
Dostları ilə paylaş: |