nım!» formulunu ozanın auditoriyaya (xanməclisinə) və ya
dastan qəhrəmanlarına - əcdad ruhlarına ünvanladığı dualar-
alqışlar kimi qəbul etmək olar.
Ş.Cəmşidova görə, «hər boyun sonunda təkrar olunan
bu yumlar - dinləyici şəxsə xitabən, artıq unudulub getmiş
qəhrəmanların nisgilli xatirəsilə əlaqədar söylənilən alqışlar
dır» [27, 66].
Daha sonra Ş.Cəmşidov fikrinə davam edərək yazır:
«Xitab, müraciət şəklində verilən yumların və bundan əvvəlki
sonluqların əhəmiyyəti bir də burasındadır ki, bunlar on iki
boyu bütöv əsər halında birləşdirməklə bərabər, hamısının da
eyni hökmdara - xana ithafən tərtib edilib, söyləndiyini göstə
rir» [27, 66].
M.Seyidov yumları kollektiv ritual aktı kimi, «Dədə
Qorqudun xalqı ümumi, ellik xeyir-dua - «yum»a çağırması
kimi mənalandırır [87, 360].
“Salur Qazanın evinin yağmalandığı boyun Drezden
nüsxəsindəki yumu götürək:
«Yum verəyim, xanım:
Qarlı qara taqlarun yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Qamən aqan görklü suyun qurımasm!
Qadir Tanrı səni namərdə möhtac etməsin!
Çaparkən ağ-boz atın büdrəməsün!
Çalışmda qara polat üz qılıncın ködəlməsün!
Dartüşərkən ala göndərin avanmasun!
Ağsaqqallu baban yeri uçmaq olsun!
Ağbirçəkli anan yerü behişt olsun!
Axır-sonu ari imandan ayırmasın!
«Amin!» deyənlər didar görsün!
Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun!
Allah verən umudun üzülməsin!
50
Yığışdırsün, durişdürsün,
Günahımızı adı görkli Məhəmməd
Mustafa yüzi suyuna bağışlasun, xanım hey,
Ağ alnına beş kəlimə dua qıldıq qəbul olsun!»
“Qambörə oğlu Bamsı Beyrək Beyrək boyu” Vatikan
nüsxəsində yumda isə deyilir:
Yerli qara tağların yığılmasın!
Gölgəlicə qaba ağacın kəsilməsin!
Ağ saqqallı baban yeri uçmaq olsun!
Ağ birçəkli anan yeri behişt olsun!
Oğul ilə qarmdaşdan ayırmasın!
Amin amin deyənlər didar görsün!
Günahlarımızı Həbib hörmətinə bağışlasın Allah!
Beləliklə, “Kitabi-Dədə Qorqud”un kommunikativ (po
etik) sistemində yumları ritual sözün və inanc tərcübəsinin
tərkib elementi kimi, performativ nitq janrları kimi səciyyə
ləndirmək olar.
1.2. İslam diskursu və performativlik
«Kitabi-Dədə Qorqud» oğuznamələrinin təhkiyəsində,
boylama-soylama strategiyasında islam düşüncəsinin dərin və
üzvi şəkildə qərarlaşması epos mətnində özünəməxsus «janr-
üslub havası», davranış-düşüncə sinkretizmi yaratmışdır. İsla
mi motivlərin və obrazların epik mətndə aktuallığı və inten
sivliyi etnik özünüdərkdə «oğuz-müsəlman» anlayışının eyni
lik qazandığı orta əsrlərin estetik mahiyyətindən gəlirdi.
İslam ideologiyası ilə epik «savaş mədəniyyətinin» qar
şılıqlı əlaqəsi - «epik islam» anlayışının mövcudluğunu şərt
ləndirmişdir.
«Epik islam» epik konfliktin, yəni «özününkü» - «özgə»
(müsəlman-kafır) etnik-dini qarşıdurmasının, ərəni ik bahadır-
51
lıq kodeksinin tədricən islamlaşması nəticəsində yaranmış es
tetik fenomeninin adıdır. Klassik epos təcrübəsi ilə islamın
ontoloji təcrübəsinin vəhdətindən yaranmış hadisədir.
«Kitabi-Dədə Qorqud» bütövlükdə yalnız klassik epos
hadisəsi deyil, həm də orta əsr türk (oğuz) insanın etiqad-inanc
düşüncəsinin yüksək estetik, bədii-fəlsəfi refleksiyasmm ifadə
sidir. «Epik islam» mətnin ənənəvi ədəbi etiket (janrlar) (D.Li-
xaçov) sistemini tamam pozmamış, əksinə, epik təhkiyənin
məntiqi yeni etiket janrları, yeni etiket məkanı yaratmışdır.
Epik dilin əski inanc substratında «ikinci dilin» - islam
diskursunun təşəkkülü müəyyən obrazların kontaminasiyasım
(məsələn, Dəli Domrul), özünəməxsus sinkretik inanc-dəyər
dünyası və poetik sistem yaranmışdır.
Eləcə də, epik bahadırlığm (ərənliyin) islam dünyagörüşü
ilə əlaqəsi, şamançılıq-islam dialoqu epik təcrübədə müəyyən
«redaktələrin», dissonanslarm yaranmasına səbəb olmuşdur.
İlkin orta əsrlərdə ritual-davranış formaları konkret bir
dünyagörüşünü, inanc normaları ilə məhdudlaşa bilməzdi.
İslami təsəvvürlərin «Kitab»m süjet-təhkiyəsi ilə üzvi vəhdəti
performativ nitq janrlarında və personajların verbal-inanc
təcrübəsində özünü göstərir ki, bu, həm də islamın təbiətin
dən, orta əsrlərin etnik-mədəni kontekstində onun fenomeno-
logiyasmdan irəli gəlir. Epik islam orta əsr türk toplumunda
Sözün dəyərini mürəkkəb nitq janrının (epos) poetik sis
temində də ritual-perroromativ nitq janrlarının yerini və rolu
nu müəyyənləşdirməyə imkan verir.
«Kitabi-Dədə Qorqud»da iki mədəniyyət tipi, iki təfək
kür tipi, iki poetika tipi kimi deyil, vahid, bütöv bir kompleks
kimi çıxış edir. Onu («Kitabi-Dədə Qorqudu»-R.K.) bütöv,
mürəkkəb bir mətn-deyim kimi, nitq janrı kimi qəbul etsək,
onda onun yalnız islam diskursuna mənsubluğu ideyası orta
əsrlərin mənəvi-ideoloji, mədəni-estetik həyatının məntiqinə
52
zidd olardı, dastan poetikasında islam inancının inkarı əslində
ənənənin inkarı olardı.
Dastanda bu inanc sinkretliyini A.Hacılı da qeyd edir:
«Dədə-Qorqud kitabı»nda şaman, ozan, aşıq təfəkkürünün or
talığı aydın nəzərə çarpır: mifoloji şüur ifadə edən sakral söz,
eposa xas həqiqi söz və dastana uyğun bədii söz vəhdət yara
dır. Nəticə etibarilə, qüdsi, tarixi, estetik məzmun çulğaşır»
[46,61].
Digər tərəfdən, «Kitabın» islamlaşmasını «ideoloji-mə-
nəvi mühitdən» (N.Cəfərov) kənarda, əski inanc sisteminin
(şamançılığın) güclü müqavimətini nəzərə almadan təsəvvür
etmək olmaz.
Ona (“Kitabi-Dədə Qorqud”a - R.K.) m if yaradıcılığı
nın potensial imkanlarının bir səviyyəsindən, bir tipindən və
ya bir durumundan başqasına təkamülü kimi, “Kitab”ın ide
oloji, etnopoetik əsaslarından biri olaraq diqqət yetirməliyik.
İslam ritorikasının epos poetikasına yeni estetik mənala
rın yaranması ilə şərtlənmişdir. Epik bahadırlıq poeziyası isla
mın ontoloji təcrübəsi ilə, onun sakral obrazları ilə və dəyərlə
rilə əlaqəyə girib, oğuz bəylərinin müvafiq ritual davranış for
malarını ifadə etmişdir.
«Kitabi-Dədə Qorqud» poetikasının sistemli təhlili gös
tərir ki, arxetipik oğuz islamın sakral söz məkanını, sakral
mətn (məna) məkanını yaradıcı surətdə mənimsəmiş, klassik
inanc estetikasının aktual məsələlərdən birini - Tanrı-Allah
adının gözəlliyini və digər «görklü» - mənalar məkanım sadə
cə informativ-didaktik səviyyədə deyil, həm də epik nitqin
təşkilində, söyləyirinin (ozan) kommunikativ strategiyasında
statusunu müəyyənləşdirmişdir.
Oğuzların «yaşantılı və yaşamlı islama» (Nəriman Qa-
sımoğlu), islam intibahına keçidi onların orta əsrlərdə yaşadı
ğı, keçirdiyi dərin semiotik inqilabı bildirir. Klassik oğuzna-
53