Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

nım!»  formulunu  ozanın  auditoriyaya  (xanməclisinə)  və  ya 

dastan  qəhrəmanlarına  -   əcdad  ruhlarına ünvanladığı  dualar- 

alqışlar kimi qəbul etmək olar.

Ş.Cəmşidova  görə,  «hər  boyun  sonunda  təkrar  olunan 

bu  yumlar  -   dinləyici  şəxsə  xitabən,  artıq  unudulub  getmiş 

qəhrəmanların  nisgilli  xatirəsilə  əlaqədar  söylənilən  alqışlar­

dır»  [27, 66].

Daha  sonra  Ş.Cəmşidov  fikrinə  davam  edərək  yazır: 

«Xitab, müraciət şəklində verilən yumların və bundan əvvəlki 

sonluqların  əhəmiyyəti  bir  də  burasındadır  ki,  bunlar  on  iki 

boyu  bütöv  əsər halında birləşdirməklə bərabər,  hamısının da 

eyni hökmdara -  xana ithafən tərtib edilib, söyləndiyini göstə­

rir»  [27, 66].

M.Seyidov  yumları  kollektiv  ritual  aktı  kimi,  «Dədə 

Qorqudun xalqı  ümumi,  ellik xeyir-dua -   «yum»a  çağırması 

kimi mənalandırır [87, 360].

“Salur  Qazanın  evinin  yağmalandığı  boyun  Drezden 

nüsxəsindəki yumu götürək:

«Yum  verəyim, xanım:

Qarlı qara taqlarun yıqılmasun!

Kölgəlicə qaba ağacın kəsilməsün!

Qamən aqan görklü suyun qurımasm!

Qadir Tanrı səni namərdə möhtac etməsin!

Çaparkən ağ-boz atın büdrəməsün!

Çalışmda qara polat üz qılıncın ködəlməsün!

Dartüşərkən ala göndərin avanmasun!

Ağsaqqallu baban yeri uçmaq olsun!

Ağbirçəkli anan yerü behişt olsun!

Axır-sonu ari imandan ayırmasın!

«Amin!» deyənlər didar görsün!

Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun!

Allah verən umudun üzülməsin!

50

Yığışdırsün, durişdürsün,



Günahımızı adı görkli Məhəmməd 

Mustafa yüzi suyuna bağışlasun, xanım hey,

Ağ alnına beş kəlimə dua qıldıq qəbul olsun!»

“Qambörə  oğlu  Bamsı  Beyrək  Beyrək  boyu”  Vatikan 

nüsxəsində yumda isə deyilir:

Yerli qara tağların yığılmasın!

Gölgəlicə qaba ağacın kəsilməsin!

Ağ saqqallı baban yeri uçmaq olsun!

Ağ birçəkli anan yeri behişt olsun!

Oğul ilə qarmdaşdan ayırmasın!

Amin amin deyənlər didar görsün!

Günahlarımızı  Həbib hörmətinə bağışlasın Allah!

Beləliklə,  “Kitabi-Dədə  Qorqud”un  kommunikativ  (po­

etik)  sistemində  yumları  ritual  sözün  və  inanc  tərcübəsinin 

tərkib  elementi  kimi,  performativ  nitq janrları  kimi  səciyyə­

ləndirmək olar.



1.2.  İslam diskursu və performativlik

«Kitabi-Dədə  Qorqud»  oğuznamələrinin  təhkiyəsində, 

boylama-soylama strategiyasında islam düşüncəsinin dərin və 

üzvi  şəkildə  qərarlaşması  epos  mətnində  özünəməxsus  «janr- 

üslub havası»,  davranış-düşüncə sinkretizmi yaratmışdır.  İsla­

mi  motivlərin  və  obrazların  epik  mətndə  aktuallığı  və  inten­

sivliyi  etnik özünüdərkdə  «oğuz-müsəlman»  anlayışının eyni­

lik qazandığı orta əsrlərin  estetik mahiyyətindən gəlirdi.

İslam  ideologiyası  ilə  epik  «savaş  mədəniyyətinin»  qar­

şılıqlı  əlaqəsi  -   «epik  islam»  anlayışının  mövcudluğunu  şərt­

ləndirmişdir.

«Epik islam» epik konfliktin, yəni  «özününkü» - «özgə» 

(müsəlman-kafır)  etnik-dini  qarşıdurmasının,  ərəni ik bahadır-

51



lıq kodeksinin tədricən islamlaşması  nəticəsində yaranmış es­

tetik  fenomeninin  adıdır.  Klassik  epos  təcrübəsi  ilə  islamın 

ontoloji təcrübəsinin vəhdətindən yaranmış hadisədir.

«Kitabi-Dədə  Qorqud»  bütövlükdə  yalnız  klassik  epos 

hadisəsi deyil, həm də orta əsr türk (oğuz) insanın etiqad-inanc 

düşüncəsinin yüksək estetik,  bədii-fəlsəfi refleksiyasmm ifadə­

sidir. «Epik islam» mətnin ənənəvi ədəbi etiket (janrlar) (D.Li- 

xaçov)  sistemini  tamam  pozmamış,  əksinə,  epik  təhkiyənin 

məntiqi yeni etiket janrları, yeni etiket məkanı yaratmışdır.

Epik  dilin  əski  inanc  substratında  «ikinci  dilin»  -  islam 

diskursunun təşəkkülü müəyyən obrazların kontaminasiyasım 

(məsələn,  Dəli  Domrul),  özünəməxsus  sinkretik  inanc-dəyər 

dünyası  və poetik sistem yaranmışdır.

Eləcə də,  epik bahadırlığm (ərənliyin) islam dünyagörüşü 

ilə  əlaqəsi,  şamançılıq-islam  dialoqu  epik  təcrübədə  müəyyən 

«redaktələrin»,  dissonanslarm yaranmasına səbəb olmuşdur.

İlkin  orta  əsrlərdə  ritual-davranış  formaları  konkret bir 

dünyagörüşünü,  inanc  normaları  ilə  məhdudlaşa  bilməzdi. 

İslami  təsəvvürlərin «Kitab»m süjet-təhkiyəsi  ilə üzvi vəhdəti 

performativ  nitq  janrlarında  və  personajların  verbal-inanc 

təcrübəsində  özünü  göstərir  ki,  bu,  həm  də  islamın  təbiətin­

dən,  orta əsrlərin  etnik-mədəni  kontekstində  onun fenomeno- 

logiyasmdan  irəli  gəlir.  Epik  islam  orta  əsr  türk  toplumunda 

Sözün  dəyərini  mürəkkəb  nitq  janrının  (epos)  poetik  sis­

temində də ritual-perroromativ nitq janrlarının yerini və rolu­

nu müəyyənləşdirməyə imkan verir.

«Kitabi-Dədə  Qorqud»da  iki mədəniyyət  tipi,  iki  təfək­

kür tipi, iki poetika tipi kimi deyil, vahid, bütöv bir kompleks 

kimi  çıxış  edir.  Onu  («Kitabi-Dədə  Qorqudu»-R.K.)  bütöv, 

mürəkkəb  bir  mətn-deyim  kimi,  nitq janrı  kimi  qəbul  etsək, 

onda  onun  yalnız  islam  diskursuna  mənsubluğu  ideyası  orta 

əsrlərin  mənəvi-ideoloji,  mədəni-estetik  həyatının  məntiqinə

52

zidd olardı, dastan poetikasında islam inancının inkarı əslində 



ənənənin inkarı olardı.

Dastanda  bu  inanc  sinkretliyini  A.Hacılı  da  qeyd  edir: 

«Dədə-Qorqud kitabı»nda şaman, ozan, aşıq təfəkkürünün or­

talığı  aydın nəzərə çarpır:  mifoloji şüur ifadə edən sakral  söz, 

eposa xas həqiqi  söz və dastana uyğun bədii  söz vəhdət yara­

dır.  Nəticə  etibarilə,  qüdsi,  tarixi,  estetik  məzmun  çulğaşır» 

[46,61].

Digər  tərəfdən,  «Kitabın»  islamlaşmasını  «ideoloji-mə- 

nəvi  mühitdən»  (N.Cəfərov)  kənarda,  əski  inanc  sisteminin 

(şamançılığın)  güclü  müqavimətini  nəzərə  almadan  təsəvvür 

etmək olmaz.

Ona  (“Kitabi-Dədə  Qorqud”a -   R.K.)  m if yaradıcılığı­

nın  potensial  imkanlarının  bir  səviyyəsindən,  bir tipindən  və 

ya  bir  durumundan  başqasına təkamülü  kimi,  “Kitab”ın  ide­

oloji, etnopoetik əsaslarından biri olaraq diqqət yetirməliyik.

İslam ritorikasının epos poetikasına yeni estetik mənala­

rın yaranması  ilə şərtlənmişdir. Epik bahadırlıq poeziyası  isla­

mın ontoloji təcrübəsi ilə, onun sakral obrazları  ilə və dəyərlə­

rilə əlaqəyə girib, oğuz bəylərinin müvafiq ritual davranış for­

malarını ifadə etmişdir.

«Kitabi-Dədə Qorqud» poetikasının  sistemli təhlili  gös­

tərir  ki,  arxetipik  oğuz  islamın  sakral  söz  məkanını,  sakral 

mətn  (məna)  məkanını  yaradıcı  surətdə  mənimsəmiş,  klassik 

inanc  estetikasının  aktual  məsələlərdən  birini  -   Tanrı-Allah 

adının gözəlliyini və digər «görklü» -  mənalar məkanım sadə­

cə  informativ-didaktik  səviyyədə  deyil,  həm  də  epik  nitqin 

təşkilində,  söyləyirinin  (ozan)  kommunikativ  strategiyasında 

statusunu müəyyənləşdirmişdir.

Oğuzların  «yaşantılı  və  yaşamlı  islama»  (Nəriman  Qa- 

sımoğlu),  islam intibahına keçidi onların orta əsrlərdə yaşadı­

ğı,  keçirdiyi  dərin  semiotik  inqilabı  bildirir.  Klassik  oğuzna-

53



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə