Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Ağ aqça gətürdilər, «puldur» dedim. 

Qızıl-altun gətürdilər, aldanmadım;

Kəlisasm yıqdım, məscid yapdım. 

Altunı-gümüşi yağmalatdım 

Anda dəxi «ərəm,  bəgəm» deyü ögünmədim. 

Ögünənləri xoş görmədim.

Əlünə girmişkən, mərə kafir, öldür məni, 

yetür məni!

Kəndü əslim-köküm sığmağım yoq!

Səni ögməgim yoq! -  dedi.

Qazan bəg burada bir dəxi soylamış, aydır: 

Aq qayanın qaplanının erkəgində 

bir köküm var

Ortac qırda sizin keyiklərinüz dur ğurmaya. 

Aq sazın aslanında bir köküm var,

Qaz alaca yundunı durğurmaya,

Əzvay  qurd ənügi erkəgində bir köküm var, 

Ağca bəkil tümən qoyunun gəzdirməyə,

Ağ sutıqur quşı erkəgində bir köküm var,

Ala ördək, qara qazun uçurmaya.

Qalın Oğuz elində bir oğlum var, - Uruz adlu; 

Bir qardaşım var -  Qaragünə adlu.

Yenidən toğanını dirgürməyələr.

Əlünə girmişkən, mərə kafir, öldür məni, 

yetür məni.

Qılıcmdan saparım yoq!

Kəndü əslim sımağım yoq! -  dedi.

Bir dəxi soylamış, aydır:

İt kibi gu-gu edən çərkəz xırslı,

Küçiçik donuz şülənli,

82

Bir torba saman döşəkli.



Yarım kərpic yasdıqlı,

Yonma ağac tanrılı.

Köpəgim kafir,

Oğuzı görərkən səni ögməgim yoq!

Andan Öldürərsən, mərə kafir, öldür məni,

Öldürməzsən, Qadir qorsa.

Öldürəyim,  kafir, səni! -  dedi.

Kafirlər  aydır:  «Bu  bizi  ögmədi.  Gəlün,  buni  öldürə- 

lim!» -  dedilər».

Ad  etnomədəni  sistemdə  polifunksionallığa  malikdir. 

R.Yakobsonun təbiri ilə desək, “nitq hadisəsidir” [283,  198].

Ənənəvi  mədəniyyətdə  adqoyma  sosial  statusun  əsas 

formalarından biridir.  Ad alan (ona  eyni  zamanda at,  silah  və 

geyim verilir) qəhrəman assosiallıqdan azad olur.

V.N.Toporov  yazır:  “Ad  mədəniyyət  impulsudur,  insanı 

işarə  kosmosuna daxil  edir,  ad həm də onun  nəticəsidir, çünki 

mədəniyyət məkanında onun mənaları genişlənir...”  [245,126].

Əsas  personajların  adları-oğuz  bəylərinin,  ərənlərin-ba­

hadırların  adları  dinləyiciləri  tarixi  retrospektivə  daxiletmə 

vasitəsidir.  Klassik  eposda  personajlar  “panteonu”  və  adlan 

məhdud  olur:  Bayındır xan,  Qazan xan,  Dədə  Qorqud,  Bamsı 

Beyrək,  Alp  Aruz...Bu  adlar  dinlıyicilərin  şüurunda  arxaik 

konnotasiyalarla yükləndi.  Epik adın semiotikliyi  qəhrəmanın 

atasının (Dürsə xan oğlu Buğac, Bayborə oğlu Bamsı Beyrək, 

Qazanbəy  oğlu  Uruz,  Duxa  qoca  oğlu  Dəli  Domrul,  Qanlı 

qoca oğlu Qanturalı...) adının şəkilməsi ilə şərtləndirlir.

Gənc  oğuz  bəylərinin  hünər  göstərib  ad  alması  onların 

gələcək  davranışını  və  taleyini  modelləşdirən  mahiyyətdir. 

Ümumiyyətlə,  epik  qəhrəmanın  adı  referentin  sosial  dəyərini 

bildirən keyfiyyəti ifadə edir. Məsələn, island eposunda “Beo- 

vulv”  savaşda  göstərdiyi  gücü,  ehtirası  (“bear”-ayı,  “wolv”-

83



qurd),  “Buğac”  adı  buğaya  qalib  gəlməsini  bildirir.  Hər  bir 

adda oğuz bəyliyinin sosial mahiyyəti əksini tapır.

Ad  alan  və  yaxud  adı  olmayan  personaj  bilavasitə  so- 

sial-asial”,  özününkü-ğzgə,  diri-ğlü,  müsəlman  kafir”  qarşı­

durmalarım gerçəkləşdirən oppazisıylarla bağlı olur. Advermə 

aktınmı  özü,  hətta  sadəcə  adla  çağırılma  “Xristian  mədəniy­

yəti  konteksində (...) yeni  doğulmuşun ad verildiyi xaçasalma 

kilsə  mərasimi  ilə  eyniləşdirilirdi.  Xalq  qavrayışında  xaçasa­

lma ilk  növbədə ad vermə idi...  [255,90]

«Kitabi-Dədə  Qorqududa ad vermə \  ad  alma mərasimi­

nin  bir  diqqətçəkən  cəhəti  -   mifoloji-sakral  sferaya  mənsub 

olan  personajın -  Dədə  Qorqudun  bu  aktda  iştirak  etməsidir. 

Ad  alan  neofıti  öymə  panegerik  janr  kimi  həmin  mərasimə 

daxildir.

«Müdrik  qoca»,  «əcdad»  arxetipinin  daşıyıcısı,  plan 

Dədə Qorqudun hünər göstərmiş gənc  oğuz bəylərini öyməsi, 

onlara  ad  verməsi  nəticəsində  neofit  sakral  mənalar,  sakral 

dəyərlər dünyasına daxil olur.

«Çağırdılar,  Dədəm  Qorqut gəlür oldı.  Oğlan alıb baba­

sına  vardı.  Dədəm  Qorqut  oğlanın  babasına  soylamış,  görə- 

lim, xanım, nə soylamış -  aydır:

Hey Dirsə xan, bəglik vergil bu oğlana,

Taxt vergil, ərdəmlidir!

Boynı uzun bədəvi at vergil,

Binər olsun hünərlidir!

Ağalıydan tümən qoyun vergil bu oğlana,

Şişlik olsun, ərdəmlidir!

Qaytabandan qızıl dəvə vergil bu oğlana,

Yüklət olsun hünərlidir!

Altun başlu ban ev vergil bu oğlana,

Kölgə olsun, ərdəmlidir!

Çiğin quşlu cübbə don vergil bu oğlana,

84

Geyər olsun, hünərlidir!»



Bu öymələrdə at epik bahadırlığm ayrılmaz atributların­

dan  biridir.  Ümumiyyətlə,  at  və  igid  epik  qəhrəmanlıq 

dünyasında həmişə vəhdətdə təqdim olunur.

Qəhrəmanın  atının  olması  artıq  onun  sakral  mənaya, 

yüksək  sosial  statusa  malik  olması  deməkdir.  (Koroğlu  -  Qı- 

rat,  Dürat,  Bozayğırlı  Bamsı  Beyrək...)  Atlı  igid  «yuxarı»nm 

-   göylərin  təmsilçisi  olur»  (Georgi  Qaçev).  Oğuz  bəyinin  öz 

atmı öyməsi bu düşüncədən gəlir:

«Beyrək  dəxi  bum  ögmüş,  görəlim,  xanım,  necə ögmiş. 

Aydır:


Açuq-açuq meydana bənzər sənin aluncuğm,

Eki şəbçırağa bənzər sənin gözcigəzin.

Obrişimə bənzər sənin yelicigin.

Eki şəbçırağa bənzər sənin gözcigəzin.

Əri muradına yetürər sənin arxacığm.

At diməzəm sana, qartaş deyərəm,

Qartaşımdan у eg!

Başıma iş gəldi, yoldaş deyərəm, yoldaşlıqdan yeg!»

Silah, hərbi geyim -  savaş qiyafəti mifopoetik «bahadır- 

lıq mətnbni tamamlayan vacib artefaktlardır.

Mif  və  artefaktın  identifıkasıyası  qəhrəmanla  silahın, 

atın  metonimik  eyniləşdirilməsi  məqamında baş  verir  və bu 

metonimik  eyniləşdirmə  Qaraca  Çobanın  öz  savaş  atributla­

rını öyməsində də aydın görünür.

Altundağı alaca atun nə ögərsən?

Ala başlu keçimcə gəlməz mana!

Başındığı tulğungam və ögərsən, murdar kafər?

Qıztlctq dəgənəgimcə gəlməz mana!

Qızılcunı nə ögərsən, mərə kafər!

Əgri başlu çokanımca gəlməz manna!

Belündə toqsan aqm nə ögərsən, mərə kafər?

85



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə