Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

On altı yaşladın.

Bir gün ola, düşəm öləm, sən qalasan -  

Yay çəkmədün, ox atmadın,

Baş kəsmədin,  qan tökmədin,

Qanlu Oğuz içində çöldi almadın.

Yarınki  gün  zəman  dönib,  bən  ölib  sən  qalcaq  tacım- 

taxtım sana vermiyələr, -  deyü sommı  andım, ağladım,  oğul!»

«Baybörə  bəg,  niyə  ağlayıb  bozlarsan?»  Baybörə  bəg 

aydır:  «Xan  Qazan,  necə  ağlamıyayın,  necə  bozlamıyayım? 

Oğulda  ortacım  yoq,  qartaşda qədərim  yoq!  Allah-təala  məni 

qarğayubdur...  Bəglər,  tacım-təxtim  üçün  ağlaram.  Bir  gün 

düsəm öləm, yerimdə-yurdumda kimsə qalmıya»  - dedi».

Ümumiyyətlə,  epos  poetikasında  «ömrün  sonu»  («ölüm 

vəqti»,  «axır zaman»,  «axır vəqti»)  leksik zamanı ayrıca ekzi- 

stensial  dəyərə  malikdir.  Bu  inanc-dəyər  duyğusu  yumlarda 

da əksini  tapır:  «Ölüm  vəqti  gəldügində  arı  imandan  ayırma­

sın!»; «Axır vəqtində arı arı  imandan ayırmasun!»

Patriarxal  düşüncə  üçün  əcdad-varis  ideyası  mühüm 

şərtlərdən biridir. Oğuzda övladsızlıq «qara eyib» sayılır.

Tanrı  qarğısı  («oğlu-qızı  olmayanı  tənri-təala  qarğayıb­

dır»)  oğuz mərasim xronotopunu iki yerə ayırır.  Dirsə xanı  öv­

ladsız olduğuna görə neqativ mənalı  məkana-qara otağa, övladı 

olanları isə pozitiv məkana -  ağ və altun otaqlara yerləşdirirlər: 

«Xamm,  bu  gün  Bayındır  xandan  buyruq  söylədir  kim. 

oğlu-qızı  olmayanı tənri-təala qarğayıbdır, biz dəxi qarğarız -  

demişdir».  Dirsə  xan bu  «qara»  sözdən  sarsılır,  hirsli,  qəzəbli 

halda evə qayıdır.

Qazan  xan  ildə  bir  dəfə  evini  yağmaladır,  İç  Oğuz  və 

Dış  (taş)  Oğuz  bəylərini,  bir  araya  gətirir.  Bu  dəfə  ritual  -  

etiket  qaydaları  pozulur:  Dış  Oğuz bəyləri  törənə  qatilmırlar: 

«Şimdiyədəkin  Qazanın  evin  billə  yağma  edərdik.  Şimdi  ne- 

çün billə olmıyaruz» -  dedilər».

90

«İnciklik  situasiyası»  (K.Abdulla)  Qalın  Oğuzda  qanlı 



ədavətə,  qarşıdurmaya  gətirib çıxardır:  «cəmi  Taş  Oğuz  bəg- 

ləri Qazana gəlmədilər, ədavət eylədilər».

İç Oğuz və Dış  Oğuz arasındakı bu  törən konflikti Bey­

rəyin  ölümünü  sakral  akta  -   qurbanlığa  çevirir:  «Beyrək  -  

padşahlar padşahı  həqqə  vasil oldu».  «Tale  və insanın  faciəvi 

toqquşmasından  törəyən  hüznlü  ovqat  və  çılğınlıq»  [46,  95] 

Oğuzda  şivən  yaradır.  Beyrəyin  ölümü  İç  Oğuz  bəylərinə, 

xüsusən Qazan xana güclü təsir edir.

«Dəstmalın  əlinə  alub  ökür-ökür  ağladı.  Divanda  zarlıq 

qıldı.  Həp  anda  olan  bəglər  ağlaşdılar.  Qazan  vardı,  odasına 

girdi; yedi gün divana çıqmadı, ağladı oturdı».

Şivən,  mərhumun  dil  deyib  ağlama  mərasimin  tərkib 

elementidir,  ağı  bütövlükdə  mərasimi  mənasına  izosemantik 

olan verbal koddur. Şivən yas mərasiminin kulminasiyasıdır.

Qara şivən  Qalın  Oğuzda ölümlə  bağlı  acı  yaşantıların, 

üzüntülərin ritual  ifadəsidir. «Ölən sandan təsirli, yanıqlı söz­

lərlə  oxşamaq,  hönkür-hönkür  ağlamaq,  öz  cırmaq,  saç  yol­

maq kimi hallar şivənin başlıca əlamətləridir» [2,121].

«Məgər  bir  gün  köprisinin  yamacında  bir  bölük  oba 

qonmuş idi.  Ol  obada bir yaxşı -  xub yigit sayru düşmüş  idi. 

Allah  əmrilə  ol  yigit  öldi.  Kimi  «oğul»  deyü,  kimi  «qartaş» 

deyü ağladı. Ol yigit üzərinə möhkəm qara şivən oldı».

«Oğlan böylə digəc bıldır-bıldır gözinin yaşı  rəvan  oldı. 

Boyu uzun,  beli  incə Burla xatun boynilə qulağın aldı,  düşdi. 

Güz alması kibi al yanağın tutdı, yırtdı. Qarğu kibi qara saçını 

yoldı. «Oğul!», «Oğul!» deyübən zarılıq qıldı, ağladı».

Şivəndə  ağı-emosiya  və  ağı-ritual  vəhdətdə  olur.  Şivən 

situasiyası  başqa  ağlaşma situasiyalarmlan ehtiraslann  faciəli 

effektivliyi ilə fərqlənir.  Şivəndə «yumru-yumru», «böğur-bö- 

ğur», «ökür-ökür» ağlayırlar, «zarılıq qılırlar».

91



Miforitual  mətnlər  obsessiv  diskursun  ilkin  qaynaqla­

rıdır  [226].  Bu mənada  ağıları  obsessiv  diskursa şamil  etmək 

olar,  (“obsessiya”  terminini  ilk  dəfə  alman  psixiatrı  Rixard 

Kraft -  Ebing psixologiyaya və  psixiatriyaya daxil  etmişdir), 

çünki  obsessiya müdafiə mexanizmi kimi çıxış  edir, pasientin 

öz  “mən”ini  qorumaq  üçün  problemə,  yaxud travmaverici si­

tuasiyaya reaksiya tipidir.

Ağlaşma-şivən  yalnız  obsessiv  diskursun  əlamətlərini 

özündə  əks  etdirmir,  həm  arxetipik  oğuzun  emosional  tipini, 

psixoloji  obrazım,  müasir  linqvistlərin  təbiri  ilə  desək,  dil 

şəxsiyyətini ifadə edir.

Ağlaşma -  şivən aktında personajların (xüsusən “Bamsı 

Beyrək  boyu”nda)  psixoloji  durumu,  hüznlü  ovqatı  jestlərlə 

və mimikalarla daha effektli təsvir edilir:

Bəzirganlar ata-anasının  və bacılarının  acı həsrətini me- 

tonimik yolla -  jestlərin  təsviri  ilə Bamsı  Beyrəyə  belə  çatdı­

rırlar.

«Ağ saqallu atanı, ağ birçəklü ananı 



sorar olsan, sağdır, Bamsı!

Ağ çıqarıb qara geydilər səninçün, Bamsı!

Yedi qız qardaşın yedi yol ayırdmda 

ağlar gördüm, Bamsı!

Güz alması kibi al yanaqların 

yırtar gördüm, Bamsı?

«Vardı, gəlməz qardaş!» deyü 

Zarılıq edər gördüm, Bamsı!»

«Beyrək baqdı gördi kim, kiçi qız qarmdaşı binardan su 

almağa gəlür  «qardaş  Beyrək!»  -  deyü  ağlar-bozlar.  «Toyın- 

dügünin qara oldı» deyü ağlar.

Beyrəkə qatı  fəraq gəldi, qatlanmadı, buldır-buldır gözi- 

nin yaşı rəvan oldı»:

92

Ağı-şivən  personajların  psixi-sosial  davranışının  inten- 



sional-funksional  tipini  bildirir,  morfosemantik  səviyyədə  ri­

tual ağılara-oxşamalara çox yaxındır.

«Beyrəgin  atası-anası  baqdı  gördü  kim,  görünməz  ol- 

mış.  Ah etdilər, ağılları başlarından getdi. Gördülər ki, uçarda 

quzğun qalmış,  tazı  dolaşmış  yurtda qalmış.  Gərdək paralan­

mış, naib şəhid olmuş.  Beyrəgin babası qaba sarıq götürüb ye­

rə çaldı. Dartdı, yaqasın yırtdı.  «Oğul!», «Oğul!» deyübən bö- 

gürdi,  zarlıq qıldı.  Ağ birçəkli anası  buldur-buldur ağladı, gö- 

zinin yaşın dökdi,  acı  dırnaq ağ yüzinə aldı-çaldı.  Al  yanağın 

dartdı,  qarğu  kibi  qara  saçını  yoldı.  Ağlayıbanı-sıqlayıbanı 

evinə gəldi»;

Ölüm  xəbəri,  bəd  xəbər kimi  müəyyən  ayinlərin yerinə 

yetirilməsi  ilə  tamamlanır.  Şivənin  ritual  emosional  effekti 

«qaba  sarığı  yerə  çalmaq» jesti  ilə  müşayiət olunur:  «Ağ-boz 

atın  quyruğım  kəsdilər.  Qırq-əlli  yigit qara geyib -  gög sarın­

dılar.  Qazan bəgə gəldilər,  sarıqların yerinə urdılar»;

«Beyrək qalqdı,  ağlayu-ağlayu qırq yigidin yanma gəldi. 

Qaba sarıq götürdi, yerə çaldı»;

«Qazan bəgə gəldilər,  sarıqların yerə urdılar.  «Beyrək!» 

deyü çoq ağladılar»;

«...Gərdək  paralanmış,  naib  şəhid  olmuş.  Beyrəgin  ba­

bası qaba sarıq götürüb yerə çaldı».

Ritorik suallar ağı janrının illokutivliyini göstərməklə ya­

naşı, ritual nitqin ekspressiv çalarlanm gücləndirir. Anaforik və 

epiforik təkrarlar ağılarda emosional ifadəni şərtləndirir:

“Qarğu cida oynadanlar vardı, gəldi,

Altun cida oynadana, yarəb, noldı?

Qaraquc ata binənlər vardı, gəldi,

Bədəvi atlu bir oğula, yarəb, noldı?

Nökər gəldi, nayib gəldi 

Yalnız bir oğula, yarəb, noldı?

93



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə