Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

кап verir. Ritual təkrar müqəddimə mətninə bir “mərasim ha­

vası” gətirir. Ona görə də nəzərdən keçirilən soylamalann-öy- 

mələrin  sakral-magik  effekti  «görklü»,  «Tənri»  sözlərinin 

təkrarlanması ilə gücləndirilir.

Dədə  Qorqud  soylamaları-öymələri  mahiyyətcə  perfor- 

mativdir, alqış-dua məzmunlu bütöv mifopoetik nitqdir:  «Mü­

qəddimə  bütövlükdə  M if ruhunu,  Mifin  ifadəsini  əks  etdirən 

elə  bil  ki,  mikromətndir»  [5,  127].  Bu  mifopoetik  “mikro- 

mətn”də  soylamalar özünəməxsus  ritmə  və  intonasiyaya  ma­

likdir.  Ritm isə performativ-magik mətnlərin əsas komponen­

tini təşkil edir.

Qanturahnın  şərəfinə  qırx oğuz  igidinin qopuzla  söylə­

dikləri  ritual  öymələr  ritmik  təşkilinə,  təkrar  sisteminə  görə 

performativ nitq janrlarıdır:

«Burada  qırq  yigit  Qanturalıyı  ögmüşlər.  Görəlim,  xa­

nım, necə ögmüşlər. Aydır:

Sultanım Qanturalı,  qalqubanı yerindən durmadınmı? 

Yelisi qara Qazılıq atu binmədinmi?

Arqu bili Ala dağı avlayuban-quşlayuban 

Babanın ağ-ban eşigində 

qaravaşlar inək sağar görmədinmi?

«Buğa, buğa!» dedikləri 

qara inək buzağısı degilmidir?

Alp ərənlər qırımından qayururdı.

Oldur, San donlu Selcan xatun köşkdən baqar,

Kimə baqsa, eşqiylə oda yaqar!

Qanturalı Sarı donlu qız eşqinə bir «hu!» dedi». 

...Qanturalı  yigitlərin  ağlar  gördi.  Aydır:  «Mərə,  alca 

qopuzun  ələ  alun,  məni  ögün!  Sarı  donlu  qız  eşqinə  bir  as­

landan  dönəyimmi?»  -  dedi.  Yoldaşları  burada  soylamış,  gö­

rəlim, xanım, nə soylamış,  aydır:

Sultanım Qanturalı,

78

Ağca sazlar içində



Sarı gönlər görübən taylar basan,

Ön damarın dəlübən qanın soran,

Qara polad uz qılıcdan qayıtmayan,

Ağca tozlu qatı yaydan dərsinməyən.

Ağ yeləklü ötkün oxdan qayıtmayan,

Canvərlər sərvəri qağan aslan qıran,

Ala köpək itinə kəndözin taladarmı?

Alp yigitlər savaş güni 

qırımından qayunrmı? -  dedilər.

Sarı donlı Selcan xatun köşkdən baqar,

Kimə baqsa, eşqiylə oda yaqar!

Sarı  donlu  qız  eşqinə  bir  «hu!»  dedi  Qanturalı:  «Mərə 

kafir, aslanını qoy-ver gəlsün!» - dedi».

Oğuzda  öymə  müəyyən  etik  dəyərlərlə  şərtlənmiş  dav­

ranış-dəyər  aktıdır.  Kafirlər  Qazan  xam  zindandan  çıxarıb 

onları  öyməsini  tələb  edirlər.  Qazan  bəy  adam  öymədiyini, 

öyünənləri də sevmədiyini bildirir:

«İmdi  Qazan  bəg,  di,  bizi  ög!»  -  dedilər.  Qazan  aydır: 

«Mən yer yüzində adam ögməzin. Bir adam gətürün, binəyim, 

sizi  ögəyim!» - dedi.

«Mərə  kafirlər,  qopuzum  gətürün,  sizi  ögəyim!»  -  dedi. 

Vardılar, qopuzu gətürdilər.

Əlinə  alub,  burada  soylamış,  görəlim,  xanım,  nə  soyla- 

mış, aydır:

Bin-bin ərdən yağı gördümsə, «oyunum» dedim.

Yigirmi bin ər yağı  gördümsə, yiləmədim.

Otuz bin ər yağı gördümsə, ota saydım.

Qırq bin ər yağı gördümsə, qıya baqdım.

Əlli bin ər gördümsə, əl vermədüm.

Altmış bin ər gördümsə, aytışmadım.

Səksən bin ər gördümsə, səksənmədim.

79



Doqsan bin yağı gördümsə, donanmadım.

Yüz bin ər gördümsə, yüzüm dönmədim.

Yüzi dönməz qılıcum ələ aldım.

Məhəmmədin dini eşqinə qılıc urdım.

Ağ meydanda yumrı başı topca kəsdim.

Anda dəxi «ərəm-bəğəm» deyü ögünmədim. 

Ögünən ərənləri xoş görmədim!

Əlünə girmiş ikən, mərə kafir,  öldür məni,

Qara qılıcm sal boynuma, kəs başım.

Qılıncından sapanm yoq!

Kəndü əslim, kəndü köküm sımağım yoq!  - dedi. 

Bir soy dəxi soylamış, aydır:

Yüksək-yüksək qara dağdan daş yuvalansa,

Qaba ökcəm-oyluğum qarşu tutan Qazan ər idim. 

Firon şişlər yükəlib yerdən çıqsa,

Qaba ökcəmlə pərçin qılan Qazan ər idim. 

Qaba-qaba bəglər oğlı ğovğa qılsa,

Qamçı salub tökdürən Qazan ər idim.

Yuca dağları duman dursa,

Qara pusarıq dolı qopsa,

Qaraqucumun qulağı görinməz olsa,

Qayırı ərən qılağuzsız yol yanılsa,

Qılağuzsız yol başaran Qazan ər idim.

Yedi başlu əjdərhaya yetüb vardım.

Heybətindən sol gözüm yaşardı.

Hey gözüm, namərd gözüm, müxənnət gözüm, 

Bir yılandan nə var ki,  qorxdun! -  dedim.

Anda dəxi «ərəm, bəgəm» deyü ögünmədim 

Ögünən ərənləri xoş görmədim,

Əlünə girmişkən, mərə kafir, öldür məni, 

yetür məni!

Çal qılıcın, kəs başını,

80

Qılıcından saparım yoq!



Kəndü əslim, kəndü köküm sımağım yoq!

Oğuz ərənləri durarkən səni ögməgim yoq! -  dedi.

Qazan burda bir dəxi soylamış:

Arqıc qurda yıqanır Əmman dənizində 

Sarb yerlərdə yapılmış kafir şəhri,

Sağa-sola çırbındı urar yüzgüçiləri,

Su dibində dönər bəhriləri,

«Tanrı mənəm» deyü su dibində çığırışur asiləri. 

Önin qoyub tərsin oqur qızı-gəlini.

Altun aşıq oynar Sancıdanm bəgləri.

Altı qatla Oğuz vardı, alımadı.

Ol qalayı, altı baş ərənlə mən Qazan vardım, 

altı günə qomadım, annı aldım.

Kəlisasın yıqub, yerinə məscid yapdım, 

ban banlatdım.

Qızını-gəlinini ağ köksümdə oynatdım.

Bəglərin qul etdim.

Anda dəxi «ərəm, bəgəm» deyü ögünmədim. 

Ögünən ərənləri xoş görmədim.

Əlünə girmişkən, mərə kafir, öldür məni, 

yetür məni!

Qılıcdan saparım yoq!

Kəndü əslim, kəndü köküm sımağum yoq! -  dedi.

Qazan yenə soylamış, aydır:

Arqıc qırda döndərdigim, mərə kafir, sənin baban. 

Şəqaqına imrəndügim sənin qızın-gəlinin.

Ağca qala Sürməlidə at oynatdım.

Atla Qarun elinə çapqun yetdim.

Aq hasar qalasının bürcin yıqdım.

81



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə