Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

casuslarla  ilk  görüş,  ilk  təmas  Gürcüstan  ağzında,  qara Dər- 

vənd ağzında baş verir.

«Bir  yandan  dəxi  bəzirganlar gəlübəni  Dərvənd  ağzma 

qonmışlardı.  Yanmasun-yarçumasın  Evnik  qələsinin  kafəri 

casusladı»;

«Oğuz  köç  elədi.  Bərdəyə,  Gəncəyə  varub  vətən  tutdu. 

Toquz tümən Gürcüstan ağzma varub qondı. Qaravulluq eylə­

di. Yad-kafər gəlsə, başın Oğuza ərməğan göndərdi»;

«Yedi gün yedi gecə yortdı. Oğuzun sərhədinə çıqdı».

Trapezundan qayıdan Qanturalı  sərhəddən atasına xəbər 

göndərir.

Sərhəd obrazı kafir elini  mifoloji  axirət səltənəti  ilə,  na­

ğıllardakı  «o  dünya»  ilə  eyniləşdirir.  Kafir  məkanında  land­

şaftın və lokusların (quyu, zindan, qala) təsvirində şərti -  sim­

volik  elementlərdən  istifadə  olunur  ki,  bunu  da  mikroxrono- 

topların mifolojiləşdirilməsi ilə izah etmək olar.

«Eşik»,  «qapı  ağzı»  kimi  ifadələr  epik  xronotopun  lo- 

kusları  olub,  «oğlan-qız»,  «bəy-gəlin»,  «özümüzünkü-özgə» 

qarşıdurmasında ritual  sərhədi bildirir.

Beyrəyin  Banıçiçəklə  toyda ritual  xəbələşməsi  qapı  ağ­

zında baş verir:

«Beyrək  qalqdı,  qızlar  yanına  vardı.  Sumaçıları  qovdı. 

Kimini  döğdi,  kiminin  başını  yardı,  qızlar oturan  otağa gəldi; 

eşigin aldı, oturdı».

Yegnək yelkən qurub gəmi  ilə dənizi keçir.  Onun yuxu­

da  dayısı  ilə  xəbərləşməsi  dənizin  o tayında baş  verir ki,  bu, 

axirət  dünyasının  «suyun  çayın  o  tayında»  [181,77]  olması 

mənasına uyğun gəlir.

«İlərü  yatan  Qara  dəniz  gördüm.  Cəmi  yapub,  kömlə- 

gim  çıqardım, yelkən qurdum.  İlərü yatan dənizi  dəldim-keç­

dim».  Mifoloji  ənənədə gəmi  ritual  vasitəsi  kimi  dəfn atribu­

tudur.  (Təsadüfi  deyil  ki,  bir  çox  dillərdə  ölünü  «o  dünyaya

110

keçirən gəmi  «ölüm»  sözü  ilə  əvəz  olunur (slavyan,  «nav»  -  



«ölü», ukr.  «nava» -  «tabut» və «nan-s»  sözlərinin omonimli- 

yi:  nan-s  «ölüm,  ölü»  və nan-s  «gəmi,  qayıq»).  Etnoqrafik ta­

rixi qaynaqlarda tabutun bir-birinə üzərinə aşırılmış iki qayıq­

dan düzəldildiyi göstərilir.

Altay  şamanları  da  yüzütləri  (ruhları)  Kancul  və  Çaşcul 

çaylardan körpü vasitəsi ilə deyil, qayıqla keçirirlər [143, 334].

Yuxuda xəbərləşmə  (arxetipik)  aktı  «ölü-diri»  qarşıdur­

masını  aktuallaşdırır.  Yegnəyin  yuxuda kafir  əsirliyində  olan 

dayısı  Əmənlə  dialoqu  -  xəbərləşməsi  arxaik  mətnlərdə  ölü­

lər-dirilər arasında simvolik dialoqu xatırladır:

«Döndüm  ol  ərə  salam  verdim.  Oğuz  ellərində  kimsən, 

dedim.  Qapaqlarımı  qaldırıb  yüzümə  baqdı:  «Oğul,  Yegnək, 

qanda  gedərsən?»  -   dedi-söylədi.  Mən  ayıtdım:  «Düzmürd 

qalasına gedərəm. Babam anda tutsaq imiş», -  dedim».

Beləliklə, sərhəddə (çay, körpu, eşik, qapı ağzı) xəbərləş­

mə dünyalar arasında (ölü-diri) simvolik mübadiləni ifadə edir.

Yuxu mifoloji düşüncədə ölüm metaforasıdır. Rus bılina- 

lannda və nağıllarında yuxuya getmiş adamla ölmüş adam ey­

niləşdirilir («ölü kimi yatmaq» frazemi də bu mənadan gəlir).

“Kitabi-Dədə Qorqud”da kafir  sərhədi,  kafir məkanı  yu­

xu məkanıdır. Oğuz bəylərinin qoruğa girməsi ilə, yəni sərhədə 

çatması ilə «o dünya»ya, «yuxu zolağına» düşməsi bir olur.

Ovda şahinin dalınca düşən Qazan xam kafir sərhədində 

yuxu  tutur:  «Qazanı  küçicik  ölüm  tutdı,  uyıdı.  Oğuz  bəgləri 

yedi gün uyırdı. Anunçün «küçicik ölüm» deərlərdi».

Qanturalı  Trabezunddan  təkur  qızını  götürüb  gələndə, 

Oğuz sərhədində yuxuya gedir:

«Ol  zamanda  Oğuz  yiğitlərinə  nə  qəza  gəlsə,  uyxıdan 

gəlürdi. Qanturalmın uyxısı gəldi, uyıdı».

Qoruqda Qazan xan və oğlu ilə  sərxoş olub yatırlar.  Üç 

gün gecə-gündüz at çapmış Əgrək qoruqda yuxuya gedir:

111



«Dün qatmış,  üç gün dünli yortmış yigit,  qaramulı gözin 

uyxı almış yigit, atının çilbərini biləginə bağladı, yatdı-uyıdı».

Kafirlər  bəzirganlara  qara Dərbənd  ağzında  -   sərhəddə 

yuxuda  ikən  hücum  edirlər:  «Bəzirganları  yatur  ikən  ğafillə 

beş yüz kafər qoyuldılar, çapdılar, yağmaladılar».

Qəhrəmanların  yuxudan  oyadılması  -   arxetipik  «ölünün 

oyadılması» motivinə yaxındır.  Selcanın yuxuya getmiş Qantu- 

ralı ilə («Qafil olma, qara başın qaldır, yigit!  \ Ala qıyma görk­

lü  gözün,  a.çgil,  yigit!»),  “Dirsə xan boyun”da  ananın  ölümcül 

yaralanmış  oğlu  ilə  xəbərləşməsi  («Qara  qıyma  gözlərin  uyxı 

almış, açgil, axı!») fatik ünsiyyətin mifoloji qatını göstərir.

Epik xronotopda xəbər  sərhəddən  Mərkəzə,  ya da Mər- 

Kəzdən  Sərhədə çatdırılır.  Mərkəzlə periferiyanı  xəbər birləş­

dirir. Xəbər qanlı sulardan, ala dağlardan keçir:

«Aqar turı  sulardan xəbər keçə,  arqurı  yatan  ala tağdan 

xəbər aşa, xanlar xam Bayandır xana xəbər vara»;

«Qanlı-qanlı  sulardan  xəbər  keçdi.  Qalın  Oğuz  ellərinə 

xəbər vardı. Uşun qocanın ağban evi ögində şivən qopdı».

Yol  ayrıcı, yol  qırağı  kimi mikroxronotoplar qəhrəmana 

xəbərin çatdırıldığı, xəbərlərin gözlənildiyi yerdir.  Qaraca Ço­

ban  acı  xəbəri  (evin yağmalanması,  ailənin  əsir  götürülməsi) 

Qazan xana yol qırağında çatdırır:  «yolun  qıyısm alub oturdı, 

ağladı-sıqladı,  aydır:  «Salur  Qazan,  bəg  Qazan!  Ölümisin, 

dirimisin, bu işdən xəbərin yoqmıdır?» -  dedi».

Beyrək nişanlısının  toy  -  düyün  xəbərini  yol  qırağında, 

daş yığan çobanlardan  eşidir:  «Beyrək  qopuzı  aldı,  babasının 

ordusına  yaqm  gəldi.  Baqdı-gördi  bir  qaç  çobanlar  yolın  qı- 

yısın almışlar; həm turmıyıb taş yığırlar.  Beyrək aydır:  «Mərə 

çobanlar, bir kişi yolda taş bulsa, yabana atar.  Siz bu yolda bu 

taşı  neçün  yığırsız?»  Çobanlar  aydır:  «Mərə,  sən  səni  bilür- 

sən, bizim halımızdan xəbərin yoq», -  dedi. «Mərə, nə halınız 

vardır?»  Çobanlar  aydır:  «Bəğümizin  bir  oğlı  vardı,  on  altı

112

yıldır  kim,  ölüsü-dirisi  xəbərin  kimsə  bilməz.  Yalançı  oğlı 



Yalancuq deyirlər, ölüsi xəbərin gətürdi».

Yegnəyin  nişanlısı  isə  altı  yol  (ayırdında)  ayncında  ça­

dır tikib ondan xeyir-şər xəbər gözləyəcəyini bildirir:

“Altı yol ayırdında çadır dikəm,

Gələndən-gedəndən xəbər soram.

Xeyir xəbər gətirənə at, ton verəm, 

qaftanlar geydürəm.

Şər xəbər gətürənin başın kəsəm”.

Yolayrıcı  mikroxronotopu  dirilər-ölülər  dünyasının  sər­

hədində  marginal  durumu  şərtləndirir.  Məsələn,  şərqi  slav­

yanlarda  dəfn  mərasiminə  hazırlıq  ərəfəsində  mərhumun  bir 

çox  əşyalarını  (tabut,  daraq,  sabun  və  s.) qonşu kəndin  sərhə­

dinə,  «yolayrıcına»  gətirib  qoyurlar.  Həmkəndliləri  mərhumu 

kənddən çıxarıb yolların ayrıldığı yerə qəbər müşayiət edirlər. 

Ev yiyəsinin qonağı yolayrıcına qədər ötürməsi də bu mənanı 

ifadə edir [237,94].

Mifoloji  təsəvvürlərdə  yolayrıcı  ölümlə,  axirət  dünyası 

ilə  bağlıdır.  Yol  kənarındakı  qəbirlər yolayrıcının ekvivalenti 

ola bilir (Bəlkə  Salur  Qazanın  savaş meydanında oğlunu tap­

mayıb altı  bölük  edib altı yol ayrıcına atmaq əmri verməsi bu 

təsəvvürlərdən qaynaqlanır?)

«Bəglər,  Tanrı  bizə  kür  oğul  vermiş.  Varayın,  anı  anası 

yanından  alayın,  qılıcla  paralayayın,  altı  bölük  edəyin,  altı 

yolun ayırdında burağayın».

M.M.Baxtin  yazır  ki,  xronotop  ədəbi  obrazı  müəyyən 

edir yəni  obraz  həmişə  xronotopikdir  [117,  235].  Göründüyü 

kimi,  xəbər janrı  bir  çox  personajların  xronotopik  mahiyyəti 

ilə sıx bağlıdır.

Dədə Qorqudun sakral sferadan -  qeyb aləmindən «dür­

lü xəbərlər söyləməsi»  onu insanlar və ruhlar arasmda bir va­

sitəçiyə çevirir.

113



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə