Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

Qızıl-qızıl dəvələr 

Qanyubdur köşək verməz.

Mərə kafər, Qazanın anası 

Qanyubdur oğul verməz.

Dölin  almaqdan  səfan  varsa,  Şökli  Məlik,  qara  gözlü 

qızın varsa, gətir Qazana ver!...»

«Qararmaq»,  «acığı  tutmaq»  kimi  emiotiv  fellər  epik 

psixologiyanın  prinsiplərindən  biridir.  Ə.Tannverdi  hesab 

edir  ki,  söyləyici  «acığı  tutmaq»  ffazeoloji  vahidindən  sonra 

«todaqlan təbsirdi» (dodaqları səyirdi) ifadəsini işlətməklə bir 

növ nifrət intonemi üçün zəmin hazırlayıb [87,77].

Dəli  Domrulun  təkəbbürlüyü,  Tanrı  ünvanına küfr söz­

lər  danışması,  mənlik  etməsi,  Əzrayıla  hədə-qorxu  gəlməsi 

(«Mərə,  nə heybətlü  qocasan,  degil  mana!»)  adresatın (Əzra- 

yılm) reaksiyası ilə - acığı tutması ilə şərtlənir:

«Böylə digəc Əzrayıhn acığı tutdı. Aydır:

Mərə,  dəli qavat!

Gözüm gögçək qızlarun-gəlinlərin

canın  çoğ almışam

Saqalım ağarduğın nə bəgənməzsən?

Ağ saqqalu, qara saqallu yigitlərin 

canın  çoğ almışam!»

Eposda  personajların  qeyri-verbal  davranışları  psixo- 

emosional  dünyanın  obyektiv  formasıdır  və  bədii  vizual 

ifadəsidir.

Epik personaj larin ekspressivliyi ritual davranış taktikası­

nın  tərkib  hissəsidir,  acığı  tutmaq,  hirslənmək,  qəzəblənmək, 

inciyib küsmək, kədərlənmək (səxt olmaq) kimi psixoloji aktlar 

oğuz  jest-mimika  aləminin  işarətləridir.  M.M.Baxtin  «Söz 

yaradıcılığının estetikası»  kitabında qeyd edir ki,  üz pozasının, 

zahiri  ifacləliliyinin  köməyilə  biz  insanın  «daxilinə»  nüfuz 

edirik,  ünsiyyətdə,  «dialoqda  insan  tam  və  bütün  həyatı  ilə:

98

gözləri,  dodaqları,  əlləri,  canı,  ruhu,  bütün bədəni  və  əməlləri 



ilə iştirak edir. O, özünü tamam sözdə ehtiva edir» [116, 318].

«Kitabi-Dədə Qorqud»  süjetlərində ekspressivlərin, emo­

sional-kommunikativ  situasiyaları  intensivliyi  şivən-ağlaşma, 

öfkə,  qəzəb,  inciklik  motivlərini  fatik  streotiplər  sırasına 

keçirir. Fatik janr streotipləri isə orta əsrlərdə epik süjetin ritual 

mahiyyətini (davranış fəlsəfəsini) də anlamağa kömək edir.



2.2.  Xəbərləşmə sujetqurma mexanizmi kimi

“Kitabi-Dədə  Qorqud”da  fatik  nitq janrlarının  məqsədi 

epik  məkanda  informasiyanın  müxtəlif əməliyyatlar  (xəbər­

ləşmə,  xəbər,  ritual-dialoqlar,  yuxuyozumu  və s.) səviyyəsin­

də aparılmasıdır.  Maraqlıdır:  «Kitabi-Dədə Qorqud»da perso­

najların kommunikativ,  nitq davranışı  əsasən  fatik janrlar üs­

tündə qurulur. Boylann dialoq strukturunda nitq aktları, onla­

ra yaxın  olan nitq janrları  (xəbər\xəbərləşmə,  ritual-dialoqlar, 

mübahisə -  söz atışması,  yuxuyozma) yer alır.  Oğuz bəylərini 

bir-bir  ilə  söz  atışması-qavğası,  öfkəli  danışması  ekspressiv 

semantikalı fatik nitq aktlarıdır.

“Fatika”  termini  ilk  dəfə  B.Malinovski  tərəfindən  elmi 

diskursa gətirilsə  də,  yalnız  T.Q.Vinokurun  araşdırmalarından 

sonra geniş istifada olunmağa başladı. “Deyimləri”n fatik məq­

sədini  yerinə  yetirən  insanların  nitq  davranışından  danışanda 

biz o nitq aktını nəzərdə tutururq ki, onun intensiyası ünsiyyətə 

girmə üsulu olaraq həmin aktın özünə yönəlibdir...” [126,6].

«İzahlı dilçilik terminləri»ndə göstərilir ki,  fatikada baş­

lıca  «məqsəd  informasiya  deyil,  danışıq  prosesinin  özüdür, 

yalnız  əlaqə  yaratmaqdır.  Nə  haqqında  deyilməsi  yox,  necə 

deyilməsi əsas götürülür»  [8, 83].

99



Ə.Tanrıverdi  fatikam  dilin  funksiyası  kimi  səciyyələn­

dirir  və  «Kitabi-Dədə  Qorqud»da  fatikaya  az rast  gəlindiyini 

qeyd edir [87,136].

Fikrimizcə,  bu tezis müəyyən dəqiqlik tələb  edir.  Fatika 

epos  poetikasının  mühüm  və  ciddi  məsələsidir.  Fatika  nitq 

aktıdır, yəni ünsiyyətə, dialoqa (kontakta), girmə aktıdır.

Oğuz  qəhrəmanlarının  başına  gələn  hadisələr  daha  şox 

fatik janrlarda  əksini  tapır.  Eposda nitq  davranışının  norması 

olan informativ -   fatik  balansdan bəhs  edərkən göstərməliyik 

ki,  «fatik»liyin  «informativ»liyə,  yaxud,  əksinə  keçidi  epik 

mətn üçün səciyyəvi haldır.

Oğuz  dastanı  da  demək  olar  ki,  bütün  fatik  janrlarla 

təmsil  olunur:  söhbət,  xəbər \ xəbərləşmə, tənbeh,  təhqir,  mü­

bahisə,  öymə,  kinayə,  acıqlanma,  qəzəblənmə  və  s.  Belə  «fa­

tika bolluğu»  içində  dominant  nitq janrını  müəyyənləşdirmək 

bəzən çətin olur, digər tərəfdən,  epik mətnin formul mahiyyəti 

streotip dialoqları fərqləndirməyə imkan vermir.

Dialoqlarda  fatikamn  «xüsusi  yeri»  var.  Adresat  baxı­

mından bir  sıra süjet  dialoqları  ritual-inanc  diskursunun fatik 

janrları kimi qəbul oluna bilər. Məsələn, Dəli Domrulun Tanrı 

ilə, Qazan xanın su,  qurd və köpəklə,  Bamsı Beyrəyin Qısırca 

Yengə və Boğazca Fatma ilə xəbərləşmələri ritual-fatik ünsiy­

yət  nümunəsidir.

Ritual  dialoq xəbərləşmə  epik qəhrəmanların kommuni­

kativ  strukturunda  xüsusi  yer  tutur,  bir  qayda  olaraq  ritual 

dayranışı modelləşdirir.

Ritual  dialoq  -   xəbərləşmə  «Kitabi-Dədə  Qorqud»da 

mərasim-savaş  səhnələrində  simvolik  informasiya  mübadilə- 

sinj təmin edir.  Qəhrəmanların bir-birindən  adını  soruşması -  

adını xəbər alması da ritual-dialoqlardan biridir.

Epik  qəhrəmanların  adı  soruşması  arxaik dialoqlar (mə­

sələn:  «Böyük Edda»nm mifoloji nəğmələri,  yaxud kosmoqo-

100

nik xarakterli qədim german dialoqları) üçün səciyyəvidir.



Təpəgöz Basatdan, Əgrək Səgrəkdən admı belə xəbər alır:

«Alp ərən ərdən adın yaşurmaq eyb olur,

Adm nədir, yigit, degil mana!»

Salur  Qazan  da  savaş  meydanına  girən  oğuz  igidlərin­

dən öncə adlarını soruşur:

«Qalqubanı yerindən turan yigit, nə yigitsən?

Əgni bəg dəmür tonın geyən yigit, nə yigitsən?

Adm nədir, yigit, degil mana!»

«Adın nədir,  yigit,  degil  mana»  sorğusu  ilk baxışdan  in­

formativ  məzmun  daşısa  da,  ərənlik-bəylik  etiketindən  gəlir. 

Bu etiketə görə,  bir igidin başqa igiddən adını  gizlətməsi eyib 

sayılır.


Ritual  dialoq  Xan  divanı,  ov,  qoruq,  savaş  meydanı,  ağ- 

ban evlər obanın ucu, yol, yolayrıcı kimi  xronotoplarda baş tu­

tan ritual-dialoqlar, nitq etiketləri, xəbərləşmələr,  söz dartışma­

ları -  qavğalar fatik janrlara transformasiya olunur. Məsələn:

«Günlərdə  bir  gün  Yegnək  oturub  bəglər  ilə  söhbət 

edərkən Qaragünə  oğlı  Budağ  ilə  üz  düşmədi.  Bir-birinə  söz 

atışdılar.

Budağ aydır:  «Bunda laf urub nedirsən?  Çünki ər dilər­

sən,  varub babam  qurtarsana!  Nə  on  altı yıldır,  tutsaqdır?» -  

dedi.


Yegnək bu xəbəri eşitcək, yürəgi oynadı,  qara bağrı  sar­

sıldı. Qalqdı, Baymdır xanın nəzərinə vardı»;

«Səgrək  məst  oldı.  Dışra ayaq yolma çıqdı.  Gördi  kim, 

öksüz  oğlan  bir  qız  anı  çəkişir.  Mərə,  noldmız?»  Deyü  bir 

şillə birinə, bir şillə birinə urdı. Əski donun biti, öksüz dili acı 

olur.  Biri  aydır:  «Mərə,  bizim  öksüzlügimiz  yetməzmi,  bizi 

niyə  urarsan?  Hünərin var isə,  qartaşın Əlincə qələsində  əsir­

dir, var, anı qurtar!» -  dedi.

101



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə