Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

Yüce yerdən,  alçak yerə göz gözedən!

Bay Börə oğlı Beğ Barı (?) yigit!

Qanlı qoca oğlu Qan -  Turalı bəy üçün:

Qalm Oğuz ellerinden qalqup varan!

Qırk yiğidin yanma alan!  Qanlı kafir ellerinden aşan!

Qaynar akar mal (bol?) ırmaklarm geçən!

Çariplik ellere, gafil düşən!

Arslan ile boğasm, buğrasın, güreşçisin öldürən!

Otuz dokuz yiğidin,  qanın alan!

Adlu Oğuz'  a ad qoyan!

Sarı donlu Selcan qızını alan!

Qanlı Qoca oğlu Qan Turalı!  [bax:  107,  113-129]

«Kitabi-Dədə Qorqud»da:

«Qara dərə ağzında qadir verən, qara buğa dərisindən be- 

şiginin  yapığı  olan,  acığı  tutanda  qara  daşı  kül  eyləyən,  qara 

bığın yedi yerdə əmsəsində dügən Qazan qardaşı Qaragünə!»

«Parasarm  Bayburd  hasarından  parlayıb  uçan,  ap  alaca 

gərdəginə  qarşu  gələn  Qalın  Oğuz  imrəncəsi,  Qazan  bəgin 

yınağı Boz ayğırlı Beyrək!»

«Çaym baqsa çalmalu, çal qara quş ərdəmlü,  qur qurma 

quşaqlı,  qulağı  altun  küpəli,  Qalın  Oğuz  bəglərini  bir-bir  at­

dan yıqan Qazılıq qoca oğlı bəg Yegnək!»

«Yigirmi  dört  boym  oxşayan  Dəli  Dondar  yetdi.  Anm 

ardınca  bin  qövm  başları  Dügər  yetdi.  Anun  ardınca  bin 

Bəgdiz başlan Əmən!»

Öymə (alqış-dua)  panegerik  nitq janrı  kimi  oğuz  insanı­

nın inanc dünyasından türk toplumunun öz varlığından gəlirdi.

Qəhrəman  adlarının  panegerik  janrda  öymə  mətnində 

səslənməsi  magik  məqsəd  daşıyırdı.  Bu  münasibətlə  rus  ov­

sunlarında omomastikanın araşdırmaçısı A.V.Yudinin bir fikri 

maraqlıdır:  “Ovsun mətninə daxil  edilən xüsusi  adlar (...) ma­

74

gik  dünya  güclərinə  təsir  etmək  və  onları  ovsun-dua  akt  sub­



yektinə köməyə səfərbəretmə üçün vacib vasitəsidir  [279,17]

Xan  salamlama-öymə  ritualı  xan  məclisində,  xan  diva­

nında  gerçəkləşir.  Bayındır  xan,  Qazan  xan  Oğuzda  yüksək 

sosial  yerarxiyanı,  ali  hakimiyyəti  təmsil  edirlər.  Ritual  sa­

lamlama-öymə  hakimiyyət  -   toplum  münasibətlərinin  səviy­

yəsini ifadə edir.

«Dəli  ozan  gəldi,  baş  endirdi,  bağır  basdı,  salam  verdi. 

Beyrək aydır:

Alar sabah sapa yerdə dikiləndə ağban evli,

Atlasla yapılanda gög sayvanlu,

Tavla-tavla çəkiləndə şahbaz atlu,

Çağruban dad verəndə yol çavuşlu

Yığanduğunda yağ dökülən bol nemətlü!

Qalmış yigit arxası!  Bizə niskin umudı!

Bayındır xanın göygüsü!

Tülü quşun yavrısı!

Türküstanın dirəgi!

Amit soyının aslanı, Qaraçuğm qaplanı!

Qonuq atın ayası!

Xan Uruzun babası,

Xanım Qazan, ünim anla, sözim dində!..»

Dəli  ozanın  (Beyrək)  Qazan  xanı  salamlaması  etiket 

aktıdir.  Ritual  salamlama aktı  keçid  rituallar sisteminə  daxil­

dir:  Beyrək  sanki  iki  «dünyanın»  sərhədini  keçib,  «özünün- 

kü»yə çevrilir. Qazan xanla Beyrəyin (dəli ozanın) münasibəti 

simvolik mübadilə şəklində baş verir: ozan Qazanı salamlayır, 

onu tərifləyir (öyür). Qazan xan da öz statusuna uyğun olaraq, 

ozanı rəğbətləndirməli, mükafatlandırmalı olur.

Qazan xan toyda dəli  ozana «bir günlük bəylik»  statusu

verir.


«Müqəddimə»dəki  ritual öymələr performativ xarakterli

75



olub,  magik  universum  yaradır.  Bu  öymələr  əsasən  gerçək 

(xana) və ideal,  sakral (Tanrı, islam müqəddəsləri) adresatlara 

ünvanlanır.

Sakrallıq  dünyagörüşü  kimi,  inanc  və  düşüncə  kateqori­

yası  kimi,  bir  tərəfdən,  orta əsr türk  toplumlarının mifik-ideo- 

loji bütövlüyünü və varlığım qoruyurdu; digər tərəfdən,  «Kita- 

bi-Dədə  Qorqud»un  etnik-mədəni  sistemdə  uzunmüddətli  var­

lığını, mövcudluğunu şərtləndirən mühüm amillərdən biri idi.

«Ol  oğuz  zamanı»  kimi,  “Rəsulallah  zamanı”  epik  dü­

şüncədə yalnız etik hadisə deyil, həm də oğuz əxlaqının qəbul 

etdiyi xronotopik dəyər idi.

Bu  öymələrdə  Məkkə  və  onun  məscidi  islam  fenomen­

liyinin  obrazlarından  biri,  oğuz (türk)  sakral  məkan  düşüncə­

sinin təzahürü kimi təqdim olunur və öyülür.

«Alçaq yerdə yapılubdur Tanrı evi görklü».

Oğuz  bəyləri  daim  sakral  varlığı  -   Tanrını  öyürlər,  ən 

çətin  məqamlarda,  kritik  situasiyalarda  ona  sığmırlar,  ondan 

imdad  diləyirlər:  «Ol  ögdigın  yuca  tənri  dost  oluban  mədəd 

irsün».

yaxud:


Yucalardan у ucasan

Kimsə bilməz necəsən, əziz tənri?!

Anadan toğmadın sən, atadan olmadın,

Kimsə rizgin yemədün,

Kimsəyə güc etmədin,

Urdığını ulatmıyan ulu tənri!

Basduğın bərürtmiyən bəllü tənri!

Götürdigin gögə yetürən görklü tənri!

Qaqduğın qəhr edən qəhhar tənri!

“Müqəddimə”  mətnində  Peyğəmbər  (ə.s.)  və  ailəsinin 

öyülməsi  magik-ritual  ənənəsi  ilə bağlı  olub,  həm  də  «Rəsul- 

Iah zamannını»  mütləq  keçmiş  zaman kimi  (M.M.Baxtin)  qə­

76

bul  etmiş  oğuz  insanının  sakral  mənalara,  sakral  obrazlara 



inamın nəticəsi  idi.

«Dədə Qorqut yenə  soylamış,  görəlim,  xanım,  nə soyla-

mış:

Ağız açub ögər olsam, üstümüzdə Tanrı görkli,



Tanrı dostı, din sərvəri Məhəmməd görkli.

Məhəmmədin sağ yanında namaz qılan 

Əbubəkr Siddıq görkli.

Axır sipara başıdur «əmmə» görkli.

Hecasınlayın düz oqunsa, yasin görkli.

Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli.

Əlinin oğulları, - peyğəmbər nəvalələri -  

Kərbəla yazısında yezidlər əlində şəhid oldı 

Həsən ilə Hüseyn iki qardaş billə görkli.

Yazılıb-düzilib gögdən endi 

Tanrı elmi Quran görkli.

Ol Quranı yazdı-düzdi,

üləmalar ögrənincə köydi -  7 biçdi

alimlər sərvəri Osman  Üffan oğlı görkli.

Alçaq yerdə yapılubdur Tanrı evi Məkkə görkli.

Ol Məkkəyə sağ varsa, əsən gəlsə, 

sidqi bütün hacı görkli.

Bu  soylamalarda  da  təkrarın  elementar  fiqurundan  -  

anakolondan  (görklü...,  görklü...  Tənri...)  istifadə  olunur. 

Qədim  ritorik  fiqurlardan  olan  təkrar  zamanüstü  sferaya  se- 

miotik daxilolma formasıdır. XX əsr fransız filosofu Jil  Delez 

təkrarın mahiyyəti  ilə bağlı yazır ki,  «...təkrar <...> özlüyün­

də zamanın sintezidir -  zamanın transdental sintezidir, <.. .> o 

zaman  üzrə  keçmiş,  indiki  və  hətta  gələcək  zamanlardan 

ibarətdir...» [134, 294-295].

«Müqəddimə»də  bir  «ritorik  çərçivəyə  salınmış»  bu 

ritual  öymələr  mətnin  sakral  məntiqini  bütöv  qavramağa  im-

77



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə