Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

ytndır  xandan  buyruq  söylədir  kim,  oğlı-qızı  olmayam  tənri- 

təala qarğayıbdur, biz dəxi qarganş, -  demişdir» -  dedilər.

Oğuz  bəyləri  inanırlar  ki,  oğlu-qızı  olmayanlara  Tanrı 

qarğıyıbdır.  Bu «qara eyib»  oğuz bəyini  dəyər-davranış  siste­

mində  sakral  mənadan  məhrum edir.  Tanrı  qarğısı  Dirsə xam 

Oğuzda «özgə»ləşdirir,  onu Mərkəzdən periferiyaya keçirir.

Qarğış  performativliyinin  magik  gücünü  Dəli  Qarcarm 

elçiliyə  gəlmiş  Dədə  Qorqudu  qarşılama  səhnəsində  görürük. 

Dəli  Qacar hirslənib  onu  vurmaq  istərkən.  Dədə  Qorqud  ona 

qarğayır:  «Çalırsan,  əlin  qurısın!».  Sakral  varlıq  -   «vilayət 

issi»  olduğundan  Dədə  Qorqudun qarğışı  tutur:  Dəli  Qarcarm 

əli havada quruyur.

Qazan  xan  evinin  yağmalandığını,  ailəsinin  əsir  aparıl­

dığını  xəbərini  verən  çobana  qarğayır:  «Ağzın  qurusun,  ço­

ban!  Dilin  çürisin, çoban!  Qadir sənin alnuna qada yazsın, ço­

ban!» -  dedi.

Çoban qarğışdan qorxur:

Qazan bəy böylə digəc çoban aydır:

Nə qaqarsan bana, ağam Qazan?

Yoxsa köksündə yoqmıdır iman?

Təpəgöz başına gələnləri qarğışın nəticəsi kimi qəbul edir. 

«Ağ saqallu qocaları çoq ağlatmışam.

Ağ saqqalı qarışı tutdu ola, gözüm, səni?

Ağ birçəklü qancıqları çoq ağlatmışam.

Gözi yaşı tutdu ola, gözüm, səni?

Bığcağı qararmış yigitcigləri çoq yemişəm 

Qarıscuları tutdu ola, gözüm, səni?»

Ozan  sanki kosmoqonik  funksiyanın daşıyıcısı, sakral və 

profan dünyalar arasında mediator [242, 66] kimi, ictimai rəyin 

ifadəçisi, toplumsal etik dəyərlərin bilicisi kimi çıxış edir:

«Qolça qopız götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər.

Ər comərdin, ər nakəsin ozan bilür.

42

El-evünüzdə, çalub-ayıdan ozan olsun!»



Ozan ritual xronotopla bağlı obrazdır,  «eldən-elə gəzir», 

toya-düyünə  gedir.  Ozanın  Beyrəklə  görüşü  Bamç içəyin  to­

yunda baş tutur.

Eldə-obada  çalıb  oxuyan  ozanın  ritual  funksiyası  -- 

hədiyyə alması bir soylamada əksini tapıbdır:

«Adam Beyrək gedəli bizə ozan gəldigi yoq. 

Əgnimizdən qaftanımız aldığı yoq.

Başımızdan gecəligümüz aldığ yoq.

Buynuzı burma qoçlarımız yoq».

«Kitabi-Dədə  Qorqud»da  auditoriya  (məclis)  obrazının 

«göründüyü»  heyrət  oğurur.  Oğuznamə  söyləyicisinin -   oza­

nın  mövqeyi  ilə  auditoriyanın  (xan  məclisinin)  mövqeyi  üst- 

üstə  düşür:  ikisi də eyni ritorik-ideoloji  mövqeyi və ritual  söz 

məkanında eyni bir inancı və dünyagörüşü paylaşır.

Y.M.  Lotman  yazır  ki,  istənilən  mətn  (xüsusən  bədii 

mətn)  özlüyündə  auditoriyanın  obrazını  əks  etdirir.  Auditori­

ya obrazı ünsiyyət prosesində və müvafiq nitq janrları  əsasın­

da yaranır [bax:  178,  160-169].

Söyləyici  və  auditoriya  (xan  məclisi)  arasında  canlı 

emosional  ünsiyyətin  («xanım,  hey!»)  yaranması  ilə,  ozanın 

auditoriyaya müraciətləri  ilə dinləyicilər  (auditoriya) epik ha­

disələrin iştirakçısına (virtual personajına) çevrilir.

Ozan  «ol  oğuz  zamanın»da  baş  vermiş  hadisələrin  şa­

hidi,  iştirakçısı,  epik  qəhrəmanları yaxından  tanıyan,  onların 

taleyinə bilavasitə məsulliyyət daşıyan şəxs kimi çıxış edir.

Söyləyicinin (ozanın) xan məclisinə -  epik auditoriyaya 

müraciətləri  əslində ritual nitq stereotipləridir,  etiket formala­

rından biridir.

“Kitabi - Dədə Qorqud”un ictimai-sosial  ftınksiyasi türk 

(oğuz  )  etnosunun  tarixi  varlığı  ilə  bağlı  hadisələri  yaddaşda 

qorumaq  idi.  Ozan toplum  üçün gərəkli  olanı  yadda saxlayıb

43



söyləyirdi.  Etnik  mədəniyyətin  əsas  kodlarından  biri  kimi, 

müəyyən  sosial  ritual  kontekstində  mövcud  olmuş  “Dədə 

Qorqud” boylan həm də tipik adresata malik idi (MM.Baxtın 

yazırdı ki, “istənilən nitq ünsiyyəti sferasmda hər bir nitq jann 

onu janr  kimi  müəyyənləşdirən  müvafiq  adresat  konsepsiya­

sına malikdir). Ozanın əsas adresatı xan məclisidir.

Söyləyici epik mətnin (oğuznamənin) kommunikativ ins­

tansiyası kimi, nitq janrlan kontinunundan kənarda deyil. Möv­

cud mətn adresatın “varlığını” hiss etdirir. “Mətn adresatm dili­

ni  transformasiya  edir,  adresant  və  adresat  arasında  əlaqə  ya­

radır, adresantın özünü də transformasiya edir” [179,218].

“Kitabi-Dədə  Qorqud”  bütövlükdə  adresata  ünvanlan­

mış  canlı  nitq  kimi  qurulmuş  və  qorunub  saxlanmışdır.  Ri­

torik suallar, appelyativlər (müraciətlər) və dialoji nitqin digər 

formaları adresatın varlığını gücləndirir.

“Dədə  Qorqut  bir  daxi  soylamış,  görəlim,  xanım,  nə 

soylamış”;

“Ol  ögdügüm  yuca  Tanrı  dost  oluban  mədəd  irsün,  xa­

nım, hey!”

“Məgər,  sultanım,  genə  yazın  buğayı  saraydan  çıqar- 

dılar”;

“Oğlandır,nə bilsin?  Keyigi  qovardı  gətirürdi,  babasının 



önində sinirlərdi.”

“Soylamış,  görəlim,  xanım,  nə  soylamış”  sintaktik  qəli­

binin tərkibində “ xanım (-ım mənsubiyyət şəkilçisidir) müra­

ciət  formasının işlənməsi  ehtimal  etməyə əsas  verir ki, hansı­

sa bir xanın  qurduğu  məclisdə,daha dəqiq  desək,  abidənin də 

mətnində  təsvirinə  ətraflı  yer  verilmiş  el  toyuna,  yığıncağına 

b ə n p r  möhtəşəm  bir  qonaqlıqda  ustad  bir  ozanın  dilindən 

söylənilən  bu  dastanlaşmış  oğuz tarixi,  görünür, həmin xanın 

göstərişi  ilə  saray  katibi  (və  ya  katibləri)  tərəfindən  qələmə 

alınmışdır” [47,145].

44

Söyləyicinin  “xanım,  hey!”  müraciəti  boyların  ideoloji 



mahiyyətinə  də  işarə  etmiş  olur.  12  boydan  6-nın  başlığında 

“xanım,  hey!”  deyilmi  əksər soylamalann başlanmasına işarə 

edən etiket janrı olmasından xəbər verir.

Söyləyici  və  auditoriya  arasında  replika  forması  ritual 

ünsiyyət  mübadiləsidir.  Bu  trafaret-etiket  formulları  ayin  -  

mərasim mahiyyətlidir. AJLord hesab edir ki, şifahi poeziyada 

epik  formul  ritual  mənşəlidir,  çünki  səs  quruluşu  təkrarların 

köməyi  ilə ovsun  gücünə malik sözü,  yaxud anlayışı  fərqlən­

dirir...» [171, 81].

«Kitab»da hər boylama -  oğuznamə xana müraciət tipli 

formullar ilə -  “performanslarla” başlanır:

«Dirsə  xan  oğlı  Buğac  xan  boyını  bəyan  edər,  xanım

hey!»

«Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər»;



«Qambörənin  oğlı  Bamsı  Beyrək  boyını  bəyan  edər, 

xanım hey!»

«Qazan  bəg  oğlı  Uruz  bəgin  tutsaq  oldığı  boyu  bəyan 

edər, xanım, hey!»  və s.

Epik  söyləyicinin  (ozanın)  bu  «performansları»  təhkiyə 

prosesində  süjetyaradıcı  hadisəyə,  performativ  akta  çevrilir. 

Bu müraciətlərdən  sonra süjet sanki  «hərəkətə  gəlir»,  “canla­

nır” və situasiyaların süjet ardıcıllığı gəlir.

Ozanın boyların sonunda qəhrəmanının köməyinə gələn 

oğuz bəylərinin  adlarını  bir-bir sadalaması  da performativlər- 

dir:

«Qara  dərə  ağzında  Qadir  verən,  qara  buğa  dərisindən 



beşiginin yapağı  olan,  acığı  tutanda qara daşı kül  eyləyən,  bı­

ğın  ənsəsində  yedi  yerdə  güdən,  ərənlər  əvrəni  Qazan  bəgin 

qardaşı Qaragünə çapar yetdi: «Çal qılıcm, qardaş Qazan, yet­

dim!» -  dedi.

Bunun ardınca,  görəlim, kimlər yetdi.

45



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə