Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

effektini artırır:

«Bəglər,  qafillücə  qara  başım-gözüm  uyxuda  ikən  düş 

gördi.  Ala gözüm açuban,  dünya gördüm.  Ac-boz çapdırır al- 

panlar  gördüm.  Ac  işıqlı  alpları  yanıma  saldım.  Ağ  saqallu 

Dədə Qorqutdan oğut aldım .. .»

Personajların  verbal  davranışında  və  ünsiyyətində  and­

ların bir nitq janrı  olaraq xüsusi yeri var. A.Nəbiyev,  T.Hacı- 

vev, B.Abdulla, C.Bəydili,  Ü.Nəbiyeva və başqa tədqiqatçılar 

epik  mətndə  andlara  adətən  arxaik  kiçik  folklor  janrı  kimi 

diqqət yetirmiş, onu «inam və etiqadların məhsulu» kimi, «əs­

ki  təsəvvür,  düşüncə,  dünyagörüşü  ilə»  [2,  194],  K.Abdulla 

isə yasaqlarla, etik qaydalarla əlaqələndirmişdir [6].

And epik  sosiumda qəbul  olunmuş  konvensional  prose­

durlar  (ritual)  çərçivəsində  müəyyən  konvensional  nəticəyə 

gətirib çıxardan mütləq əməldir, yəni performativ aktdır. And 

içən  qəhrəman  müəyyən  deyimləri  (“ağam  başı”  üçün,  “Ya­

radan  haqqıçün” ...)  və  formulları  söyləməklə  toplum,  sakral 

varlıq,  yaxud  konkret  şəxs  önündə  öhdəlik  -   məsuliyyət  gö­

türmüş  olur.  İnanc  ənənəsində  «içilmiş  andı  sındırmaq,  ona 

əməl eləməmək bağışlanmazmış»  [2,  195].

And  performativ  akt  kimi  müəyyən  kommunikativ 

situasiyalarda qəhrəmanların ritual  davranışını  tənzimləyir  və 

yaxud modelləşdirir.

Qazan  xanın  kafir  əsirliyində  bu  davranışını  «antidav- 

ranış», mövcud normaların, əksinə çevrilmiş, tərsinə davranışı 

kimi səciyyələndirmək olar.

«Vardılar,  Qazanı  quyudan  çıqarub  gətürdülər.  Ayıt­

dılar:  «And  iç  kim,  yəni  bizim  elümizə  yağı lığa  gəlməyəsən

Qazan  aydır:  «Vallah,  billah,  toğrı  yolu  görər  ikən  əqri 

yoldan  gəlmiyənin!»  -   dedi.  Ayıtdılar:  «Vallah,  Qazan  eyü 

and içdi», - dedilər».

Oxşar situasiya başqa bir epizodda da təkrarlanır.  Kafır-

34

lər Qazan xanı and içdirib,  oğuz bəylərinin qabağına -  savaşa 



çıxartmaq istəyirlər:

«Təkur  aydır:  «Qazan  bəg,  üzərimizə  yağı  gəldi.  Bu 

yağıyı  üzərimizdən  ayırarsan,  səni  qoyu  verəlim!» -  dedilər. 

Həm  xəraca müti  olalım.  Sən  dəxi  and  iç  kim,  bu  bizim elə 

yağılığa gəlmiyəsən» -  dedilər. Qazan aydır:  «Vallah, vallah, 

toğrı  yolu görərkən  əgri  yoldan  gəlmiyəlim!  — dedi.  Kafirlər 

«Qazan eyü and içdi» deyü sevindilər».

Qazan  xanın  antidavranışı  (quyuda  ölüyə  qoyulan  aşı 

yeməsi, ölünü  «minməsi») okkazional, mərasim mahiyyətlidir 

və  Qazan xanm  sözünü  kafirlərin  tərsinə  anlaması  da  bu  üz­

dəndir, mərasim-oyun təcrübəsindən gəlməsi ola bilir.

Andlar  personajın  psixoloji-etik  motivasiyasıdır.  Alp 

Aruzun  xain,  məkrli  (Qazan  xana  qarşı  çıxmaq)  təklifinə 

Bamsı  Beyrək  razı  olmur,  ömrüboyu  Qazan  xana  sadiq  ola­

cağına and içir:

«Mən Qazanın nemətini çoq yemişəm,

Bilməzsəm, gözümə turşun!

Qaraqucda Qazlıq atına

Bilməzsəm, mana tabut olsun!

Yaxşı qaftanların çoq geymişəm,

Bilməzsəm, kəfənim olsun!

Ala bargalı otağına çoq girmişəm,

Bilməzsən, mana zindan olsun!

Mən Qazandan dönməzsəm, bəllü bilgil!»

Qısırca  Yengə  və  Boğazca  Fatma  toyda  qiyafətlərini 

dəyişib,  Banıçiçəyi  simvolik  əvəz edirlər.  Ancaq Bamsı  Bey­

rək,  Qısırca  yengəni  və  Boğazca  Fatmanı  tanıdığını  göstər­

mək üçün and içir:

«And içmişəm qısır qısrağa bindigim yoq

Binubəni qazavata varluğım yoq.

35



Boğazca Fatmaya isə:

And içəyim bu gəz boğaz qısrağa bindigim yoq 

Binubəni qazavata varduğım yoq» -  deyir.

Dəli  Domrul  Əzrayıl  onun  gözünə  görünsə,  onunla 

savaşacaq-vuruşacağına and içir: bu Əzrayıl sözü eşidir:

«Mərə  Əzrayıl  dedügimiz  nə  kişidi  kim,  adamın  canın 

alur? Ya  qadir Allah,  birligin,  varlığın  haqıçün,  Əzrayili  mə­

nim  gözümə  göstərgil,  savaşayım,  çəkişəyim,  dürişəyim,  - 

yaxşı yigidin canın qurtalayım».

Qardaşının kafir əsirliyində olduğunu bilən kimi, Səgrək 

onun  qisasını  almayınca,  gərdəyə  girməyəcəyinə  and  içir: 

«Mərə qavat qızı, mən qılıcıma toğranayım,  on yaşma varma- 

sun, ağanın yüzin görməyincə,  ölmiş  isə,  qanın almayınca bu 

gərdəgə girərsən!» - dedi.

Beyrək  də  belə  and  içir:  «Qılıcıma  toğranayım!  Oxıma 

sancılayım!  Yer  kibi  kərtləyin,  torpaq  kibi  savrılayın!  Oğuz 

yigidinin  öykəni  qapardı,  qılıcm  çıqardı,  yeri  çaldı  -   kərtdi. 

Ayıtdı  kimi,  yer kibi  kərtiləyin,  torpaq  kibi  savrılayın,  qılıcı- 

ma toğranayım, oxüma sancılaym!»

Gəlin  ona nə qədər yalvarıb yaxarsa da,  Səgrək qərarın­

dan  dönmür:  «Mərə  qavat  qızı,  ağam  başına  and  içmişəm, 

dönməgim yox!» - deyir.

Səgrəgin qoruqda bərk yatdığını  görən  Əgrək  Yaradana 

and içib ona təhlükənin olduğunu inandırmaq istəyir:

«Yaradan həqqiçün, turı gəlgil,

Dört yanım kafər bağladı, bəllü bilgil!»

And  performativ  deyimlər  kimi,  illokutiv  gücünə  və 

mbqsədinə  görə  situasiyaların  və  hadisələrin  (kommunikativ 

hadisələrin) gedişatına təsiretmə imkanına qadirdir.

«Müqəddimə»də  Dədə  Qorqud  soylamaları-aforizmlər 

«sıralanaraq  müəyyən  ahəngə,  melodiyaya  salınmışdır»  [32, 

251-252],  soylamalarm  bu  cür  sıralanması  anafora,  sinonim-

36

lik,  qafiyələnmə,  alliterasiya prinsipləri  ilə  şərtlənmişdir  [86, 



6-79].  “Bu nitqin sanki müəyyən başlanğıcı (aforistika,  ümu­

miləşmiş  semantikalı  konstruksiyalar),  dini-tərif ifadələri  ilə 

güclənən orta hissəsi (Ağız açıb öğer olsam, üstümüzdə Tanrı 

görklı..., Tanrı elmi Quran gorkli...) və nəhayət, sonu-nəticəsi 

(Ol  oğduğum  yuca  Tanrı  dost  oluban  mədəd  irsün,  xanım, 

hey!)  var.  Bu  ifadələr  deyilən -  deyilən nitq  parçalarının hər 

biri  struktur-funksional  quruluşdan  başqa,  öz  ritmikasma 

(“hey!,  amin”),  ritm-melodik  harmoniyaya,  “Lənətin  mahiy­

yətini  təçkil  edən ritmə malikdir [53,  85].  İ.Həmidovun təbiri 

ilə  desək,  “söz-iş”,  “söz-zərbə”,  “gözqaytaran  söz”  kimi  bö­

yük  bir güc  yaranır.  Ona görə də Dədə  Qorqudun nitqlərinin 

“üç janrlı” (başlanğıc-inkişaf-son) quruluşu da təsadüfi  deyil. 

Görünür, bu cür quruluşun özü elə Zaman və Məkanı birləşdi­

rən  vahid,  xüsusi  təyinatı  olan  kateqoriyaya  çevirən  nitqin 

quruluş harmoniyası, ritmikası, melodiyasıdır” [53,85].

Allah-Allah diməyincə işlər onmaz.

Qadir tənri verməyincə ər bayımaz.

Əzəldən yazılmasa, qul başma qəza gəlməz.

Əcəl vədə irməyincə kimsə ölməz.

Ölən adam dirilməz, çıxan can gerü gəlməz.

Bir yigidin  qara tağ  yumnsmca  malı  olsa,  yağar-dərər, 

tələb eylər, nəsibindən artuğın yeyə bilməz.

Ulaşuban sular taşsa, dəniz tolmaz.

Təkəbbürlük eyləyəni tənri sevməz.

Könlin yuca tutan ərdə dövlət olmaz.

Yad oğulı saqlamaqla oğul olmaz, -

Böyüyəndə salur gedər, gördüm diməz.

Kül dəpəcik olmaz,

Güyəgü oğul olmaz,

Qara eşək başma uyan ursan, qatır olmaz.

Qaravaşa don geyürsən, qadın olmaz.

37



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə