Yüce yerdən, alçak yerə göz gözedən!
Bay Börə oğlı Beğ Barı (?) yigit!
Qanlı qoca oğlu Qan - Turalı bəy üçün:
Qalm Oğuz ellerinden qalqup varan!
Qırk yiğidin yanma alan! Qanlı kafir ellerinden aşan!
Qaynar akar mal (bol?) ırmaklarm geçən!
Çariplik ellere, gafil düşən!
Arslan ile boğasm, buğrasın, güreşçisin öldürən!
Otuz dokuz yiğidin, qanın alan!
Adlu Oğuz' a ad qoyan!
Sarı donlu Selcan qızını alan!
Qanlı Qoca oğlu Qan Turalı! [bax: 107, 113-129]
«Kitabi-Dədə Qorqud»da:
«Qara dərə ağzında qadir verən, qara buğa dərisindən be-
şiginin yapığı olan, acığı tutanda qara daşı kül eyləyən, qara
bığın yedi yerdə əmsəsində dügən Qazan qardaşı Qaragünə!»
«Parasarm Bayburd hasarından parlayıb uçan, ap alaca
gərdəginə qarşu gələn Qalın Oğuz imrəncəsi, Qazan bəgin
yınağı Boz ayğırlı Beyrək!»
«Çaym baqsa çalmalu, çal qara quş ərdəmlü, qur qurma
quşaqlı, qulağı altun küpəli, Qalın Oğuz bəglərini bir-bir at
dan yıqan Qazılıq qoca oğlı bəg Yegnək!»
«Yigirmi dört boym oxşayan Dəli Dondar yetdi. Anm
ardınca bin qövm başları Dügər yetdi. Anun ardınca bin
Bəgdiz başlan Əmən!»
Öymə (alqış-dua) panegerik nitq janrı kimi oğuz insanı
nın inanc dünyasından türk toplumunun öz varlığından gəlirdi.
Qəhrəman adlarının panegerik janrda öymə mətnində
səslənməsi magik məqsəd daşıyırdı. Bu münasibətlə rus ov
sunlarında omomastikanın araşdırmaçısı A.V.Yudinin bir fikri
maraqlıdır: “Ovsun mətninə daxil edilən xüsusi adlar (...) ma
74
gik dünya güclərinə təsir etmək və onları ovsun-dua akt sub
yektinə köməyə səfərbəretmə üçün vacib vasitəsidir [279,17]
Xan salamlama-öymə ritualı xan məclisində, xan diva
nında gerçəkləşir. Bayındır xan, Qazan xan Oğuzda yüksək
sosial yerarxiyanı, ali hakimiyyəti təmsil edirlər. Ritual sa
lamlama-öymə hakimiyyət - toplum münasibətlərinin səviy
yəsini ifadə edir.
«Dəli ozan gəldi, baş endirdi, bağır basdı, salam verdi.
Beyrək aydır:
Alar sabah sapa yerdə dikiləndə ağban evli,
Atlasla yapılanda gög sayvanlu,
Tavla-tavla çəkiləndə şahbaz atlu,
Çağruban dad verəndə yol çavuşlu
Yığanduğunda yağ dökülən bol nemətlü!
Qalmış yigit arxası! Bizə niskin umudı!
Bayındır xanın göygüsü!
Tülü quşun yavrısı!
Türküstanın dirəgi!
Amit soyının aslanı, Qaraçuğm qaplanı!
Qonuq atın ayası!
Xan Uruzun babası,
Xanım Qazan, ünim anla, sözim dində!..»
Dəli ozanın (Beyrək) Qazan xanı salamlaması etiket
aktıdir. Ritual salamlama aktı keçid rituallar sisteminə daxil
dir: Beyrək sanki iki «dünyanın» sərhədini keçib, «özünün-
kü»yə çevrilir. Qazan xanla Beyrəyin (dəli ozanın) münasibəti
simvolik mübadilə şəklində baş verir: ozan Qazanı salamlayır,
onu tərifləyir (öyür). Qazan xan da öz statusuna uyğun olaraq,
ozanı rəğbətləndirməli, mükafatlandırmalı olur.
Qazan xan toyda dəli ozana «bir günlük bəylik» statusu
verir.
«Müqəddimə»dəki ritual öymələr performativ xarakterli
75
olub, magik universum yaradır. Bu öymələr əsasən gerçək
(xana) və ideal, sakral (Tanrı, islam müqəddəsləri) adresatlara
ünvanlanır.
Sakrallıq dünyagörüşü kimi, inanc və düşüncə kateqori
yası kimi, bir tərəfdən, orta əsr türk toplumlarının mifik-ideo-
loji bütövlüyünü və varlığım qoruyurdu; digər tərəfdən, «Kita-
bi-Dədə Qorqud»un etnik-mədəni sistemdə uzunmüddətli var
lığını, mövcudluğunu şərtləndirən mühüm amillərdən biri idi.
«Ol oğuz zamanı» kimi, “Rəsulallah zamanı” epik dü
şüncədə yalnız etik hadisə deyil, həm də oğuz əxlaqının qəbul
etdiyi xronotopik dəyər idi.
Bu öymələrdə Məkkə və onun məscidi islam fenomen
liyinin obrazlarından biri, oğuz (türk) sakral məkan düşüncə
sinin təzahürü kimi təqdim olunur və öyülür.
«Alçaq yerdə yapılubdur Tanrı evi görklü».
Oğuz bəyləri daim sakral varlığı - Tanrını öyürlər, ən
çətin məqamlarda, kritik situasiyalarda ona sığmırlar, ondan
imdad diləyirlər: «Ol ögdigın yuca tənri dost oluban mədəd
irsün».
yaxud:
Yucalardan у ucasan
Kimsə bilməz necəsən, əziz tənri?!
Anadan toğmadın sən, atadan olmadın,
Kimsə rizgin yemədün,
Kimsəyə güc etmədin,
Urdığını ulatmıyan ulu tənri!
Basduğın bərürtmiyən bəllü tənri!
Götürdigin gögə yetürən görklü tənri!
Qaqduğın qəhr edən qəhhar tənri!
“Müqəddimə” mətnində Peyğəmbər (ə.s.) və ailəsinin
öyülməsi magik-ritual ənənəsi ilə bağlı olub, həm də «Rəsul-
Iah zamannını» mütləq keçmiş zaman kimi (M.M.Baxtin) qə
76
bul etmiş oğuz insanının sakral mənalara, sakral obrazlara
inamın nəticəsi idi.
«Dədə Qorqut yenə soylamış, görəlim, xanım, nə soyla-
mış:
Ağız açub ögər olsam, üstümüzdə Tanrı görkli,
Tanrı dostı, din sərvəri Məhəmməd görkli.
Məhəmmədin sağ yanında namaz qılan
Əbubəkr Siddıq görkli.
Axır sipara başıdur «əmmə» görkli.
Hecasınlayın düz oqunsa, yasin görkli.
Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli.
Əlinin oğulları, - peyğəmbər nəvalələri -
Kərbəla yazısında yezidlər əlində şəhid oldı
Həsən ilə Hüseyn iki qardaş billə görkli.
Yazılıb-düzilib gögdən endi
Tanrı elmi Quran görkli.
Ol Quranı yazdı-düzdi,
üləmalar ögrənincə köydi - 7 biçdi
alimlər sərvəri Osman Üffan oğlı görkli.
Alçaq yerdə yapılubdur Tanrı evi Məkkə görkli.
Ol Məkkəyə sağ varsa, əsən gəlsə,
sidqi bütün hacı görkli.
Bu soylamalarda da təkrarın elementar fiqurundan -
anakolondan (görklü..., görklü... Tənri...) istifadə olunur.
Qədim ritorik fiqurlardan olan təkrar zamanüstü sferaya se-
miotik daxilolma formasıdır. XX əsr fransız filosofu Jil Delez
təkrarın mahiyyəti ilə bağlı yazır ki, «...təkrar <...> özlüyün
də zamanın sintezidir - zamanın transdental sintezidir, <.. .> o
zaman üzrə keçmiş, indiki və hətta gələcək zamanlardan
ibarətdir...» [134, 294-295].
«Müqəddimə»də bir «ritorik çərçivəyə salınmış» bu
ritual öymələr mətnin sakral məntiqini bütöv qavramağa im-
77