кап verir. Ritual təkrar müqəddimə mətninə bir “mərasim ha
vası” gətirir. Ona görə də nəzərdən keçirilən soylamalann-öy-
mələrin sakral-magik effekti «görklü», «Tənri» sözlərinin
təkrarlanması ilə gücləndirilir.
Dədə Qorqud soylamaları-öymələri mahiyyətcə perfor-
mativdir, alqış-dua məzmunlu bütöv mifopoetik nitqdir: «Mü
qəddimə bütövlükdə M if ruhunu, Mifin ifadəsini əks etdirən
elə bil ki, mikromətndir» [5, 127]. Bu mifopoetik “mikro-
mətn”də soylamalar özünəməxsus ritmə və intonasiyaya ma
likdir. Ritm isə performativ-magik mətnlərin əsas komponen
tini təşkil edir.
Qanturahnın şərəfinə qırx oğuz igidinin qopuzla söylə
dikləri ritual öymələr ritmik təşkilinə, təkrar sisteminə görə
performativ nitq janrlarıdır:
«Burada qırq yigit Qanturalıyı ögmüşlər. Görəlim, xa
nım, necə ögmüşlər. Aydır:
Sultanım Qanturalı, qalqubanı yerindən durmadınmı?
Yelisi qara Qazılıq atu binmədinmi?
Arqu bili Ala dağı avlayuban-quşlayuban
Babanın ağ-ban eşigində
qaravaşlar inək sağar görmədinmi?
«Buğa, buğa!» dedikləri
qara inək buzağısı degilmidir?
Alp ərənlər qırımından qayururdı.
Oldur, San donlu Selcan xatun köşkdən baqar,
Kimə baqsa, eşqiylə oda yaqar!
Qanturalı Sarı donlu qız eşqinə bir «hu!» dedi».
...Qanturalı yigitlərin ağlar gördi. Aydır: «Mərə, alca
qopuzun ələ alun, məni ögün! Sarı donlu qız eşqinə bir as
landan dönəyimmi?» - dedi. Yoldaşları burada soylamış, gö
rəlim, xanım, nə soylamış, aydır:
Sultanım Qanturalı,
78
Ağca sazlar içində
Sarı
gönlər görübən taylar basan,
Ön damarın dəlübən qanın soran,
Qara polad uz qılıcdan qayıtmayan,
Ağca tozlu qatı yaydan dərsinməyən.
Ağ yeləklü ötkün oxdan qayıtmayan,
Canvərlər sərvəri qağan aslan qıran,
Ala köpək itinə kəndözin taladarmı?
Alp yigitlər savaş güni
qırımından qayunrmı? - dedilər.
Sarı donlı Selcan xatun köşkdən baqar,
Kimə baqsa, eşqiylə oda yaqar!
Sarı donlu qız eşqinə bir «hu!» dedi Qanturalı: «Mərə
kafir, aslanını qoy-ver gəlsün!» - dedi».
Oğuzda öymə müəyyən etik dəyərlərlə şərtlənmiş dav
ranış-dəyər aktıdır. Kafirlər Qazan xam zindandan çıxarıb
onları öyməsini tələb edirlər. Qazan bəy adam öymədiyini,
öyünənləri də sevmədiyini bildirir:
«İmdi Qazan bəg, di, bizi ög!» - dedilər. Qazan aydır:
«Mən yer yüzində adam ögməzin. Bir adam gətürün, binəyim,
sizi ögəyim!» - dedi.
«Mərə kafirlər, qopuzum gətürün, sizi ögəyim!» - dedi.
Vardılar, qopuzu gətürdilər.
Əlinə alub, burada soylamış, görəlim, xanım, nə soyla-
mış, aydır:
Bin-bin ərdən yağı gördümsə, «oyunum» dedim.
Yigirmi bin ər yağı gördümsə, yiləmədim.
Otuz bin ər yağı gördümsə, ota saydım.
Qırq bin ər yağı gördümsə, qıya baqdım.
Əlli bin ər gördümsə, əl vermədüm.
Altmış bin ər gördümsə, aytışmadım.
Səksən bin ər gördümsə, səksənmədim.
79
Doqsan bin yağı gördümsə, donanmadım.
Yüz bin ər gördümsə, yüzüm dönmədim.
Yüzi dönməz qılıcum ələ aldım.
Məhəmmədin dini eşqinə qılıc urdım.
Ağ meydanda yumrı başı topca kəsdim.
Anda dəxi «ərəm-bəğəm» deyü ögünmədim.
Ögünən ərənləri xoş görmədim!
Əlünə girmiş ikən, mərə kafir, öldür məni,
Qara qılıcm sal boynuma, kəs başım.
Qılıncından sapanm yoq!
Kəndü əslim, kəndü köküm sımağım yoq! - dedi.
Bir soy dəxi soylamış, aydır:
Yüksək-yüksək qara dağdan daş yuvalansa,
Qaba ökcəm-oyluğum qarşu tutan Qazan ər idim.
Firon şişlər yükəlib yerdən çıqsa,
Qaba ökcəmlə pərçin qılan Qazan ər idim.
Qaba-qaba bəglər oğlı ğovğa qılsa,
Qamçı salub tökdürən Qazan ər idim.
Yuca dağları duman dursa,
Qara pusarıq dolı qopsa,
Qaraqucumun qulağı görinməz olsa,
Qayırı ərən qılağuzsız yol yanılsa,
Qılağuzsız yol başaran Qazan ər idim.
Yedi başlu əjdərhaya yetüb vardım.
Heybətindən sol gözüm yaşardı.
Hey gözüm, namərd gözüm, müxənnət gözüm,
Bir yılandan nə var ki, qorxdun! - dedim.
Anda dəxi «ərəm, bəgəm» deyü ögünmədim
Ögünən ərənləri xoş görmədim,
Əlünə girmişkən, mərə kafir, öldür məni,
yetür məni!
Çal qılıcın, kəs başını,
80
Qılıcından saparım yoq!
Kəndü əslim, kəndü köküm sımağım yoq!
Oğuz ərənləri durarkən səni ögməgim yoq! - dedi.
Qazan burda bir dəxi soylamış:
Arqıc qurda yıqanır Əmman dənizində
Sarb yerlərdə yapılmış kafir şəhri,
Sağa-sola çırbındı urar yüzgüçiləri,
Su dibində dönər bəhriləri,
«Tanrı mənəm» deyü su dibində çığırışur asiləri.
Önin qoyub tərsin oqur qızı-gəlini.
Altun aşıq oynar Sancıdanm bəgləri.
Altı qatla Oğuz vardı, alımadı.
Ol qalayı, altı baş ərənlə mən Qazan vardım,
altı günə qomadım, annı aldım.
Kəlisasın yıqub, yerinə məscid yapdım,
ban banlatdım.
Qızını-gəlinini ağ köksümdə oynatdım.
Bəglərin qul etdim.
Anda dəxi «ərəm, bəgəm» deyü ögünmədim.
Ögünən ərənləri xoş görmədim.
Əlünə girmişkən, mərə kafir, öldür məni,
yetür məni!
Qılıcdan saparım yoq!
Kəndü əslim, kəndü köküm sımağum yoq! - dedi.
Qazan yenə soylamış, aydır:
Arqıc qırda döndərdigim, mərə kafir, sənin baban.
Şəqaqına imrəndügim sənin qızın-gəlinin.
Ağca qala Sürməlidə at oynatdım.
Atla Qarun elinə çapqun yetdim.
Aq hasar qalasının bürcin yıqdım.
81