TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
cibliyini t
əsdiqləyir. Q.E.Kornilovun imitativlik nəzəriy-
y
əsinə görə, ilkin kök söz deyil, imitativdir. Onun fikrincə,
ilkin söz kökünü t
əşkil edən səslər fonemlər deyil, ide-
ofonlar s
əviyyəsində idi və funksional baxımdan müasir
söz funksiyasına uyğun gəlirdi. Vaxtilə ideofon səviyyəsin-
d
ə olan ilkin köklər hətta funksional baxımdan müasir dil-
d
əki cümlə modelinə uyğun olmuş, yəni cümlənin funksi-
yasını yerinə yetirmişdir (183, 181).
Müxt
əlifsistemli dillərdə analoji köklər təsadüfən uy-
ğunluq təşkil edə bilər. Biz həmin faktı heç də inkar et-
mirik, ancaq s
əs təqlidi ilə yaranan elə kök morfemlər möv-
cuddur ki, bunu dil universalil
əri və ya insan təfəkkürünün
eyni olması ilə bağlamaq düzgün deyil. Bu qrup sözlər pro-
todild
ə səs təqlidindən yaranmış və bu günümüzə qədər
g
əlib çıxmış kök sözlərdir ki, müxtəlif dillərdə fərqli fone-
tik v
ə semantik inkişafa məruz qalsalar da, ortaqlığı qoru-
muşdur. Əslində, ən qədim söz köklərinin mənşəyi məhz
s
əs təqlidi ilə bağlıdır.
Müxt
əlif dillərdəki qohum sözlərdə uyğun gələn mə-
naların tutuşdurulması ilkin mənanın deyil, sadəcə arxetipin
fonetik biçiminin b
ərpası üçün əsas yaradır (176, 38). Yəni
ilkin m
ənanın bərpası məsələsi çox nisbidir, amma səs uy-
ğunluqlarına görə ilkin fonetik formanın bərpası daha real-
dır. Dünya dillərində ortaq əlamətlər daha qədimliyi əks
etdirdiyi halda, f
ərqli cəhətlər sonrakı dövrün məhsulu kimi
ortaya çıxır. Məsələn, türk dillərində genetik qohumluğu
t
əsbit edən kök sözlər anatürk dilinin ilkin söz bazası haq-
qında təəssürat yaradırsa, əksinə, fərqli leksik-semantik
amill
ər sonrakı dövrün inkişafını əks etdirir. Dünya dillə-
rind
ə ortaq leksikanın bir hissəsini əhatə edən və ən qədim
59
BABA MƏHƏRRƏMLİ
söz qrupuna aid edil
ən qohumluq bildirən sözlərin də mən-
şəyi imitativlərlə bağlanır. Buna görə də, etimoloji təhlildə,
araşdırmalarda səs təqlidi amilini nəzərə almaq lazımdır.
S
əs simvolizmi nəzəriyyəsi bir sıra ilkin söz kök-
l
ərinin yaranma səbəblərini izah etməyə imkan verir. Hətta
q
ədim qaynaqlarda izini tapa bilmədiyimiz söz köklərinin
əksəriyyətinin mənşəyini, əmələgəlmə prosesini səs təqlidi
v
ə səs simvolizmi ilə izah etmək mümkündür. A.M.Qazov-
Qinzberqin (138), Q.E.Kornilovun (184) v
ə S.V.Voroninin
(133)
əsərlərində səs təqlidinin və səs simvolizminin kök
sözl
ərin yaranmasındakı rolu dərin elmi izahını tapmışdır.
Müxt
əlifsistemli dillərdə oxşar sözlərin bir qismi fərqli
situasiyalarda yaranan eyni asso
siasiyanın nəticəsində ox-
şar vəziyyətləri əks etdirən köklər kimi bir-birindən asılı ol-
mayaraq for
malaşır. Məsələn, E.Z.Kajibəyov *qar- “lənət-
l
əmək” tipli sözlərin müxtəlifsistemli dillərdə işlənməsini
(
ər. qa:r “lənət”, hind.-Avr. *gar “qışqırmaq” və s.) təsa-
düfi hal hesab edir v
ə səs təqlidi (imitativ) ilə müxtəlif dil-
l
ərdə oxşar sözlərin yaranmasının bir-birindən asılı olma-
dığını qeyd edir. Eyni zamanda E.Z.Kajibəyov araşdırma-
sında təqlid əsasında yaranmış nostratik mənşəli sinkretik
kökl
ərdən nümunələr təqdim edir (165, 220, 221). Görün-
düyü kimi, türkoloqun bu m
əsələyə münasibətində ziddiy-
y
ətli məqamlar özünü göstərir. Müqayisə edək: sam.-ham.
*gar
“acıqlı olmaq” (HSED, 203), şum. qir // qi // qe “əsə-
bi, acıqlı olmaq” (SL, 41).
Dilçilikd
ə çox zaman bu ideya irəli sürülür ki, müx-
t
əlifsistemli dillərdə analoji sözlərin mövcudluğu səs təqlidi
il
ə bağlıdır, buna görə də onların uyğunluğu təsadüfi xarak-
ter da
şıyır. Ancaq elə səs təqlidi ilə yaranan sözlər var ki,
60
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
onlar haq
qında bu fikri söyləmək real səslənmir. Məsələn,
qohumluq terminl
əri dünya dillərinin ən qədim leksik la-
yına aiddir. Bu tipli köklər tipoloji cəhətdən fərqlənən dil-
l
ərdə qorunan homogen sözlərdir. Dünya dillərinin homo-
genliyini söz s
əviyyəsində sübut edən leksik laylardan biri
m
əhz qohumluq terminləridir. Türk dillərində işlənən söz
kökl
ərinin, o cümlədən xalis leksik qat sayılan feillərin də
bir qisminin m
ənşəyi məhz səs təqlidi ilə bağlıdır.
Müxt
əlifsistemli dillərdə oxşar söz köklərinin bir
qismi ilkin dövrd
ə səs təqlidi əsasında yaranmış, sonradan
is
ə həmin köklərin allomorfları müxtəlif dillərə yayılmışdır.
S
əs təqlidindən yaranan sözlərin fərqli statistikaları möv-
cuddur. G.J.Ramstedt Altay dill
ərinin əksəriyyətinin lüğət
fondunun onomatopoetik s
əciyyəli olduğunu qeyd edir.
A.Yohanneson 2200 hind-Avropa söz kökünd
ən 530-nun
s
əs təqlidindən yarandığını ehtimal edir. A.M.Qazov-Qinz-
berq sami dill
ərində 181 feil kökünün 115-nin səs təqlidin-
d
ən yarandığını, 26-nın isə səs təqlidindən yaranması ehti-
malının olduğunu göstərir (138, 130-131). Türk dillərindəki
s
əs təqlidi ilə yaranan sözlərin bir çoxu monosillabik quru-
luşa malikdir. Araşdırmalarda qazax dilində 2000-dən
3000-
ə qədər leksik vahidin səs təqlidi əsasında forma-
laşdığı göstərilir. Qədim hind-Avropa dillərindəki 203 söz
kökünün 50-d
ən çoxu səs təqlidi əsasında yaranmışdır.
K.
Ş.Xusainovun qeydinə görə, səs təqlidindən formalaşmış
CVC (samit+sait+samit) tipli t
əkhecalı sözlərin sayı qazax
dilind
ə 200-dür (280, 159). Müxtəlifsistemli dillərdə bənzər
söz kökl
ərinin səs təqlidi əsasında yaranması səs təqlidinin
kök sözl
ərin təməl mənbələrindən biri olduğunu sübut edir.
M
əsələn, şum. sub // su-ub (SL, 22), protokor. sup-u,
61
Dostları ilə paylaş: |