Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə121/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   117   118   119   120   121   122   123   124   ...   137

 
324 
çörək qazanmağa başlayır. O, düzüb-qoşduğu ürəkaçan şeirləri ilə ar-
tıq  bütün  vilayətdə  tanınır,  sorağı  qonşu  qırğız  torpağına  da  yayılır. 
Tezliklə  akınlığın  sirlərini  Suyunbay  (1815-1898)  adlı  el  sənətkarın-
dan  mənimsəyən  Jambıl  qazax  dilində  mahnılar  qoşaraq  eyni  anda 
çalıb-oxuyur,  aytıslarda  (şeir  yarışmaları,  deyişmələr  –  A.Ş.)  bacarı-
ğını göstərir.  
Təhsil  almaq  imkanı  olmayan  Jambıl  bütün  qazax  çöllərində 
dildən-dilə keçərək məşhur olmuş şeirlərini bədahətən söyləyirdi. Elə 
həmin  vaxtdan  da  Jambıl  aytısların  daimi  iştirakçısına  çevrilmişdi. 
Məşhur söz ustadının adlı-sanlı akınlarla deyişmələri bu gün də qazax 
şifahi  xalq  yaradıcılığının  qiymətli  xəzinəsi  hesab  olunur.  Şeir  yarış-
malarında təcrübəli akınlarla deyişərək dəfələrlə qalib gələn Jambıl el 
arasında  nəsihətamiz  mahnıların  ustası  kimi  şöhrət  qazanır.  Onun  ən 
çox  sevilən,  populyarlıq  qazanmış  aytısları  içərisində  Baktıbay,  Ay-
kumıs,  Sarıbas,  Şaşubay,  Kulmambet  və  başqaları  ilə  deyişmələri 
xüsusilə  seçilir.  Təcrübəli  akın  Kulmambetlə  deyişmədə  qalib  gələn 
Jambıl öz nəslinin ən hörmətli və populyar akınına çevrilir. O, özünün 
improvizə  bacarığı  ilə  həftələrlə,  aylarla  “Koroğlu”,  “Şahmərdan”  və 
s.  kimi  dastanları  ifa  edərək  hərtərəfli  istedad  və  bacarığını  artırırdı. 
Ustadı  Suyunbayın  poetik  ənənələrini  uğurla  davam  etdirən  Jambıl 
Jabayev əsərlərində sadə xalqın ümid və arzularını qələmə almış, xalq 
qəhrəmanlarının igidliklərini tərənnüm etmiş, feodal zülmü və məhru-
miyyətlərinin  qatı  əleyhdarı  kimi  çıxış  etmişdir.  Jambıl  “Şağım”, 
“Şabdəngə”,  “Patşa  əmiri  tapıldı”,  “Zildi-buyrık”  kimi  şeirlərində 
xalqın sosial-siyasi həyatının poetik cizgilərini çəkmişdir.  
Qırğız Balık, Tınıbek, Kalıqul, Naymanbay, Katağan, Toktoğul, 
Muradəli,  Əlimkulla  ilə  deyişmələri  də  yaddaşlarda  dərin  iz  burax-
mışdır.  Qırğızların  qəhrəmanlıq  dastanı  “Manas”a,  həmçinin  “Şah-
namə”, “Koroğlu” və “Min bir gecə” kimi Şərq poemalarına musiqili 
əlavələri  ona  daha  çox  şöhrət  qazandırmışdır.  O,  1916-cı  ildə  qazax 
çöllərində  çar  rejiminə  qarşı  başlamış  milli-azadlıq  hərəkatının  fəal-
larından birinə çevrilmiş, bu dövrdə həmin mövzuda “Çar fərmanının 
məngənələri”  və “Əsəbi  fərman”  əsərlərini qələmə almışdır. Jambılın 
sovet dövrünə qədərki deyişmə və şeirləri demək olar ki, saxlanılma-
mış, yalnız şifahi şəkildə nəsildən-nəslə ötürülən hissələr bu günümü-
zə  gəlib  çatmışdır.  Həmin  əsərlərdən  “Atama”,  “Şaltabaya”,  “Kali”, 
“Molla Bəyzəkə” və s. daha məşhurdur. İstedadlı və vətənpərvər akın 
öz  yaradıcılığında  qazax  xalqının  keçmişindən  yazmış,  bu  günündən 
bəhs  etmiş  və  gələcək  arzularını  qələmə  almışdır.  Ömrü  boyu  məh-
suldar  yaradıcılıqla  məşğul  olmuş  şairin  ahıl  yaşlarında  olması  belə 


 
325 
ona  “Utegen  batır”,  "Suranşi  batır"  kimi  dastanlara  yenidən  “can 
verib”  dirçəltməyə  mane  olmamışdır.  Onun  dilindən  söylənilən  “Su-
ranşi batır”, “Ötəgən batır” dastanları, “Tənbəl haqqında nağıl”, “Xan 
və akın” kimi  nağıllar XX  əsrin  əvvəllərində  yazıya alınmışdır. Əbəs 
yerə deyildir ki, professor Nizami Cəfərov məşhur qazax akınını “xalq 
(epos) poeziyasını ən yeni dövrə gətirib çıxaran, tarixi müasirləşdirən 
bir sənətkar” [2, s. 7] kimi səciyyələndirmişdir. 
Jambıl  1917-ci  il  Oktyabr  inqilabını  sevinclə  qarşılamış,  bu 
məqsədlə  1919-cu  ildə  Semireçye  akınlarının  yürüşündə  yaxından 
iştirak etmişdi. Oktyabr inqilabından sonra Jambıl Jabayevin yaradıcı-
lığında  dövranı  vəsf  edən  yeni  meyillər  yaranmağa  başlayır.  Məşhur 
akın  yeni  rejimi  alqışlayır  və  “xoş  gün-güzəranı”  vəsf  edən  poetik 
əsərlər  yaradır.  Onun  1936-cı  ildə  qələmə  aldığı  “Oktyabr  himni”, 
“Mənim  Vətənim”,  “Leninin  mavzoleyində”,  “Lenin  və  Stalin”  və 
sairə  kimi  şeirləri  sovet  dövründə  böyük  populyarlıq  qazanmışdır. 
Böyük söz ustadı Oktyabr inqilabından sonra qazax xalqının həyatında 
baş vermiş tarixi dəyişikliklərə böyük ümid bəsləyirdi. Şairin 1936-cı 
ildə  Moskvada  “Pravda”  qəzetində  dərc  edilmiş,  “Doğma  ölkəm” 
("Туған  елім")  adlandırdığı  poetik  düşüncələri  qocaman  akını  bütün 
SSRİ-də  şöhrət  zirvəsinə  qaldırmışdı  [3].  1936-1945-ci  illər  ərzində 
13  min  bənddən  çox  şeiri  çap  olunmuş  şair  yeni  dövranın  nailiyyət-
lərini, Böyük Vətən müharibəsi illərində qələbəni və xalqın qəhrəman-
lığını tükənməz coşqu ilə tərənnüm etmişdir.  
Jambılın  1934-cü  ildə  incəsənət  ustalarının  1-ci  respublika  qu-
rultayındakı  çıxışı  təsdiqlədi  ki,  o,  həqiqi  mənada  xalqın  şairidir. 
1936-cı ildə Moskvada qazax ədəbiyyatı və incəsənəti ongünlüyündə, 
bir ildən sonra isə  Tbilisidə “Pələng dərisi  geymiş  pəhləvan” poema-
sının 750 illiyi  münasibətilə keçirilmiş  yubiley mərasimində 90  yaşlı 
Jambıl  Jabayevin  çıxışları  qazax  poeziyasının  şöhrətini  daha  yüksək 
dərəcəyə  qaldırmışdır.  1938-ci  ildə  poetik  yaradıcılığının  75  illiyi  ilə 
əlaqədar  Romen  Rollan,  Mixail  Şoloxov  və  o  dövrün  digər  məşhur 
yazıçıları ona təbrik məktubu göndərmişlər.  
Onun mahnıları dövrü tərənnüm edir, çoxlu tirajla çap olunurdu. 
Ahıl akın hər yerdə hörmət-izzətlə qarşılanır, Şərqin yeni dövrü alqış-
layan müdrik ağsaqqalı kimi təqdim edilirdi. Jambıl Jabayev Qazaxıs-
tanın ən hörmətli akını, onun mahnıları isə qazax aul məişətinin yeni 
təzahür  formasının  təsviri  kimi  qəbul  olunurdu.  Qazax  xalqının  sözə 
vurğunluğunu və böyük sənətkara qiymətini Rusiya Elmlər Akademi-
yasının müxbir üzvü Dina Amanjolova sənətkarlıqla belə ifadə etmiş-
dir:  “Biz  bilirik  ki,  söz  mədəniyyəti  qazaxlar  üçün  həddindən  artıq 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə