326
vacibdir və o (Jambıl Jabayev nəzərdə tutulur – A.Ş.), öz missiyasını
parlaq şəkildə yerinə yetirmişdir” [4].
Şair-akın, improvizəçi-akın, eləcə də müdrik jırşı (şeir söyləyən)
və söyləyici kimi məşhur olmuş Jambıl Jabayev qazax vətəndaş siyasi
poeziyasının formalaşmasında əhəmiyyətli rol oynamış, xalq poezi-
yasının yeni istiqamətlərinin yaradıcısı kimi şöhrət qazanmışdır. Onu
xalq poeziyasının atası adlandırır, misralarını şüar kimi səsləndirir-
dilər. Jambılın yaradıcılığı ümumxalq malı idi. Onun əsərləri dünyanın
bir çox dillərinə tərcümə edilmiş, bir sıra ölkələrdə yayılmışdır.
Jambıl, müasir terminologiya ilə desək, multikultural dəyərlərin daşı-
yıcısı idi; o, heç vaxt insanları irqinə və millətinə görə ayırmırdı.
Böyük Vətən müharibəsi illərində görkəmli şairin “Leninqradlılar,
mənim balalarım!”, “Moskva” və başqa əsərləri böyük qələbənin qa-
zanılmasında, arxa cəbhənin əsgərlərlə əlaqələrinin daha da möhkəm-
lənməsində əhəmiyyətli rol oynamışdı. Təsadüfi deyil ki, “Leninqrad-
lılar, mənim balalarım!” şeiri bu gün də “hərbi poeziyanın mirvarisi”
[5] kimi tarixdə yaşayır.
Jambıl Jabayev keçmiş SSRİ-nin bütün müttəfiq respublikala-
rının yaradıcı qüvvələrinin əksəriyyəti kimi o dövrdə mövcud olmuş
sosializm realizmi deyilən bir cərəyanın daşıyıcılarından idi. Bu gün
hətta bir çoxlarının haqsız olaraq məzəmmət olunduğu yaradıcı qüv-
vələr öz milli, istiqlal dolu arzularını da məhz həmin ideoloji buxovun
içərisində əridərək fikirlərini dolayı da olsa oxuculara çatdıra bilir-
dilər. Jambıl Jabayev də qazaxların əsarətdən qurtulduğunu sevinclə
qələmə almış, xalqının mənəvi keçmişindən qaynaqlanaraq min illər
boyu yaddaşında saxladığı qəhrəmanlıq dastanlarını, nəğmələrini,
nağıllarını geniş dairədə yayaraq yaşatmış, xalqın milli-azadlıq müca-
diləsini şərəflə tərənnüm edərək coşqu ilə səsləndirmişdir. Kommunist
ideologiyasının hökm sürdüyü bir dövrdə keçmiş adət-ənənələri, qəh-
rəmanlıqla dolu mübarizə dövrünü, yadelli işğalçılara qarşı vuruşmuş
batırların şücaətini sovet dövründə qələmə alıb yaymaq, onu xüsusi
olaraq vurğulamaq asan məsələ deyildi, bu, böyük cəsarət və mərdlik
tələb edirdi. Ona görə də Jambıl kimi yaradıcı şəxsiyyətləri dövrə,
zəmanəyə tənqidi münasibətdən doğan tendensiya çərçivəsində mə-
zəmmət etmək, bir çox hallarda isə hətta aşağılamaq hər kəsin istədiyi
fikri asanlıqla söyləyib yaya bildiyi bu günümüzdə qətiyyən yolveril-
məzdir. Daima yadellilərlə mücadilədə olmuş, torpaqları pərakəndə,
əhalisinin mütləq əksəriyyəti savadsız olan böyük bir məmləkətin yeni
quruculuq həyatına qədəm qoyması fərəhli hal deyildimi, yaxud yeni
dövranı bütün əzəməti ilə tərənnüm etmək elə təkcə sosializmi təbliğ
327
etmək idimi? Bir də axı Böyük Vətən müharibəsi cəbhələrində igid-
liklə döyüşüb el-obasını düşmənlərdən qoruyan, övladı (şairin oğlu
Alqaday Böyük Vətən müharibəsində Dnepropetrovsk vilayətinin Si-
nelnikovo şəhərinin faşistlərdən azad olunması uğrunda gedən döyüş-
lərdə qəhrəmancasına həlak olmuşdur) ilə bir sırada vuruşan qəhrəman
əsgərlərə xitabən yazılmış “Leninqradlılar, mənim balalarım” şeirini
qocaman şair necə ürəkdən yazmaya bilərdi və bu kimi əsərlərin
müəllifini hansı mənəvi haqla tənqid etmək olardı?
Qeyd etmək yerinə düşür ki, bu gün də Sankt-Peterburqda
Jambıl küçəsi (1952) mövcuddur. 2002-ci ildə şəhərdə əlində dombra
tutmuş məşhur akının milli geyimdə 4 metrlik abidəsi ucaldılmış, fəv-
varə qarşısındakı daş pillələrdə şairin məşhur “Leninqradlılar, mənim
balalarım..” sətirləri həkk olunmuşdur.
Məşhur nəğməkar şair 1945-ci il iyunun 22-də 100 yaşının ta-
mamına 8 ay qalmış dünyadan köçmüş, Alma-Ata vilayətinin Jambıl
rayonunun Jambıl aulunda (rayon və aul şairin şərəfinə adlandırıl-
mışdır) dəfn olunmuşdur. Şairin aulda yaşadığı evdə Jambıl muzeyi
yaradılmış, vaxtilə öz əlləri ilə əkib-becərdiyi ağaclardan ibarət bağ
salınmışdır. Aul Almatı şəhərinin 60 kilometrliyində Uzunağac qəsə-
bəsinin yaxınlığında yerləşir.
Xalqın milli ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynamış
qüdrətli söz ustadının obrazı qazax incəsənətinin demək olar ki, bütün
janr və növlərində öz əksini tapmışdır.
O, sağlığında ikən dövrün ən ali mükafatları ilə təltif olunmuş,
Lenin ordeni və 1941-ci ildə Stalin mükafatı almış, öz adını və xalqını
şərəfləndirərək keçmiş SSRİ-nin Dövlət mükafatı laureatı adını qazan-
mışdır. Qədirbilən qazax xalqı ömrü boyu doğma xalqının mənafeyinə
xidmət etmək kimi müqəddəs bir amalla yaşamış və bu yolun yo-
rulmaz yolçusu olmuş Jambıl Jabayevin xatirəsini təkrarsız söz ustadı
kimi daima əziz tutur.
İstər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində bir
sıra ölkələrdə, o cümlədən Azərbaycanda Jambıl Jabayevin yaradıcı-
lığı qismən də olsa araşdırılmışdır. Vaxtilə xalq şairi Səməd Vurğun
Jambıl Jabayevi “şeirimizin ağsaqqalı” kimi dəyərləndirmişdir.
AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya üzrə elmlər dok-
toru Nizami Tağısoy və başqaları görkəmli qazax şairinin əsərlərindən
söz açmış, yaradıcılığı haqqında dəyərli fkirlər söyləmişlər. Professor
Nizami Cəfərov “Türk xalqları ədəbiyyatı” kitabında [2] Jambıl Ja-
bayevin “Ötəgən batır” poeması ilə “Aladağ” şeirini çap etdirərək akı-
nın yaradıcılığına böyük yer vermişdir.
Dostları ilə paylaş: |