Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

42 



 

əlaqədardır  ki,  durasiya  qəpi  faizlər  azalan  zaman  aktivlərin  dəyərinin  öhdəliklərin 

dəyəri  ilə  müqayisədə  daha  çox  artmasını  nəzərə  almağa  imkan  verir.    Bu  da 

durasiya  qəpi  metodunun  üstünlüyü  hesab  edilir.  Lakin,  bu  metodun  da  bir  sıra 

çatışmazlıqları var:  

 



Gəlir  əyrisinin  kiçik  dəyişdiyi  halda  tətbiq  edilir.  Faiz  dərəcələrinin  çox 

dəyişməsini, qabarıqlığı dəqiq ölçmür;  

 

Faiz  dərəcələrinin  dəyişməsi  nəticəsində  gözlənilən  pul  axınlarını  nəzərə 



almağa imkan vermir;  

 



Bank  portfelində  bir  çox  aktiv  və  öhdəliklər  bazarda  sərbəst  alınıb-satıla 

bilmirlər və onların bazar qiymətini hesablamaq çətin olur;  

 

Mövcud  və  ya  yeni  maliyyə alətləri  üçün  gələcək bazar dəyəri  üzrə  proqnoz 



vermir.  

Riskə Məruz Dəyər 

Faiz  riskinin  hesablanması  üçün  tətbiq  edilən  sonuncu  metod  isə  Riskə  Məruz 

Dəyərdir. Bank Nəzarəti üzrə Bazel komitəsi tərəfindən 1996-cu ildə irəli sürülmüş 

kapital tələbi standartlarına əsasən bazar risklərini idarə etmək üçün bir sıra analitik 

metodlar  nəzərdə  tutulmuşdur.  Metodlardan  biri  kimi  RMD-ni  göstərmək  olar. 

RMD müəyyən əminlik səviyyəsində gözlənilməyən riskləri qarşılamağa və birbaşa 

kapital buferini ölçməyə imkan verir (Jorion, səh 49).  

Bazel  komitəsi  1996-ci  ildəki  razılaşmaya  əsasən  bazar  riski  üçün  kapital  tələbini 

ticari  portfeldəki  faiz  riskinə,  o  cümlədən  həm  ticari,  həm  də  bank  portfelindəki 

xarici  valyuta  riski  və  əmtəə  riskinə  yönəltmişdir.  Qeyd  edək  ki,  o  dövrdə  bank 

portfelində  faiz riski üzrə kapital tələbinin  irəli sürülməsi barədə  müzakirələr getsə 

də, bu yanaşma üzrə vahid fikir əldə olunmamışdır. Hazırda qlobal bank sektorunda 

bank  portfelində  faiz  riski  tələbinin  də  minimum  kapital  adekvatlığı  əmsalında 

nəzərə  alınması  üzrə  müzakirələr  gedir.  Artıq  bir  sıra  nəzarət  orqanları  (məsələn, 

Avstriya  (OENB  &  FMA,  2008))  bank  portfelində  faiz  riski  üzrə  metodologiyanı 

qanunvericiliklə təsbit ediblər.  

 Qeyd  edək  ki,  əvvəlki  metodlardan  fərqli  olaraq,  bu  metod  proqnoz  xarakteri 

daşıyır  (əvvəlki  iki  metod  ssenariyə  əsaslanır).  RMD  hesablanan  zaman  müxtəlif 

metodologiyalardan  (parametrik,  tarixi  simulyasiya  və  Monte-Karlo  simulyasiyası) 

istifadə  edilir.  Hər  üç  metodun  xüsusiyyətləri,  üstünlük  və  çatışmazlıqları  nəzərə 

alınaraq  hipotetik  bank  sistemi  üçün  tarixi  simulyasiya  və  Monte-Karlo 

simulyasiyasından istifadə ediləcəkdir.  



Faiz riskinin qiymətləndirilməsi 


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

43 



 

Yuxarıda  qeyd  edilən  metodlardan  istifadə  edilərək,  hipotetik  bank  sistemində  faiz 

riskinin  hesablanması  üçün  iki  şərti  bank  seçilmişdir.  Bu  banklar  üçün  ilkin 

mərhələdə  ödəniş  müddətləri  bölgüsü  cədvəlinə  uyğun  olaraq  FHA  və  FHÖ  təhlil 

edilmişdir (cədvəl 4).  

C

Ə

DVƏL 

4.

 

A

 VƏ 

B

 ŞƏRTI BANKININ AKTIV VƏ ÖHDƏLIKLƏRI ÜZRƏ ÖDƏNIŞ MÜDDƏTI

 

A bankı

 

B bankı

 

Müddət 

FHA payı, %

 

FHÖ payı, %

 

FHA payı, %

 

FHÖ payı, %

 

1 ay 


13 


14 

40 

1-3 ay  


10 

10 



3-6 ay  


14 

18 


22 


6-12 ay  

25 


38 

21 


13 

12 aydan çox  



45 

23 


52 

20 


Cəmi  

100 

100 

100 

100 

Qeyd  edilən  şərti  bankların  faiz  dərəcələri  üzrə  statistik  göstəricilərinə  baxdıqda, 

məlum  olur  ki,  B  bankının  faiz  dərəcələri  üzrə  volatilliyi  A  bankı  ilə  müqayisədə 

yüksəkdir  (şəkil  1).  Təhlildən  çıxan  ilkin  nəticə  kimi  B  bankında  faiz  riskinin  A 

bankı  ilə  müqayisədə  daha  yüksək  olduğunu  göstərir.  Bunun  nə  dərəcədə  düzgün 

olduğunu növbəti hesablamalar göstərəcəkdir. A bankının balansında uzunmüddətli 

aktiv  və  öhdəliklər  üstünlük  təşkil  etdiyindən,  əsasən  bu  mövqe  üzrə  faiz 

dərəcələrinin dəyişməsi bankın faiz riskinə təsir edə bilər. 



 

Şə

kil 1.  A və B şərti bankının orta faiz dərəcələrinin dinamikası

1

 

   


 

Ümumilikdə,  bu  şərti  bankların  aktivlər  üzrə  faiz  dərəcələrinin  volatilliyi  passivlər 

üzrə  faiz  dərəcələri  ilə  müqayisədə  daha  yüksəkdir.  Hər  iki  bankda  FHÖ  üzrə 

mövqeyində faiz dərəcələri kiçik diapazonda dəyişirsə, FHA üzrə faiz dərəcələrində 

dəyişmələr daha volatil olduğundan, böyük diapazonda dəyişir. Şəkil 1-dən məlum 

olur  ki,  A  bankının  öhdəliklər  üzrə  faiz  dəyişmələri  aktivlər  üzrə  faiz  dərəcələrinə 

                                                             

1

 Orta çəkili faiz dərəcələri 90 şərti müşahidə dövrünü əhatə edir. 



0

5

10



15

20

25



30

35

40



45

F

ai



d

ərə



si

,%



Zaman, ay

A bankı

0

5



10

15

20



25

30

35



40

45

F



ai

d



ərə

si



,%

Zaman, ay



B bankı

6-12 ay (aktiv)

1 ildən çox (aktiv)

6-12 ay (passiv)

1 ildən artıq (passiv)



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə