Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
40
Faizlərin düşməsi
Zərər
Mənfəət
Faizlərin artması
Mənfəət
Zərər
Bu metodun əsas üstünlüyü onun əsasında hesablanmanınn çox sadə olmasıdır.
Çatışmazlıqlar isə aşağıdakılardır:
Faiz dərəcələrinin dəyişməsi nəticəsində tələb və ya öhdəliklərin dəyişməsini
nəzərə almayan statik modeldir. Belə ki, faiz dərəcələri dəyişdikdə,
borcalanların ödəmə davranışı dəyişə bilər – borc vaxtında əvvəl qaytarıla,
yaxud gecikdirilə bilər;
Portfel üzrə faiz dərəcələrinin dəyişməsi zamanı spred dəyişdikdə,
hesablamaları aparmaq olmur;
Belə ki, verilmiş müddətdə bütün mövqelərin eyni zamanda dəyişməsi və ya
yenidənqiymətləndirilməsi fərziyyəsinə əsaslanır;
Müddət fərqi üzrə mövqelərin faizə həssaslığı nəzərə alınmır.
Durasiya qəpi
Müddət fərqi üzrə mövqelərin həssaslığını və dəyişməsini nəzərə almaq məqsədi ilə
durasiya qəpindən istifadə edilir. Durasiya qəpinin hesablanması zamanı ilk
növbədə tələb və öhdəliklər üzrə durasiya hesablanmalıdır. Durasiya bazarda faiz
dərəcələrinin 1% bəndi dəyişməsi nəticəsində portfel üzrə tələb və öhdəliklərin
dəyərinin dəyişməsini göstərir (Koch & Scott, 2006) və aşağıdakı düstur vasitəsi ilə
həm tələb, həm də öhdəliklər üzrə ayrılıqda hesablanır:
D =
(
)(∆ )
(3)
D - effektiv durasiya
1;
V - faiz dərəcələri 1% bəndi azaldıqda, portfelin dəyəri;
V - faiz dərəcələri 1% bəndi artdıqda, portfelin dəyəri;
V - portfelin cari dəyəri;
∆y – faiz dərəcələrinin dəyişməsi.
Durasiyanın böyük (kiçik) olması faiz dəyişikliyinə daha yüksək (az) həssaslığı
göstərir.
1
Durasiyanı ölçmək üçün 3 metod mövcuddur: Macaulay, modified və effektiv durasiya. Hesablamalar effektiv
durasiya ilə aparılmışdır.
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
41
Durasiya qəpi aktivlərin durasiyası ilə öhdəliklərin durasiyası arasında fərqi
göstərir. Bu metod əsasında bazarda faiz dəyişmələrinin kapitala təsiri müəyyən
edilir. Bunun üçün kapitalın iqtisadi dəyərinə (KİD) baxılır:
ə
= D −
ö
D
ö
(4)
∆ İ = − D
ə
[
∆
]a (5)
D
ə
– durasiya qəpi;
D – aktivlər üzrə durasiya;
D
ö
– öhdəliklər üzrə durasiya;
ö – öhdəliklərin dəyəri;
a – aktivlərin dəyəri;
KİD – kapitalın iqtisadi dəyəri;
y – faiz dərəcəsi;
(4) düsturundan göründüyü kimi, durasiya qəpi hesablanan zaman aktiv və
öhdəliklər üzrə durasiya ilə yanaşı bankın həm aktivlərinin, həm də öhdəliklərinin
dəyərindən istifadə olunur. Qeyd edək ki, düstur 3 vasitəsi ilə hesablanmış effektiv
durasiya faiz dərəcələrinin dəyişməsi nəticəsində təkcə diskont faiz dərəcəsinin
deyil, həmçinin faiz dərəcələrinin dəyişməsi ilə gözlənilən pul axınlarının da
dəyişməsini nəzərə almağa imkan verir.
Durasiya qəpi müəyyənləşdikdən sonra, faiz dərəclərinin artıb-azalmasının bankın
kapitalına necə təsir etdiyini müəyyənləşdirmək mümkündür (düstur 5). Əgər
durasiya qəpi müsbət olarsa, bu o deməkdir ki, aktivlər öhdəliklərlə müqayisədə
faiz dərəcələrinin dəyişməsinə daha həssasdır. Əksinə, mənfi olarsa, öhdəliklər
aktivlərlə müqayisədə faiz dərəcələrinin dəyişməsinə daha həssasdır.
C
Ə
DVƏL
3.
D
URASIYA QƏPININ NƏTICƏLƏRI
Durasiya qəpi
Faiz
dərəcələrinin
dəyişməsi
Aktivlər
dəyərinin
dəyişməsi
müqayisə
Öhdəliklər
dəyərinin
dəyişməsi
Nəticədə
Kapital
Müsbət
Artım
Azalma
>
Azalma
Azalma
Müsbət
Azalma
Artım
>
Artım
Artım
Mənfi
Artım
Azalma
<
Azalma
Artım
Mənfi
Azalma
Artım
<
Artım
Azalma
Mənbə: Florentina-Olivia Bãlu, Carmen Obreja, Interest Rate Risk Management using Duration Gap
Methodology, 2008
Cədvəl 2 və 3-ə nəzər saldıqda, qəp təhlilinin və durasiya qəpi üzrə aparılan
təhlillərin bankın kapitalına təsirlərinin fərqli olduğu görünür. Belə ki, qəp təhlili
mövqelər üzrə faiz dərəcələrinə həssaslığı nəzərə almır. Durasiya qəpi isə bunu
nəzərə almağa imkan verir. Məsələn, faiz dərəcələri azaldıqda, durasiya qəpi
müsbətdirsə, kapital artacaq, sadə qəp müsbətdirsə kapital azalacaqdır. Bu onunla