Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Anbarlara, qazanxanalara və köməkçi binalara (otaqlara) olan yanğıntəhlükəsizliyi tələbləri



Yüklə 2,46 Mb.
səhifə13/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.5 Anbarlara, qazanxanalara və köməkçi binalara (otaqlara) olan yanğıntəhlükəsizliyi tələbləri.


2.5.1 Kimyəvi maddələr anbarı
2.5.1.1 Kimyəvi maddələr saxlanılan anbarların xidməti heyəti kimyəvi maddələrin və reak-tivlərin saxlanılması üzrə təhlükəsizlik qaydalarını bilməlidir.
2.5.1.2 Kimyəvi maddələr xüsusiyyətlərinə görə (yanğın təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) yerləşdirilməli və yerləhşdirilmə planı işlənib hazırlanmalıdır.
2.5.1.3 Təhlükəsizlik baxımından eyni fiziki-kimyəvi xassəli və yanğın təhlükəli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır (Əlavə 8).
Bunun üçün anbarlar biri birindən yanmayan divarlarla (yanğınaqarşı arakəsmələrlə) ayrılmış otaqlara bölünməlidir.
2.5.1.4 Kimyəvi maddələr saxlanılan anbarlarda kimyəvi maddələrin saxlanılması ilə əlaqədar olmayan işlərin aparılması qadağandır.
2.5.1.5 Güclü təsir edici zəhərli maddələrin (GTZM) saxlanılmasına bü növ maddələrin saxlanılmasına dair xüsusi qaydalara riayət etməklə icazə verilir.
2.5.1.6 Kimyəvi maddəllərlə bağlı işlər ehtiyyatla, səliqəli və onların qablaşdırılma taraları zədələnmədən aparılmalıdır. Kimyəvi maddə olan hər bir qabın, tutumun üzərində kimyəvi maddənin adı göstərilən yazısı (birkası) olmalıdır.
2.5.1.7 Hava, su, yanar maddələrlə təmasından öz-özünə alışma qabiliyyəti olan və yaxud partlayış təhlükəli qarışıq əmələ gətirən kimyəvi maddələr yuxarıda qeyd olunan maddələrlə bir yerdə saxlanılmamalı, yüksək temperaturun təsiri və mexaniki zədələnmə ehtimalı olmayan xüsusi şəraitdə saxlanılmalıdırlar.
Güclü təsiredici xüsusiyyətləri olan oksidləşdirici maddələr (maqnezium-xlorat, hidrogen peroksid və s.) digər kimyəvi maddələrdən ayrı saxlanılmalıdır.
2.5.1.8 Kimyəvi maddələrin çəkilməsi xüsusi çəki otaqlarında aparılmalıdır. Dağılmış və ətra-fa səpələnmiş maddələr təcili olaraq yığışdırılmalı və zərəsizləşdirilməlidir. Qablaşdırma materialları xüsusi otaqda saxlanılmalıdır.
2.5.1.9 Yanğın zamanı yüksək temperatur təsirindən ərimə xüsusiyyəti olan kimyəvi maddələr saxlanılan otaqlarda əriyən kimyəvi maddələrin sərbəst axmasına qarşı tədbirlər görülməlidir: otaqlarda panduslar, bortlar nəzərdə tutulmalıdır.
2.5.1.10 Kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda, qrup halında və hər bir qrupda 100 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli və qruplar arasındakı məsafə 1 m-dən az olmamalıdır. Hər qrupda eyni növ (eyni xassəli) kimyəvi maddələr saxlanılmalı və qruplar müvafiq yazılarla işarələnməlidir. Meydançalar hamarlanmalı və çəpərlənməlidir. Açıq medançada saxlanılan kimyəvi maddələrlə dolu tutumlar günəş şüalarından qorunmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə