nun rəsmi opponenti olmuş və hazırda 5 nəfər dissertantın
elmi rəhbəridir. İ. İbrahimov 1993-cü ildən Elmi-Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun,
2011-ci ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin
ixtisaslaşdınlmış müdafiə şurasınm üzvüdür.
İslam İbrahimov sözə, şeirə bağlı insandır. O, doğulub
boya-başa çatdığı Tovuzun Əlibəyli kəndinin adını özünə
təxəllüs götürmüşdür. İ.İbrahimov (Əlibəyli) Azərbaycan
Yumalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. Nəcib poetik duyğuları, hissləri nəğmələşib,
misralara çevrilib və onun «Sevirəm de. . .» (2000), «Unuda
bilmirəm . . .» (2004), «Duyğulu anlanm . . .» (2011) şeirlər
kitabı nəşr olunmuşdur. «Araz» Ali Ədəbi mükafatı, «İlin
vətənpərvər adamı», «Şərəf» və «Qızıl Qələm» mükafatı
laureatıdır.
Şerlərinə
bəstələnmiş
mahnılar
tanmmış
mügənnilər tərəfındən oxunur.
İslam İbrahimov həm də publisist məqalələri ilə tanınır.
Onun «Nizami poeziyasında kənd təsərrüfatı», «Səməd
ürəklərdə yaşayır», «Zirvələr oğluyam deyən şair . . .» və s.
məqalələri maraqla qarşılanmışdır.
Maraqlı, mənalı həyat yolu keçən, zəngin elmi axtanşlan
ilə seçilən, çoxşaxəli fəaliyyəti ilə vətənə, xalqa iqtisadiyyat
elminin incilərini bəxş edən təcrübəli mütəxəssis, görkəmli
alim, xeyirxahlığı və sadəliyi ilə insanlann qəlbinə yol açan
gözəl insan İslam İbrahimov həyatının müdriklik dövrünü
yaşayır.
124
Əhmədov İsa Vəli oğlu
Əhmədov İsa Vəli oğlu 1941-ci il
iyulun 1-də Qazax rayonunun Qaymaqlı
kəndində anadan olmuşdur.
1959-cu ildə Qaymaqlı kənd orta
məktəbini qurtarmışdır. Elə həmin il
Azərbaycan Kənd Təsərrüfatı İnstitu-
mnun “İqtisadiyyat” fakültəsinə daxil
olaraq, 1964-cü ildə oranı bitirmişdir.
İnstitutu bitirdikdən sonra təyinatla Azərbaycan Elmi-
Tədqiqat
Kənd Təsərrüfatınm İqtisadiyyatı və
Təşkili
İnstitutuna işə göndərilmişdir. 1967-ci ilə
kimi həmin
institutda kiçik elmi işçi və mühəndis-proqramlaşdıncı
vəzifəsində çalışmışdır. Elə həmin ildə Ümumittifaq Elmi-
Tədqiqat
Kənd Təsərrüfatınm İqtisadiyyatı İnstitutunda
İqtisadi
hesablamalarda
riyazi
üsullann və
elektron
hesablayıcı maşmlann tətbiqi ixtisası üzrə aspiranturaya
daxil olaraq, 1971-ci ildə göstərilən ixtisas üzrə namizədlik
dissertasiyasım müdafıə etmişdir. Aspiranturanı qurtardıqdan
sonra SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Baş Hesablama
Mərkəzinə təyinatla işə göndərilmişdir.
1972-ci ildən 1979-cu ilə kimi Azərbaycan Elmi-
Tədqiqat
Kənd Təsərrüfatınm İqtisadiyyatı və
Təşkili
İnstitutunda “İqtisadi tədqiqatlarda riyazi üsullar” şöbəsinin
müdiri işləmişdir.
1979-cu ildən 2000-ci ilə kimi Azərbaycan Dövlət Kənd
Təsərrüfatı Akademiyasında İdarəetmə və hüquq kafedra-
125
sının müdiri və elmi işlər üzrə prorektor vəzifəsində
işləmişdir.
2000-ci
ilin
iyunundan
Dünya
Bankınm
Kənd
Təsərrüfatınm inkişafma Yardım Agentliyində informasiya
xidməti qrupunun başçısı vəzifəsində işləmişdir.
Aqrar-sənaye kompleksinin idarəetmə problemlərinə
dair 200-dən yuxan elmi əsərin, o cümlədən, 8 monoqra-
fıyanın, 28 kitabçanm, 2 dərsliyin, 6 dərs vəsaitinin
müəllifıdir.
Onun rəhbərliyilə 19 nəfər iqtisad elmləri namizədi
hazırlanmışdır.
Əsas tədqiqatlan aqrar-sənaye kompleksinin idarə
edilməsi problemlərinə həsr edilmişdir.
1995-ci ildə Birləşmiş Millətlər Təşkilatınm sosial-
iqtisadi şurasınm məsləhətçi üzvü, Beynəlxalq İnforma-
siologiya Akademiyasınm həqiqi üzvü seçilmişdir. O,
Akademiya xəttilə keçirilən "Dünya informasioloqlan"
müsabiqəsinin
qalibi
olmaqla xüsusi
diploma
layiq
görülmüşdür.
Dövlət Aqrar İslahat Komissiyasınm üzvü olmuşdur.
Aqrar islahatlarm qanunçuluq əsaslarınm və hüquqi-
normativ bazasmın hazırlanmasında fəal iştirak etmişdir.
Keçmiş
SSRİ məkanında idarəetmə sistemi və
idarəetmə sisteminin hüquqi təminatı üzrə keçirilən
seminarlarda, elmi konfrans və simpoziumlarda respub-
likamızı layiqincə təmsil etmişdir.
Bolqarıstan, Macarıstan, İspaniya, Çexiya, Kanada və
Amerika
Birləşmiş
Ştatlarmda,
Birləşmiş
Millətlər
126
Təşkilatınm, Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının
keçirdiyi elmi sem inar və simpoziumlarda iştirak etmişdir.
Aqrar islahatlarm qanunvericilik və hüquqi-normativ
əsaslarmı öyrənmək məqsədilə Türkiyə, Fransa, Albaniya,
Almaniya, Hollandiya, İtaliya və Yunanıstanda ezamiy-
yətlərdə olmuşdur.
127
Əhmədov Afət Tərlan oğlu
A.T.Əhmədov 1938-ci il iyunun 15-
də Biləsuvar rayonunda anadan olmuş-
dur. O, 1962-ci ildə S.Ağamalıoğlu
adma Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun
"Kənd
təsərrüfatınm
iqtisadiyyatı" fakültəsini bitirmiş və
Azərbaycan
Elmi-Tədqiqat
Kənd
Təsərrüfatınm İqtisadiyyatı və Təşkili
İnstitutuna təyinatla işə göndərilmişdir. O, burada kiçik elmi
işçi vəzifəsində fəaliyyətə başlamışdır. 1965-1968-ci illərdə
institutun əyani aspirantı olmuş və 1969-cu ildə iqtisad
elmləri namizədi elmi dərəcəsi almışdır. 1971-ci ildə baş
elmi işçi, 1973-cü ildə institutun elmi katibi, 1975-ci ildə
şöbə müdiri vəzifələrində çalışmışdır. 1980-ci ildə köçürmə
yolu ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində "Kənd
təsərrüfatı elm və təbliğatı baş idarəsinin" rəis müavini
vəzifəsinə
irəli
çəkilmişdir.
1982-ci
ildə
doktorluq
dissertasiya işi ilə əlaqədər olaraq, yenidən Az.ETKTİ və Tİ-
yə qayıdaraq şöbə müdiri vəzifəsində çalışmışdır.
A.T.Əhmədov 1996-cı ildə iqtisad elmləri doktoru,
2000-ci ildə isə professor adına layiq görülmüşdür. 1997-
2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komiyassiyasında ekspert Şurasının Üzvü və
elmi katibi olmuşdur.
Kənd təsərrüfatında əmək ehtiyatlanndan istifadə;
əməkqabiliyyətli əhalinin məşğulluq problemi; əməyin elmi
təşkili; əməyin stimullaşdınlmasmın; mütərəqqi formala-
nnın sınaqdan keçirilməsi, mütəxəssis və fəhlə kadrlann
hazırlanması; aşağı, orta və yüksək səviyyələr üçün rəhbər
işçilərin hazırlanması; elmi-texniki tərəqqinin inkişafı
şəraitində mütəxəssislərdən istifadə; kənd təsərrüfatmda
əmək məhsuldarlığınm yüksəldilməsi; əmək məhsuldar-
lığınm artım sürəti ilə əmək haqqınm artım sürəti arasında
nisbətin optimallaşdırılması; kənd təsərrüfatmda icarə
üsulunun tətbiqi; kənd təsərrüfatında icarə podratının
sınaqdan keçirilməsi; intensiv texnologiyalann tətbiqi yolu
ilə məhsul vahidinə əmək sərfmin azadılması və s.
problemlər Afət müəllimin elmi yaradıcılığm başlıca
istiqamətləri olmuşdur. O, 1997-2006-cı illərdə ADİU-də
əməyin iqtisadiyyatına dair mühazirələr oxumuşdur.
Afət Əhmədov özünün elmi yaradıcılıq dövründə bir sıra
dövlət əhəmiyyətli proqramlann hazırlanmasında iştirak
edib. Kənd təsərrüfatında əməyin elmi təşkilinə aid təkliflər
hazırlayıb, istehsalata tətbiq etdiyinə görə A.T.Əhmədov
1972-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
Diplomu, bürünc medalı və 1984-ci ildə şəxsi yaradıcılıq və
öhdəçilik planlarmın yüksək nəticələrinə görə SSRİ Kənd
Təsərrüfatı Elmi-Texniki Cəmiyyətinin Mərkəzi Rəyasət
Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Afət müəllim öz
əsərləri və elmi məqalələri ilə aqrar iqtisad elmini
dolğunlaşdırmış, yeniləşdirmiş, 200-ə qədər monoqrafıya,
kitab və elmi məqalələr dərc etdirmişdir.
Onun rəhbərliyi ilə 15 nəfər elmlər namizədi alimlik
dərəcəsi admı almışdır. Bir nəfər doktorantı isə işini
müdafıəyə təqdim etmişdir.
129
Dostları ilə paylaş: |