Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə30/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

nun  rəsmi  opponenti  olmuş  və  hazırda  5  nəfər  dissertantın 
elmi  rəhbəridir.  İ.  İbrahimov  1993-cü  ildən  Elmi-Tədqiqat 
Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunun, 
2011-ci  ildən  isə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 
ixtisaslaşdınlmış müdafiə şurasınm üzvüdür.
İslam  İbrahimov  sözə,  şeirə  bağlı  insandır.  O,  doğulub 
boya-başa  çatdığı  Tovuzun  Əlibəyli  kəndinin  adını  özünə 
təxəllüs  götürmüşdür.  İ.İbrahimov  (Əlibəyli)  Azərbaycan 
Yumalistlər  Birliyinin  və  Azərbaycan  Yazıçılar  Birliyinin 
üzvüdür.  Nəcib  poetik  duyğuları,  hissləri  nəğmələşib, 
misralara çevrilib və  onun  «Sevirəm  de.  .  .»  (2000),  «Unuda 
bilmirəm  .  .  .»  (2004),  «Duyğulu  anlanm  .  .  .»  (2011)  şeirlər 
kitabı  nəşr  olunmuşdur.  «Araz»  Ali  Ədəbi  mükafatı,  «İlin 
vətənpərvər  adamı»,  «Şərəf»  və  «Qızıl  Qələm»  mükafatı 
laureatıdır. 
Şerlərinə 
bəstələnmiş 
mahnılar 
tanmmış 
mügənnilər tərəfındən oxunur.
İslam  İbrahimov  həm  də  publisist  məqalələri  ilə  tanınır. 
Onun  «Nizami  poeziyasında  kənd  təsərrüfatı»,  «Səməd 
ürəklərdə  yaşayır»,  «Zirvələr oğluyam  deyən  şair  .  .  .»  və  s. 
məqalələri maraqla qarşılanmışdır.
Maraqlı, mənalı həyat yolu keçən, zəngin elmi axtanşlan 
ilə  seçilən,  çoxşaxəli  fəaliyyəti  ilə  vətənə,  xalqa  iqtisadiyyat 
elminin  incilərini  bəxş  edən  təcrübəli  mütəxəssis,  görkəmli 
alim,  xeyirxahlığı  və  sadəliyi  ilə  insanlann  qəlbinə  yol  açan 
gözəl  insan  İslam  İbrahimov  həyatının  müdriklik  dövrünü 
yaşayır.
124
Əhmədov İsa Vəli oğlu
Əhmədov  İsa  Vəli  oğlu  1941-ci  il 
iyulun  1-də  Qazax  rayonunun  Qaymaqlı 
kəndində anadan olmuşdur.
1959-cu  ildə  Qaymaqlı  kənd  orta 
məktəbini  qurtarmışdır.  Elə  həmin  il 
Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitu- 
mnun  “İqtisadiyyat”  fakültəsinə  daxil 
olaraq,  1964-cü ildə oranı bitirmişdir.
İnstitutu  bitirdikdən  sonra  təyinatla  Azərbaycan  Elmi- 
Tədqiqat 
Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və 
Təşkili
İnstitutuna  işə  göndərilmişdir.  1967-ci  ilə 
kimi  həmin
institutda  kiçik  elmi  işçi  və  mühəndis-proqramlaşdıncı 
vəzifəsində  çalışmışdır.  Elə  həmin  ildə  Ümumittifaq  Elmi- 
Tədqiqat 
Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  İnstitutunda
İqtisadi 
hesablamalarda 
riyazi 
üsullann  və 
elektron 
hesablayıcı  maşmlann  tətbiqi  ixtisası  üzrə  aspiranturaya 
daxil  olaraq,  1971-ci  ildə  göstərilən  ixtisas  üzrə  namizədlik 
dissertasiyasım müdafıə etmişdir.  Aspiranturanı qurtardıqdan 
sonra  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyinin  Baş  Hesablama 
Mərkəzinə təyinatla işə göndərilmişdir.
1972-ci  ildən  1979-cu  ilə  kimi  Azərbaycan  Elmi- 
Tədqiqat 
Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və 
Təşkili
İnstitutunda  “İqtisadi  tədqiqatlarda  riyazi  üsullar”  şöbəsinin 
müdiri  işləmişdir.
1979-cu  ildən  2000-ci  ilə kimi Azərbaycan Dövlət Kənd 
Təsərrüfatı  Akademiyasında  İdarəetmə  və  hüquq  kafedra-
125


sının  müdiri  və  elmi  işlər  üzrə  prorektor  vəzifəsində 
işləmişdir.
2000-ci 
ilin 
iyunundan 
Dünya 
Bankınm 
Kənd 
Təsərrüfatınm  inkişafma  Yardım  Agentliyində  informasiya 
xidməti qrupunun başçısı vəzifəsində işləmişdir.
Aqrar-sənaye  kompleksinin  idarəetmə  problemlərinə 
dair  200-dən  yuxan  elmi  əsərin,  o  cümlədən,  8  monoqra- 
fıyanın,  28  kitabçanm,  2  dərsliyin,  6  dərs  vəsaitinin 
müəllifıdir.
Onun  rəhbərliyilə  19  nəfər  iqtisad  elmləri  namizədi 
hazırlanmışdır.
Əsas  tədqiqatlan  aqrar-sənaye  kompleksinin  idarə 
edilməsi problemlərinə həsr edilmişdir.
1995-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatınm  sosial- 
iqtisadi  şurasınm  məsləhətçi  üzvü,  Beynəlxalq  İnforma- 
siologiya  Akademiyasınm  həqiqi  üzvü  seçilmişdir.  O, 
Akademiya  xəttilə  keçirilən  "Dünya  informasioloqlan" 
müsabiqəsinin 
qalibi 
olmaqla  xüsusi 
diploma 
layiq 
görülmüşdür.
Dövlət Aqrar İslahat Komissiyasınm üzvü olmuşdur.
Aqrar  islahatlarm  qanunçuluq  əsaslarınm  və  hüquqi- 
normativ bazasmın hazırlanmasında fəal  iştirak etmişdir.
Keçmiş 
SSRİ  məkanında  idarəetmə  sistemi  və 
idarəetmə  sisteminin  hüquqi  təminatı  üzrə  keçirilən 
seminarlarda,  elmi  konfrans  və  simpoziumlarda  respub- 
likamızı  layiqincə təmsil  etmişdir.
Bolqarıstan,  Macarıstan,  İspaniya,  Çexiya,  Kanada  və 
Amerika 
Birləşmiş 
Ştatlarmda, 
Birləşmiş 
Millətlər
126
Təşkilatınm,  Kənd  Təsərrüfatı  və  Ərzaq  Təşkilatının 
keçirdiyi elmi  sem inar və simpoziumlarda iştirak etmişdir.
Aqrar  islahatlarm  qanunvericilik  və  hüquqi-normativ 
əsaslarmı  öyrənmək  məqsədilə  Türkiyə,  Fransa,  Albaniya, 
Almaniya,  Hollandiya,  İtaliya  və  Yunanıstanda  ezamiy- 
yətlərdə olmuşdur.
127


Əhmədov Afət Tərlan oğlu
A.T.Əhmədov  1938-ci  il  iyunun  15- 
də  Biləsuvar  rayonunda  anadan  olmuş- 
dur.  O,  1962-ci  ildə  S.Ağamalıoğlu 
adma  Azərbaycan  Kənd  Təsərrüfatı 
İnstitutunun 
"Kənd 
təsərrüfatınm
iqtisadiyyatı"  fakültəsini  bitirmiş  və 
Azərbaycan 
Elmi-Tədqiqat 
Kənd
Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili 
İnstitutuna təyinatla işə  göndərilmişdir.  O,  burada kiçik elmi 
işçi  vəzifəsində  fəaliyyətə  başlamışdır.  1965-1968-ci  illərdə 
institutun  əyani  aspirantı  olmuş  və  1969-cu  ildə  iqtisad 
elmləri  namizədi  elmi  dərəcəsi  almışdır.  1971-ci  ildə  baş 
elmi  işçi,  1973-cü  ildə  institutun  elmi  katibi,  1975-ci  ildə 
şöbə  müdiri  vəzifələrində  çalışmışdır.  1980-ci  ildə  köçürmə 
yolu  ilə  Azərbaycan  Kənd  Təsərrüfatı  Nazirliyində  "Kənd 
təsərrüfatı  elm  və  təbliğatı  baş  idarəsinin"  rəis  müavini 
vəzifəsinə 
irəli 
çəkilmişdir. 
1982-ci 
ildə 
doktorluq 
dissertasiya işi ilə əlaqədər olaraq, yenidən Az.ETKTİ və Tİ- 
yə qayıdaraq şöbə müdiri vəzifəsində çalışmışdır.
A.T.Əhmədov  1996-cı  ildə  iqtisad  elmləri  doktoru, 
2000-ci  ildə  isə  professor  adına  layiq  görülmüşdür.  1997-
2003-cü  illərdə  Azərbaycan  Respublikası  Prezidenti  yanında 
Ali Attestasiya Komiyassiyasında ekspert  Şurasının Üzvü və 
elmi katibi olmuşdur.
Kənd  təsərrüfatında  əmək  ehtiyatlanndan  istifadə; 
əməkqabiliyyətli  əhalinin məşğulluq problemi;  əməyin elmi 
təşkili;  əməyin  stimullaşdınlmasmın;  mütərəqqi  formala-
nnın  sınaqdan  keçirilməsi,  mütəxəssis  və  fəhlə  kadrlann 
hazırlanması;  aşağı,  orta  və  yüksək  səviyyələr  üçün  rəhbər 
işçilərin  hazırlanması;  elmi-texniki  tərəqqinin  inkişafı 
şəraitində  mütəxəssislərdən  istifadə;  kənd  təsərrüfatmda 
əmək  məhsuldarlığınm  yüksəldilməsi;  əmək  məhsuldar- 
lığınm  artım  sürəti  ilə  əmək  haqqınm  artım  sürəti  arasında 
nisbətin  optimallaşdırılması;  kənd  təsərrüfatmda  icarə 
üsulunun  tətbiqi;  kənd  təsərrüfatında  icarə  podratının 
sınaqdan  keçirilməsi;  intensiv  texnologiyalann  tətbiqi  yolu 
ilə  məhsul  vahidinə  əmək  sərfmin  azadılması  və  s. 
problemlər  Afət  müəllimin  elmi  yaradıcılığm  başlıca 
istiqamətləri  olmuşdur.  O,  1997-2006-cı  illərdə  ADİU-də 
əməyin iqtisadiyyatına dair mühazirələr oxumuşdur.
Afət Əhmədov özünün elmi yaradıcılıq dövründə bir sıra 
dövlət  əhəmiyyətli  proqramlann  hazırlanmasında  iştirak 
edib.  Kənd təsərrüfatında  əməyin  elmi  təşkilinə  aid təkliflər 
hazırlayıb,  istehsalata  tətbiq  etdiyinə  görə  A.T.Əhmədov
1972-ci  ildə  SSRİ  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin 
Diplomu,  bürünc  medalı  və  1984-ci  ildə  şəxsi  yaradıcılıq  və 
öhdəçilik  planlarmın  yüksək  nəticələrinə  görə  SSRİ  Kənd 
Təsərrüfatı  Elmi-Texniki  Cəmiyyətinin  Mərkəzi  Rəyasət 
Heyətinin  fəxri  fərmanı  ilə təltif edilmişdir.  Afət müəllim öz 
əsərləri  və  elmi  məqalələri  ilə  aqrar  iqtisad  elmini 
dolğunlaşdırmış,  yeniləşdirmiş,  200-ə  qədər  monoqrafıya, 
kitab və elmi məqalələr dərc etdirmişdir.
Onun  rəhbərliyi  ilə  15  nəfər  elmlər  namizədi  alimlik 
dərəcəsi  admı  almışdır.  Bir  nəfər  doktorantı  isə  işini 
müdafıəyə təqdim etmişdir.
129


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə