Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ


Niftullayev Vaqif Məmmədqulu oğlu



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə28/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

Niftullayev Vaqif Məmmədqulu oğlu
H
Niftullayev  V aqif  Məmmədqulu 
oğlu  1944-cü  ildə  Cəlilabad  rayonun- 
da  anadan  olmuşdur.  V.Niftullayev
1960-cı 
ildə 
S.M.Kirov 
adına 
Azərbaycan  Dövlət  Universitetinin 
“İqtisadiyyat”  fakültəsinə  daxil  olub,
1966-cı  ildə  həmin  fakültəni  bitirərək 
|  iqtisadçı ixtisasına yiyələnmişdir.
1967-ci  il  fevral  ayından  1969-cu 
il  iyul  aymadək  Az.ETKTİ  və  Tİ-da  elmi  işçi  işləmişdir.
1969-cu  ilin  sentyabr  ayından  1972-ci  ilin  iyul  ayınadək 
Moskva  şəhərində  Ümumittifaq  Elmi-Tədqiqat  Kənd 
Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  əyani 
aspiranturada  oxum uşdur.l972-ci  ilin  avqust  ayında 
aspiranturanı  bitirərək  namizədlik  dissertasiyası  müdafıə 
etmiş və  iqtisad elmləri namizədi  alimlik dərəcəsi  almışdır. 
1972-ci  ilin  fevral  aymdan  1975-ci  ilin  yanvar  ayınadək 
Az.ETKTİ və Tİ-da çalışmışdır.
1975-1978-ci  illərdə  Cəlilabad  və  Ağdam  rayonlarmda 
kənd  təsərrüfatınm  m üxtəlif sahələrində  işləmişdir.  1979  - 
1986-cı  illərdə  Az.ETKTİ  və  Tİ-da  elmi  işçi  və  baş  elmi 
işçi,  1986  -cı  ildən  ömrünün  sonunadək  şöbə  müdiri 
vəzifəsində  çalışmışdır.  1992-ci  ildə  «Yeni  təsərrüfatçılıq 
şəraitində  pambıqçılıqda  əmək  məhsuldarlığınm  yüksəl- 
dilməsi"  mövzusunda  doktorluq  dissertasiyasım  müdafıə 
etmişdir.  1993-cü  ildə  Ali  Attestasiya  Komissiyasınm 
qərarı  ilə  ona  iqtisad  elmləri  doktoru  diplomu  verilmişdir.
116
Əsərləri  respublika  və  Moskva  şəhərində  çap  edilmişdir. 
Elmi 
işinin  bir  qismi  kənd  təsərrüfatında  iqtisadi 
islahatların  həyata  keçirilməsinə  həsr  edilmişdir.  Ümumi- 
likdə  300-dən  artıq  əsərin  (kitab,  monoqrafiya,  elmi 
məqalə və publisist yazıların) müəllifidir.  İqtisadi  sistemdə 
baş  verən  dəyişikliklərlə  əlaqədar  radio  və  televiziyada 
mütəmadi  çıxışlar  etmişdir.16  fevral  1988-ci  il  tarixdə 
Respublika  Həmkarlar  İttifaqları  kurslarmda  kadrların 
hazırlığına  göstərdiyi  xidmətlərə  görə  həmkarlar  kursunun 
sədri  Ş.Z.Sanatulov  tərəfındən  institutun  adına  təşəkkür 
məktubu  göndərilmiş,  V.Niftullayev  döş  nişanı  və  pul 
mükafatı  ilə mükafatlanmışdır.
Aqrar sahənin  inkişafı  ilə bağlı  V.Niftullayevin  elmi və 
praktiki  əhəmiyyət  kəsb  edən  aşağıdakı  əsərləri  dərc 
edilmişdir:
1.  Şəxsi  və  yardımçı  təsərrüfatların  inkişafı.  Bakı,1987- 
ci  il,  4,5  ç.v.
2.  Kənd  təsərrüfatı  istehsalınm  və  onun  bölmələrinin 
təsərrüfatdaxili  planlaşdırılmasında  istehsal  m əsarif 
normativlərinin tətbiqi.  Bakı,  1988-ci  il,  6,5  ç.v.
3.  Kənd  təsərrüfatında  planlaşdırmanm  təkmilləşdiril- 
məsi.  Bakı,  1988-ci  il,  3,0 ç.v.
4.  Yeni  təsərrüfatçılıq  mexanizminin  tətbiqi.  Bakı,  1988- 
ci  il,  5,0 ç.v.
5.  Pambıqçılıqda əmək məhsuldarlığının  hesablanmasmın 
təkmilləşdirilməsi  və  məsariflərin  uçotuna  nəzarət. 
Bakı,  1989-cu  il,  1,5  ç.v.
117


*
  ----- 
1
6.  Pambıq  əkən  kolxozlarda  kənd  təsərrüfatı  istehsalınm 
ixtisaslaşdırılması  və  təmərküzləşdirilməsinin  təkmil- 
ləşdirilməsi.  Bakı,  1989-cu il, 2.0 ç.v.
7.  Azərbaycan  Respublikasınm  kolxoz,  sovxoz  və  dövlət 
müəssisələrində  1991  -1995-ci  illərə  əsas  istehsal 
fondlarmm  və  sərmayə  qoyuluşunun  normativləri. 
Bakı,  1989-cu il,  6,8  ç.v.
8.  Pambıqçılıqda  əmək  məhsuldarlığmın  yüksəldilməsi 
problemləri.  Bakı,  1991-ci  il,  15,0 ç.v.
9.  Pambıqçılıqda  əmək  məhsuldarlığınm  yüksəldilmə- 
sində  elmi-texniki  tərəqqinin  rolu.  Bakı,  1992-ci  il,
2,05  ç.v.
10.  Sahibkarlığın əsasları.  Bakı,  2002-ci  il, 45  ç.v.
11.  Kənd  təsərrüfatmm  iqtisadiyyatı.  Bakı,  1996-cı  il,  24 
ç.v.
V aqif Niftullayevin  rəhbərliyi  altında 6  nəfər namizəd- 
lik dissertasiyası müdafıə etmişdir.
Yeni  iqtisadi  sistemə  keçidlə  əlaqədar,  islahatların 
uğurla  başa  çatm asına  əhəmiyyətli  dərəcədə  kömək  edə 
biləcək yeni  kitablar,  tövsiyələr və elmi məqalələr yazmağı 
və 
təsərrüfatlarda 
istifadə 
edilməsi 
üçün 
yerlərə 
göndərilməsi  vəzifələri  onun  iş  planmda  xüsusi  yer 
tuturdu.
V aqif  N iftullayev  24  noyabr  2007-ci  ildə  dünyasmı 
dəyişmişdir.
118
• 

Ibrahimov Islam Hacı oğlu
İbrahimov  İslam  Hacı  oğlu  1948- 
ci  ilin  yanvar  ayının  17-də  Tovuz 
rayonunun  Əlibəyli  kəndində  koxozçu 
ailəsində  anadan  olmuşdur.  1955-ci 
ildə  Əlibəyli  kənd  orta  məktəbinə 
daxil  olmuş  və  həmin  məktəbin  XI 
sinfıni  1966-cı  ildə  bitirmişdir.  Həmin 
ildə  D.  Bunyadzadə  adına  Azərbaycan  Xalq  Təsərrüfatı 
İnstitutunun  (indi  Dövlət  İqtisad  Universiteti)  maliyyə- 
statistika  fakültəsinə  daxil  olmuş  və  həmin  institutu  1970-ci 
ildə  bitirmişdir.  Ali  məktəb  illəri  tələbə  İslamm  elmə 
yiyələnməsi  ilə  yanaşı,  onun  dünyagörüşünün  formalaşma- 
sına  böyük  təsir  göstərir.  İnstimtda  dərs  əlaçısı  olmuşdur. 
İntizamlı  olmasına, yaxşı  oxuduğuna və fəal tələbə olduğuna 
görə  institutun  rəhbərliyi  onun  oxuduğu  orta  məktəbə  və 
valideynlərinə təşəkkür məktubları göndərmişdir.
İnstitutun  təyinatına  müvafıq  iyul  1970-ci  ildə  Mərkəzi 
Statistika  İdarəsinin  Respublika  Hesablama  Mərkəzində 
iqtisadçı  vəzifəsində  çahşmışdır.  1970-ci  ilin  noyabnndan
1971-ci  ilin noyabrma qədər hərbi xidmətdə olmuşdur.  Hərbi 
xidməti 
başa 
vurduqdan 
sonra 
yenidən 
Respublika 
Hesablama Mərkəzində iqtisadçı vəzifəsində işləmişdir.
İslam  müəllimin  elmə  həvəsi  və  marağı  onu  yenidən 
təhsil  aldığı  instituta gətirmişdir.  O,  1972-ci  ilin sentyabnnda 
istehsaldan  aynlmaqla  D.  Bunyadzadə  adına  Az.XTİ-nin 
aspiranturasına daxil olmuş  və oranı  1975-ci  ildə bitirmişdir. 
1976-cı  ilin  may  ayında  dissertasiya  müdafıə  edərək,  xalq
119


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə