Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə31/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

A.T.Əhmədov 2011-ci  ildən Bakı  Biznes Universitetinin 
“İqtisadi  nəzəriyyə”  kafedrasınm  müdiri  vəzifəsində  çalışır. 
O,  “Dünya  iqtisadiyyatı”,  “Beynəlxalq  iqtisadi  münasibət- 
lər”,  “Dünya  iqtisadiyyatınm  tarixi”  və  s.  fənlərdən 
mühazirələr oxuyur.
130
Əliyev Ramil Bəylər oğlu
Əliyev  Ramil  Bəylər  oğlu  1940-cı  il 
fevral  ayının  5-də  Füzuli  rayonunun 
Saracıq  kəndində  anadan  olmuşdur. 
O,
1958-ci 
ildə 
Qaradağlı 
kənd 
orta 
məktəbini  bitirdikdən  sonra  Azərbaycan 
Dövlət 
Universitetinin 
Uçot-iqtisad 
fakültəsinə  daxil  olmuş  və  1963-cü  ildə 
həmin  institutu  fərqlənmə  diplomu  ilə 
bitirmişdir. 
İnstitutu 
bitirdikdən 
sonra 
o, 
təyinatla 
Azərbaycan  Elmlər  Akademiyasının  İqtisadiyyat  İnstitutuna 
göndərilmişdir.  Orada  kiçik  elmi  işçi  vəzifəsində  işləməyə 
başlamış  və  elə  həmin  il  ordu  sıralanna  çağırılmışdır.  Hərbi 
hissədə  qulluq  etdiyi  iki  il  müddətində  (1963-1965-ci  illər) 
ali hərbi partiya məktəbində müəllim işləmişdir.
Hərbi  xidmətdən  qayıtdıqdan  sonra 
1965-ci  ildə 
Azərbaycan  Elmi  Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı 
və Təşkili  İnstitutunda (Azərbaycan ETKTİ və Tİ) kiçik elmi 
işçi  vəzifəsində  işə  başlamışdır.  Həmin  institutda  1967-
1970-ci  illərdə baş  elmi  işçi,  1970-  1972-ci  illərdə  institutun 
elmi  katibi,  1972-ci  ildən  1985-ci  ilə  qədər  şöbə  müdiri 
işləmişdir.  1985-ci  ilin  yanvanndan  1987-ci  ilin  sentyabnna 
qədər  Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitutunda  dosent,
1987-ci  ilin  sentyabr  ayından  2001-ci  ilin  mart  ayına  qədər 
Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  "İqtisadi  təhlil" 
kafedrasının  müdiri  işləmişdir.  Hazırda  "İqtisadi  təhlil  və 
audit" kafedrasmın professorudur.
131


R.Əliyev  1970-ci  ildə  namizədlik  1978-ci  ildə  isə 
doktorluq  dissertasiyası  müdafıə  edərək  iqtisad  elmləri 
doktoru adına layiq görülmüşdür.
Professor  R.Əliyev  postsovet  məkanında  tanmmış 
iqtisadçıdır,  ittifaq  üzrə  kapital  qo\uluşu  üzrə  məşğul  olan 
tanmmış  dörd  elmlər  doktorundan  biridir.  1972-ci  ildən
1995-ci  ilə  qədər Timiryazev  adma  Kənd  Təsərrüfatı  Elmlər 
Akademiyasınm  iqtisadiyyat  bölməsinin,  Zaqafqaziya  və 
Orta  Asiya,  Şimali  Qafqaz  regional  doktorluq  ixtisaslaşmış 
şuralarınm,  respublikada  -  Azərbaycan  E lm br  Akademiya- 
sında, 
son 
illərdə 
isə 
Azərbaycan 
Dövlət 
İqtisad 
Universitetində,  Azərbaycan  ETKTİ  və  Tİ-də  doktorluq  və 
namizədlik  ixtisaslaşmış müdafıə  şuralarmın üzvü olmuşdur.
2006-2012-ci  illərdə  Azərbaycan  Respublikası  Prezidenti 
yanında  Ali  Attestasiya  Komisiyasınm  Ekspert  Şurasınm 
üzvü olmuşdur.
R.Əliyev  son  40  ildə  investisiya  qovuluşunun  və  əsas 
fondlardan  istifadənin  səmərəliliyi  üzrə  ümumilikdə  və  ayn- 
ayn  sahələr  üzrə  hazırlanmış  metodikalann,  metodik 
göstərişlərin,  tövsiyələrin,  normativlərin  ya  müəllifı,  ya  da 
müəlliflərindən 
biridir 
(keçmiş 
ittifaq 
səviyyəsində). 
Azərbaycanda  bırinci  dəfə  investisiya  qoyuluşu  və  əsas 
vəsaitlərdən  istifadənin  səmərəliliyi,  onların  hər  ikisi  üzrə 
normativiər,  elmi-texniki  tərəqqinin  səmərəliliyi  üzrə  iri 
həcmli  tədqiqat  əsərləri  professor  R.Əliyevə  məxsusdur. 
Onun  yaxından  iştirakı  ilə  həmçinin  (əsas  müəlliflərdən  biri 
kimi)  respublikada  70-ci  illərdə  iki  cildlik  (90  çap  vərəqi 
həcmində)  kənd  təsərrüfatınm  apanlma  sistemi  nəşr 
edilmişdir.
132
1970-1990-cı  illərdə  R.B.Əliyev  tərəfındən  hazırlanmış 
respublikanm  aqrar  sənaye  kompleksi  üzrə  ümumilikdə  və 
onun  ayn-ayrı  sahələrində  (meliorasiya,  tikinti,  çoxillik 
əkmələr,  bitkiçilik,  heyvandarlıq,  emal  sənayesi  və  s.) 
beşilliklər  üzrə  investisiya  qoyuluşuna  və  əsas  fondlara 
tələbat  və  onlann  normativləri  Timiryazev  adına  Kənd 
Təsərrüfatı  Elmlər  Akademivası  tərəfındən  bəyənilib,  hər 
beşillik  üzrə  aynhqda  Moskvada  beş  dəfə  iri  həcmli 
monoqrafıya  halında  dərc  edilərək,  SSRİ-nin  Dövlət  Plan 
Komitəsi tərəfmdən İttifaqın və Azərbaycan Respublikasının 
perspektiv inkişaf planlanna daxil edilmişdir.  Məhz bu  işlərə 
görə  o,  Moskva  şəhərində  təşkil  olunmuş  Elmi-texniki 
Nailiyyətlər sərgisinin üç dəfə medalına və iki dəfə birinci və 
ikinci dərəcəli diplomlanna layiq görülmüşdür.
Ümumiyyətlə,  R.Əliyevin  350-dən  çox  elmi  əsəri  (790 
çap  vərəqi  həcmində)  dərc  edilmişdir.  Onlardan  12-si 
monoqrafıya,  8-i  dərslik və dərs vəsaiti,  18-i  kitabça və  34-ü 
broşuradır.  Bütün  qeyd  olunan  əsərlərin  40%-dən  çoxu 
respublika  hüdudlanndan  kənarda 
«3K 0H 0M H K a  cejibC K oro 
X03SIHCTBa», 
« y n e T  

<])HHaHCbI», 
«OBOmeBOACTBO», 
«IİTHHeBOflCTBO», 
« C k o t o b o ^ c t b o » ,  
«B yxrariT epcK H H  
y n e T » , 
«Bonpocw 
3 k o h o m h k h »  
jumallarında nəşr edilmişdir. 
İqtisadiyyat  üzrə  80-dən  çox  iri  həcmli  monoqrafıyalann 
redaktoru və ya elmi redaktom olmuşdur.
R.Əliyev  1985-ci  ildən  hal-hazıra  kimi  Azərbaycan 
Dövlət  İqtisad  Universitetinin  "İqtisadi  təhlil  və  audit" 
kafedrasında  işlədiyi  müddətdə  tələbələrin  stolüstü  kitab- 
lanna  çevrilmiş  iqtisadi  təhlilə  aid  onlarca  dərslik,  dərs 
vəsaiti, metodik göstərişlər, proqramlar nəşr etdirmişdir.
133


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə