Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə27/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

Ş.Ə.Cəbrayılov planlaşdırmada hesablama işlərinin avtomat- 
laşdınlması  sisteminin  tətbiqi,  keçmiş  İttifaq  səviyyəsində 
bir 
sıra 
mühüm 
planlaşdırma 
məsələlərinin 
riyazi 
modellərinin  ilk  quruluşunu  vermiş,  həmin  modellərin 
işlənməsində  zəruri  hesab  edilən  alqoritm  və  proqramlann 
tərtibində,  onlann  İttifaq  səviyyəsində  tətbiqində  xüsusi 
fəallıq  göstərmişdir.  0,  1982-ei  ildə  Az.ETKTI  və  Tİ-yə 
qayıtmış  və  orada  ASK-da  planlaşdırma  və  idarəetmə 
şöbəsinə başçılıq etmişdir.
Yüksək  elmi  nailiyyətlərinə  görə  Ş.Ə.Cəbrayılov  on 
birinci  beşilliyin  qalibi  medalı  ilə  təltif  edilmişdir.  1990-cı 
ildə  Moskvada  Ümumittifaq  Xalq  Təsərrüfatı  Sərgisinin 
ASK  pavilyonunda  "İdarəetmənin  mütərəqqi  formalan" 
mövzusunda  keçirilmiş  beynəlxalq  seminar-müşavirəyə 
dəvət olunmuş və orada geniş məruzə etmişdir.
Uzun  illər  elmi  fəaliyyəti  və  praktiki  iş  təcrübəsinin 
nəticəsi  kimi 
"Bazar  iqtisadiyyatına  keçid  şəraitində 
Azərbaycan  Respublikası  aqrar-sənaye  kompleksinin  idarə 
edilməsinin 
təşkilati-iqtisadi 
mexanizminin 
təkmilləş- 
dirilməsi"  mövzusunda  doktorluq  dissertasiyasım  başa 
çatdırmış, 
1995-ci 
ildə 
Azərbaycan 
Dövlət 
İqtisad 
Universitetində  müdafıə  etmişdir.  Ş.Ə.Cəbrayılov  bir  neçə 
monoqrafıya,  kitab,  tövsiyə,  təklif  və 
100-dən  artıq 
məqalələrin  müəllifıdir.  Onun  xaricdə  23  tövsiyə,  təklif və 
məqalələri çap olunmuşdur.
Ş.Ə.Cəbrayılov  tərəfındən  çap  olunmuş  əsərlərdən 
"İttifaq  və  respublika  səviyyəsində  kənd  təsərrüfatmm  idarə 
edilməsinin  təşkili"  (1985,  Moskva,  2,5  ç.v.);  "ASK 
sistemində 
planlaşdırmanm 
təkmilləşdirilməsinə 
dair
112
'   —   ı
metodiki tövsiyələr" (1987, Moskva,  5,25 ç.v.);  "Azərbaycan 
SSR-in  ASK-nın  inkişafmm  elmi  təminatı"  (1987,  Bakı,  II 
ç.v.);  "Bazar  iqtisadiyyatına  keçid  şəraitində  Azərbaycan 
Respublikasınm 
ASK-nın 
idarə 
edilməsinin 
iqtisadi 
mexanizmi"  (1993,  Bakı,  19,75  ç.v.);  "Yeni  təsərrüfatçıhq 
şəraitində  Azərbaycan  Respublikasınm  rayon  ASK-da 
struktur  yenidənqurmanın  iqtisadi-riyazi  modelləri"  (1993, 
Bakı,  15,2  ç.v.);  "Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycan 
Respublikasınm  ASK-nın  inkişafınm  təhlili,  proqnozlaş- 
dınlması  və  optimallaşdınlması  və  optimallaşdınlmasınm 
iqtisadi-riyazi  modelləri"  (1994,  Bakı,  10  ç.v.);  "Aqrar- 
sənaye  kompleksinin  idarə  edilməsinin  bazar  strukturlan" 
(1999,  Bakı,  9,6  ç.v.)  və  başqalannı  qeyd  etmək  olar.  Uzun 
müddət  AMEA-nm  Kibemetika  İnstitutunda  fəaliyyət 
göstərmiş 
İxtisaslaşdınlmış 
Müdafıə 
Şurasınm 
üzvü 
olmuşdur.
Rəhbərliyi  ilə  bir  neçə  tədqiqatçı  dissertasiya  müdafıə 
edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
113


İbrahimov Eldar Rza oğlu
İbrahimov Eldar Rza oğlu  12 mart  1945- 
ci  ildə  Naxçıvan  Muxtar  Respublikasınm  - 
Naxçıvan  rayonunun  (indiki  Babək  rayonu) 
Cəhri  kəndində  anadan  olmuşdur.  1970-ci 
ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitu- 
tunu,  sonra  isə  Bakı  Sosial  İdarəetmə  və 
Politologiya İnstitutunu bitirib.  1980-1985-ci 
illərdə  Azərbaycan  Kommunist  Partiyası  Naxçıvan  Vilayət 
Partiya  Komitəsində  təlimatçı,  Naxçıvan  MSSR  Dövlət  Kənd 
Təsərrüfatı 
İstehsal-Texniki 
Təminat 
Komitəsinin 
sədri 
vəzifələrində  işləmişdir.  1986-1988-ci  illərdə  Naxçıvan  M SSR 
Dövlət  Aqrar-Sənaye  Komitəsinin  sədr  müavini,  1988-1991-ci 
illərdə  isə  Naxçıvan  MSSR  Nazirlər  Soveti  sədrinin  birinci 
müavini  -  Dövlət  Aqrar-Sənaye  Komitəsinin  sədri,  Vilayət 
Partiya  Komitəsinin  büro  üzvü  olmuşdur.  1993-1995-ci  illərdə 
Naxçıvan  MR  Baş  nazirinin  birinci  müavini,  Dövlət  İqtisadiyyat 
və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb.
1985-1990-cı  illərdə Naxçıvan MSSR Ali  Sovetinin deputatı,
1990-1995  illərdə  Azərbaycanın  xalq  deputatı  və  müstəqil 
Azərbaycan  Respublikasınm  1995,  2000,  2005-ci  illərdə  üç 
çağmş Milli Məclisinin deputatı seçilmiş və Milli Məclisin A qrar 
Siyasət Komitəsinin sədridir.
Respublika  Prezidentinin  başçılığı  ilə  nümayəndə  heyətinin 
tərkibində  1994-cü  ildə  Çin  Xalq  Respublikasında,  1996  və 
2005-ci  illərdə  isə  Pakistan  İslam  Respublikasında  səfərdə  olub. 
Parlament nümayəndə heyətinin üzvü kimi  müxtəlif ölkələrdə  və 
beynəlxalq  qurumlarda  respublikanı  layiqincə  təmsil  edib.
114
<■ —  *
ATƏT-in 
Parlament  Assambleyasının 
üzvü,  Azərbaycan- 
Pakistan  parlament  qrupunun  rəhbəri,  Azərbaycan-İran  və 
Azərbaycan-Özbəkistan  parlament  qruplannın  üzvü,  həm  də 
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədridir.
1970-1982-ci  illərdə  Y.Məmmədəliyev  adma  Naxçıvan 
Dövlət  Pedoqoji  İnstitutunun  müəllimi  və  1997-2002-ci  illərdə 
Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasmm  dosenti  olub,  hal- 
hazırda  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  professoru 
vəzifəsində işləyir.
1997-ci  ildə  iqtisad  elmləri  namizədi  (iqtisad  üzrə  fəlsəfə 
doktoru),  2011-  ci  ildə  iqtisad  elmləri  doktoru  elmi  dərəcəsi 
almışdır.  Beynəlxalq  və  respublika  səviyyəsində  keçirilmiş 
simpozium, konfrans və seminarlarda məruzələr etmişdir.  Ölkədə 
və  xaricdə  nəşr  olunmuş  çoxsaylı  elmi  məqalələrin,  bir  neçə 
kitabm müəllifıdir.
2005-ci  ildə  Respublika  Prezidentinin  sərəncamı  ilə  aqrar 
sahədə xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni  ilə təltif olunub.
Ailəlidir. Üç övladı və altı nəvəsi var.
115


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə