Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə28/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   24   25   26   27   28   29   30   31   ...   121

71 
 
25.―Azərbaycanın Milli Qəhrəmanı‖ fəxri adının təsis edildiyi gün (25.03.1992) 
 
“Azərbaycanın  dövlət  müstəqilliyi  tarixi  hadisədir,  Azərbaycan  xalqının  tarixi 
nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz 
dövlət müstəqilliyini,  əldə  etdiyimiz milli  azadlığı  daim  qoruyub  saxlamaqdır.  Bizim 
vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli 
Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.” 
 
 
 
 
                                                            Ulu öndər Heydər Əliyev 
 
 
                             
 
 
Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan 
―Azərbaycanın  Milli  Qəhrəmanı‖  adı  ―Azərbaycanın  Milli 
Qəhrəmanı‖  adının  müəyyən  olunması  haqqında‖  Azərbaycan 
Respublikasının  25  mart  1992-ci  il  tarixli,  331-XII  nömrəli 
Qanunu  ilə  müəyyən  olunmuĢdur.  ―Azərbaycanın  Milli 
Qəhrəmanı‖  adı  Azərbaycan  Respublikasının  müstəqilliyi  və  tərəqqisi  naminə  xalq 
qarĢısında 
müstəsna 
xidmətlərə 
və 
rəĢadətə 
görə 
verilir. 
―Azərbaycanın  Milli  Qəhrəmanı‖  adı    Azərbaycan    Respublikasının  Prezidenti 
tərəfindən  onun  öz  təĢəbbüsü  ilə  və  ya  irəli  sürülmüĢ  vəsatətlərə  əsasən  verilir. 
―Azərbaycanın 
Milli 
Qəhrəmanı‖ 
adı 
eyni 
Ģəxsə 
bir 
dəfə 
verilir. 
Azərbaycanın  Milli  Qəhrəmanının  xüsusi  fərqlənmə  niĢanı–―Ay-Ulduz‖  medalı 
―Azərbaycanın  Milli  Qəhrəmanının  xüsusi  fərqlənmə  niĢanını  təsis  etmək  haqqında" 
Azərbaycan  Respublikasının  7  iyul  1992-ci  il  tarixli,  201  nömrəli  Qanunu  ilə  təsis 
edilmiĢdir.  ―Ay-Ulduz‖  medalı  "Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarında dəyiĢikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-
ci  il  tarixli,  429-IQD  nömrəli  Qanununa  əsasən  ―Qızıl  Ulduz‖  medalı  ilə  əvəz 
edilmiĢdir. 
 
 
 
 
 


72 
 
27.Beynəlxalq teatr günü.  YUNESKO və Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü 
ilə 1961- ci ildən təqvimə salınıb (27.03.1961)
 
 
Bu  günün  hər  il  dünyada  keçirilməsi  ilə  bağlı  qərar 
UNESCO  yanında  Beynəlxalq  Teatr  Ġnstitutunun 
1962-ci  ildə  Vyanada  keçirilən  konqresində  qəbul 
olunub.  
Hər  il  Beynəlxalq  Teatr  Günü  münasibəti  ilə  nüfuzlu 
incəsənət  xadimləri  dünya  ictimaiyyətinə  müraciət 
edirlər.  Bu  ənənənin  əsasını  qoyan  və  ilk  dəfə  dünya 
ictimaiyyətinə  Teatr  Günü  münasibəti  ilə  mesaj  göndərən  fransalı  yazıçı  Jan  Kokto 
(1962-ci il) olub. Teatr yunancadan tərcümədə "tamaĢa yeri" "tamaĢa etmək" sözündən 
götürülüb.  Teatr  incəsənətin  bir  növü  olub,  hiss,  fikir  və  emosiyaların  tamaĢaçı  və  ya 
tamaĢaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr 
tamaĢası nümayiĢ olunan bina da teatr adlanır. Hazırda Azərbaycanda yüzlərlə aktyoru 
birləĢdirən 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalıĢır. Ölkə 
rəhbərliyi  bütün  sahələrdə  olduğu  kimi,  teatr  sənətinin  də  inkiĢaf  etdirilməsinə  xüsusi 
diqqət  yetirir.  Teatr  binalarının  əsaslı  təmiri,  incəsənət  ustalarının  sosial-rifah  halının 
yaxĢılaĢdırılması  istiqamətində  atılan  addımlar  bunun  bariz  nümunəsidir.  Prezident 
Ġlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiĢ ―Azərbaycan teatrı 2009-2019-cu 
illərdə‖ Dövlət Proqramı bu gün uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla 
ġaiq  adına  Azərbaycan  Dövlət  Kukla,  Dövlət  Rus  Dram,  Dövlət  Gənc  TamaĢaçılar, 
Dövlət  Akademik  Milli  Dram  teatrlarının  binalarında  yüksək  səviyyədə  təmir-bərpa, 
yenidənqurma  iĢləri  aparılmıĢdır.  Hazırda  bu  istiqamətdə  iĢlər  uğurla  davam  etdirilir. 
Ötən  illər  ərzində  respublika  teatrları  dünyanın  20-dən  artıq  ölkəsində,  o  cümlədən 
Almaniya,  Türkiyə,  Rusiya,  Belarus,  Gürcüstan,  Fransa,  MərakeĢ,  Finlandiya,  Ġran, 
Misir,  Hollandiya,  Estoniya,  Bolqarıstan,  Ukrayna  və  Ġsveçrədə  keçirilən  beynəlxalq 
tədbirlərdə  ölkəmizi  ləyaqətlə  təmsil  ediblər.  Eyni  zamanda,  xarici  dövlətlərdən 
tanınmıĢ  rejissorlar,  baletmeysterlər,  xoreoqraflar,  teatr  rəssamları  tamaĢa  hazırlamaq 
üçün  Azərbaycana  dəvət  olunublar.  Hər  il  Beynəlxalq  Teatr  Günü  ilə  əlaqədar  ölkə 
teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaĢalar göstərilir.  
 
 
 
 
 
 
 
 
 
 


73 
 
Tariximizin qan yaddaşı 
31. Azərbaycanlıların soyqırımı günü 
 
Bu günün misli keçən il, Allahım, gözdən iraq, 
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,  
Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,  
Südəmərlər nizə nukində çalardı əl-ayaq. 
Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər. 
 
                                        Hacı Səlim Səyyah  
                                                                                   
 
31  mart  Azərbaycanlıların  soyqırımı  günüdür

1918-ci  ilin  30  mart  və  3  aprel  tarixləri 
arasında    Bakı  Ģəhərində  və  Bakı  quberniyasının  müxtəlif  bölgələrində,  eləcə  də 
ġamaxı,  Quba,    Xaçmaz,  Lənkəran,  Hacıqabul,  Səlyan,  Zəngəzur,  Qarabağ,  Naxçıvan 
və  digər  ərazilərdə  Bakı  Soveti  və  daĢnak  erməni  silahlı  dəstələrinin  azərbaycanlılara 
qarĢı  törətdikləri  qırğın  günüdür.  Rəsmi  mənbələrə  əsasən  soyqırımın  nəticəsində  12 
minə yaxın azərbaycanlı qətlə yetirilmiĢ, on minlərlə insan itkin düĢmüĢdür. Tarix boyu 
azərbaycanlılara  qarĢı  həyata  keçirilmiĢ  soyqırımı  lap  əvvəldən  rus-erməni  praktik 
iĢbirliyinin nəticəsi olub. Düz 88 il öncə Bakıda tarixə "mart qırğını" kimi düĢən qanlı 
hadisələr  baĢ  verdi. Sovet  dönəmində  üstündən  sükutla  keçilən  mart  qırğınları  1998-cı 
ildən  etibarən,  ulu  öndərimiz  Heydər  Əliyevin  26  mart  tarixli  fərmanına  əsasən, hər  il 
martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Tarixi faktlar göstərir 
ki, 31 mart əslində, 1918-1920-ci illər ərzində zaman-zaman Azərbaycanın ən müxtəlif 
bölgələrində həyata keçirilən soyqırımların anım günüdür. 88 il əvvəl məhz həmin gün 
bolĢevik-erməni birləĢmələri  təkcə  Bakıda  minlərlə  Azərbaycan türkünü qanına-qəltan 
edib. Bundan əvvəl və sonra bu cür soyqırımlar çox törədilsə də, 1918-ci il martın 31-də 
baĢ  verən  qətl  öz  miqyasına  görə  bunların  hamısından  fərqlənir...  Qeyd  edək  ki,  hələ 
martın  31-nə  qədər,  daha  dəqiqi,  martın  18-21-də  də  Bakıda  dəhĢətli  hadisələr  baĢ 
vermiĢdi. Dörd gün ərzində Ģəhərin müsəlman əhalisi top atəĢinə tutulur, güllələnir, diri-
diri  yandırılırdı.  Bəzi  məlumatlara  görə,  həmin  günlərdə  çox  sayda  müsəlman  qətlə 
yetirilmiĢdi.  Qırğının  törədilməsinin  baĢlıca  səbəbi  Azərbaycanın  müstəqilliyinin 
qarĢısının alınması, Bakının mühüm iqtisadi və siyasi əhəmiyyəti ilə bağlıydı. Soyqırım 
təkcə  Bakı  ilə  məhdudlaĢmadı.  ġamaxı,  Quba,  Xaçmaz,  Hacıqabul  və  Salyanda  da 
analoji  cinayətlər  törədildi.  Məsələn,  ingilis  arxivlərini  öyrənən  türk  tarixçisi  Salahi 
Sonyel elə qənaətə gəlib ki, 1918-ci ilin martında 8-12 min azərbaycanlı qətlə yetirilib. 
ABġ  kəĢfiyyat  mənbələrinə  görə,  həmin  vaxt  60  min  Azərbaycan  türkü  qaçqına 
çevrilmiĢdi. 1918-ci ilin martında Bakıda törədilənlər Azərbaycan xalqının tarixində ən 
böyük soyqırım oldu.  
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə