Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə31/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   27   28   29   30   31   32   33   34   ...   121

79 
 
12.Yazıçı Əmir Mustafayevin anadan olmasının 80 illiyi (12.03.1936-2007) 
Əmirin  yaradıcılığında  nəsrimiz  üşün  vacib  ənənələri  davam  etdirməkmeyli 
qüvvətlidir. Bu cəhət yazıçının “ Səndən ötrü ” romanında daha çox nəzərə çarpır. 
                                                                                          Filologiya elmləri doktoru Azad Nəbiyev 
      
Mustafayev Əmir Gülbala oğlu –nasir, 1974- cü ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 
 
 
 
 
 
 
Əmir  Mustafayev  1936-cı  il  martın  12-də  Azərbaycanın  Qusar  Ģəhərində 
doğulmuĢdur.Burada  4  saylı  Ģəhər  orta  məktəbini  bitirib,  BDU-  nun  filologiya 
fakultəsində  təhsil  almıĢdır  (1953-1958).  Sonra  ÜĠLKGĠ  MK  nəzdində  olan  Moskva 
Mərkəzi  Komsomol  Məktəbində,  Bakı  Ali  Partiya  Məktəbində  təhsilini  davam 
etdirmiĢdir. ―O gəldi‖ adlı ilk hekayəsi 1954- cü ildə ―Azərbaycan gəncləri‖ qəzetində 
çap  olunmuĢdur.  Bu  vaxtdan  dövri  mətbuatda  müntəzəm  çıxıĢ  etmiĢdir.  ―Azərbaycan 
pioneri‖  qəzeti  redaksiyasında  ədəbi  iĢçi,  Ģöbə  müdiri  (1957-1969),  ―Ədəbiyyat  və 
incəsənət‖  qəzeti  redaksiyasında  məsul  katib  (1971-1976),  ―Azərbaycan‖  jurnalı 
redaksiyasında  məsul  katib  (1976-1979)  vəzifələrində  iĢləmiĢdir.  Bir  il  C.  Cabbarlı 
adına  ―Azərbaycanfilm‖  kinostudiyasında  ssenarist  olmuĢ,  yenidən  ―Ədəbiyyat  və 
incəsənət‖  qəzeti  redaksiyasında  çalıĢmıĢdır.  Sonra  AzərnəĢrdə  bədii  ədəbiyyat 
Ģöbəsində  müdir  (1985-1989),  ―Karvan‖  kitablar  seriyası  redaksiyasında  məsul  katib 
(1989-1990), ―Respublika‖ qəzeti redaksiyasında baĢ redaktorun müavini (1990-1991), 
―Həyat‖ qəzetində mədəniyyət Ģöbəsinin müdiri olmuĢdur (1991-1993). ―Azərbaycan‖ 
qəzetinin  baĢ  redaktoru  iĢləmiĢdir  (1993-2002).  Onun bu fəaliyyəti  dövlət  tərəfindən 
yüksək  qiymətləndirilmiĢdir.  Əmir Mustafayev ölkəmizdə  "Tərəqqi"  medalına 
və Prezident təqaüdünə layiq görülmüĢ ilk ziyalılardandır.  
 
Əsərləri: ―Zolaqlı çemodan‖ (1967), ―Qızıl ulduzlar‖ (1968), ―Qırovçayın payız 
nəğməsi‖ (1972), ―Dağlarcanın ağ qovaqları‖ (1976), ―Ġsti külək‖ (1978), ―Qayğı yükü‖ 
(1979), ―Qara zolaq‖ (1981), ―Sevirsə qayıdacaq‖ (1983), ―Səndən ötrü‖ (1985), ―Gecə 
zəngi‖ (1987), ―Qurd ürəyi‖ (1989), ―Ürəkdən asılan yük‖ (1990), ‖SeçilmiĢ əsərləri‖ 
(1991), ―Sonuncu Ģeytan‖ (1994) və s. 
 
 
 
 
 
 


80 
 
14.Yazıçı, dramaturq Nahid Hacızadənin anadan olmasının 80 illiyi (14. 03.1936) 
“Nahid Hacızadə sözünün kölgəsi olan yazıçıdır.” 
                                                                                                          Jurnalist Flora Xəlilzadə 
 
“Deyirlər, insan öz zamanının övladı olur. Burada bir həqiqət vardır. İnsan bəzən 
zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır, 
zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir... Nahid müəllim 
“zamanın övladı” olmaqdan üstün çıxdı”. Bəlkə elə bu məziyyətinə görə də Nahid 
Hacızadə Azərbaycan ədəbiyyatının solmayan səhifələrini yazanlardan biridir. “Ölən 
əsərlər” müəllifi olmamaq, həqiqətən, qələm sahibi üçün bir şərafətdir. 
                      Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev 
Nahid Hacızadə - Ssenari müəllifi, Kino 
redaktoru, Respublika Xatirə Kitabı redaksiyasının baş 
redaktoru, Əməkdar mədəniyyət işçisi.  
Nahid 
Rəhim 
oğlu  Hacıyev   1936-cı  il   martın  14-
də Gədəbəyin Düzrəsullu kəndində 
anadan 
olub. 
Bakıda 
Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsində  təhsil 
alıb.  Sonralar  bir  müddət  nəĢriyyatda  çalıĢsa  da,  hazırda 
Respublika  Xatirə  Kitabı  Redaksiyasının  baĢ  redaktorudur.Yazıçı  ömrünü  ləyaqətlə 
yaĢamağı  bacaran  Nahid  Hacızadə  həm  də  görkəmli  dramaturqdur.  Onun  "Ömrün 
sorağında",  "Ömür  gözləyir  bizi",  "Məhəbbət  yaĢadır",  "Köçündən  ayrılan  durna" 
pyesləri  ġəki, Ġrəvan  və  Bakı  teatrlarında tamaĢaya  qoyulub. "Qisas  qiyamətə  qalmaz" 
pyesi  isə  Azərbaycan  Dövlət  Akademik  Milli  Dram  Teatrının  hazırladığı  ən  uğurlu 
tamaĢalardan biri olub. Nahid Hacızadənin əsərindəki kökə bağlılıq, vətənə məhəbbət və 
bu duyğuların səhnədə uğurlu həlli idi. Nahid Hacızadənin ssenariləri əsasında həm də 
30-a  yaxın  sənədli  və  bədii  televiziya  filmi  çəkilib.  Müəllifin  "Son  qəmin  olsun, 
Vətən!",  "Qayalarda  qalan  səs"  və  "YaĢa,  ey  haqq"  filmləri  Qızıl  Fonda  daxil  edilib. 
Maraqlıdır ki, Nahid Hacızadə lap gənclik çağlarından poeziyaya maraq göstərib. Onun 
Ģeirlərinə  çoxlu  sayda  mahnılar  bəstələnib.  Çox  fərəhli  bir  haldır  ki,  Nahid  Hacızadə 
bütün yaradıcılığı boyu doğma dilimizin keĢiyində əsl əsgər kimi dayanıb. Bu səbəbdən 
də  yazdıqları  maraqla  qarĢılanıb.  Hər  Ģeydən  öncə,  Nahid  Hacızadə  nasirdir.  O, 
ədəbiyyata  1969-cu  ildə  "Ulduz"  jurnalında  çap  edilən  "Lirik  miniatürlər"lə  gəlib.  Ġlk 
kitabı da 1972-ci ildə "Gənclik" nəĢriyyatında çap edilib. "Bir ana tanıyırdım" adlanan 
bu əsəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarĢılandı və qədəmləri yüngül oldu.  
Əsərləri: ―Bir ana tanıyırdım‖ (1972), ―Dağlar yuxuma girir‖ (1975), ―Bir ürəyin 
çağırıĢı‖ (1978), ―Ömür gözləyir bizi‖ (1983), ―Məhəbbət ölüncə var‖ (1983), 
―Köçündən ayrılan durna‖ (1989), ―Qərib axĢamlar‖ (1992), ―Cəmil Əhmədli ilə üç 
görüĢ, ―Diplomat‖ (2000) və s. 
Filmoqrafiya: Sevilin bacıları (film, 1971), Muğan qızı (film, 1972), ġamama (film, 
1973), Uzunömürlü ağaclar (film, 1974), Tələbə avtoqrafları (film, 1976), Bəxtiyar 
Vahabzadə (film, 1987), Qayalarda qalan səs (film, 1995), Yurd yeri (film, 1994), 
Ġstiqlal Ģairi (film, 1996) və s.  


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə