Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə39/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   35   36   37   38   39   40   41   42   ...   121

98 
 
31.Xalq artisti Rafiq Babayevin anadan olmasının  80 illiyi (31.03.1936-19.03.1994) 
 
Rаfiq  Fərzi  оğlu  Bаbаyеv  1936-cı  il  mart  ayının  31-də 
Bаkıdа  аnаdаn  оlmuĢdur.  1950-ci  illərdə  Аzərbаycаn 
Dövlət  Musiqi  Məktəbində  və  Аzərbаycаn  Dövlət 
Kоnsеrvаtоriyаsındа  təhsil  аlmıĢdır.  Gənc  yаĢlаrındаn  cаz 
musiqisi  ilə  mаrаqlаnmıĢ,  özünün  cаz  kоmpоzisiyаsını 
yаrаtmıĢdır.  1955-ci  ildə  cаz  kvаrtеti  təĢkil  еtmiĢdir.  Еyni 
zаmаndа  Аnаtоllu  Qəniyеvin  xаlq  çаlğı  аlətləri 
аnsаmblındа,  Tоfiq  Əhmədоvun  еstrаdа  аnsаmblındа 
çаlıĢаrаq,  böyük  təcrübə  qаzаnmıĢdır.  1960-cı  ildə  Rаfiq 
Bаbаyеv  SSRĠ  Xаlq  аrtisti  RəĢid  Bеhbudоvun  dəvəti  ilə 
Аzərbаycаn  Dövlət  Filаrmоniyаsının  nəzdində  fəаliyyət 
göstərən аnsаmbldа iĢləməyə bаĢlаmıĢdır. 20 il müddətində 
dаvаm  еdən  bu  yаrаdıcılıq  əməkdаĢlığı  yüksək  sənət  nümunələrini  mеydаnа  gətirdi. 
RəĢid  Bеhbudоvun  bədii  rəhbər,  Rаfiq  Bаbаyеvin  musiqi  rəhbəri  оlduğu  аnsаmbl 
dünyаnın  bir  çох  ölkələrində  Аzərbаycаn  musiqisini  ləyаqətlə  təmsil  еtmiĢdir.  Rаfiq 
Bаbаyеv  həmçinin  ―Qаyа‖  аnsаmblı,  Müslüm  Mаqоmаyеv,  Pоlаd  Bülbülоğlu  ilə  də 
yаrаdıcılıq  əlаqələri  qurmuĢdur.  Bаkıdа  ilk  cаz  fеstivаlının  təĢkili  də  оnun  аdı  ilə 
bаğlıdır. 1967-ci ildə yаrаtdığı ―Bаyаtı-Kürd‖ muğаmı əsаsındа cаz kоmpоzisiyаsı çох 
məĢhurdur. Rаfiq Bаbаyеv bir sırа kinоfilmlərə, məsələn, ―Аzərbаycаn hаqqındа еtüd‖, 
―Gеcə söhbəti‖ və s. musiqi bəstələmiĢdir. 1983-cü ildən Аzərbаycаn Dövlət Rаdiо və 
Tеlеviziyа VеriliĢləri Qаpаlı Səhmdаr Cəmiyyəti Еstrаdа-simfоnik оrkеstrinə rəhbərlik 
еtmiĢdir.  1991-ci  ildə  Rafiq  Babayev  ―Cəngi‖  folklor-caz  kollektivini  təĢkil  etmiĢ  və 
musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası təĢkil etmiĢdi. 
O,  folklor  çalğı  alətlərindən  istifadə  etməklə,  onları  qeyri-adi  harmoniya  ilə 
zənginləĢdirərək,  Qərbə və ġərqə xas olan musiqini melodik tərzdə birləĢdirərək gözəl 
kompozisiyalar  yaratmıĢdı.  Daim  öz  üzərində  iĢləyən  bu  bəstəkar  və  pianoçu  həm  də 
gözəl  pedaqoji  istedada  malik  idi.  Rafiq  Babayevə  1993-cü  ildə  Azərbaycanın  Xalq 
artisti adı verilmiĢdir. 1994-cü il martın 19-da metro stansiyasında baĢ vermiĢ partlayıĢ 
nəticəsində  bu  gözəl  musiqiçi,  həyatsevər  insan  yaradıcılığının  ən  mühüm  və  məsul 
dövründə həyatla vidalaĢdı.  
Folmoqrafiya:  AbĢeron ritmləri (film, 1970), Azərbaycan haqqında etüd (film, 1969), 
Bakı  bağları.  Buzovna  (film,  2007),  Basatın  igidliyi  (film,  1988),  Bir  ailəlik  bağ  evi 
(film,  1978),  Fəryad  (film,  1993),  KiĢi  sözü  (film,  1987),  Qara  leylək  (film,  1986), 
Qobustan (film, 1997), Qoca palıdın nağılı (film, 1984), Vətənin yüksək səması altında 
(film, 1987), YaddaĢ (film, 1989) və s. 
 
 
 


99 
 
Milli qəhrəmanlıq zirvəsi 
  
7.Nəzərli Hikmət Baba oğlunun 50 illiyi (07.03.1966-26.02.1992) 
 
“Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini mütləq alacaq, 
Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq!” 
                                                                                        
Ulu öndər Heydər Əliyev 
 
Hikmət Nəzərli — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı 
soyqırımı şəhidi
. 
 
 
 
 
 
7  mart 1966-cı  ildə Bakı  Ģəhərində  doğulmuĢdur. 1973-cü  ildə Xətai  rayonundakı  27 
saylı  məktəbə  getmiĢ  sonra  atasının  iĢ  yerini  dəyiĢməsi  ilə  əlaqədar   DaĢkəndə 
köçmüĢdür.   1982-ci  ildə  yenidən Bakıya qayıdır. 1984-cü  ildə  hərbi  xidmətə 
çağırılımıĢdır. Gürcüstanda hərbi  xidmətdə  olan  Hikmət 1986-cı  ildə  ordudan  tərxis 
edilir.  O,  DĠN-nin  yanğından  mühafizə  idarəsinə  iĢə  qəbul  olunur.  Qarabağda 
ermənilərin  törətdikləri  vəhĢiliklərə  dözə  bilməyən  Hikmət  könüllü  olaraq  orduya 
yazılır. Ağdam rayonunda Ģərəfli döyüĢ yolu baĢlayır. Umudlu kənd sakinlərinə kömək 
edərkən yaralanır, müalicə olduqdan sonra isə yenidən cəbhəyə üz tutur. O, 1991-ci ilin 
dekabrında  könüllülərdən  ibarət  ġıxov  batalyonunun  tərkibində  Qarabağa  yola  düĢüb, 
Ağdam, Umudlu, Xocalı istiqamətində döyüĢlərdə qəhrəmanlıqla vuruĢub. 1992-ci il 25 
fevral ermənilər Xocalıda vəhĢilikər  törətdikləri  zaman  Hikmət  idarə  etdiyi  maĢınla 
düĢmənə  müqavimət  göstərərək  dinc  əhalinin  buradan  çıxmasına  Ģərait  yaradırdı.  Bu 
döyüĢdə  xeyli  erməni  quldurunu  məhv  edən  Hikmət  son  anda  döyüĢçü  dostları  ilə 
meĢəyə çəkilir, sonrakı taleyi barədə isə heç bir məlumat yoxdur. Ailəli idi, bir övladı 
yadigar qalıb.  
Azərbyacan  Respublikası  prezidentinin 9  sentyabr 1992-ci  il  tarixli  178  saylı 
fərmanı  ilə  Nəzərli  Hikmət  Baba  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 
Qəhrəmanı" adı verilmişdir. 
 
 
 
 
 


100 
 
 
16.İbrahimov Nurəddin İslam oğlunun 65 illiyi (16.03.1951-10.02.1995) 
Nizami ordumuzun möhkəmlənməsi, beynəlxalq miqyasda Azərbaycanın haqq 
mövqeyinin dəstəklənməsi, insanlarda düşmənə nifrətin artması, yekdil əhval-
ruhiyyənin yaranması onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən 
azad  ediləcək

 
 
Nurəddin İslam oğlu İbrahimov (1951 - 1995) 
 Azərbaycanın Milli Qəhrəmanı. 
 
 
 
 
 
Ġbrahimov  Nurəddin  Ġslam  oğlu 1951-ci  il  mart  ayının  16-da Bakı Ģəhərində 
doğulmuĢdur. 1969-cu  ildə  125  saylı  orta  məktəbi  bitirmiĢdir. 1970-ci  ildə  ordu 
sıralarına  çağırılmıĢdır. 1978-ci  ildə Rusiyanın Ġrkutsk Ģəhərinin  milis  idarəsində  iĢə 
qəbul  olunmuĢdur. 1988-ci  ildə  burada  Ġrkutsk  Ģəhər  cinayət  axtarıĢ  Ģöbəsinin  rəisi 
vəzifəsinə  təyin  edilmiĢdir. Azərbaycanda baĢ  verən  hadisələrə  biganə  qalmayan 
Nurəddin 1990-cı  ildə Bakıya gəlmiĢ,  sonra  isə Laçın rayon  milis  idarəsində  sahə 
müvəkkili  iĢləməyə  baĢlamıĢdır.  O,  Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  fəal  iĢtirak 
etmiĢ, 
bu 
döyüĢlərin 
birində 
ağır 
yaralanmıĢdır. 
Müalicə 
olunandan 
sonra Bakının Əzizbəyov  rayonunun polis  idarəsində  iĢini  davam  etdirmiĢdir.  Buna 
baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmıĢ, qızğın döyüĢlərə girmiĢdir. 1993-cü 
ildə Kosalar kəndi  və Cəbrayıl rayonları  uğrunda  gedən  döyüĢlərdə  əsl  qəhrəmanlıq 
göstərmiĢ və mayor rütbəsi almıĢdır. Nurəddin 10 fevral 1995-ci il Binə qəsəbəsindəki 
cinayətkar  dəstənin  zərərsizləĢdirilməsi  zamanı  xüsusi  fərqlənmiĢ  və  qəhrəmancasına 
həlak  olmuĢdur.  Aliləli  idi,  bir  övladı  var.  Bakı Ģəhərinin Buzovna qəsəbəsinin 
qəbristanlığında  dəfn  edilmiĢdir. Buzovna qəsəbəsində  onun  adına  küçə  var.  Buradakı 
Mədəniyyət evi də onun adını daĢıyır. Qəsəbədə büstü qoyulub. 
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı 
fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq 
görülmüşdür. 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə