87
21.Yazıçı İsa Hümmətovun anadan olmasının 85 illiyi (21.03.1931-11.11.1990)
Hümmətov İsa Rüstəm oğlu - nasir, 1963-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü (1958), Əmək veteranı (1988)
Ġsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt
kəndində anadan olmuĢdur. Burada ibtidai məktəbi bitirib Yerevanda pedaqoji
texnikumda, sonra isə APĠ-nin dil və ədəbiyyat fakültəsində təhsil almıĢdır (1949-
1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında baĢlamıĢdır.
Əvvəlcə müxbir, sonra Ģöbə müdiri iĢləmiĢdir (1954-1960). Azərbaycan Dövlət
Televiziya və Radio VeriliĢləri ġirkətində redaktor, "AbĢeron" qəzeti redaksiyasında
məsul katib, "Maarif" nəĢriyyatında və AzərnəĢrdə redaktor (1961-1978), "Yazıçı"
nəĢriyyatında böyük redaktor iĢləmiĢdir (1978-1990). "Moruqlu budaq" adlı ilk
hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuĢdur. Azərbaycan
Jurnalistlər Birliyinin nəĢriyyat üzrə ilk təĢkilat katibi olmuĢdur. "BeĢilliyin qalibi"
diplomu və döĢ niĢanı ilə təltif edilmiĢdır. Ġsa Hümmətov 1990-cı il noyabrın 11-də
Bakıda vəfat etmiĢdir.
Əsərləri: ―Ətirli çiçəklər‖ (1959), ―Atanın həsrəti‖ (1960),‖ Nənə, əlini mənə ver‖
(1964), ―Ehtiyat qapıçı‖ (1966), ―Nazilə‖ (1968), ‖Muğanın fəxri‖ (1969), ―GünəĢi
qabaqlayanlar‖ (1971), ―Mövlud ayı‖ (1971), ―Həyatımın mənası‖ (1973), ―Araz
çağlayan yerdə‖ (1976), ―Baba yadigarı‖ (1977), ―Dünyanın bəzəyi‖ (1979), ―Ġki
məhəbbət‖ (1981), ―Çinar əfsanəsi‖ (1983), ―ġeytanın qurbanları‖ (1987) və s.
88
21.Yazıçı Nemət Veysəllinin anadan olmasının 75 illiyi (21.03.1941)
Nemət Veysəlli portret və oçerklərində sənət adamlarının gördüyü işləri geniş təhlil
etməklə yanaşı, həm də sənətkarları kamil oxucu imtahanından keçirir və onları daha
ciddi işləməyə ruhlandırırdı. Onun seçdiyi mövzular və “həmsöhbət olduğu
qəhrəmanları” Azərbaycanın sənədli nəsrində, publisistikasında seçilirdi.
Veysəlli Nemət Bayramalı oğlu — Azərbaycan Yazıçılar
Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978)
üzvü. Beynəlxalq Avrasiya Mətbuat fondunun diplomuna
(1993-1994), ―Qızıl qələm‖(1994) mükafatına layiq
görülmüşdür.
Azərbaycan ədəbiyyatında öz imzası ilə seçilən, yazdığı əsərləri ilə
oxucular arasında böyük hörmət qazanan qələm sahiblərindən biri
də Nemət Veysəllidir. Nemət Bayramalı oğlu Veysəlli 1941-ci il
martın 21-də Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli
kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika (1965-1971)
fakültəsini bitirib. Azərbaycan Yazıçılar (1985) və Jurnalistlər Birliyinin (1978)
üzvüdür. ―Sehrkar səslər, əfsanəvi rənglər‖, ―Sular qovuĢan yerdə‖ ―Hər Ģeydən uca‖,
―Düzlərin ağ iĢığı‖,―Evimiz yuxuma girir‖ ―Salamat görməyimə Ģadam‖, ―Haran
ağrıyır, Vətən?‖, ―Sənsiz keçən illər‖, ―Bəylər bəy‖, ―Həyat sevən insan‖,―ġəhərlər,
evlər, naxıĢlar‖,―YaĢ həddinə görə‖, ―Piyadaların döyüĢü‖ adlı bədii-publisistik
kitablarının müəllifidir. Publisistin ―Sehrkar səslər, əfsanəvi rənglər‖ adlı kitabında
sənət adamlarının həyat və yaradıcılıqları ilə bağlı bir-birindən maraqlı yazılar
cəmlənmiĢdir. Nemət Veysəlli portret və oçerklərində sənət adamlarının həyatını,
onların yaradıcılıqlarını, gördüyü iĢləri geniĢ təhlil etməklə yanaĢı, müasirliyin əsas
mahiyyətini üzə çıxarmağa və canlandırmağa fikir verir. Həyatda çox Ģey dəyiĢsə də,
yazıçı-publisistin özü üçün qəbul etdiyi meyarlar dəyiĢmir. Onun əsas mövzusu və
qəhrəmanı da dəyiĢməz qalır. Bu – Vətəndir. O, vətəninə xidmət edən əsgər-yazıçıdır.
Əsərləri: ―Sehrkar səslər, əfsanəvi rənglər‖ (1984), ―Sular qovuĢan yerdə‖ (1985), ―Hər
Ģeydən uca‖, ―Düzlərin ağ iĢığı‖ (1988), ―Evimiz yuxuma girir‖ (1991), ―Salamat
görməyimə Ģadam‖ (1998), ―Sənsiz keçən illər‖(2000), ―Bəylər bəy‖ (2004), ―Həyat
sevən insan‖ (2004), ―ġəhərlər, evlər, naxıĢlar‖ (2005), ‖YaĢ həddinə görə‖ (2006),
―Piyadaların döyüĢü‖ (2010), ―Tikintisi yarımçıq qalmıĢ evlər‖ (2014) və s.