Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə41/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   37   38   39   40   41   42   43   44   ...   121

104 
 
APREL
 
Əlamətdar tarixi günlər və bayramlar 
2.  Benəlxalq Uşaq Kitabı günü 
 
 
 
           Dünyada nə qədər kitab var belə,  
           Çalışıb əlləşib gətirdim ələ,  
           Oxudum, oxudum, sonra da vardım,  
           Hər gizli xəzinədən bir dürr çixardım.  
                                                
Nizami Gəncəvi  
 
Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür.  
UĢaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik 
bir  insan kimi  tərbiyə  edir, öz xalqının  mübarizələrlə  zəngin  tarixi keçmiĢinə  dərindən 
bələd  olmasına  imkan  yaradır.  UĢaq  ədəbiyyatı  gününün  məhz  bu  tarixə  təsadüf 
etməsinin maraqlı bir tarixçəsi vardır. MəĢhur nağılçı Hans Xristian Andersen 1805-ci il 
aprelin 2-də anadan olmuĢdur. Beynəlxalq UĢaq Kitab Gününün məhz bu tarixdə qeyd 
olunmasını alman yazıçısı Yella Lepman təklif etmiĢdir. 1967-ci ildə Beynəlxalq UĢaq 
Kitabları  ġurası  tərəfindən  isə  Danimarka  yazıçısı,  uĢaqların  sevimlisi  Hans  Xristian 
Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq UĢaq Kitabı Günü kimi təsis 
edilmiĢdir.  Bu  tarix  cəmiyyətin  diqqətini  uĢaq  ədəbiyyatına,  onun  problemlərinə  cəlb 
etmək üçün təsis edilmiĢdir. Qeyd edək ki, Azərbaycanda uĢaq kitabxanaları üzrə elmi 
metodik  mərkəz  sayılan  F.Köçərli  adına  Respublika  UĢaq  Kitabxanası  2012-ci  ildən 
Beynəlxalq  UĢaq  Kitabı  ġurasının  üzvüdür.  1846-cı  ildən  baĢlayaraq  H.X.Andersenin 
qələmə  aldığı  nağılları  uĢaqlar  bu  gün  də  çox  sevirlər.  Sonralar  yazılaraq  kitablara 
köçürülən  xalq  nağıllarına  da  maraq  artmıĢdır.  XIX-XX  əsrlər  Azərbaycanda  uĢaq 
ədəbiyyatının  inkiĢafı  ilə  xarakterizə  olunmuĢdur.  Hazırda  Beynəlxalq  UĢaq  Kitabı 
Günü ölkəmizdə də özünəməxsus Ģəkildə qeyd olunur. F.Köçərli adına Respublika UĢaq 
Kitabxanası  hər  il  Milli  UĢaq  Kitabı  Sərgisi  təĢkil  etməklə  Azərbaycanda  çap  olunan 
uĢaq  ədəbiyyatı  nümunələri  ilə  oxucuları  tanıĢ  edir,  kitaba  və  kitabxana  imicinin 
yüksəlməsinə zəmin yaradır.  
 
 
 
 
 
 
 
 
 


105 
 
2.Hans Xristian Andersen mükafatının yaranmasının 60 illiyi (1956) 
 
 
 
 
 
 
Hans Xristian Andersen mükafatı  ən yaxĢı uĢaq yazıçılarının və illüstratorlarının təltif 
olunduğu  mükafatdır.  1956-cı  ildə  YUNESKO-nun  uĢaq  və  gənclər  ədəbiyyatı  üzrə 
Beynəlxalq  ġurası  (IBBY)  tərəfindən  təsis  olunmuĢdur.  Mükafat  hər  il  aprelin  2-də    - 
Hans  Xristian  Andersenin  doğum  günündə  təqdim  olunur.  Beynəlxalq  ġuranın 
təĢəbbüsü  ilə  H.X.Andersenə  dərin  ehtiram  və  məhəbbət  iĢarəsi  kimi  aprelin  2-si 
Beynəlxalq  UĢaq  Kitabı  günü  elan  olunmuĢdur.  Hər  il  ĠBBY-nin  milli  bölmələrindən  
biri  bu  bayramın  təĢkilatçısı  olur.  UĢaq  ədəbiyyatının  müəllifləri  üçün  bu  mükafat  ən 
mötəbər  mükafatdır,  onu  ―kiçik  Nobel  mükafatı‖  da  adlandırılar.  Mükafat  yalnız 
həyatda  olan  yazıçı  və  illüstratorlara  verilir.  Mükafatın  təsis  olunması  ideyası  dünya 
uĢaq  ədəbiyyatı  sahəsində  mədəniyyət  xadimi  olmuĢ  Yella  Lepmana  (1891-1970) 
aiddir.  ―UĢaqlara  kitab  verin  və  siz  onlara  qanad  vermiĢ  olacaqsınız‖  sözləri  də 
Y.Lepmana aiddir. 1956-cı ildən mükafat uĢaq yazıçılarına təqdim olunur. 1966-cı ildən 
isə  mükafat  həm  də  ən  yaxĢı  rəssam-illüstratorlara  verilir.  Mükafatı  almaq  üçün 
namizədlər ĠBBY-nin uĢaq kitabı üzrə Beynəlxalq ġurasının milli  bölmələri tərəfindən 
irəli sürülür. Laureatlar – yazıçı və rəssam – ĠBBY-nin konqresi zamanı üzərində Hans 
Xristian Andersenin profili olan medalla təltif olunurlar.  
Bundan  əlavə,  ĠBBY  Beynəlxalq  ġuranın  üzvü  olan  ölkələrdə  yeni  çap  olunmuĢ  ən 
yaxĢı  uĢaq  və  yeniyetmələr  üçün  olan  kitablara  da  fəxri  diplomlar  verir.  
 
 
 
 
 
 
 
 
 


106 
 
 
4.Ümumdünya İnternet günü. 1998-ci ildən II Papa (İohan Pavel) tərəfindən 
keçirilir (04.04.1998) 
  
 
Bu gün bütün dünyada Beynəlxalq internet günü kimi qeyd edilir. Bu bayramın dərin, 
bir  qədər  mübahisəli  tarixçəsi  var.  Belə  ki,  4  aprel  tarixində  Ģagirdlərin  və  tələbələrin 
himayəçisi  olan  və  tarixdə  ilk  ―Etymologiae‖  ensiklopediyasının  yaradıcısı  Sevilyalı 
müqəddəs Ġsidorun ölüm günüdür. Məlumat üçün qeyd edək ki, katolik kilsəsi 1998-ci 
ildə  ümumdünya  internet  Ģəbəkəsini  insan  bilikləri  xəzinəsi  adlandırıb.  Uzun  müddət 
namizədlər arasında seçim edən Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən 
yaxĢı himayəçisi müqəddəs Ġsidor ola bilər. Öz qərarını Ģərh edən II Ġoann Pavel bildirib 
ki, insan biliklərinin xəzinəsi internetdir, buna görə də o, bu missiyanı müqəddəs Ġsidora 
həvalə edib. Qeyd edək ki, internet himayəçisi ilk dəfə olaraq çarpaz istinad sistemindən 
istifadə edib. Bu sistem qlobal Ģəbəkədə istifadə edilən hiper istinadları xatırladır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


107 
 
 
 
6.Beynəlxalq Cizgi Filmləri Günü.  
 
6 aprel 2002-ci ildən Beynəlxalq 
Animasiya Kino Assosiasiyası tərəfindən 
təsis edilmişdir.  
 
 
 
 
 
 
 
Beynəlxalq  cizgi  filmləri  günü  (International  Animation  Day),  2002-ci  ildə  ilk  cizgi 
filmləri  texnologiyasının  ictimaiyyətə  təqdimatının  110  illiyi  münasibətilə  Beynəlxalq 
animasiya  kinosu  assosiasiyasının  (The  International  Animated  Film  Association, 
ASIFA)  Fransa  Ģöbəsinin  təĢəbbüsü  ilə  təsis  olunub  və  hər  il  oktyabrın  28-də  qeyd 
olunur.  Bu  əlamətdar  gündə  -  28  oktyabr  1892-ci  ildə  Parisdə  rəssam  və  ixtiraçı  Emil 
Reyno tamaĢaçıları yeni, o zamana qədər heç kimin görmədiyi tamaĢaya – ―optik teatra‖ 
dəvət edir. Ġstedadlı ixtiraçı özünün hərəkət edən Ģəkilləri nümyiĢ etdirən praksinoskop 
aparatını  ilk  dəfə  açıq  Ģəkildə  nümayiĢ  etdirmiĢdir.  Biz  indi  bu  hadisəni  müasir  cizgi 
filmlərinin  timsalı  adlandırardıq  və  məhz  bu  tarix  hal-hazırda  animasiya  kinosu 
dövrünün  baĢlanğıcı  hesab  olunur.  Bir  çox  ölkələrdə  bayram  tədbirləri  təyin  olunmuĢ 
vaxtdan bir  neçə gün  əvvəl baĢlayır.  Beynəlxalq  Cizgi  Filmləri günü öncəsi dünyanın 
hər yerindən animasiya kinosu peĢəkarları və həvəskarları öz filmlərinin proqramlarını 
bir-birləri ilə bölüĢür və bu hadisəni bütün il gözləyən tamaĢaçılar üçün  əsərlərinin ilk 
nümayiĢini təĢkil edirlər. Hal-hazırda cizgi filmlərinin belə seansları artıq dünyanın 104 
ölkəsində keçirilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə